Məhkəmə qərarları › İş №2(105)-32/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-32/2024

16.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-32/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X16 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 (həmçinin digər Cavabdeh2 nümayəndəsi) iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(060)-308/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 İsrat oğlunun və Cavabdeh1 Sumqayıt şəhəri, Corat bağlarında yerləşən B-2338 saylı bağ torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli bağ torpaq sahəsi Sumqayıt şəhəri, Corat bağlar sahəsində yerləşməklə sahəsi 700 kv.m olan B-2338 nömrəli bağdır. Bu bağ sahəsi Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 31 saylı qərarına əsasən ona ayrılmış və onun istifadəsində olmuşdur. Lakin cavabdehlər ona məxsus torpaq sahəsi ilə qonşuluqda yerləşən X1 mülkiyyətində olan 0,11 ha torpaq sahəsini aldıqdan sonra ona məxsus olan 700 kv.m torpaq sahəsini də zəbt etmiş, o, onlardan həmin torpaq sahəsini boşaltmalarını tələb etdikdə isə cavabdehlər məhkəmədə ona və Nümayəndə qarşı iddia qaldırmaqla ümumi sahəsi 0,18 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini məhkəmədən xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2015-ci il tarixli qətnaməsi ilə cavabdehlərin iddia tələbi təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi ilə də qarşı tərəfin iddiası rədd olunmuş və həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Artıq bu qətnamələrdən xeyli müddətin keçməsinə baxmayaraq cavabdehlər zəbt etdikləri, ona məxsus 700 kv.m torpaq sahəsini könüllü olaraq boşaltmaq istəmirlər, bu səbəbdən də onlar həmin sahədən məhkəmə qətnaməsinə əsasən çıxarılmalıdırlar.

3. Cavabdehlər Cavabdeh2 İsrat oğlu və Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə etiraz daxil olmuşdur.

4. Etirazda göstərilmişdir ki, 2338 saylı bağ sahəsini Nümayəndə bağın pulunu tam ödəməklə almışdırlar. Həmin torpaq sahəsi satılarkən sonuncunun bütün ailə üzvləri də razılığını vermişdirlər. Hazırda da ailəsi ilə birlikdə 2338 saylı bağ sahəsində 2004-cü ildən yaşayırlar. Həmin vaxtlar sözügedən 7 sot torpaq sahəsini Nümayəndə onlara satmışdır.

5. Məhkəmə iclasında Cavabdeh2 İsrat oğlu iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Sumqayıt şəhəri, Corat bağları sahəsindən onlara Nümayəndə tərəfindən 0,18 ha torpaq sahəsi etibarnamə ilə satılmışdır. Həmin vaxtlar Məsuməxanım sənədin əslində dəyişiklik etmiş, xlorla pozmuş və yeni qeydlər etmişdir. Bu haqda ekspertizanın rəyi də vardır. xx.xx.2005-ci il tarixində 31 saylı qərara əsasən protokol 31-dən çıxarışla X8 700 kv.metr Sumqayıt şəhər bələdiyyəsi tərəfindən B2338 saylı bağ sahəsi ayrılmışdır. Həmin sahə isə onlar tərəfindən 18 ildir ki, mişar daşı ilə hasarlanmış və onların istifadəsindədir.

6. İşdə olan Azərbaycan Respublikası Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 31 №-li qərarından görünür ki, Corat bağları ərazisində sahəsi 700 kv.m olan B- 2238 saylı bağ torpaq sahəsi Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 166A-da yaşayan İddiaçı mülkiyyətinə verilmişdir. Həmin qərardan görünür ki, B-2238 saylı bağ torpaq sahəsi 2338 saylı bağ torpaq sahəsi ilə qonşuluqda yerləşir.

7. 017574 №-li kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı bağ sahəsinin torpaq alqı-satqısı üçün 1.750.000 manat ödəniş etmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-69/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh2 İsrat oğlunun və Cavabdeh1 cavabdehlər Nümayəndə və qeyrilərinə qarşı çıxarışların ləğv edilərək torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-281/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən iddiaçılar Cavabdeh2 İsrat oğlu və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar Cavabdeh2 İsrat oğlunun və Cavabdeh1 cavabdehlər Nümayəndə, İddiaçı, üçüncü şəxslər Sumqayıt Şəhər Bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində olan 2338 saylı torpaq sahəsinə dair verilmiş çıxarışların ləğv edilərək həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin onun adına bağlanmış hesab edilməsi barədə iddia tələbi rədd edilmiş, ekspertiza tədqiqatının dəyəri 170 manatın iddiaçılar Cavabdeh2 İsrat oğlundan və Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına və mütəxəssis tədqiqatının dəyəri olan 60 manatın alınaraq Kadastr və Yerquluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına köçürülməsi qət edilmişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4428/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı istifadə olan torpaq sahəsi üzərində mülkiyyət hüququn müəyyən edilməsi tələbinə dair mülki iş üzrə ərizə təmin edilmiş, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 700 m2 olan, 2338 saylı bağ torpaq sahəsinə dair İddiaçı ilə Sumqayıt şəhər bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə, həmin bağ torpaq sahəsinə dair plan və ölçünün hazırlanması Azərbaycan Respublikası DT və XK-nın Sumqayıt şəhər şöbəsinə həvalə edilmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1106/2014 saylı, xx.xx.2014-cü il tarixli qərardadının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4428/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Cavabdeh2 İsrat oğlunun verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)4428/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı ərizəsi baxılmamış saxlanılmışdır.

11. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Nümayəndə ünvanlanmış xx.xx.2019-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisi 2338 ünvanda yerləşən 0.18 ha torpaq sahəsi Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzdində olan Bağ təsərrüfatı idarəsi tərəfindən verilmiş xx.xx.2004-ci il tarixli, 1541 nömrəli bağ topraq sahəsinin uzunmüddətli icarəyə verilməsi barədə müqavilənamə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 3143 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında Nümayəndə adına qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2010). Torpaq sahəsinin 0.018 ha hissəsi üzərində Sumqayıt şəhəri 4 saylı Dövlət notariat kontorunun təsdiq etdiyi 4Ə-1/100 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsi əsasında X13 adına qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2010). 0.032 ha hissəsi üzərində Sumqayıt şəhəri 4 saylı Dövlət notariat kontorunun təsdiq etdiyi 4Ə-1/101 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsi əsasında X7 adına qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2010). Hazırda torpaq sahəsi özgəninkiləşdirilmişdir. 0.04 ha hissəsi üzərində isə Sumqayıt şəhəri 4 saylı Dövlət notariat kontorunun təsdiq etdiyi 4Ə-1/132 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsi əsasında X3 adına qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2012). Hazırda torpaq sahəsi özgəninkiləşdirilmişdir. xx.xx.2015-ci il tarixdə idarəyə daxil olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-908/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı əsasında torpaq sahəsi üzərinə həbs qoyulduğu üçün yerdəqalan 0.09 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2014/2020 saylı, xx.xx.2020ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh2 İsrat oğlunun cavabdeh Nümayəndə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)- 2688/2019 nömrəli qətnaməsindən cavabdeh Nümayəndə və vəkili X17 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-2688/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh2 İsrat oğlunun cavabdeh Nümayəndə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir.

13. Sənədlərin məhkəmə-texniki ekspertizasının xx.xx.2015-ci il tarixli, 16254 saylı rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş 2338 saylı bağ sahəsinin planının sol tərəfində olan “77,0” rəqəmini, “S=700>> rəqəminin olan hissədə soldan sağa və aşağı sağ hissəsində isə sağdan sola olan kəsə xətlərinin üstündən ağardıcı maddə çəkməklə, indiki vəziyyətə dəyişdirilmişdir. Tədqiqata təqdim edilmiş 2338 saylı bağ sahəsinin planının sol tərəfində olan “30,4” və “46,6” rəqəmlərini əlavə etməklə, indiki vəziyyətə dəyişdirilmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/1908 №-li məktubundan görünür ki, ekspert Ziya Tağıyev tərəfindən məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilmişdir.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kdastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubu ilə məhkəməyə göndərilən arayışdan görünür ki, Sumqayıt şəhəri, Corat bağlar sahəsi, B- 2338 və 2338 saylı bağ sahələrinə aid məhkəmə tərəfindən yerli baxış zamanı təqdim edilmiş sənədlər toplusunda torpaq sahəsinə aid texniki kadastr sənədləri və döngə nöqtələrinin koordinatları olmadığından torpaq sahələrinin bir-birilərinə müdaxilə olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır.

16. Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(060)-308/2021 nömrəli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) İddiaçı cavabdehlər Cavabdeh2 İsrat oğlunun və Cavabdeh1 Sumqayıt şəhəri, Corat bağlarında yerləşən B-2338 saylı bağ torpaq sahəsindən çıxarılmasına dair iddiası təmin edilməmişdir.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Sumqayıt şəhəri, Corat bağlarında yerləşən, ərazisi 700 m2 olan B-2338 saylı mübahisəli torpaq sahəsi Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə iddiaçıya verilmiş, sonuncunun müvafiq orqan və təşkilatlara qarşı sözügedən bağa dair Bələdiyyə ilə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi və plan-ölçünün hazırlanması barədə ərizəsi apellyasiya instansiyası məhkəməsinin qərardadına əsasən baxılmamış saxlanılmışdır. Bu qərar mübahisələndirilməmiş, eyni zamanda mülki və ya inzibati məhkəmə icraatı qaydasında belə bir iddia irəli sürülməmiş, həmin bağa dair iddiaçının hər hansı hüququ müvafiq reyestrdə qeydə alınmamışdır.

18. Ona görə də, iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüququ mövcud olmadığından, eləcə də cavabdehlər Cavabdeh2 İsrat oğlunun və Cavabdeh1 Sumqayıt şəhəri, Corat bağlarında yerləşən B-2338 saylı bağ torpaq sahəsini zəbt etmələri barədə dəlili işin faktiki halları, sübutlarla təsdiq edilmədiyindən, onun tərəfindən sübuta yetrilmədiyindən əsassızdır.

19. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.5, 157.2, 157.8-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

20. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmamışdır. Belə ki, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə eyni torpaq sahəsi olub-olmasını aydınlaşdırmaq üçün məhkəmə müvafiq ekspertiza təyin etmiş, lakin ekspertiza müvafiq sənədləri tələb etsə də, məhkəmə həmin sənədlərin ekspertizaya göndərilməsini təmin etmədən, iddiaçıya ayrılmış torpaq sahəsinin hazırda cavabdehlərin istifadəsində olan torpaq sahəsi olub-olmamasını müəyyən etmədən iş üzrə qətnamə çıxarılmışdır. Belə olan halda çıxarılmış qətnamə kimin xeyrinə çıxarılmasından asılı olmayaraq tamamilə qanunsuz və əsassız qətnamədir. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehlərin istifadəsində və faktiki sahibliyində olan torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmədən hər hansı bir hüquqi nəticəyə gəlmək mümkün deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 22 Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Vəkil1, iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 (həmçinin digər Cavabdeh2 nümayəndəsi) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

25. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs Sumqayıt bələdiyyəsinə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

26. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

27. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...)

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

28. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (...) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

29. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

30. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. (...)

31. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...) Torpaq Məcəlləsinin

32. 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

33. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

34. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

35. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

36. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:

37. 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

38. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

39. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

40. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

41. 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

42. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

43. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

44. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (...)

46. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

47. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

48. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)

49. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

51. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

52. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Baxılan mübahisə torpaq sahəsinə sahibliyin müdafiəsi ilə bağlıdır, belə ki, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən heç bir qanuni əsas olmadan tutulduğuna və dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, qanunsuz sahibliyin davam etdirilməsinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür.

55. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə bir neçə dəfə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini təmin etmişdir.

56. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kdastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubu ilə məhkəməyə göndərilən arayışdan görünür ki, Sumqayıt şəhəri, Corat bağlar sahəsi, B- 2338 və 2338 saylı bağ sahələrinə aid məhkəmə tərəfindən yerli baxış zamanı təqdim edilmiş sənədlər toplusunda torpaq sahəsinə aid texniki kadastr sənədləri və döngə nöqtələrinin koordinatları olmadığından torpaq sahələrinin bir-birilərinə müdaxilə olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır.

57. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7719 nömrəli ekspert rəyindən görünür ki, Sumqayıt şəhər bələdiyyəsinin 08 iyul 2005-ci il tarixli, 31 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, Corat bağları ərazisində sahəsi 700 kv.metr olan B-2338 saylı bağ torpaq sahəsinin naturada koordinatlarının cavabdeh tərəfindən dəqiqliklə göstərilməsi mümkün olmamışdır. Cavabdehlər Cavabdeh2 İsrat oğlunun və X4 istifadələrində Sumqayıt şəhəri, Corat bağları ərazisində faktiki olaraq 0.1721 ha torpaq sahəsi mövcuddur. Qoşma faylda təqdim olunmuş Sumqayıt Şəhər Bələdiyyəsinin 08 iyul 2005-ci il tarixli, 31 saylı qərarında, Sumqayıt bələdiyyəsi tərəfindən tərtib edilmiş B-2338 saylı bağ sahəsinin planında və digər əlaqəli sənədlərdə bağ sahələrinin yerləşmə vəziyyətini əks etdirən (qonşu bağ sahələrinin əks olunduğu) və ya sənəd üzrə koordinatlarının əks olunduğu hər hansı bir hüquqmüəyyənedici sənəd mövcud deyildir. Odur ki, yuxarda qeyd olunanlara görə digər sualların cavablandırılması mümkün olmamışdır.

58. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il taixli, 2(105)-32/2024 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və qeyd olunan suallar qoyulmuşdur: 1. Sumqayıt Şəhər Bələdiyyəsinin 08 iyul 2005-ci il tarixli, 31 saylı qərarı ilə İddiaçı verilmiş Sumqayıt şəhəri, Corat bağları ərazisində sahəsi 700 kv.m. olan B-2338 saylı bağ torpaq sahəsinin bələdiyyə tərəfindən verilmiş sxemə əsasən naturada koordinatları müəyyən edilsin. 2. Cavabdehlər Cavabdeh2 İsrat oğlunun və Cavabdeh1 faktiki olaraq istifadələrində olan Sumqayıt şəhəri, Corat bağları ərazisindəki mübahisəli torpaq sahəsinin yerləşmə vəziyyəti hansı iş materiallarında olan sənədlərin məhkəmə-texniki ekspertizasının xx.xx.2015-ci il tarixli, 16254 saylı rəyində göstərilənlər nəzərə alınmaqla 2338 saylı bağ sahəsinin dəyişiklikdən əvvəlki, yoxsa sonrakı planına uyğundur? 3. Sumqayıt Şəhər Bələdiyyəsinin 08 iyul 2005ci il tarixli, 31 saylı qərarı ilə İddiaçı ayrılmış Sumqayıt şəhəri, Corat bağları ərazisində sahəsi 700 kv.m. olan B-2338 saylı bağ torpaq sahəsinin hər hansı bir hissəsi cavabdehlər Cavabdeh2 İsrat oğlu və Cavabdeh1 tərəfindən istifadə edilirmi? 4. Əgər istifadə edilirsə, mübahisəli 700 kv.m B-2338 saylı bağ torpaq sahəsinin iş materiallarında olan sənədlərin məhkəmə-texniki ekspertizasının xx.xx.2015-ci il tarixli, 16254 saylı rəyində göstərilənlər nəzərə alınmaqla 2338 saylı bağ sahəsinin dəyişiklikdən əvvəlki və sonrakı planda yerləşmə yeri müəyyən edilsin. (həmin sxemlərin surəti üzərində yerləri göstərilməklə rəyə əlavə edilsin) 5. Əgər istifadə edilirsə, istifadə edilən torpaq sahəsinin sahəsi və ölçüləri nə qədərdir, hansı hissədən və tərəfdən (eni və uzunluğu göstərilməklə) istifadə olunur və istifadə olunan hissədə hansı tikililər inşa edilmişdir?

59. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin rəisinin imzası ilə təsdiqlənmiş mütəxəssis rəyinə əsaslanaraq xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/4111 nömrəli rəy verilmiş və Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 31 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, Corat bağlar sahəsində yerləşməklə sahəsi 700 kv.m olan B-2338 nömrəli bağ torpaq sahəsinin naturada koordinatlarını göstərmişdir.

60. Həmçinin rəydə göstərilmişdir ki, qərardadın 2-ci, 3-cü, 4-cü və 5-ci sualları üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən qərardadda qoyulmuş suallar cavablandırılmadığından həmin suallar üzrə tədqiqat aparılmamışdır.

61. Lakin işdən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyi təqdim edilməmiş, xx.xx.2024-cü il tarixli 3-21-3-31/2- 2483/2024 nömrəli məktubla texniki baxış zamanı tərtib olunmuş müayinə (baxış) aktı və təyin edilmiş koordinatlar təqdim edilmişdir.

62. İş üzrə ekspertiza tədqiqatının keçirilməsi üçün tədqiq olunan torpaq sahəsinə baxış keçirilməsi xx.xx.2024-cü il tarixə saat 11:00-a təyin edilmiş, baxış zamanı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Sumqayıt şəhər bələdiyyəsinin nümayəndələri X14, X11, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisi X12 iştirak etmişlər. Yerli baxış zamanı torpaq sahəsinin daxilində bir mərtəbəli hazırda üzərində təmir işlərinin həyata keçirildiyi evin, topraq sahəsinin aşağı sağ hissəsində heyvan saxlanılması üçün istifadə olunan tikilinin olması müəyyən edilmişdir. Torpaq sahəsi mişar daşı ilə hasara alınmış vəziyyətdə olmuşdur.

63. Göründüyü kimi hazırkı iş üzrə bir neçə dəfə ekspertizalar təyin edilsə də, qoyulmuş suallar üzrə əsaslandırılmış rəy verilməmişdir. Göstərilən koordinatlar isə faktiki mübahisələndirilən torpaq sahəsinə aiddir ki, cavabdehlər tərəfindən də həmin torpaq sahəsinin iddiaçıya aid olmaması, texniki pasportdakı saxta üsulla dəyişiklikdən sonra eyniləşdirildiyi iddia olunur.

64. Belə ki, iş materiallarında olan sənədlərin məhkəmə-texniki ekspertizasının xx.xx.2015-ci il tarixli, 16254 saylı rəyinin surətindən görünür ki, 2338 saylı bağ sahəsinin planının sol tərəfində olan “77,0” rəqəmini, “S=700>> rəqəminin olan hissədə soldan sağa və aşağı sağ hissəsində isə sağdan sola olan kəsə xətlərinin üstündən ağardıcı maddə çəkməklə, indiki vəziyyətə dəyişdirilmişdirlər. Tədqiqata təqdim edilmiş 2338 saylı bağ sahəsinin planının sol tərəfində olan “30,4” və “46,6” rəqəmlərini əlavə etməklə, indiki vəziyyətə dəyişdirilmişlər.

65. İşdə olan Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 31 nömrəli qərarı ilə İddiaçı oğuna verilmiş B-2338 saylı bağ sahəsinə dair tərtib edilmiş plandan (İİİ cild iş v. 111) görünür ki, İddiaçı oğuna verilmiş B-2338 saylı bağ sahəsi A-dan B-yə, yəni torpaq sahəsi qərb tərəfdən Nümayəndə 2338 nömrəli bağ sahəsi ilə qonşu olmuşdur.

66. İşdə olan Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqi Bəhruz Qulamovun cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli ********* nömrəli qərarının surətindən görünür ki, həmin cinayət işi Sumqayıt şəhər sakini Cavabdeh2 2004-cü ilin avqust ayında Nümayəndə Sumqayıt şəhəri, Corat bağları ərazisində ümumi sahəsi 0,18 ha olan 2338 nömrəli bağ sahəsini 3000 ABŞ dolları müqabilində alması, lakin uzun illər sonuncunun müxtəlif bəhanələrlə bağ sahəsinin alqı-satqısı ilə əlaqədar müvafiq sənədləşmə aparılmasından boyun qaçırması, 2015-ci ildə isə 2338 nömrəli bağ sahəsinin plan sənədlərini ağardıcı maddə ilə düzəlişlər edilməsi yolu ilə saxtalaşdırılması faktı əsasında Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.1-ci maddələri ilə başlanmışdır.

67. İddiaçı ərizəsində göstərmişdir ki, cavabdehlər ona məxsus torpaq sahəsi ilə qonşuluqda yerləşən X1 mülkiyyətində olan 0,11 ha torpaq sahəsini aldıqdan sonra ona məxsus olan 700 kv.m torpaq sahəsini də zəbt etmişlər.

68. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 isə bildirmişdir ki, o, qarşı tərəfə 12 sot torpaq sahəsi satmışdır, amma onların dediyi ərazidə daha çox, yəni 25 sot torpaq sahəsi vardır. 7 sot ilə bağlı notariat qaydasında sənədlər vardır. O, aldığı çıxarışda torpaq sahəsinin ölçüsü 18 sot qeyd olunmuşdur. Cavabdehin evi həmin torpaq sahəsində yerləşir. Bundan əvvəlki alıcıya 9 sot torpaq satmışdır. Cavabdehin evi isə qalıq qalan 9 sot sahənin içərisində yerləşir. Rahimin torpaq sahəsi cavabdehlərin torpaq sahəsindən aşağıda yerləşir. Cavabdehin evinin yerləşdiyi torpaq sahəsi onun adına olan sahədir. Əgər cavabdeh torpaq sahəsini ona geri qaytarsa o da ona sənədləri verə bilər.

69. Lakin işdə olan xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, cavabdehlərin faktiki olaraq istifadəsində 0.1721 ha torpaq sahəsi mövcuddur.

70. İşdə olan xx.xx.2004-cü il və xx.xx.2004-cü il tarixli qəbzlərin surətindən (İV cild iş v. 45-47) görünür ki, həmin qəbzlər Nümayəndə bağın alınması (qəbzdə torpaq sahəsi 17 ha göstərilir) ilə bağlı Cavabdeh2 tərəfindən pul vəsaitinin verilməsi ilə əlaqədar tərtib edilmişdir.

71. İşdən həmçinin görünür ki, İddiaçı bacısı Nümayəndə Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən 2338 saylı bağ sahəsinin 0.18 ha torpaq sahəsini satmasına dair xx.xx.2008-ci il tarixdə yazılı razılıq vermişdir.

72. İşdə olan xx.xx.2008-ci il tarixli ƏN-İ № 112411 nömrəli etbarnamənin surətindən görünür ki, Nümayəndə Cavabdeh2 Sumqayıt şəhər bağlar idarəsinin xx.xx.2004-cü il tarixli 1541№-li müqaviləsinə əsasən ona məxsus olan Sumqayıt şəhəri Corat qəsəbəsi 2338 saylı bağ sahəsində 0.18 ha torpaq sahəsini özəlləşdirməyi, DƏDRX-dən çıxarış almağı və s. hərəkətlərin edilməsinə dair səlahiyyətlərin verilməsi haqqında 30 il müddətinə qüvvədə olan etibarnamə vermişdir. xx.xx.2008-ci il tarixdə həmin etibarnamə ləğv edilmişdir.

73. İşdə olan DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2019-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisi 2338 ünvanda yerləşən 0.18 ha torpaq sahəsi Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzdində olan Bağ təsərrüfatı idarəsi tərəfindən verilmiş xx.xx.2004-ci il tarixli, 1541 nömrəli bağ topraq sahəsinin uzunmüddətli icarəyə verilməsi barədə müqavilənamə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 3143 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında Nümayəndə adına qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2010). Torpaq sahəsinin 0.018 ha hissəsi üzərində Sumqayıt şəhəri 4 saylı Dövlət notariat kontorunun təsdiq etdiyi 4Ə-1/100 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsi əsasında X13 adına qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2010). 0.032 ha hissəsi üzərində Sumqayıt şəhəri 4 saylı Dövlət notariat kontorunun təsdiq etdiyi 4Ə-1/101 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsi əsasında X7 adına qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2010). Hazırda torpaq sahəsi özgəninkiləşdirilmişdir. 0.04 ha hissəsi üzərində isə Sumqayıt şəhəri 4 saylı Dövlət notariat kontorunun təsdiq etdiyi 4Ə-1/132 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsi əsasında X3 adına qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2012). Hazırda torpaq sahəsi özgəninkiləşdirilmişdir. xx.xx.2015-ci il tarixdə idarəyə daxil olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-908/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı əsasında torpaq sahəsi üzərinə həbs qoyulduğu üçün yerdəqalan 0.09 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

74. İş materiallarından müəyyən olunur ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 İsrat oğlunun cavabdeh DƏDRX-nin 2 saylı ünvan 4 ünvanında yerləşən 0.18 ha bağ torpaq sahəsinə dair Nümayəndə adına xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 21№-li reyestr kitabının 68№-li vərəqində aparılmış qeydiyyatın əsassız və etibarsız hesab edilməsi, ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə Sumqayıt İnzibati Məhkəməsində baxılan iş üzrə icraat yuxarıda adı çəkilən cinayət təqibi üzrə icraat yekunlaşana qədər məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə dayandırılmışdır.

75. Sadalananlardan göründüyü kimi mübahisəli 700 kv.m torpaq sahəsinin yeri müvafiq hüquqmüəyyənedici və ya texniki sənədə əsasən dəqiq müəyyən edilmədiyindən, həmin torpaq sahəsinin məhz cavabdehlər tərəfindən zəbt edilməsinə dair iddiaçı tərəf məhkəməyə mötəbər sübut təqdim etmədiyindən məhkəmə kollegiyası hesab edir ki, müvafiq torpaq sahəsinin yeri dəqiq müəyyən edilmədən və uyğunsuzluqlar aradan qaldırılmadan, cavabdehlərə qarşı hazırkı iddia tələbi əsaslı hesab oluna bilməz. Odur ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.

76. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

77. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

78. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

79. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 23 dekabr 2021-ci il tarixli, 2(060)- 308/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

80. Məhkəmə kollegiyası MPM-in 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarına görə ödənilməli olan ümumilikdə 100 manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(060)-308/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarına görə ödənilməli olan ümumilikdə 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar