Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-332/2023 16.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Sumqayıt şəhəri 3 saylı notariat ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi) X17 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və X2 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Sumqayıt şəhəri 3 saylı notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(060)-4759/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Sumqayıt şəhəri 3 saylı notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən xx.xx.1992-ci ildə vəfat etmiş mərhum oğlu X8 məxsus miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Bundan sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək Sumqayıt şəhəri 3 saylı notariat ofisinin notariusu barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının şəhid olmuş övladı X14 21 fevral 1992-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Lakin bəzi məlum səbəblərə görə toyun səhərisi günü Cavabdeh1 atası ilə öz evlərinə göndərmişlər. Həmin ərəfədə Birinci Qarabağ müharibəsi davam etdiyi üçün oğlu Əvəz könüllü olaraq müharibəyə getmişdir. 03 oktyabr 1992-ci il tarixdə X14 şəhid olmuşdur. Bu illər ərzində onların Cavabdeh1 ilə hər hansı bir münasibəti və xəbərləri olmamışdır. Sonradan onlara məlum olmuşdur ki, o, kiminləsə ailə həyatı qurub və həmin şəxsdən də bir oğlan övladı dünyaya gətirmişdir. Cavabdeh1 nə onun mərhum oğlu Əvəzlə, nə də ki, onların ailə üzvləri ilə hər hansı bir münasibəti olmamışdır. Bu yaxınlarda ona məlum olmuşdur ki, Cavabdeh1 Sumqayıt şəhər 3 saylı notariat ofisinə müraciət edərək, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X8 xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açdırmış və Miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə - Cavabdeh1, xx.xx.2021-ci il tarixdə 1/3 hissəsinə dair anası İddiaçı və digər 1/3 hissəsinə dair atası - xx.xx.1983-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Cavabdeh1 iddiaçının mərhum oğlu Əvəz Sadıqovla rəsmi nikaha daxil olaraq ailə həyatı qursada, qeyd etdiyi səbəbdən toyun səhərisi günü İradə öz atası evinə getmiş, nə mərhum oğlu vəfat edən zaman yas mərasiminə gəlib iştirak etməmiş, nə də ondan sonra bir dəfə də olsun onlarla maraqlanmamışdır. Lakin buna baxmayaraq Sumqayıt şəhəri 3 saylı notariat ofisi bunları nəzərə almamış və mərhum oğlu X6 adına olan miras əmlakına dair Cavabdeh1 Vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Hesab edir ki, Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən xx.xx.1992-ci il tarixdə vəfat etmiş mərhum oğlu X8 məxsus miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə Cavabdeh1 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. AZ seriyalı ******* nömərli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X6 atası X9, anası İddiaçıdır.
6. Sumqayıt şəhər qeydiyyat şöbəsinin 26 okytabr 2018-ci il tarixli arayışından görünür ki, X14 ilə Cavabdeh1 arasında 21 fevral 1992-ci il tarixdə 274 nömərli akt qeydi ilə nkah bağlanmışdır.
7. Sumqayıt Şəhər Məhkəməsinin 2-450/08 nömrəli 07 fevral 2008-ci il tarixli qətnaməsindən görünür ki, X6 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xx.xx.1992-ci il tarixdə həlak olması faktı müəyyən edilmişdir.
8. AZ-İ seriyalı 285543 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.1992-ci il tarixdə Ağdam rayonu Abdal-Gülablı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
9. Qanun üzrə vərəsəlik hüququ haqqında 18 fevral 2021-ci il tarixli Şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, X6 vərəsəsi xx.xx.1983-cü ildə X4 ölməsi ilə əlaqədar miras onun vərəsəsi-X15 miras əmlakın 1/3 hissədə və X6 vərəsəsi- X15 miras əmlakın 1/3 hissədə pay almalıdır.
10. Qanun üzrə vərəsəlik hüququ haqqında 27 yanvar 2021-ci il tarixli Şəhadətnamədən görünür ki, X6 vərəsəsi Cavabdeh1 miras əmlakın 1/3 hissədə pay almalıdır. Miras əmlak - “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququndan ibarətdir.
11. Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən X10 verilən cavab məktubundan görünür ki, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X6 miras əmlakına dair xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmışdır. Miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021ci il tarixdə arvadı-Cavabdeh1, xx.xx.2021-ci il tarixdə 1/3 hissəsinə dair anası-İddiaçı və digər 1/3 hissəsinə dair atası-xx.xx.1983-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı- İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.
12. Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin məhkəmə sorğusuna verilən 11 noyabr 2021-ci il tarixli cavabından görünür ki, xx.xx.1973cü il təvəllüdlü Cavabdeh1 nikahı və xx.xx.2001-ci il təvəllüdlü övladı X7 doğumu haqqında məlumatların istənilməsi barədə müraciətə baxılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Cavabdeh1 xx.xx.1992-ci ildə Sumqayıt şəhər nikah evində (hazırki Sumqayıt şəhər qeydiyyat şöbəsi) xx.xx.1969-cu il təvəllüdlü X14 ilə nikaha daxil olduğu müəyyən edilmişdir. Həmçinin araşdırma nəticəsində atası xx.xx.1967-ci il təvəllüdlü X18, anası isə Cavabdeh1 olan xx.xx.2001-ci il təvəllüdlü X7 doğumunun Qubadlı rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı məlum olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
13. Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(060)-4759/2021 nömrəli qətnaməsi ilə (hakim Azər İsmayılov) iddia tələbinin təmin edilməsi, Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən xx.xx.1992-ci il tarixdə vəfat etmiş X8 məxsus miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, X14 xx.xx.1992-ci ildə şəhid olmasına baxmayaraq, Cavabdeh1 şəhid ailələrinə edilən güzəştlərdən yararlanmamış, 2001-ci ildə isə xx.xx.1967-ci il təvəllüdlü X18 ilə faktiki nikahla ailə həyatı qurmuş və onların bu nikahlarından xx.xx.2001-ci il təvəllüdlü X16 adlı bir övladları vardır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericiliyə müvafiq surətdə ər-arvad şəhid ailəsinin üzvləri hesab edilir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 2001-ci ildə X18 ilə faktiki nikahla ailə həyatı qurduğundan və onların bu nikahlarından xx.xx.2001-ci il təvəllüdlü X16 adlı bir övladları olduğundan, Cavabdeh1 X3nun ailə üzvü hesab edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Lakin Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanunvericiliyin qeyd edilən tələblərinə əməl edilməmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1-ci maddəsi, Mülki Prosessual Məcəllənin 77.1, 217.4, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
16. Cavabdeh1 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(060)-4759/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X14 xx.xx.1992-ci ildə Ağdam rayonu Abdal-Gülablı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Əvəz Sadıqovla onun arasında xx.xx.1992-ci ildə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında qeydləri kitabında 274 nömrəsi ilə qeyd edilmişdir. xx.xx.1992-ci il tarixdə vəfat etmiş Əvəz Sadıqovun miras əmlakına dair xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmışdır. Miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə ona, xx.xx.2021-ci il tarixdə 1/3 hissəsinə dair İddiaçı və digər 1/3 hissəsinə dair Əvəz Sadıqovun atası xx.xx.1983-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Əvəz Sadıqov xx.xx.1992-ci ildə şəhid olmasına baxmayaraq o, şəhid ailələrinə edilən güzəştlərdən yararlanmamış, 2001-ci ildə isə xx.xx.1967-ci il təvəllüdlü X18 ilə faktiki nikaha daxil olaraq ailə qurmuş və onların bu nikahlarından xx.xx.2001-ci il təvəllüdlü X16 adlı bir övladları vardır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunun 1-ci maddəsinə əsasən ər-arvad şəhid ailəsinin üzvləri hesab edilir. Lakin məhkəmə hesab etmişdir ki, o, 2001-ci ildə X18 ilə faktiki nikahla ailə həyatı qurduğundan və onların bu nikahlarından xx.xx.2001-ci il təvəllüdlü X16 adlı bir övladları olduğundan, o şəhid Əvəz Sadıqovun ailə üzvü hesab edilə bilməz, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Məhkəmə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunu tətbiq etsə də, maddi hüquq normasını düzgün təfsir etməmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, onun faktiki nikaha daxil olması və faktiki nikahdan uşağının olmasına görə o, şəhid Əvəz Sadıqovun ailə üzvü hesab edilə bilməz. Məhkəmənin gəldiyi bu nəticə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1-ci maddəsinin də tələblərinə ziddir. Bundan əlavə məhkəmənin Mülki Məcəllənin 1248.1-ci maddəsinə istinad edərək ona qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilərkən qanunvericiliyin tələblərinin pozulması, yəni mirasın qəbulu müddətinin keçməsinə baxmayaraq şəhadətnamə verilməsi barədə gəldiyi nəticə işin hallarına uyğun deyildir. Məhkəmə tətbiq edilməli olmayan mülki hüquq normasını tətbiq etmiş, bununla da başqa hüquqi səhvə yol vermişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən X10 verilən cavab məktubundan görünür ki, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X6 miras əmlakına dair xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış, miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə ona, xx.xx.2021-ci il tarixdə 1/3 hissəsinə dair anası-İddiaçı və digər 1/3 hissəsinə dair atası-xx.xx.1983-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı-İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Göründüyü kimi, X6 şəhid olmasından sonra vərəsəlik işi 22 yanvar 2021-ci il tarixdə açılmışdır. O, 27 yanvar 2021-ci il tarixdə vərəsəlik şəhadətnaməsi almış, şəhidin anası İddiaçı ondan təxminən 1 ay sonra, 18 fevral 2021-ci il tarixdə vərəsəlik şəhadətnaməsi almışdır. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmaq olarsa, onda şəhidin anasına da verilmiş vərəsəlik şəhadətnaməsi də qanunsuzdur. Bundan əlavə, əqdlərin etibarsızlığına dair münasibətləri tənzimləyən Mülki Məcəllənin 14-cü fəslində həyat yoldaşı şəhid olmuş qadının faktiki nikaha girməsi və faktiki nikahdan uşaq dünyaya gətirməsinə görə ona verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunmasını müəyyən edən heç bir maddi hüquq norması yoxdur.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-548/2022 nömrəli 01 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmişdir.
19. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 X8 məxsus hər hansı əmlaka dair mirasın açıldığı gündən 11 il ərzində notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməmiş və ya hər hansı əmlakına sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamamışdır. Cavabdeh1 “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanı qəbul edildikdən 3 ilə yaxın müddət keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri 3 saylı notariat ofisinə müraciət edərək xx.xx.1992-ci ildə ölmüş X6 vərəsəsi kimi 1/3 hissədə pay almış, bununla da, qanunla müəyyən edilmiş mirasın qəbul müddətini ötürmüşdür.
20. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 337, 1145, 1146, 1243, 1246-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
21. Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmişdir.
b) Kasasiya instansiyası məhkəməsindəki icraat
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli Qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-548/2022 nömrəli, 1 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv olunması, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
23. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, 01 iyun 2000ci il tarixə qədər qüvvədə olmuş Azərbaycan SSR-in Nikah və Ailə Məcəlləsinə əsasən, evlənmək arzusunda olanlar vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan dövlət orqanına ərizə verdikdən bir ay sonra nikah bağlanır (maddə 14). Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin qarşılıqlı razılığı və onların nikah yaşına çatmaları zəruridir (maddə 16). Nikah ər-arvaddan biri öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə xitam edilir (maddə 37). Ər-arvadın sağlığında nikah ərin və ya arvadın, yaxud da hər ikisinin ərizəsinə əsasən boşanma pozula bilər (maddə 38). Nikahın pozulması haqqındakı işlər mülki mühakimə icraatının ümumi qaydasına əsasən, rayon (şəhər) xalq məhkəməsi tərəfindən həll edilir. Bu Məcəllənin 45-46-cı maddələrində nəzərdə tutulan hallarda, nikah vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar tərəfindən pozula bilər (maddə 39). Həddi-buluğa çatmamış uşaqları olmayan ər-arvad nikahı pozmağa qarşılıqlı razılıq verdikdə, nikahın pozulması vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlarda aparılır. Belə hallarda boşanmaq haqqında ər-arvad ərizə verdiyi gündən 3 ay keçdikdən sonra boşanma rəsmiləşdirilir və nikahın pozulması haqqında ər-arvada şəhadətnamə verilir (maddə 45). Göründüyü kimi, həmin zaman qüvvədə olan ailə qanunvericiliyi ilə nikahın pozulmasının konkret qaydaları müəyyən edilmişdir. Hazırkı iş üzrə mərhum X14 və Cavabdeh1 arasında olan nikahın pozulması ilə bağlı mərhumun sağlığında məhkəməyə müraciət edilməsi, habelə onların qarşılıqlı razılıq əsasında nikahın pozulması üçün vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlarına müraciət etməsi və ər-arvada nikahın pozulması haqqında şəhadətnamələrin verilməsi müəyyən edilməmişdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2008-ci il tarixli qətnaməsi ilə X6 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xx.xx.1992-ci il tarixdə həlak olması faktı müəyyən edilənə qədər Cavabdeh1 Əvəz Sadıqovun arvadı olmaqla bərabər, Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən Əvəz Sadıqovun birinci növbə vərəsəsidir. Belə olan halda isə, iddia tələbi həmin əsasla təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən, həmçinin, bu hala istinad etmişdir ki, Cavabdeh1 11 il ərzində notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməmiş və ya hər hansı əmlaka sahiblik etməyə və ya əmlakıfaktiki idarə etməyə başlamamış, bununla da, qanunla müəyyən edilmiş mirasın qəbul müddətini ötürmüşdür. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq ilk növbədə qeyd edir ki, iş materiallarından da (səhifə 12-13) göründüyü kimi, şəhadətnamələr verilən miras əmlak “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş hesab edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququndan ibarətdir. Başqa sözlə, şəhadətnamələrin verilməsinin konkret məqsədi şəhadətnamədə göstərilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş hesab edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanı ilə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmışdır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququ şəxsin öldüyü məqamdan sonra yaranan əmlak hüququ olduğundan, həmin vəsait Mülki Məcəllə 1151.1-ci maddəsi ilə müəyyən olunmuş miras əmlak anlayışına daxil deyildir. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi ümumiyyətlə mərhum X6 miras əmlakının kütləsini müəyyən etmədən, bu barədə araşdırma aparmadan, Cavabdeh1 11 il ərzində notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməməsi və ya hər hansı əmlaka sahiblik etməyə və ya əmlakı faktiki idarə etməyə başlamaması qənaətinə gəlmişdir. Halbuki, qeyd olunan analoji hallar iddiaçıya da aiddir. Belə ki, iş materiallarından mərhum Əvəz Sadıqovdan miras qalması, həmin mirasın qəbulu ilə bağlı iddiaçı tərəfindən notariat ofisinə müraciət olunması, habelə əmlaka sahiblik etməyə və ya əmlakı faktiki idarə etməyə başlaması müəyyən edilmir. M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
24. Məhkəmə kollegiyası öz mövqeyini 01 iyun 2000-ci il tarixə qədər qüvvədə olmuş Azərbaycan SSR-in Nikah və Ailə Məcəlləsinin 14, 16, 37, 38, 45, 46-cı maddələri, Mülki Məcəllənin 1151.1, 1159.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
25. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
26. Etiraz onunla əsaslandırılmışdır ki, övladı X14 21 fevral 1992-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, lakin bəzi məlum səbəblərə görə toyun səhərisi günü Cavabdeh1 atası ilə öz evlərinə göndərmişdir. Atası ilə toyun səhərisi oğlu nikahın pozulmasına dair sənədləri imzalamış, əmin olmuşlar ki, nikah hər ikisinin razılığı ilə pozulmuşdur. Həmin ərəfədə Birinci Qarabağ müharibəsi davam etdiyi üçün oğlu Əvəz Sadıqov könüllü olaraq müharibəyə getmişdir. 03 oktyabr 1992-ci il tarixdə oğlu Əvəz Sadıqov şiddətli döyüşlər zamanı şəhid olmuşdur. Bu illər ərzində onların Cavabdeh1 ilə hər hansı bir münasibəti və Cavabdeh1 xəbəri olmamışdır. Sonradan onlara məlum olmuşdur ki, nikah pozulmamışdır. Onlar Cavabdeh1 evdən qovandan sonra X5 ilə ailə həyatı qurmuş və həmin şəxsdən xx.xx.2001-ci il təvəllüdlü Arzuman adlı bir oğlan övladı dünyaya gətirmişdir. Cavabdeh1 nə mərhum oğlu Əvəz Sadıqovla, nə də ailə üzvləri ilə hər hansı bir münasibəti olmamışdır. Bu yaxınlarda ona məlum olmuşdur ki, Cavabdeh1 pozulmuş bildiyimiz nikah haqqında şəhadətnamə əsasında Sumqayıt şəhər 3 saylı notariat ofisinə müraciət edərək xx.xx.1992-ci il tarixdə vəfat etmiş X8 30 ildən sonra, yəni xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açdırmış və miras əmlakın 1/3 hissəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Cavabdeh1 mərhum oğlu Əvəz Sadıqovla rəsmi nikaha daxil olaraq ailə həyatı qursa da, qeyd etdiyi səbəbdən toyun səhərisi günü öz atası evinə getmiş, oğlu, vəfat edən zaman yas mərasimində iştirak etməmiş, bundan sonra bir dəfə də olsun onlarla maraqlanmamışdır. Sumqayıt şəhəri 3 saylı notariat ofisi bunları nəzərə almamış və mərhum oğlu Əvəz Sadıqovun adına olan miras əmlakına dair Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Həmin vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Cavabdeh1 X8 məxsus hər hansı əmlaka dair mirasın açıldığı gündən 12 il ərzində notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməmiş və ya hər hansı əmlakına sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbayca Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il tarixli qərarında ğöstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquq mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərif qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsini! 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair 8 dekabr 2022-ci il tarixli qərarında ğöstərilmişdir ki, on bir min manat məbləğində birdəfəlik ödəmə isə hərbi qulluqçuların və daxil işlər orqanları əməkdaşlarının ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması çərçivəsində görülən əlavə tədbirlərin, xüsusilə birdəfəlik ödəmənin vərəsəlik hüquq münasibətləri ilə əlaqələndirilməsi vərəsəlik institutunur, mahiyyətinə ziddir. Müraciətdə qaldırılan digər məsələ “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2022-ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinə uyğun olaraq sığorta ödənişlərinin alınması üçün sığorta olunanın vərəsələri tərəfindən digər sənədlərlə yanaşı vərəsəlik hüququnu təsdiq edən sənədin təqdim edilməli olması ilə bağlıdır. Bununla əlaqədar qeyd edilməlidir ki, həmin tarixədək yaranmış mübahisələrin həlli zamanı bu sənədin tələb edilməsi Plenumun bu Qərarının təsviri-əsaslandırıcı hissəsindəki birdəfəlik ödənişin miras əmlaka aid edilməməsinə dair hüquqi mövqeyinə, həmçinin qanunvericinin təqdim edilməsi tələb olunan sənədlər siyahısından vərəsəlik hüququnu təsdiq edən sənədin çıxarılması ilə bağlı yeni tənzimləmə qaydasına uyğun olmamaqla yanaşı, həm də hüquq tətbiq etmədə şəxslərə qarşı qeyri-bərabər münasibətin yaranmasına səbəb ola bilər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.5 və 4-1.3-cü maddələrində “vərəsə” müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun 2022-ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir. Azərbaycan Respublikasında notariat əməliytalarının aparılması qaydsaı haqqında Təlimatın 99-cu maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd;mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti;miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.Yuxarıda qeyd olunanlara əsasən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
27. Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, Əvəz Sadıqov xx.xx.1992-ci ildə şəhid olmasına baxmayaraq o, şəhid ailələrinə edilən güzəştlərdən hazırkı vaxtadək yararlanmamışdır. Onda olan məlumata əsasən şəhid ailələrinə verilən aylıq ödəniş iddiaçı tərəfindən qəbul edilmişdir. Eləcə də bildirdi ki, Əvəz Sadıqov şəhid olan vaxt o, atası evində olmuş, həmin vaxtdan iddiaçı tərəflə heç bir əlaqəsi olmamışdır. Əvəzə məxsus heç bir qiymətli əmlak onda qalmayıb. Əvəzin qızıl üzüyü olmuşdur, həmin üzüyün kimdə olması barədə məlumatı yoxdur.
28. Cavabdehin nümayəndəsi və vəkili X21 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
29. İddiaçı apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, oğlu Əvəz Sadıqovun ölümündən sonra şəhid ailələrinə verilən güzəştlərdən istifadə etmiş, aylıq ödənişləri almışdır. Cavabdeh məhkəmə mübahisəsi açdıqda sonra həmin ödənişlər dayandırılmışdır. Oğlu Əvəzə məxsus qızıl üzük, bir ədəd xalça, gümüş çay qaşığı hazırda onun saxlancındadır.
30. İddiaçının nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1, 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1., 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
34. «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanı: Maddə 1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır.
36. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olsa da, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi hüququn tətbiqində səhvə yol vermişdir.
37. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, X14 xx.xx.1992-ci ildə şəhid olmasına baxmayaraq, Cavabdeh1 şəhid ailələrinə edilən güzəştlərdən yararlanmamış, 2021-ci ildə Cavabdeh1 “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş hesab edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququndan ibarət” miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İddiaçı tərəf araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət edərək həmin vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb edir.
38. Məhkəmə kollegiyiası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
39. İşin müəyyən edilmiş hallarından göründüyü kimi birinci istansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni Cavabdeh1 X3nun ailə üzvü hesab edilməməsi və miasın qəbulu müddəti ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməməsi ilə əsaslandırmışdır.
40. Cavabdeh məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq vermiş olduğu apellyasiya şikayətinin dəlili olaraq onun ailə üzvü hesab edilməməsi ilə bağlı mövqeyin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1-ci maddəsinin tələblərinə zidd olduğunu, eyni zamanda mirasın qəbulu müddətinin keçməsi ilə bağlı hüquq normalarının tətbiqində qanun pozuntusuna yol verildiyini, məhkəmənin gəldiyi nəticə ilə razılaşmaq olarsa, onda şəhidin anasına da verilmiş vərəsəlik şəhadətnaməsinin qanunsuz olduğunu göstərilmişdir.
41. Məhkəmə kollegiyası birinci istansiya məhkəməsinin bu qiymətləndirilməsini əsassız hesab edir və aşağıdakıları qeyd edir:
42. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
43. İşin müəyyən edilmiş mübahisəsiz hallarından göründüyü kimi X14 ilə Cavabdeh1 xx.xx.1992-ci il tarixdə nikah bağlamışlar, X11 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xx.xx.1992-ci il tarixdə həlak olması faktı məhkəmə qaydasnda müəyyən edildiyi 2008-ci il tarixədək Cavabdeh1 Əvəz Sadıqovun arvadı olmaqla, tərəflər arasında nikah pozulmamışdır.
44. 01 iyun 2000-ci il tarixə qədər qüvvədə olmuş Azərbaycan SSR-in Nikah və Ailə Məcəlləsi: Maddə 37. Nikah ər-arvaddan biri öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə xitam edilir. Maddə 38. Ər-arvadın sağlığında nikah ərin və ya arvadın, yaxud da hər ikisinin ərizəsinə əsasən boşanma pozula bilər. Maddə 39. Nikahın pozulması haqqındakı işlər mülki mühakimə icraatının ümumi qaydasına əsasən, rayon (şəhər) xalq məhkəməsi tərəfindən həll edilir. Bu Məcəllənin 45- 46-cı maddələrində nəzərdə tutulan hallarda, nikah vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar tərəfindən pozula bilər. Madd 45. Həddi-buluğa çatmamış uşaqları olmayan ər-arvad nikahı pozmağa qarşılıqlı razılıq verdikdə, nikahın pozulması vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlarda aparılır. Belə hallarda boşanmaq haqqında ər-arvad ərizə verdiyi gündən 3 ay keçdikdən sonra boşanma rəsmiləşdirilir və nikahın pozulması haqqında ər-arvada şəhadətnamə verilir.
45. Göründüyü kimi, 01 iyun 2000-ci il tarixə qədər qüvvədə olmuş ailə qanunvericiliyi nikahın pozulmasının konkret qaydalarını müəyyən etmişdir. Araşdırılan mübahisə üzrə mərhum X14 ilə Cavabdeh1 arasında bağlanmış nikahın pozulması ilə bağlı mərhumun sağlığında məhkəməyə müraciət edilməsi, habelə onların qarşılıqlı razılıq əsasında nikahın pozulması üçün vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlarına müraciət etməsi və ər-arvada nikahın pozulması haqqında şəhadətnamələrin verilməsi müəyyən edilmir. Bu isə belə bir nəticəyə gəlməyə əsas verir ki, cavabdeh mərhum Əvəz Sadıqovun arvadı olmaqla, aralarındakı nikaha yalnız 2008-ci il tarixdə Əvəz Sadıqovun həlak olması faktı məhkəmə qaydasnda müəyyən edildikdən sonra xitam verilmişdir.
46. Qanunvericiliyin qeyd olunan normalarına istinadən məhkəmə kollegiyası cavabdehin ailə üzvü hesab edilməməsi ilə bağlı birinci instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir.
47. Birinci instansiyası məhkəməsi tərəfindən iddianın təmin edilməsinin ikinci əsası -mirasın qəbulu müddəti ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməməsi ilə bağlıdır ki, məhkəmə kollegiyası bu mövqelə də razılaşmır.
48. Məhkəmə kollegiyası ilk növbədə miras kütləsinin anlayışına aydınlıq gətirməyi zəruri hesab edir.
49. Mülki qanunvericiliyə əsasən vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir.
50. Bu baxımdan hərbi qulluqçuların ölümü ilə əlaqədar ödənilməsi nəzərdə tutulan ödənişlər sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz.
51. Qeyd edilməlidir ki, hərbi qulluqçular üçün nəzərdə tutulan birdəfəlik ödənişin onların miras əmlakı olaraq dəyərləndirilməsi vərəsəlik institutunun hüquqi təbiətinə və mahiyyətinə ziddir.
52. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, hərbi qulluqçuların ölümü ilə əlaqədar ödənilməsi nəzərdə tutulan ödənişlər miras əmlak kimi qiymətləndirilə bilməz və birdəfəlik ödənişin miras əmlaka aid edilməsinə dair mövqe qanunvericiliyin tələblərinə ziddir. Birinci instansiya məhkəməsi araşdırılan mübahisə üzrə Mülki Məcəllənin 1246, 1248.1-ci maddəsinin tətbiqində yanlışlığa yol vermiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi mübahisələndirilən vərəsəlik şəhadətnaməsi “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş hesab edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququndan ibarətdir. Göründüyü kimi şəhadətnamənin verilməsi üçün əsas -göstərilən ödənişin alınmasından ibarətdir.
54. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması çərçivəsində görülən əlavə tədbirlərin, xüsusilə birdəfəlik ödəmənin vərəsəlik hüquq münasibətləri ilə əlaqələndirilməsi vərəsəlik institutunun mahiyyətinə ziddir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun 2022-ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir.
55. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi birdəfəlik ödəmənin vərəsəlik hüquq münasibətləri ilə əlaqələndirilməsi vərəsəlik institutunun mahiyyətinə ziddir. Bu mövqeydən çıxış edərək demək olar ki, həmin ödənişlərin miras əmlak hesab edilərək bununla bağlı vərəsəlik şəhadətnaməsinin verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir.
56. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
57. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli hüquq normalarına istinadən qiymət verərək hesab edir ki, mübahisələndirilən vərəsəlik şəhadətnaməsi qanunvericiliyin şərtləri pozulmaqla verilmişdir, şəhadətnamənin verilməsinə əsasən olan əmlak miras kütləsi hesab edilmir, miras kütləsinə daxil olmayan əmlaka görə vərəsəlik şəhadətnaməsinn verilməsi mülki qanunvericiliyin tələblərinə ziddir, mübahisələndirilən vərəsəlik şəhadətnaməsi qanunvericiliyin şərtləri pozulmaqla verildiyindən etibarsız hesab edilməlidir.
58. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq mülki mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsinə də qiymət verilməsini zəruri hesab edir.
59. M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
60. İşin hallarından göründüyü kimi iddiaçı mərhum Əvəz Sadıqovun anasıdır.
61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri baxımdan, həmçinin kassasiya məhkəməsinin göstərişlərini nəzərə alaraq mərhum Əvəz Sadıqovdan miras qalması, həmin mirasın qəbulu ilə bağlı iddiaçı tərəfindən notariat ofisinə müraciət olunması, habelə əmlaka sahiblik etməyə və ya əmlakı faktiki idarə etməyə başlaması ilə halları araşdıraraq aşağıda şərh olunanları müəyyən etmişdir:
62. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş arayışda göstərilmişdir ki, Respublika ərazisində mövcud olan arxiv materiallarına əsasən X6 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
63. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X31 İdarəsindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş arayışda göstərilmişdir ki, DİN Baş X31 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1969-cu il təvəllüdlü X6 adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir.
64. Azərbaycan Respublikasınn Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş arayışdan görünür ki, X6 vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı 19 yanvar 2023-cü il tarixli 2(105)-332/2023 nömrəli məktuba Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılmışdır. Bildirilir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına uyğun olaraq, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Vərəsəlik hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimafa uyğun olaraq notariat ofisi tərəfindən müəyyən edilir. X3 ilə bağlı məlumatlar Nazirliyin Mərkəzi Elektron İnformasiya Sisteminə Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən daxil edilmişdir. Daxil edilən məlumatlar əsasında ödəniş şəhidin həyat yoldaşı Cavabdeh1 1/3 payda, İddiaçı isə 2/3 payda müəyyən edilmişdir. Eyni zamanda vərəsəlik işi ilə bağlı mübahisəli məsələ məhkəmədə tam həllini tapana qədər ödənişin dayandırılması ilə bağlı Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən 21 dekabr 2021-ci il tarixli 2814 nömrəli məktub daxil olmuşdur. Qeyd olunanları nəzərə alaraq X6 vərəsələrinə birdəfəlik ödəmə həyata keçirilmədiyi bildirilmişdir.
65. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf mərhum X6 ölümü ilə əlaqədar xeyli müddətdir ki, aylıq ödəniş aldığını bildirmiş və bu hal cavabdeh tərəfindən təsdiq edilmişdir. Cavabdeh həmçinin göstərmişdir ki, məhkəmə mübahisəsi olduğu üçün həmin ödənişin iddiaçıya ödənilməsi müvəqqəti olaraq dayandırılmşdır.
66. Bundan başqa, cavabdeh mərhum Əvəz Sadıqova məxsus qızıl üzük olduğunu bildirmiş, iddiaçı tərəf həmin üzüyün, eləcə də mərhum məxsus bir-neçə dəyərli əşyanın onda olduğunu göstərmişdir.
67. Bu şərh olunanlara əsasən belə demək olar ki, iddiaçının mərhum Əvəz Sadıqovun ölümündən sonra sonuncuya məxsus əmlaka sahiblik etməsi, habelə hazırkı mübahisəyədək aylıq ödənişlərdən yararlanması iddiaçının iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olması qənaətinə gəlməyə əsas verir.
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
69. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(060)-4759/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır.
70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırması zamanı cinayət əlamətləri aşkar edilməmişdir. Odur ki, iddiaçının notarius barəsində xüsusi qərardad çıxarılması barədə xahişi təmin edilməməlidir.
71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qimən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(060)-4759/2021 nömrəli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Sumqayıt şəhəri 3 saylı notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin olunsun. Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən xx.xx.1992-ci il tarixdə vəfat etmiş X8 məxsus miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.