Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-32/2025 18.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X7 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-106/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddianın təmin edilməsi, Cavabdeh JN-384 saylı, 30800027 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,41 ha torpaq sahəsinin 200 kv.m hissəsindən çıxarılması və orada inşa edilmiş daş hasar Cavabdeh hesabına sökülməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və mütəxəssis rəyinə görə ödənilmiş 395 (95+300) manat pul cavabdehdən tutularaq İddiaçı qaytarılması, ekspertiza tədqiqatları üçün tələb olunan 100 (50+50) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh JN-384 saylı, 30800027 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,41 ha torpaq sahəsinin 200 kv.m hissəsindən çıxarılması və tikilmiş hasarın cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,41 ha torpaq sahəsi onun mülkiyyətindədir. Buna dair onun adına JN-384 saylı, 30800027 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edən zaman sözügedən torpaq sahəsinin 200 kv.metr hissəsinin başqa şəxsin istifadəsində olduğu aşkar edilmişdir. Bu səbəbdən xx.xx.2021-ci il tarixli məktubla daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Sonradan ona məxsus torpaq sahəsinin Cavabdeh Firudin oğlu tərəfindən zəbt edilməsi aşkarlanmışdır. Nəticə etibarı ilə cavabdeh həmin ərazidə onun mülkiyyətində olan torpaq sahəsinin müəyyən hissəsinə qeyri-qanuni sahiblik edir. Ancaq cavabdeh bütün bunlara baxmayaraq bu torpaq sahəsini boşaltmır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Babayev X4 Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Abşeron rayon Məhkəməsinin 2(012)- 106/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyində “Torpağa mülkiyyət hüququna dair” JN-384 KOD 30800027 dövlət aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.41 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Abşeron üzüm istehsalı emalı müəssisəsinin ərazisində aparılan torpaq istehsalatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Bundan əlavə xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən də görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-384 Kod 30800027 Dövlət Aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.41 ha torpaq sahəsinin plan və ölçüsündə döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu Mehdiabad qəsəbəsi Abşeron üzüm istehsalı və emalı müəssisənin ərazisində aparılan torpaq islahatına dair kompleks yerqurluşu layihəsininə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar ( sürüşmələr) qeydə alınmışdır. Bu rəydən görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sənəd ölçüləri ilə faktiki istifadəsində olan sahənin ölçüləri fərqlidir, yəni torpaq islahatı zamanı iddiaçıya verilmiş sahə sənəddəki koordinatlarına uyğun verilməmişdir. hazırda iddiaçı məhz faktiki istifadə etdiyi torpaq sahəsinə münasibətdə hesab edir ki, Cavabdeh onun sahəsini qismən zəbt etmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən bu cür hallarda şəxs öz faktiki istifadəsində olan torpaq sahəsinin sənəd üzrə koordinatlara uyğunluğunun təmin edilməsi üçün reyestr qurumuna müraciət etməli, uyğunsuzluğu aradan qaldırmalı və yalnız bundan sonra mülkiyyətinə edilmiş qəsdlə bağlı müvafiq iddia qaldırmalıdır. Qeyd edilən rəy kifayət edirdi ki, məhkəmə bu əsasla iddianı rədd etsin və iddiaçıya yuxarıdakı prosedur qaydalarını izah etsin. Lakin birinci instansiya məhkəməsi bu rəylə qərəzli olaraq razılaşmamış və mötəbər sənəd sayılmayan hansısa MMC-nin natamam rəyinə istinad etmişdir. Torpaq mübahisələri zamanı məhkəmə təcrübəsinə əsasən kommersiya təşkilatlarının rəyi mötəbər sənəd hesab edilmir. Buna görə də hesab edir ki, məhkəmə bu halda cavabdehə münasibətdə qərəzli davranmışdır. Qətnamədə məhkəmənin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi ilə nəyə görə razılaşmaması barədə heç bir müddəa yoxdur. Halbuki, MPM-nin 101.7-ci maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Beləliklə də, iş materiallarında cavabdehin iddiaçıya məxsus torpaq sahəsini qismən zəbt etməsi barədə kifayət qədər mötəbər sübutlar olmadığı halda, əsassız iddianı təmin edən məhkəmə maddi və prosessual normaları kobud şəkildə pozmuşdur ki, bu da qətnamənin apellyasiya qaydasında ləğv etməsi üçün əsasdır. Göründüyü kimi İddiaçı iddiası əsassızdır. Cavabdeh iddiaçının təqdim etdiyi sənəddəki torpaq sahəsinin heç bir hissəsini zəbt etməmişdir. Onun faktiki istifadə etdiyi sahə təqdim etdiyi sənəddəki koordinatlara uyğun deyil. Mübahisə isə məhkəmə tərəfindən natamam araşdırılmış və qanunsuz qətnamə çıxarılmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmənin iclasında dindirilən iş üzrə rəyi vermiş mütəxəssis X6 izahatında rəyi müdafiə edərək, torpaq sahəsinin çıxarışla özgəninkiləşdirildiyini, yeni mülkiyyətçi olan X1 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatlarının cavabdeh tərəfindən naturada tanıdılan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 onun əldə etdiyi torpaq sahəsinin özündə olduğu və heç bir etirazının olmadığını, apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehin mübahisəli daşınmaz əmlaka müdaxiləsi iş materialları ilə, o cümlədən mütəxəssis və ekspert rəyləri ilə tamamilə təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, bu nəticəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Torpağa mülkiyyət hüququna dair” JN-384 Kod 30800027 dövlət aktına əsasən İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində **********88 reyestr nömrəli çıxarışla X5 mülkiyyətində olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi torpaq sahəsindən çıxarılma barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2. maddəsi təşkil edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehlərin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehlərin sahibliyində olduğunu sübut etməli və yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalı, üçüncüsü isə cavabdehlərin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Nəzərə alınmalıdır ki, qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Qeyd olunan maddənin dispozisiya şərtlərindən göründüyü kimi sözügedən tələbin təmin olunması üçün çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu, həmin əmlakın cavabdehin sahibliyində olduğunu və sonuncunun əşyaya sahiblik hüququ qanunsuz olduğunu sübut etməlidir. Lakin mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə isə qətnaməsində bəzi qanunvericilik normalarını sadalayaraq tələbi təmin etsə də, iddianın qanuni əsası olan maddi hüquq normasının şərtləri ilə iddiaçının bildirdiyi hallar arasındakı uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparmamış, tətbiq edilən maddələr baxımından iddianın təmin olunması səbəblərini lazımı şəkildə əsaslandırmamışdır. Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Tərəflərin ədalət məhkəmə araşdırılması hüququnun təmin etmək məqsədilə məhkəmə kollegiyası tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2- 10/2400 nömrəli, 14 noyabr 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, elektron məlumat bazasına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN-384 Kod 30800027 dövlət aktına əsasən İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində **********88 reyestr nömrəli çıxarışla özgəninkiləşdirilmişdir. **********88 reyestr nömrəli çıxarışla X1 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları cavabdeh tərəfindən naturada tanıdılan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Göründüyü kimi iddiaçı ilk növbədə cavabdehin çıxarılmasını tələb etdiyi torpaq sahəsinin ona məxsus olduğunu Mülki Məcəllənin 157.2. və Mülki Prosessual Məcəllənin 77.1. maddələrinə əsasən sübut etməli olduğu halda, bu halı təsdiq edən tutarlı sübutlar təqdim etməmişdir. Mövcud vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri hallar iş materialları və ekspert rəyi ilə təkzib olunduğundan, eləcə də iddiaçıya məxsus torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olduğu öz təsdiqini tapmadığından, başqa sözlə iddiaçının mübahisələndirdiyi hallar Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş yuxarıda sadalanan dispozisiya şərtlərinə uyğun olmadığından, iddia tələbi təmin edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100+50=150 (yüz əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməli, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və mütəxəssis rəyinə görə ödənilmiş (95+300=395) 395 manat məbləğində pul iddiaçının özünə aid edilməli, cavabdeh tərəfindən mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pul İddiaçı tutularaq Cavabdeh qaytarılmalıdır. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma barədə iddia tələbi rədd edilsin. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və mütəxəssis rəyinə görə ödənilmiş 395 manat məbləğində pul iddiaçının özünə aid edilsin. Cavabdeh tərəfindən mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pul İddiaçı tutularaq Cavabdeh qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-32/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-32/2025
18.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver