Məhkəmə qərarları › İş №2(105)-3375/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3375/2021

24.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3375/2021 24.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı əmlakların boşaldılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli, 2(067)- 1682/2021-006 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Xaçmaz şəhərində yerləşən 0.08.ha torpaq sahəsindən (RX seriyalı ******* nömrəli, 13.04.2019-cu il tarixli, reyestr nömrəsi **********60 olan və qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) əşyaları ilə birlikdə çıxarılmaları və torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Xaçmaz rayonu Qobuqıraq kəndində yerləşən 0.0343 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı, ümumi sahəsi 64 km.metr olan fərdi yaşayış evindən (RX seriyalı ******* nömrəli, 13.04.2019-cu il tarixli, reyestr nömrəsi **********78-10301 olan və qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) əşyaları ilə birlikdə çıxarılmaları və yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 156.3 kv.metr olan fərdi yaşayış evindən (04.03.2021-ci il tarixli, reyestr nömrəsi **********24-10301 olan və qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) əşyaları ilə birlikdə çıxarılmaları və yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Xaçmaz şəhərində yerləşən 0.08.ha torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılması və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Xaçmaz rayonu Qobuqıraq kəndində yerləşən 0.0343 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı, ümumi sahəsi 64 km.metr olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 156.3 kv.metr olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 04.05.2018-ci il tarixli 2(105)-921/2018 saylı icra vərəqəsinə uyğun olaraq Cavabdeh2 məxsus Xaçmaz şəhərində yerləşən 0,08 ha torpaq sahəsi «X2» MMC-nin hərracın yekunları barədə 28.01.2019-cu il tarixli 13 saylı protokolu və eyni tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı ASCyə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASCyə keçmiş və bu hüquq 13.04.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin 04.05.2018-ci il tarixli 2(105)- 921/2018 saylı icra vərəqəsinə uyğun olaraq Cavabdeh2 məxsus Xaçmaz rayonu Qobuqıraq kəndində yerləşən 0.0343 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı, ümumi sahəsi 64 km.metr olan fərdi yaşayış evi «X2» MMC-nin hərracın yekunları barədə 28.01.2019-cu il tarixli 12 saylı protokolu və eyni tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı ASCyə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASCyə keçmiş və bu hüquq 13.04.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin 04.05.2018-ci il tarixli 2(105)- 921/2018 saylı icra vərəqəsinə uyğun olaraq Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 156.3 kv.metr olan fərdi yaşayış evi «X2» MMC-nin hərracın yekunları barədə 28.01.2019-cu il tarixli 12 saylı protokolu və eyni tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı ASC-yə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq 13.04.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Lakin cavabdehlər əmlakları 1 ay ərzində boşaltmalı olduqları halda bu günə kimi vəzifələrini icra etməmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Xaçmaz Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, qanunsuz, əsassız və ədalətsizdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 26 iyul 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini mübahisə predmeti təşkil edən mənzilin iddiaçının mülkiyyətində olması, iddiaçının mülkiyyətində olan mübahisəli mənzildən istifadənin məhdudlaşdırılması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nətəcədən narazı qalan Cavabdeh2 qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli, 13.04.2019-cu il tarixli, reyestr nömrəsi **********60 olan və qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhərində yerləşən 0,08 ha torpaq sahəsi, RX seriyalı ******* nömrəli, 13.04.2019-cu il tarixli, reyestr nömrəsi **********78 olan və qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu Qobuqıraq kəndində yerləşən 0.0343 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı, ümumi sahəsi 64 km.metr olan fərdi yaşayış evi, 04.03.2021-ci il tarixli, reyestr nömrəsi **********24-10301 olan və qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 156.3 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə "xxxx" ASCnin mülkiyyətindədir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). İşdən görünür ki, iddia tələbi mənzildən çıxarılma və mənzilin iddiaçıya təhvil verilməsi barədədir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, məhkəmə qərarının icrası ilə bağlı mübahisəli mənzil hərraca çıxarılmış və hərracın nəticəsi olaraq həmin mənzil hazırda iddiaçının mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİ hissəsi). Mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ kimi müəyyənləşdirmişdir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 152.1., 157.2., 157.4. maddələri). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun 59.4-cü maddəsinə görə, həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus mənzildə istifadə hüquqları qalmaqla həmin mənzili boşaldıb iddiaçıya təhvil verməməklə iddiaçının mülkiyyətçi olaraq öz əmlakı üzərində sərəncam, sahiblik və maneəsiz istifadə hüququnun məhdudlaşdırılmasını qaçılmaz edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar