Məhkəmə qərarları › İş №2(105)-3241/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3241/2021

01.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3241/2021 01.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, Maraqlı şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(074)-195/2020 saylı qərardadından Maraqlı şəxs MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şamaxı Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(074)-195/2020 saylı qətnaməsi ilə Cavabdeh, azyaşlı övladları 13.10.2006-cı il təvəllüdlü X4 və 16.12.2007ci il təvəllüdlü X3 ilə birlikdə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 3 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində İddiaçı məxsus olan 16,0 kv.metr sahəsi olan mənzildən çıxarılması qət edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(074)-195/2020 saylı qətnaməsindən maraqlı tərəf Maraqlı şəxs MMC tərəfindən verilmiş apelyasiya şikayəti 21.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şamaxı Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(074)-195/2020 saylı qərardadı ilə qeyd edilən qətnamədən maraqlı tərəf Maraqlı şəxs MMC tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. (hakim E.Hümbətov) Həmin qərardaddan narazı qalan Maraqlı şəxs MMC şikayət verərək onun ləğv edilib işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(074)-195/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ və TƏRƏFLƏRİN İZAHATLARİ : Maraqlı şəxs MMC şikayətini bununla əsaslandırmışdır ki, mübahisə üzrə qəbul edilmiş qərardad qanunsuzdur. Qətnamə ilə cavabdehin çıxarıldığı mübahisəli yaşayış sahəsi MMC-nin balansındadır. Bunu, şikayətə əlavə edilmiş aktlar da təsdiq edir. Apelyasiya şikayətinin mahiyyəti üzrə baxılmadan geri qaytarılması əmlakın sahibi kimi Maraqlı şəxs MMC-nin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Buna görə də qərardad ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs MMC-nin nümayəndəsi X5 şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İş üzrə iddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan 15.10.2020-ci il tarixli aktdan görünür ki, Maraqlı şəxs MMC-nin KMTQ-nın 14.10.2020-ci il tarixli, 70 saylı əmrinə əsasən KTMQ-nın balansında olan Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 24 mənzilli xidməti binada inventarlaşma keçirilmiş və 1 saylı mənzilin N.Müslümov tərəfindən satıldığı, orada Cavabdeh yaşadığı müəyyənləşdirilmişdir. Yenə iş materiallarında olan 30.09.2021-ci il tarixli ehtiyatlar hərəkətlərin dövriyyə cədvəlindən görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 24 mənzilli ev Maraqlı şəxs MMC-nin KMTQ-nın balansındadır. Obyektin texniki pasportu 28 fevral 2001-ci il tarixdə Maraqlı şəxs MMC-nin KMTQ-nın adına tərtib edilmişdir. Yenə də iş materiallarında olan Maraqlı şəxs MMC-nin 08.06.2021-ci il tarixli məktubundan görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 24 mənzilli xidməti bina Maraqlı şəxs MMC-nin KMTQ-nın balansındadır. Həmin binanın 1 saylı mənzili 09.01.1992-ci il tarixdə 02 saylı oredrlə X1 verilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakim məruzəsini dinləyib, iş materiallarını apelyasiya şikayəti ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(074)-195/2020 saylı qərardadı ləğv edilməli, Maraqlı şəxs MMC-nin qeyd edilən qətnamədən verdiyi apelyasiya şikayətiin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. İşin tədqiq olunan hallarından görünür ki, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq onun uşaqları ilə birlikdə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 3 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindəki ona məxsus 16 kv.metrlik mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, qətnamə ilə iddia təmin edilmişdir. İşdə olan bir sıra mötəbər sübutlardan görünür ki, mübahisəli yaşayış sahəsi Maraqlı şəxs MMC-nin balansındadır. İşdən həmçinin görünür ki, mübahisə məhkəmədə araşdırılarkən icraatda Maraqlı şəxs MMC (nümayəndəsi) iştirak etməmişdir. AR MPM-nin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Qeyd edildiyi kimi, mübahisəli yaşayış sahəsinin balans saxlayıcısı olaraq Maraqlı şəxs MMC-nin mübahisə araşdırılarkən məhkəmə iclasında iştirakı təmin edilməmiş, lakin həmin mənzillə bağlı qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs MMC-nin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi həmin qətnamədən apelyasiya şikayət vermək hüququnun olub-olmaması yuxarıda istinad edilən sübutlar əsasında qiymətləndirilməlidir. Sonra isə verilmiş şikayətin MPM-in 364-cü maddəsinin tələblərinə uyğunluğu yoxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs MMC-nin qətnamədən verdiyi apelyasiya şikayətinin geri qaytarılması barədə məhkəmənin gəldiyi nəticə düzgün deyildir və MPM-nin 357.2-ci maddəsinin tələblərinə ziddir. AR Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. AR MPM-nin köhnə redaksiyada 364, yeni redaksiyada 364.1 və 364.2-ci maddələrinə görə apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Azərbaycan Respublikası MPM-in 398.0 və 398.0.3-cü maddələrinə görə apelyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(074)-195/2020 saylı qərardadı ləğv edilməli, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi Maraqlı şəxs MMC-nin apelyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 363.4, 398.0, 398.0.3 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlı şəxs MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(074)-195/2020 saylı qərardadı ləğv edilsin. İş qərardadda şərh edilən qaydada yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar