Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-323/2023 19.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən uzaqlaşdırma və qanunsuz tikilmiş hasarın sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(012)-1034/2018 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1ində yerləşən 0,106277 ha torpaq sahəsi İddiaçı, X7, X4, X6 və X12 adına ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Bu barədə iş materiallarında daşınmaz əmlakın dövlət reyestrindən 31 avqust 2017-ci il tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsü vardır.
2. ünvan 1ində yerləşən 0,05315 ha torpaq sahəsi Cavabdeh2 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Bu barədə iş materiallarında daşınmaz əmlakın dövlət reyestrindən 30 avqust 2017-ci il tarixli çıxarış, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü vardır.
3. ünvan 1ində yerləşən 0,07626 ha torpaq sahəsi Cavabdeh3 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Bu barədə iş materiallarında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli çıxarış, xx.xx.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü vardır.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 23807 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, **********07 saylı mütəxəssis rəyinə əsasən tədqiq olunan torpaq sahəsi üzrə mütəxəssis tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, mülki iş materialında RX seriyalı, ******* saylı Çıxarışa (i.v. 6) əsasən İddiaçı, X14, X9, X13 və X15 məxsus ünvan 1ində yerləşən 0,106277 ha torpaq sahəsi, RX seriyalı, ******* saylı Çıxarışa (i.v.80) əsasən Cavabdeh2 mülkiyyətində olan 0,05315 ha torpaq sahəsi və RX seriyalı, ******* saylı Çıxarışa əsasən Cavabdeh3 Zaman oğluna məxsus ünvan 1ində yerləşən 0,07626 ha torpaq sahələrinin plan və ölçüləri təqdim olunmuşdur.
5. Rəyə görə vətəndaşların bir qismində kənd təsərrüfatı təyinatlı torpaqlarından kənd təsərrüfatı məhsullarının istehsalı üçün çıxarışlar, digər qismində ləğv edilmiş DTXK tərəfindən Dövlət Aktları və Dövlət Aktları əsasında ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmış çıxarışlar verilmişdir. Kameral şəraitdə elektron kadastr məlumat bazasında ünvan 1i, “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən iş araşdırılarkən, keçmiş DTXK tərəfindən verilmiş Dövlət Aktı köhnə koordinat sistemində olduğundan, sözügedən ərazidən Dövlət Aktları əsasında verilmiş, ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2022-ci il tarixli, 10/2384 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən, RX seriyalı, ******* saylı Çıxarışa (i.v.6) əsasən İddiaçı, X14, X9, X16 və X15 məxsus ünvan 1ində yerləşən 0,106277 ha torpaq sahəsi, RX seriyalı, ******* saylı Çıxarışa (i.v.80) əsasən Cavabdeh2 mülkiyyətində olan 0,05315 ha torpaq sahəsi, RX seriyalı, ******* saylı Çıxarışa əsasən Cavabdeh3 məxsus ünvan 1ində yerləşən 0,07626 ha torpaq sahəsi, Cavabdeh1 məxsus torpaq sahəsi həmin torpaq sahələrinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyətləri arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilərək istinad nöqtələri ləğv olunduğundan torpaq sahələrinin naturada üst-üstə düşübdüşməməsinin araşdırılması mümkün olmamışdır.
7. RX seriyalı, ******* saylı Çıxarışa əsasən İddiaçı, X14, X9, X16 və X15 məxsus Abşeron rayonu. Novxanı kəndində yerləşən 0,106277 ha torpaq sahəsi həmin torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilərək istinad nöqtələri ləğv olunduğundan Cavabdeh2 mülkiyyətində olan 0,05315 ha torpaq sahəsi, Cavabdeh3 məxsus ünvan 1ində yerləşən 0,07626 ha torpaq sahəsi və Cavabdeh1 məxsus torpaq sahəsinin qonşuluq sərhədlərinin olubolmamasının araşdırılması mümkün olmamışdır. Mübahisəli torpaq sahəsinin zəbt olubolunmamasının aydınlaşdırılması mütəxəssisin səlahiyyətinə aid deyildir.
8. RX seriyalı, ******* saylı Çıxarışa əsasən İddiaçı, X14, X9, X17 və X15 məxsus ünvan 1ində yerləşən 0,106277 ha torpaq sahəsi həmin torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilərək istinad nöqtələri ləğv olunduğundan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan torpaq sahələrinin ölçüləri ilə üst-üstə düşüb-düşməməsinin araşdırılması mümkün olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən uzaqlaşdırma və qanunsuz tikilmiş hasarın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 1ində yerləşən 0,106277 ha torpaq sahəsi onun mülkiyyətindədir. Lakin qonşuları olan cavabdehlər ona məxsus olan torpaqları zəbt edərək, onun mülkiyyətində olan torpaq sahəsində hasar tikmişlər. O, dəfələrlə onlardan hasarı sökmələrini və ona məxsus torpaq sahəsindən çıxmalarını tələb etsə də, onlar buna əməl etməmişlər. Cavabdehlər torpağın onlara məxsus olduğunu bildirmişlər. Bununla əlaqədar DƏDRX-nin 4 saylı Ərazi İdərəsinə müraciət etmiş, oranın əməkdaşları gələrək ölçmə işləri aparmış və onun torpağın qanuni sahibi olduğu müəyyən edilmişdir. Lakin cavabdehlər zəbt olunmuş torpaq sahəsindən çıxmaqdan imtina etmişlər.
11. Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(012)-1034/2018 saylı qətnaməsi ilə (hakim SevincQuliyeva) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən uzaqlaşdırma və qanunsuz tikilmiş hasarın sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməmiş və iddia ərizəsi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ona məxsus torpaq sahəsinə müdaxilə olunaraq hasar inşa edildiyini iddia etsə də, bunu təsdiq edəcək hər hansı sübutunu məhkəməyə təqdim edə bilməmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(012)-1034/2018 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-21/2022 nömrəli iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(012)-1034/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manatın İddiaçı alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
16. Məhkəmə kollegiyasının mövqeyinə görə, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, Torpaq Məcəlləsinin 67, 68, 111-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində icraat
18. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası mübahisəli torpaq sahəsinə dair iddiaçının çıxarışı və çıxarışda torpaq sahəsinin əsas döngə nöqtələri göstərildiyini nəzərə almamışdır. Sözügeden torpaq sahəsinin yerinin müəyyən edilməsi ilə bağlı iş yenidən araşdırılmalı və bunun üçün yenidən apellyasiya məhkəməsinə göndərilməlidir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5022/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər İ.Xələfov, Ə.Əliyev, İ.Xəlilov) kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-21/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
21. Ali Məhkəmənin mövqeyi aşağıdaki kimi olmuşdur: - məhkəməyə və eləcə də ekspertiza tədqiqatına iddiaçıya və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məxsus torpaq sahələrinə dair Reyestrindən Çıxarışlar və həmin torpaq sahələrinin plan və ölçüləri təqdim olunmuşdur. Cavabdeh1 istifadəsində olan torpaq sahəsinə dair isə tədqiqata nə Dövlət Reyestrindən Çıxarış, nə də torpaq sahəsinin plan və ölçüsü təqdim olunmamışdır. Cavabdeh1 həmin torpaq sahəsindən hansı hüquqi əsasa görə istifadə və kimə məxsus olması iş materiallarından görünmür. Lakin məhkəmə hər üç cavabdehə qarşı iddianı əsassız sayaraq rədd etmiş və bu zaman işdə olan Məhkəmə Ekspertiza Mərkəzinin rəylərinə əsaslanmışdır. Həmin rəylərə görə isə tərəflərə məxsus torpaq sahələrinin faktiki istifadə vəziyyətlərində uyğunsuzluqlar olduğundan həmin torpaq sahələrinin üst-üstə düşməsini müəyyən etmək mümkün deyildir. Cavabdehlərin birinin istifadə etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin olmadığı vəziyyətdə və eləcə də torpaq sahələrinə dair plan və cizgilərdə müəyyən olunmuş koordinatlar əsasında verilməsinin qeyri-mümkünlüyü lazımınca əsaslandırılmadan verilmiş həmin rəylərin tamlığı və obyektivliyi onların qanuni olması inamına gəlmək üçün kifayət qədər əsas verməməsinə baxmayaraq məhkəmə həmin rəylərə əsaslanaraq iddianı əsassız saymışdır. Halbuki həmin ekspert rəyləri ilə iddiaçıya məxsus torpaq sahəsi ilə cavabdehlərə məxsus torpaq sahələrinin üst-üstə düşməsi müəyyən olunmamışdır. - ekspertlərin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin müəyyən olunmasını qeyri-mümkün saymaları iddianın rədd edilməsi üçün əsas verən qanuni səbəb kimi qəbul edilə bilməz. Hazırkı vəziyyətdə isə belə bir qənaət yaranır ki, iddia ekspertlərin araşdırılmasını qeyri-mümkün saydıqları əsasa görə rədd edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
22. a) Apellyasiya şikayətinin dəlilləri
- Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdən imtina etdikdə ona məxsus torpaq sahəsinin onun xüsusi mülkiyyətində olması halına əhəmiyyət verməmiş və bu halı sübut kimi qəbul etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qətnamənin ləğv edilməsi, iş üzrə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
26. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. 27 Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. 28.Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
31. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
35. Mülki Prossesual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 36.Ali Məhkəmənin hazırki işlə bağlı göstərişləri (bax §21) nəzərə alınaraq, məhkəmə kollegiyası tərəfindən ünvan 1ində Cavabdeh1 məxsus torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin, Cavabdeh1 adına Çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin olmadığı təqdirdə ümumiyyətlə ünvan 1ində torpaq sahəsi ilə bağlı Cavabdeh1 adına əvvəllər qeydə alınmış mülkiyyət hüquqları ilə bağlı sənədlərin təsdiqlənmiş surətlərinin təqdim olunması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Ərazi İdarəsindən xahiş olunmuşdur.
37. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Ərazi İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-3079/2023 nömrəli cavab məktubuna əsasən, ünvan 1ində Cavabdeh1 məxsus daşınmaz əmlak aşkar olunmamışdır. Cavabdeh1 adına ünvan 1ində yerləşən 0.1063 ha torpaq sahəsi qeydiyyata alınmış, lakin sonradan özgəninkiləşdirilmişdir.
38. Məktuba əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, Abşeron Rayonu 1 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş xx.xx.2008-ci il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 0.1063 ha torpaq sahəsini 12030 manata almış, seriya MH ******* nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli çıxarışla 0.1063 ha torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüququ qeydə alınmışdır.
39. Abşeron Rayonu 1 saylı Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2017-ci il tarixli torpaq sahəsinin bölgüsü haqqında sazişə əsasən DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş **********68 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış əsasında Abşeron rayonu, 1 saylı Notariat Kontorunda rəsmiləşmiş xx.xx.2017-ci il tarixdə 4Ə/1506 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.1063 ha olan torpaq sahəsi Cavabdeh1 və X10 arasında bölünmüşdür.
40. Sumqayıt Asan Xidmət Mərəkəzində Notariat Ofisinin Xüsusi Notariusu tərəfindən təsdiqlənmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə ona verilmiş **********79 reyestr nömrəli, **********8 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0.05315 ha torpaq sahəsini X1.
41. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. Apellyasiya baxışı zamanı mütəxəssis rəyi verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Ərazi İdarəsindən mütəxəssis cəlb edilməklə iddiaçı və cavabdehlərin iştirakı ilə torpaq sahəsinə baxış keçirilmişdir.
42. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-6658/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, Dövlət Aktına əsasən verilmiş RX seriyalı, ******* saylı, **********34 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan 0.05315 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, RX seriyalı, ******* saylı **********80 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan 0.05315 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh3 məxsus ünvan 1ində yerləşən 0.07626 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu Novxanı kəndi “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qayda!an”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır.
43. Mütəxəssis rəyindən göründüyü kimi, 4 saylı Abşeron Ərazi İdarəsi qərardadla qoyulmuş suallara cavab verməmiş, bununla bağlı gəldiyi nəticəni rəy adlandırsa da, faktiki olaraq rəy verilməmişdir. Rəyin verilməməsinə səbəb isə cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu Novxanı kəndi “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınması olmuşdur.
44. Beləliklə göründüyü kimi, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim olunmuş rəylərlə iddiaçıya məxsus torpaq sahəsinin sərhədlərini dəqiqləşdirmək, kimin istifadəsində olduğunu müəyyənləşdirmək mümkün olmamışdır.
45. Nazirlər Kabinetinin 28 aprel 2016-ci il tarixli 250 saylı Sərəncamı ilə həyata keçirilən dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planının məqsədi dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlarla yanaşı, xüsusi mülkiyyətdə olan torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsindən ibarət olmaqla, həmin sistem və xəritələrin torpaqlarının yerdəki faktiki istifadə vəziyyətinin məkan göstəricilərinə görə deyil, yalnız ayrı-ayrı fiziki və hüquqi şəxslərə səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş sənədlərin, o cümlədən X8 tərəfindən verilmiş torpağa mülkiyyət hüququnu təsbit edən dövlət aktlarının məkan göstəriciləri əsasında aparılmasından ibarətdir.
46. Kollegiya onu da qeyd edir ki, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd olunduğu kimi, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, qoyulmuş sualların cavablandırılması mümkün olacağı səbəbindən, cavabdehlərdən Cavabdeh1 torpaq sahəsini özgəninkiləşdirdiyi digər şəxslərin məhkəmə icraatına cəlb edilməsini məhkəmə prosessual qənaət prinsipi baxımından zəruri hesab etməmişdir.
47. Məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə təqdim olunmuş sübutlar və ekspert, mütəxəssis rəyləri iddianın təmin olunması üçün kifayət və yetərli hesab olunmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin hallarına uyğundur. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti təmin olunmamalıldır.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(060)-6989/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.