Məhkəmə qərarları › İş №2(105)-337/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-337/2021

16.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-337/2021 16.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh7 Xankərim oğlunun, Cavabdeh6, Cavabdeh8 iştirakı ilə,iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7 Xankərim oğluna, X2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh8 qarşı kredit müqaviləsinin ləğvi, borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(060)- 6397/2017 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6397/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 398/E saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, əsas borc üzrə 36.500 manat, faiz borcu üzrə 13.753 manat, cərimə (dəbbə) üzrə 200 manat, ümumillikdə 50.453 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumundan 28 manat pulun Cavabdeh1 və Cavabdeh2 “xxxx” ASC-nin xeyrinə tutulması, tələbin Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 72, mənzil 64 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsinə yönəldilməsi, yaşayış sahəsinin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 72, mənzil 64 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 50.453 (əlli min dörd yüz əlli üç) manat pul və dövlət rüsumunun əvəzi olaraq 28 manat məbləğində pulun “xxxx” ASC-yə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh2 qaytarılması, iddianın qalan hissəsinin təmin olunmaması qət olunmuşdur. (hakim C.Məmmədov) Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6397/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, 64 saylı mənzilin ilkin satiş qiymətinin 75000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə - “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 398/E saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, əsas borc üzrə 36.500 manat, faiz borcu üzrə 13.753 manat, cərimə (dəbbə) üzrə 200 manat, ümumillikdə 50.453 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumundan 28 manat pulun Cavabdeh1 və Cavabdeh2 tutularaq “xxxx” ASC-nin xeyrinə tutulması, tələbin Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 72, mənzil 64 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsinə yönəldilməsi, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 72, mənzil 64 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 50.453 (əlli min dörd yüz əlli üç) manat pul və dövlət rüsumunun əvəzi olaraq 28 manat məbləğində pulun “xxxx” ASC-yə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh2 qaytarılması, iddianın qalan hissəsinin təmin olunmaması hissəsində Cavabdeh2 apelyasiya şikayətinə münasibətdə qətnamənin dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun cavabdehin özünə aid edilməsi, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası xərcinin dəyəri olan 300 manat pulun 150 manatının iddiaçı “xxxx” ASC-dən, 150 manatının Cavabdeh2 tutularaq “xxxx” MMC-yə ( “xxxx” ASC, hesab N:AZ93PAHA40060AZNHC**********, VOEN: **********) ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı “xxxx” ASC tərəfindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(102)3352/202 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasınınxx xxxxxx 2020-ci il tarixli, 2(105)346/2020 saylı qətnaməsi Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, 64 saylı mənzilin ilkin satiş qiymətinin 75000 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L LA R İ: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə “xxxx” ASC arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı-nin xeyrinə əsas borc üzrə 36.500 manat, faiz borcu üzrə 13.753 manat, cərimə (dəbbə) üzrə 1.000 manat, ümumilikdə 51.253 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına, tutmanın ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 72, mənzil 64 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsinə yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İş üzrə Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və qanunsuzdur, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçı tərəfindən etdiyi ödənişlər nəzərə alınmamış, kredit borcu şişirdilmişdir. Həmçinin, ipoteka predmeti dəyərindən çox aşağı qiymətləndirilmişdir. O cümlədən, iddiaçı kredit müqaviləsini ləğv etmək barədə cavabdehə müraciət etməmişdir. Belə olan halda müqavilənin vaxtından əvvəl ləğvi yol verilməzdir. Göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin olunmalıdır. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh7 Xankərim oğlu, Cavabdeh6, Cavabdeh8 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiaysının iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(102)3352/202 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasınınxx xxxxxx 2020-ci il tarixli, 2(105)346/2020 saylı qətnaməsi Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, 64 saylı mənzilin ilkin satiş qiymətinin 75000 manat müəyyən edilməsi hissəsində ləğv edilmişdir. Hazırda mübahisə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlıdır. İş materiallarına əlavə edilmiş qiymətləndirmə rəyi ilə razıdır. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edlən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, 64 saylı mənzilin ilkin satiş qiymətinin 75000 manat müəyyən edilmiş, qətnamənin qalan hissədə - “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 398/E saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, əsas borc üzrə 36.500 manat, faiz borcu üzrə 13.753 manat, cərimə (dəbbə) üzrə 200 manat, ümumillikdə 50.453 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumundan 28 manat pulun Cavabdeh1 və Cavabdeh2 tutularaq “xxxx” ASC-nin xeyrinə tutulması, tələbin Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 72, mənzil 64 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsinə yönəldilməsi, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 72, mənzil 64 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 50.453 (əlli min dörd yüz əlli üç) manat pul və dövlət rüsumunun əvəzi olaraq 28 manat məbləğində pulun “xxxx” ASC-yə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh2 qaytarılması, iddianın qalan hissəsinin təmin olunmaması hissəsində Cavabdeh2 apelyasiya şikayətinə münasibətdə qətnamənin dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun cavabdehin özünə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərcinin dəyəri olan 300 manat pulun 150 manatının iddiaçı “xxxx” ASC-dən, 150 manatının Cavabdeh2 tutularaq “xxxx” MMC-yə ( “xxxx” ASC, hesab N:AZ93PAHA40060AZNHC**********, VOEN: **********) ödənilməsi qət edilmişdir. Qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(102)3352/202 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasınınxx xxxxxx 2020-ci il tarixli, 2(105)346/2020 saylı qətnaməsi Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, 64 saylı mənzilin ilkin satiş qiymətinin 75000 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Göründüyü kimi, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasınınxx xxxxxx 2020-ci il tarixli, 2(105)346/2020 saylı qətnaməsi Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, 64 saylı mənzilin ilkin satiş qiymətinin 75000 manat müəyyən edilməsi hissəsində ləğv edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini yalnız ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, 64 saylı mənzilin dəyəri hissəsində müzakirə edir. İş materiallarında olan xx xxxxxxx 2015-ci il tarixli, 398/E saylı kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 24 % ödəmək şərti ilə 36.500 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Yenə iş materiallarında olan xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh1 36.500 manat məbləğində kredit verilmişdir. Yenə də iş materiallarında olan xx xxxxxxx 2015-ci il tarixli, 398EZ saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2 bank qarşısında zamin durmuşdur. İşə əlavə olunmuş xx xxxxxxx 2015-ci il tarixli, 398/EG saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 72, mənzil 64 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsi “xxxx” qarşısında ipoteka ilə yüklü edilmişdir. Mənzil 60 000 manat dəyərində qiymətləndirilmişdir. Yenə işə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 72, 64 saylı mənzilin xx.xx.2015-ci il tarixdən “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi rəsmi reyestrdə qeydə alınmışdır. İşə əlavə olunmuş “xxxx” ASC-nin xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatının aparılması məqsədilə AR ƏMDK-ya müraciət edilmişdir. İşdə olan “xxxx” ASC-nin xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh kredit borcu və onun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar olunmuşdur. Mülki iş materiallarında olan xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı “xxxx” ASC-yə 36500 manat məbləğində əsas borc, 13753 manat məbləğində faiz borcu, 1000 manat cərimə borcu vardır. Yenə mülki iş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, M 177/20 saylı qiymətləndirmə hesabatından görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, 64 saylı mənzilin xx.xx.2020-ci il tarixə bazar dəyəri 75000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(102)3352/202 saylı qərarındakı göstərişləri nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməli, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, 64 saylı mənzilin likvid dəyəri 68000 manat müəyyən ediməlidir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətini 60000 manat müəyyən etmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasınınxx xxxxxx 2020-ci il tarixli, 2(105)346/2020 saylı qətnaməsi ilə mənzilin ilkin satış qiyməti dəyişdirilərək 75000 manat müəyyən edilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(102)3352/202 saylı qərarında ipoeka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilərkən əmlakın likvid dəyəri deyil, real bazar dəyərinin əsas götürülməsinin əsassız olması göstərilmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi əsası ilə ipoteka predmetinin ilkin satış dəyərinin müəyyən edilməsi hissəsində ləğv edilərək yenidən apelyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxx 2020-ci il tarixli, 01 saylı qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Məhkəmə kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)2881/2020 saylı qərardadı ilə ipoteka predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, A-04/415 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh2 Orduxan qızının mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, 64 saylı mənzilin likvid dəyəri 68000 AZN təşkil edir. Buna görə də məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq, belə nəticəyə gəlir ki, Birinci instansiya məhkəməsini qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin 60000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməli və ipoteka predmeti olan əmlakın dəyəri ekspert rəyinə uyğun 68000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. İş üzrə aparılmış məhkəmə əştəəşünaslıq (qiymətləndirmə) ekspertizalarının dəyəri olaraq 600 (300+300) manat pulun 300 manatı iddiaçı “xxxx” ASC-dən, 300 manatı Cavabdeh2 tutularaq “xxxx” MMC, “xxxx” ASC, Cari hesab: AZ53PAHA********************, VÖEN: ********** saylı hesaba keçirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, 64 saylı mənzilin ilkin satiş qiymətinin 60000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməli, Sumqayıt şəhəri, 9cu mikrorayon, ev 72, 64 saylı mənzilin likvid dəyəri 68000 AZN müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, .84.0.3, 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, 64 saylı mənzilin ilkin satiş qiymətinin 60000 manat müəyyən edilməsi hissəsində dəyişdirilsin. Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, 64 saylı mənzilin likvid dəyəri 68000 AZN müəyyən edilsin. İş üzrə aparılmış məhkəmə əştəəşünaslıq (qiymətləndirmə) ekspertizalarının dəyəri olaraq 600 (300+300) manat pulun 300 manatı iddiaçı “xxxx” ASC-dən, 300 manatı Cavabdeh2 tutularaq “xxxx” MMC, “xxxx” ASC, Cari hesab: AZ53PAHA********************, VÖEN: ********** saylı hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar