Məhkəmə qərarları › İş №2(105)-329/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-329/2022

11.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-329/2022 11.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, maraqlarına toxunan şəxs Maraqlı şəxs vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(012)-1173/2021 saylı qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(012)-1173/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 məxsus Abşeron rayonu, Məmmədli kəndi ərazisindəki torpaq sahəsindəki evə köçürülməsi qət edilmiş,iddia tələbi iddiaçılar İddiaçı1 və İddiaçı2 Abşeron rayonu, Məmmədli kəndində yerləşən evə istifadə hüquqlarının tanınması hissəsində rədd edilmişdir (hakim Elman Məmmədov) Qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(012)-1173/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X4 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən mənzilə onların istifadə hüququnun tanınması və mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyiyasının iclasında maraqlarına toxunan şəxs Maraqlı şəxs vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, müvəkkili Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,50 ha torpaq sahəsini 22.12.2015-ci il tarixdə Abşeron rayon 1 saylı Notariat Kontorunda alğı-satqı müqaviləsinə əsasən Cavabdeh almışdır. Alğı-satqıdan sonra torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə aldırmış və ona mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, № ******* saylı Çıxarış verilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, 2016-cı ilin aprel ayında Cavabdeh Maraqlı şəxs ilə aralarında bağlanmış alğı-satqı müqaviləsinin ləğv olunması tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Maraqlı şəxs həmin vaxt qarşılıqlı iddia ilə ona və ailə üzvlərinə qarşı torpaq sahəsindən çıxarılma tələbi ilə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsi ədalətli məhkəmə araşdırması aparmış və 03.04.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh iddiasını rədd etmiş və Tamila Nəhmətovanın iddiasını isə qismən təmin etmişdir. Bu tələblə əlaqədar Cavabdeh verdiyi apellyasiya və kassasiya şikayətləri təmin olunmamış və Abşeron Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh yenidən 2017-ci ilin dekabr ayında alğı- satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsi iddia ərizəsini araşdırmış və Cavabdeh iddiasını iddia müddəti tətbiq etməklə rədd etmişdir. Qeyd olunan məhkəmə qətnaməsi də hazırda qüvvədədir. Onu da qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 03.04.2016-cı il tarixli qətnaməsi icra olunması üçün Abşeron Rayon İcra və Probasiya şöbəsinin icraatındadır. Məhkəmə qətnaməsindən və işə əlavə olunmuş materiallarından göründüyü kimi məhkəmə işə baxarkən iddiaçıların iddia etdiyi torpaq sahəsinin cavabdeh Oktay Bayramova aid olmasına yalnız JN-0833, Kod: 30800108 saylı torpağın mülkiyyətə verilməsinə dair aktdan müəyyən etmiş və torpaq sahəsinin cavabdeh Oktay Bayramova aid olması qənaətinə gəlməklə iddianı qismən təmin etmişdir. Halbuki, işə baxan məhkəmə ədalətli məhkəmə araşdırması aparmış olsaydı, torpaq sahəsinin cavabdehə aid olmamasını müəyyən edərdi. İşdən göründüyü kimi tərəflər ləğv olmuş aktı məhkəməyə təqdim etməklə məhkəməni aldatmış, cavabdeh məhkəmə zamanı iddianı qismən qəbul etmiş və güya iddiaçılar səs-küy saldığından torpaq sahəsində yerləşən evə köçürülməsini istəmir. Buradan aydın olur ki, həm iddiaçılar, həm də ki, cavabdeh hazırda icra olunmaqda olan məhkəmə qətnaməsinin icra olunmaması üçün süni şəkildə prosesi uzadırlar. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(012)-1173/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 lazımi qaydada xəbərdarlıq edilsə də o, üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, maraqlarına toxunan şəxsin nümayəndəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(012)-1173/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Qax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 034776 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 arasında 23 avqust 2015-ci il tarixində 106 №-li nikah qeyd bağlanmışdır. İş materiallarında olan JN-0833, Kod 30800108 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 1.12 ha torpaq sahəsi 19.07.2005-ci il tarixdə qeydiyyat kitabında 8647 nömrə ilə X3 mülkiyyətinə qeydə alınmışdır. Bİrinci instansiya məhkəməsi iddiaçılardan İddiaçı1 cavabdeh X3 doğma oğlu olmasını, İddiaçı1 mübahisəli daşınmaz əmlakda atası ilə birlikdə əmlakın əldə edilməsi vaxtından yaşamağa başlamasını, digər İddiaçı2 isə İddiaçı1 ilə 23.08.2015-ci il tarixdə nikaha daxil olduqdan sonra ailə üzvü kimi qəbul edilərək mübahisəli fərdi yaşayış evinə gəlin köçərək cavabdehlə birgə təsərrüfat aparmasını, mübahisə predmeti olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 1.12 ha torpaq sahəsinin 19.07.2005-ci il tarixdə qeydiyyat kitabında 8647 nömrə ilə X3 mülkiyyətinə qeydə alınmış, lakin həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin isə qeydiyyatdan keçməməsini müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 228.1, 228.2-ci maddəsinə, Belə ki,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılamayaraq qeyd edir ki, məhkəmə tətbiq edilməməli qanunvericilik normalarını tətbiq etməklə qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi mübahisəli Abşeron rayonu, Məmmədli kəndində yerləşən 1.12 ha torpaq sahəsinin 19.07.2005-ci il tarixdə qeydiyyat kitabında 8647 nömrə ilə X3 mülkiyyətinə qeydə alınmasını müəyyən edərək iddianı təmin etmişdir. Lakin iş materiallarından görünür ki, Maraqlı şəxs Əmralı qızı mübahisəli fərdi yaşayış evinin yerləşdiyi 0,5 ha torpaq sahəsini 22.12.2015-ci ildə Abşeron rayonu, 1 saylı Notariat Kontorunda alğı-satqı müqaviləsinə əsasən X1 almış, alğı-satqıdan sonra torpaq sahəsi dövlət qeydiyyatına alınmış və RX seriyalı ******* saylı Çıxarış verilmişdir. İş materiallarından görünür ki, X6 cavabdeh Maraqlı şəxs Əmralı qızına qarşı məhkəməyə müraciət edərək 22.12.2015-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv olunmasını xahiş etmiş, Maraqlı şəxs isə ona qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)3034/2016 saylı, 03.10.2016-cı iltarixli qətnaməsi ilə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, Maraqlı şəxs mülkiyyətində olan 0,50 ha torpaq sahəsindən X3 çıxarılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı X6 apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.03.2017-ci il tarixli, 2(105)704/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)3034/2016 saylı, 03.10.2016-cı iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçılar kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Mülki Kollegiyasının 2(102)5286/2017 saylı, 06.10.2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırki iş üzrə cavabdeh Bayramov Oktay Eldar oğlunun mübahisəli 0,50 ha torpaq sahəsinin Maraqlı şəxs satılmasına dair müqavilənin ləğv edilməsi barədə iddia təmin edilməmiş, Bayramov Oktay Eldar oğlunun torpaq sahəsindən çıxarılması müəyyən edilmişdir. Bundan sonra iddiaçılar X6, X5, İddiaçı1 cavabdehlər Abşeron rayon 1 saylı Notarit Kontoruna, Maraqlı şəxs, X2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Abşeron Rayon Məhkəməsinin 2(012)235/2018 saylı, 05.02.2018--ci iltarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, qətnamədən iddiaçılar apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.10.2019-cu il tarixli, 2(105)3344/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Mülki Kollegiyasının 2(102)1494/2020 saylı, 02.06.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da müəyyən edilir ki, hazırki iş üzrə İddiaçı1, X9 mübahisəli torpaq sahəsinin alğı-satıqısına dair Maraqlı şəxs ilə bağlanmış müqavilənin ləğv edilməsi, daha sonra isə etibarsız hesab edilməsi barədə iddia tələbləri qanuni qüvvəsini almış məhkəmə qərarları ilə təmin edilməmişdir. Həmçinin mübahisəli torpaq sahəsi hazırki gündə də Maraqlı şəxs adına dövlət reyestrində qeydiyyatdadır və onun adına olan çıxarış hazırda qanuni qüvvəsindədir. Bununla da müəyyən edilir ki, hazırki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 köçmək istədikləri Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evi Maraqlı şəxs satılmış və hazırki gündə onun xüsusi mülkiyyətində olan 0,50 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evidir. Eləcə də hazırki iş üzrə cavabdeh Bayramov Oktay Eldar oğlunun həmin torpaq sahəsindən çıxarılması barədə qanuni qüvvəsini almış məhkəmə qərarları mövcudur. Bundan başqa məhkəmə kollegiyası iş materiallarına istinadən qeyd edir ki, iddiaçıların köçmək istədikləri fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, dolayısı ilə fərdi yaşayış evi Maraqlı şəxs mülkiyyətində olmaqla ona məxsusdur, həmin torpaq sahəsinin cavabdeh X4 məxsus olması qeyd edilən iş materialları ilə təkzib edilir. Belə olan halda mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi başqa bir şəxsin mülkiyyətində olduğu, cavabdeh X4 hər hansı formada bağlılığı olmadığı halda onun cavabdeh qismində iddianı qismən qəbul etməsi qanunvericiliyə ziddir. Belə ki, cavabdehin özünə məxsus olmayan fərdi yaşayış evinə köçürülmə ilə bağlı iddianı qismən qəbul etməsi əsaslı sayıla bilməz. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin JN-0833, Kod 30800108 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən cavabdehin mülkiyyətində olmasını göstərsə də torpaq sahəsinin hazırki gündə kimin mülkiyyətində olması barədə müvafiq sorğular göndərməmiş, mübahisəli torpaq sahəsinin hüquqi statusunu müəyyən etməmiş, bununla da iddiaçıları cavabdehin deyil, başqa bir şəxsin mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə köçürülməklə qanunvericilik normalarını kobud şəkildə pozmuş, torpaq sahəsinin mülkiyyətçisi olan Maraqlı şəxs Əmrail qızının mülkiyyət hüquqlarını pozmaqla qətnamə qəbul etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmadan iddiaçıların yaşayış sahəsinə köçürülməsi barədə səhv nəticəyə gəlmişdir ki, bu da qətnаmənin ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(012)-1173/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs apelyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(012)-1173/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar