Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-329/2021 23.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-3197/2020 saylı qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-3197/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Almaz Süleymanova) Qətnamədən İddiaçı vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanına istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmə qərar qəbul edərkən qanunun müvafiq, iş üçün əhəmiyyət kəsb edən normalarına istinad etməmiş, formal qanunvericilik aktlarından ibarət qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində araşdırılan hüquq münasibətlərinin 2000-ci il tarixədək əmələ gəldiyini və bu səbəbdən mövcud mübahisənin həlli zamanı xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəalarının tətbiq olunmasının labüdlüyünü vurğulamışdır. Həmin Mənzil Məcəlləsinin 87-ci maddəsində qeyd olunur ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Hazırkı işdə də cavabdeh 1996-cı ildə ailə quraraq həmin mənzildən köçüb getmişdir. Bunu iş materiallarında olan qonşuların iştirakı ilə tərtib olunmuş akt da təsdiq edir. Həmçinin cavabdeh ailə quraraq İran İslam Respublikasına getmişdir. Onun ölkədən giriş-çıxışının yoxlanılması üçün vəkil sorğusu verilmiş, lakin sorğuya cavabda bildirilmişdir ki, müvafiq orqan yalnız məhkəmənin göndərdiyi sorğuya cavab verə bilər. Məhkəmə iclasında cavabdehin ölkə xaricində olmasını, onun giriş-çıxışının yoxlanılmasının, həqiqətən də uzun illərdir nəinki mübahisəli mənzildə, Azərbaycan Respublikası ərazisində yaşamamasını müəyyən etməkdən ötrü məhkəmə sorğusu verilməsi barədə vəsatət verilsə də həmin vəsatət təmin edilməmişdir. Görünür hakim işin araşdırılmasında maraqlı olmamış, cavabdehin burada yaşayıb- yaşamamasının işə heç bir aidiyyəti olmaması qənaətində olmuşdur. Halbuki həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 87-ci maddəsində qeyd olunduğu kimi ailə üzvünün daimi yaşamaq üçün başqa yaşayış sahəsini seçməsi icarə müqaviləsinin pozulmuş hesab edilməsi üçün əsasdır. Vaxtilə cavabdehin mübahisəli mənzilə istifadə hüququ olub, lakin qanuna uyğun olaraq cavabdeh evdən gəlin köçərək getdiyi gündən həmin hüququnu itirmişdir. Bu səbəbdən apelyasiya şikayətinin təmin olunmasını, məhkəmənin qanunsuz qətnaməsinin ləğv olunmasını, cavabdehin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının vəkilini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-3197/2020 saylı qətnaməsi qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına Sumqayıt şəhər DTİ, MHQ və ŞKİ-nin xx xxxx 2005-ci il tarixli, 27 №-li protokolu əsasında rəsmiləşdirilmişdir. Sumqayıt İcra Hakimiyyəti MKTİB-nin 07 saylı MKS tərəfindən verilmiş xx.xx.2020ci il tarixli 604 saylı arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsi iş materaiallarına istinadən iddiaçı tərəfin cavabdehin ailə qurduğunu, bununla bağlı olaraq həmin mənzili tərk edib getdiyini göstərsə də, cavabdehin nikahda olması, daimi yaşayış yeri olmaqla bu yaşayış sahəsinə ehtiyacının aradan qalxması, uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsinə dair məhkəmə hər hansı sübut təqdim etməməsi əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki,iş materialları ilə müəyyən edilir ki, iddiaçının qızı olan cavabdeh anadan olduğu vaxtdan (1975) bu mənzildə yaşamış, iddiaçının sözlərinə görə 1996-ci ildə ailə quraraq həmin evdən köçüb getmiş, həmin vaxtdan mübahisəli evdə yaşamamış və istifadə etməmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin göstərdiklərinə əsaslanaraq hesab edir ki, araşdırılan hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarının 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri daimi yaşamaq ücün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmə sorğusu əsasında məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Səadət Sarayının (Bakı Nikah Evi) xx.xx.2021-ci il tarixli. 05/9-67/13 saylı məktubundan görünür ki, İsmayılova əfa Vaqif qızı xx.xx.1995-ci ildə Cəlili Köhənsal Rüstəməli oğlu ilə nikaha girmiş, nikahdan sonra qadın Cəlili Köhənsal soyadını qəbul etmişdir. Sorğu əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2020-ci il tarixli. 33/4213 saylı məktubundan görünür ki, İsmayılova ( Cəlili Köhənsal) Vəfa Vaqif qızının 1996-2020-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır, xx.xx.2004-cü ildə çirişxx.xx.2004-cü ildə çıxış, xx.xx.2005-ci ildə giriş-xx.xx.2005-ci ildə çıxış, xx.xx.2007-ci ildə giriş-xx.xx.2007-ci ildə çıxış, xx.xx.2014-cü ildə giriş-xx.xx.2014-cü ildə çıxış, xx.xx.2017-ci ildə giriş-xx.xx.2018-ci ildə çıxış, xx.xx.2019-cü ildə giriş-xx.xx.2019-cu ildə çıxış. Göründüyü kimi, 1996-cı ildən sonra cavabdehin ölkə ərazisindən çıxışı müşahidə olunmamış, o, yalnız xx.xx.2004-cü ildə ölkə ərazisinə giriş etmişdir. Daha sonrakı illərdə də ölkə ərazisinə girişi 1 aydan artıq müddət olmamış, 2007-ci ildən 2014-cü ilədək 7 il ərzində ümumiyyətlə ölkə ərazisinə giriş etməmiş, sonra 3 il sonra yenidən, xx.xx.2017-ci ildə ölkə ərazisinə gəlsə də, 10 gün sonra, xx.xx.2018-ci ildə ölkəni tərk etmişdir. Sonuncu dəfə xx.xx.2019-cü il tarixdə ölkə ərazisini tərk etmiş və həmin tarixdən ölkə ərazisinə giriş etməmişdir. Bununla da iş materialları ilə müəyyən edilir ki, cavabdeh formal olaraq mübahisəli mənzildə qeydiyyatda olsa da 1996-cı ildən həmin mənzildə yaşamır. Cavabdehin mübahisəli mənzildə 1996-ci ildən yaşamaması eləcə də ölkə ərazisində yaşamaması iş yuxarıda qeyd edilən məktubda təsdiqini tapmışdır. Məhkəmə kollegiyası cavabdehin 1996-ci ildə mübahisəli mənzili tərk etmələrini, 24 ildən artıq bir müddətdə həmin mənzildə yaşamamasını və bu müddət ərzində mənzildən istifadə hüquqlarını həyata keçirmək üçün hər hansı cəhd etməməsini, bundan əlavə, nikaha girərək ölkə ərazisindən kənarda yaşamasını onun qeyd olunan mənzildə istifadə hüquqlarını saxlamaq niyyətinin olmaması, onların mənzildən birdəfəlik getməsi kimi qiymətləndirir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinin tətbiqi üçün həmin Məcəllənin 87-ci maddəsində göstərilən əsaslar, yəni cavabdehin daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməsi halı hazırki işdə mövcuddur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya məxsus evi 1996-cı ildən tərk etmiş və həmin tarixdən hazırki günədək onun həmin mənzildə yaşaması iş materialları ilə təkzib edilir. Bu səbəbdən də cavabdehin mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-3197/2020 saylı ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-3197/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, 5-ci mkr, ev 4B/28, 08 saylı mənzilə cavabdeh İsmayılova (Cəlili Könəhsal) Vəfa Vaqif qızının istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-329/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-329/2021
23.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver