Məhkəmə qərarları › İş №2(105)-334/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-334/2021

10.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-334/2021 10.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı nümayəndəsi və vəkili X6, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili X5 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-85/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-85/2020 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyevaı) İddiaçı cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh2 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-85/2020 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2013-cü il tarixdə X8 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.3864 ha torpaq sahəsindən 0,15 ha torpaq sahəsini 5500 manata notariat kontorunda bağlanmış alqısatqı müqaviləsinə əsasən almış, həmin əmlaka Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış almışdır. DƏDRX 4 saylı X9 xx xxxxxx 2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü haqda çıxarışına əsasən ona məxsus torpaq sahəsinin yeri müəyyən edilmişdir. Həmin torpaq sahəsinin 0.0205 ha hissəsi Cavabdeh1, 0.0166 ha-dan ibarət hissəsi Cavabdeh2 tərəfindən qanunsuz zəbt edilmişdir. O, şifahi şəkildə cavabdehlərə ona məxsus qanunsuz zəbt etdikləri torpaq sahəsini boşaltmağı xahiş etsə də, onlar tərəfindən əmlakın boşaldılması ilə bağlı heç bir hərəkət edilməmişdir. Ona görə də, mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsində cavabdehlərin inşa etdikləri qanunsuz tikililərin sökülməsi, zəbt etdikləri torpaq sahələrinin boşaldılması və cavabdehlər tərəfindən vurulmuş ziyanın əvəzi olaraq ona 8000 manat məbləğində təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələləbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X6 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1, onun nümayəndəsi və vəkili Z.B.Bağırov, Cavabdeh2 apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh X3 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdeh S.Ə.Əzimovanın iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsində 0.271838 ha torpaq sahəsinin mülkiyyətçisi X1 adına qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsində 0.10 ha torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1 adına qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsində 0.15 ha torpaq sahəsinin mülkiyyətçisi İddiaçı adına qeyd olunmuşdur. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sual elektron GPS aləti vasitəsilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və X4 Mərkəzinin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssisi, iddiaçı və cavabdehlərin iştirakı ilə çölölçmə işləri aparılmışdır. İş materiallarına əsasən RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı kənd təsərrüfatı təyinatlı mülkiyyətində olan 0.15 ha və RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Cavabdeh1 kənd təsərrüfatı təyinatlı mülkiyyətində olan 0.10 ha torpaq sahələrinin aid plan və ölçüləri təqdim olunmuşdur. Kameral şəraitdə elektron kadastr məlumat bazasında iş araşdırılarkən sözügedən ərazidən dövlət aktları əsasında verilmiş ƏMDK yanında DƏDRXdə qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktikii istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar(sürüşmələr) qeydə alınmışdır. Vətəndaşlar həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evləri inşa edərək torpaqların hüquqi rejimini pozmuşlar. Pay torpağı kimi verilmiş torpaq sahələrində tikilmiş evlər torpaq sahələrinin naturada(yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.15 ha torpaq sahəsinin koordinatlarına uyğun yerləşmə yeri və həmin torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olub-olmamasının araşdırılması mümkün olmamışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sual elektron GPS aləti vasitəsilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və X4 Mərkəzinin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssisi iddiaçı və cavabdehlərin iştirakı ilə çöl-ölçmə işləri aparılmışdır. İş materiallarına əsasən RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı kənd kənd təsərrüfatı təyinatlı mülkiyyətində olan 0.15 ha və RX seriyalı, ******* saylı torpaq sahələrinə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Cavabdeh1 kənd təsərrüfatı təyinatlı mülkiyyətində ola 0.10 ha torpaq sahələrinə aid plan və ölçüləri təqdim olunmuşdur. Kameral şəraitdə elektron kadastr məlumat bazasında iş araşdırılarkən sözügedən ərazidən Dövlət aktları əsasında verilmiş DƏDRXdə qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar(sürüşmələr) qeydə alınmışdır. Vətəndaşlar həmin arazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evləri inşa edərək torpaqların hüquqi rejimini pozmuşlar. Pay torpağı kimi verilmiş torpaq sahələrində tikilmiş evlər torpaq sahələrinin naturada(yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.15 ha torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin (çıxarış və torpaq sahəsin plan və ölçüsü) ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğun işlənibişlənməməsinin, Cavabdeh1 faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsi ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğun olub-olmamasının araşdırılması mümkün olmamışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sual elektron GPS aləti vasitəsilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və X4 Mərkəzinin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssisi və cavabdehlərin iştirakı ilə çöl-ölçmə işləri aparılmışdır. İş materiallarına əsasən RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı kənd təsərrüfatı təyinatlı mülkiyyətində olan 0.15 ha və RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən S.Ə.Əzimovun kənd təsərrüfatı təyinatlı mülkiyyətində olan 0.271838 ha torpaq sahələrinə aid olan və ölçüləri təqdim olunmuşdur. Vətəndaşların bir qismində kənd təsərrüfatı təyinatlı torpaqlarından kənd təsərrüfatı məhsullarının istehsalı üçün çıxarışlar, digər qismində ləğv edilmiş DTXK-si tərəfindən Dövlət aktları əsasında DƏDRX-də qeydiyyata alınmış çıxarışlar verilmişdir. Kameral şəraitdə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi Abşeron üzüm istehsalı və emalı müəssisəsinin ərazisində aparılan torpaq islahatına dair kompleks yer quruluğu layihəsinə əsasən iş araşdırılarkən keçmiş DTXK-si tərəfindən verilmiş Dövlət aktı köhnə koordiinat sistemində olduğundan sözegedən ərazidən Dövlət aktları əsasında verilmiş DƏDRX qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar(sürüşmələr) qeydə alınmışdır. Vətəndaşlar həmin arazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikərək torpaqların hüquqi rejimini pozmuşlar. Pay torpağı kimi verilmiş torpaq sahələrində tikilmiş torpaq sahələrinin naturada(yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq mütəxəssis tərəfindən işin araşdırılması mümkün olmamışdır. xxxx MMC-nin xx.xx.2019-cu il tarixli, 106 saylı məktuba əlavə olunmuş rəydən görünür ki, İddiaçı 0.15 ha torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri (çıxarış və torpaq sahəsinin plan və ölçüsü) ərazinin pay torpaqlarının bölgü layihəsinə və onun mülkiyyətində olan torpaq sahəsinə uyğun işlənilməmişdir, 12 m cənub tərəfə sürüşdürülmüşdür. Cavabdeh1 faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsi ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğundur. Cavabdeh2 faktiki istifadəsinə və S.Əzimovanın mülkiyyətində olan torpaq sahəsi ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğundur. Cavabdeh1 ərazi pay torpaqlarının bölgü layihəsinə əsasən İddiaçı torpaq sahəsini zəbt etməmişdir. Cavabdeh2 və arvadı S.Ə.Əzimova ərazi pay torpaqlarının bölgü layihəsinə əsasən İddiaçı torpaq sahəsini zəbt etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Torpaq islahatı haqqında” AR Qanununun 7-ci maddəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsində, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İşin tədqiq edilən hallarına hüquqi qiymət verərək məhkəmə kollegiyası nəzərə alır ki, sadalanan mütəxəssis rəylərinin Abşeron rayonu, Mehdiabad qəsəbəsində dövlət aktları əsasında verilmiş DƏDRX qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqların (sürüşmələr) qeydə alınması barədə nəticələri vətəndaşların həmin arazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikərək torpaqların hüquqi rejimini pozması,pay torpağı kimi verilmiş torpaq sahələrində tikilmiş torpaq sahələrinin naturada(yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olmaları nəzərə alınaraq mütəxəssis tərəfindən işin araşdırılması mümkün olmamışdır. Digər tərəfdən cavabdehlər tərəfindən təqdim edilən “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli, 106 saylı rəyinə əsasən Cavabdeh1 və S.Ə.Əzimovanın ərazi pay torpaqlarının bölgü layihəsinə əsasən İddiaçı mülkiyyətində olan mübahisəli torpaq sahəsini zəbt etməmələri, əksinə İddiaçı 0.15 ha torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin (çıxarış və torpaq sahəsinin plan və ölçüsü) ərazinin pay torpaqlarının bölgü layihəsinə və onun mülkiyyətində olan torpaq sahəsinə uyğun işlənilməmişdir,12m cənub tərəfə sürüşdürülməsi barədə rəyi iddia tələbinin sonuncular tərəfindən mübahisəli torpaq sahəsinin qanunsuz zəbt etmələri barədə hissəsini təkzib edir. İddiaçı apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-85/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar