Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3246/2020 09.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və X1 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, ilkin iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İlkin İddiaçı ilkin Cavabdeh qarşı vərəsəlik üzrə payın müəyyən edilməsi tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı cavabdeh İddiaçı qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və s. ilə bağlı qarşılıqlı tələblərə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-456/2020 saylı qərardadından ilkin İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim H.Əhmədov) İddiaçı “xx xxxx 2002-ci ildə verilmiş, Dövlət aktı qeydiyyat kitabında 4462 nömrə ilə qeydiyyata alınmış “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında (JN 1672, Kod 308000118) torpağın mülkiyyətçisi kimi qeyd olunan X2 payından qanun üzrə vərəsə kimi ona düşən payın miqdarının 0,0645 ha müəyyən edilməsi” tələbinə dair ilkin iddiası üzrə işin icraatına iş məhkəmədə baxılmalı olmadığından, xitam verilməsi qərara alınmışdır. İlkin İddiaçı qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Abşeron rayon məhkəməsi xx xxxxxx 2020-ci il tarixli məktubla müraciət edərək, ilkin iddiaçının nümayəndəsi Vəkil Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə prosesinə dair tərtib edilmiş məhkəmə iclas protokoluna qeydlər və Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verdiyini, mülki işin Abşeron rayon məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.1. maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun ağlabatan müddətdə baxılmasının təmin edilməsindən ötrü mülki iş apellyasiya icraatından çıxarılaraq, apellyasiya şikayətinə baxılmasından ötrü mülki iş Abşeron rayon məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 269, 365-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İlkin İddiaçı ilkin Cavabdeh qarşı vərəsəlik üzrə payın müəyyən edilməsi tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı cavabdeh İddiaçı qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və s. ilə bağlı qarşılıqlı tələblərə dair mülki iş Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə prosesinə dair tərtib edilmiş məhkəmə iclas protokoluna qeydlərə və Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə baxılmasından ötrü apellyasiya icraatından çıxarılaraq Abşeron rayon məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Telman Quliyev Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-3246/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3246/2020
09.12.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver