Məhkəmə qərarları › İş №2(105)-317/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-317/2025

01.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-317/2025 01.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər hakimlər X16 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Rzayeva (İskəndərova) Nubar İlham qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(060)-390/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, X11 və Cavabdeh4 ünvan 1, 24 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, iddia tələbinin cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və yetkinlik yaşına çatmamış X6 münasibətdə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Məmmədov (sədrlik edən və məruzəçi) L.Rəhimli və İ.Dəmirov) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər V.Baxışova (məruzəçi), Z.Babayev və Z.Əliyev) İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2024-cü il tarixli 2(105)-1144/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına (iddianın rədd edildiyi hissə) qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, X10, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Qulu qızının, Cavabdeh3, Cavabdeh4 Tahir oğlunun, X8, X9, X3 və yetkinlik yaşına çatmamış X4 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 24 saylı mənzildən yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 və Cavabdeh6 soyadlarının iddia ərizəsinin xahiş hissəsində səhvən “Rzayev (Rzayeva)” kimi qeyd edilməsinin nəzərə alınmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 24 saylı mənzil Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə order əsasında İddiaçı verilmişdir. Bu günə qədər elə iddiaçı sözügedən ünvanda həm faktiki olaraq yaşayır, həm də pasport qeydiyyatındadır. Sözügedən mənzilə iddiaçıdan başqa Cavabdeh1 Quluyevna, Cavabdeh3, Cavabdeh4 Tahir oğlu, X12, X13 və X1 və yetkinlik yaşına çatmamış X4 da qeydiyyatı mövcuddur. Bu şəxslər iddiaçının uşaqları, nəvələri və gəlinidir. Artıq bir neçə müddətdir ki, sözügedən ünvanda yaşamırlar. Faktiki olaraq uzun illərdir ki, Rusiyadadırlar. Həmin şəxslərin sözügedən mənzilə qeydiyyatı mülkiyyətçinin hüquqlarına əsassız müdaxilə təşkil edir. Hesab edir ki, cavabdehin həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməlidir. Çünki cavabdehlər 20 ildən artıqdır ki, həmin mənzildə daimi yaşamırlar, mənzildə onlara aid hər hansı bir əşya yoxdur. Onlar daimi yaşamaq üçün Rusiya Federasiyasına köçüblər və orada yaşayırlar. İddiaçının deməsinə görə, orada Rusiya vətəndaşlığı da əldə ediblər. Cavabdehlərin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və bu isə öz növbəsində iddiaçın həmin mənzili özəlləşdirmək hüququna müdaxilə təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Hüseynova Ramilə Cəmşid qızı Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmamasına dair hissədə ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən mənzil 2006-cı ildə order əsasında iddiaçıya ayrılıb. İddiaçı hazırda həmin evdə yaşayır. Cavabdeh1 və Cavabdeh3 iddiaçının qızı, digərləri gəlinlər və nəvələridir. Cavabdehlər bu ünvanda yaşamırlar, sadəcə formal olaraq qeydiyyatdadırlar. Cavabdehlər hazırda Rusiyada yaşayırlar, onların sözügedən mənzildə qeydiyyatda olması iddiaçının hüquqlarını pozur. Cavabdehlərin hazırki mənzillə heç bir əlaqəsi yoxdur. Evdəki əşyalardan istifadə etmirlər. Cavabdehlərin övladları xaricdə təhsil alır. Valideynlər isə bildirir ki, uşaqları xarici ölkədə təhsil aldığına görə cavabdehlər də Rusiyaya köçüb. Hər övladı xarici ölkədə təhsil alan şəxs həmin ölkəyə köçmür. Cavabdehlər övladlarının xarici ölkədə təhsil almasını bəhanə edərək sözügedən mənzilə qeydiyyatlarını saxlamışlar. Bu isə öz növbəsində mülkiyyətçi kimi iddiaçının hüquqlarını məhdudlaşdırır. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Göründüyü kimi, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etsə də, iddia tələbini cavabdehlərin bir qisminə münasibətdə təmin etdiyi halda, maddi hüquq normasını yanlış təfsir etməklə, cavabdehlərin digər qisminə münasibətdə iddianı təmin etməmiş, bunu onunla əsaslandırmışdır ki, həmin cavabdehlə sözü gedən mənzildə uzun müddət yaşamamaları daimi deyil, müvəqqəti xarakter daşıyır. Halbuki, sərhədkeçmə məlumatları da təsdiq edir ki, həmin cavabdehlər uzun müddətdir xaricdə yaşayırlar və bu baxımdan onların yaşadıqları xarici ölkədə orta və ali təhsil almaları heç də onların məhz təhsil məqsədilə həmin ölkəyə getmələrini və həmin ölkədə yaşamalarının müvəqqəti olmasını deməyə əsas vermir. Əksinə həmin hal təsdiq edir ki, cavabdehlər xaricdə daimi yaşayırlar. Məhkəmə öz qətnaməsini çıxararkən işin hallarını tam və dəqiq araşdırmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdehlər başqa ölkədə faktiki olaraq yaşadıqları halda iddianı tam təmin etməmişdir. Məhkəmə açıq bir formada iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozmuşdur. Cavabdehlərin müəyyən dövrlərdə Azərbaycan Respublikasının ərazisinə daxil olmaları o demək deyildir ki, onlar sözügedən mənzildə yaşayır. Məhkəmənin nəzərindən baxsaq onda hesab etmək olar ki, iddiaçının mülkiyyətində olan mənzilə gəlib orada bir neçə gün qalan hər bir kəsin mülkiyyət hüququ yaranır. Belə bir hal qəbul edilməzdir. Bir halda ki, cavabdehlər sözügedən mənzildə yaşamır, onların həmin mənzildə heç bir əşyası yoxdur onda cavabdehlərin qeydiyyatı da formal xarakter daşıyır. Bu səbəbdən də məhkəmənin qətnaməsini əsassız hesab edirlər. Həmçinin elə hesab edirlər ki, məhkəmə iddianı tam təmin etməli və sözügedən mənzildə faktiki olaraq yaşamayan cavabdehlərin hamısının həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehlərdən Cavabdeh1, X11, Cavabdeh4 mübahisəli mənzili məhz daimi əsaslarla tərk etdiklərindən həmin şəxslərin ünvan 1 ünvanına istifadə hüququ xitam olunması ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 87-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bu nəticədən narazı qalan İddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edib, işin iddianın rədd edildiyi hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən cavabdehlərin qeydiyyatda olduqları mənzili daimi əsaslarla tərk edib-etməməsi ilə bağlı giriş-çıxış məlumatlarına əsasən hər bir cavabdehin ölkədən hansı tarixdə və hansı məqsədlə getməsi, son 5 ildə Azərbaycan Respublikasında hansı müddətdə olması, bu məlumatların onların həyatlarını başqa yaşayış yerində qurmaları barədə qənaətə gəlməyə əsas verib-vermədiyi çəkişmə prinsipinə riayət edilməklə əlavə araşdırma aparılaraq istinad edilən Mənzil Məcəlləsinin 60-cı və 87-ci maddələrinin tələbləri baxımından qiymətləndirilməli olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. ünvan 1, 24 saylı mənzil Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2006cı il tarixli order əsasında İddiaçı ayrılması və həmin mənzilin dövlət mənzil fondunda aid olmaqla cavabdehlərin mübahisəli mənzildə istifadə hüquqlarının olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə mübahisələndirilən hissədə iddia tələbi cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və yetkinlik yaşına çatmamış X4 mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədədir. İddia ərizəsinin məzmunundan görünür ki, mübahisəli mənzilə order 2006-cı il tarixdə verildiyindən, hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Məlumdur ki, MPM-in 217.2-ci maddəsinə görə hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci bəndinin tələblərinə görə icarədar və ya onu ailə üzvləri müvəqqəti başa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir (Mənzil Məcəlləsinin 87-ci maddəsi). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddət başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, ünvan 1, 24 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla xx.xx.2006-cı il tarixli order əsasında İddiaçı ayrılmış və onun övladları, o cümlədən nəvələri olan cavabdehlər 2009-cu ilədək həmin mənzilə qeydiyyata düşmüşlər. Məhkəmə kollegiyası tərəfindən yaranmış mübahisənin tam, hərtərəfli araşdırılmasından ötrü Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən Cavabdeh3 Cavabdeh5 Cavabdeh6, X2 ölkə hüdudlarından hansı tarixdə kənara çıxmaları və ölkəyə geri qayıtmaları barədə məlumatın verilməsi xahiş olunmuş, dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında Cavabdeh3 xx.xx.2003, xx.xx.2010, xx.xx.2012, xx.xx.2013, xx.xx.2014, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2016, xx.xx.2017, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2020, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024-cü ildə çıxışları, xx.xx.2010, xx.xx.2012, xx.xx.2014, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2016, xx.xx.2017, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2020, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024-cü ildə girişləri, Cavabdeh6 xx.xx.2013, xx.xx.2014, xx.xx.2015, xx.xx.2016, xx.xx.2017, xx.xx.2018, xx.xx.2019, xx.xx.2024-cü il tarixdə çıxışı, xx.xx.2014, xx.xx.2015, xx.xx.2016, xx.xx.2017, xx.xx.2018, xx.xx.2019, xx.xx.2024-cü il tarixdə girişi, Cavabdeh5 xx.xx.2012, xx.xx.2014, xx.xx.2015, xx.xx.2016, xx.xx.2017, xx.xx.2023-cü ildə girişi, xx.xx.2012, xx.xx.2013, xx.xx.2014, xx.xx.2015, xx.xx.2016, xx.xx.2017, xx.xx.2023-cü il tarixdə çıxışı, X2 xx.xx.2014, xx.xx.2015, xx.xx.2016, xx.xx.2017, xx.xx.2018, xx.xx.2019, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024-cü ildə girişi, xx.xx.2013, xx.xx.2014, xx.xx.2015, xx.xx.2016, xx.xx.2017, xx.xx.2018, xx.xx.2019, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024-cü il tarixdə çıxışı qeydə alınmışdır. Qeyd olunan məlumatlardan görünür ki, cavabdehlər ölkədə qısa müddətlərdə qalmışdır. Belə ki, son 5 ildə olan məlumatlarına nəzər yetirdikdə müəyyən olunur ki, Cavabdeh3 xx.xx.2019-xx.xx.2019, xx.xx.2020-xx.xx.2020, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023-xx.xx.2023, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, Cavabdeh6 xx.xx.2019-xx.xx.2019, xx.xx.2024-xx.xx.2024, Cavabdeh5 xx.xx.2023-xx.xx.2023, Amaliya Pənahova xx.xx.2023-xx.xx.2023, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024cü il tarixlərdə qısa müddətlərdə ölkədə olmuşdur. Göründüyü kimi Cavabdeh3 xx.xx.2024-cü il tarixdə, Cavabdeh6 xx.xx.2024-cü il tarixdə, Cavabdeh5 xx.xx.2023-cü il tarixdə, X7 isə xx.xx.2024-cü il tarixdə sonuncu dəfə ölkədən çıxış etmələrinə baxmayaraq, sonradan ölkəyə giriş etməmişlər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan məlumatlar cavabdehlərin həyatlarını başqa yaşayış yerində qurmaları barədə qənaətə gəlməyə kifayət qədər əsas verdiyindən, başqa sözlə cavabdehlərin daimi əsaslarla həmin mənzili tərk etmələri öz təsdiqini tapdığından, onlara aid hissədə iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası həmçinin kassasiya instansiya məhkəməsinin çəkişmə prinsipini təmin edilməsi, eləcə də cavabdehlərin ölkədən hansı məqsədlə getmələrini araşdırmaq üçün tərəflərin iştirakının təmin edilməsi barədə göstərişinə gəldikdə qeyd edir ki, cavabdehlərin iştirakını təmin etmək üçün görülmüş tədbirlər (iş materiallarında olan ünvanlarına bildirişlər göndərilməsi) heç bir nəticə verməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qətnaməsi cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və X5 aid hissədə ləğv edilməli və həmin hissədə iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qətnaməsi cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və X5 aid hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və X2 ünvan 1, 24 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar