Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3269/2021 28.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış obyektindən məcburi çıxarılma və icarə haqqı tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6656/2021 saylı, 05 avqust 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,9 kv.m olan qeyriyaşayış obyektinin 30 kv.m sahəsindən məcburi çıxarılması, 500 manat icarə haqqının və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı təmin etmə tədbirinin tətbiqinə dair ərizə verərək işə mahiyyəti üzrə baxılıb həll edilənədək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,9 kv.m olan qeyriyaşayış obyektinin fəaliyyətinin məcburi dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6656/2021 saylı, 05 avqust 2021-ci il tarixli qərardadı ilə İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59,9 kv.m olan qeyriyaşayış obyektinin fəaliyyətinin məcburi dayandırılması barədə ərizəsi təmin edilməmişdir. İddiaçı qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6656/2021 saylı, 27 avqust 2021-ci il tarixli qərardadı şikayət təmin edilməmiş, şikayətin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardaddan narazıdır, qərardad ləğv edilməlidir. Belə ki, Cavabdeh qeyri-yaşayış obyektindən istfiadəni davam etdirdiyi halda obyektdən təyinatı üzrə istifadə etməyəcək, obyektdə mülkiyyətçiyə məxsus avadanlıqlara səhlənkar münasibət bəsləyərək onların satılmasına, sınıb-dağılmasına səbəb olacaqdır. Nəticədə əmlakının gələcəkdə istifadəsi mümkünsüz olacaqdır. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6656/2021 saylı, 05 avqust 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətin dəlilləerionə etiraz edərək göstərdi ki, qeyd edilən obyektdə iddiaçıya məxsus hər hansı əmlak yoxdur. Obyekti uzun müddətdir ki işlədir, oranı özü təmir edərək istfiadə edir. Hazırda da təmirlə bağlı qarşılıqlı iddia ərizəsi də təqdim etmiş və icraata qəbul edilmişdir. Odur ki, şikayətin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6656/2021 saylı, 05 avqust 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, məhkəmə iddiaçının iddianın təmin edilməsi tədbirinin tətbiqi barədə ərizəni kifayət qədər əsaslandırmamasını, ərizənin təmin edilməsini zəruri edən hər hansı dəlil göstərməməsinə istinad edərək ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak uzərinə həbs qoya bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli Qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. İşdən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,9 kv.m olan qeyri-yaşayış obyektinin fəaliyyətinin məcburi dayandırılmasını xahiş edir. Lakin, iddiaçı iddianın təmin edilməsi tədbirinin tətbiqi barədə ərizəni kifayət qədər əsaslandırmamış və ərizənin təmin edilməsini zəruri edən hər hansı dəlil göstərməmişdir. Həmçinin iddianın təmin edilməsi tədbirinin tətbiqi o halda tətbiq edilməlidir ki, bunun əksi halında gələcəkdə işə mahiyyəti üzrə baxılaraq iddia təmin edilərsə qətnamənin icrası çətinləşə və ya qeyri-mümkün ola bilər və yaxud həmin tədbirin tətbiq edilməməsi ərizə verən şəxs üçün gərəksiz maddi və digər itkilərə səbəb ola bilər. Hazırkı halda isə ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində cavabdehin fəaliyyətinin dayandırılmaması iş üzrə gələcəkdə qəbul ediləcək qətnamənin icrası məsələləri üçün hər hansı maneə ola bilməz. Bu yalnız cavabdehin gərəksiz maddi itkilərinə səbəb ola bilər ki, bunun da işə baxılması üçün hər hansı prinsipial əhəmiyyəti yoxdur. Eyni zamanda iddiaçı onbyektdə özünə məxsus əmlakların istidadə edilərək yararsız hala salına biləcəyioni bildirsə də, qeyd edilən qeyri-yaşayış sahəsində özünə məxsus hər hansı əmlakın olmasına dair də sübut təqdim etməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadı prosessual hüquq normalarının tələblərinə uyğundur və onun ləğvi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6656/2021 saylı, 05 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3269/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3269/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver