Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-338/2020 11.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “xxxxxxxxxxx” MMC-yə qarşı mənzilin sahəsinin və dəyərinin müəyyən edilməsi, tikintinin norma və qaydalarında nöqsanların olmasına dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2217/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh “xxxxxxxxxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-2217/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, “xxxxxxxxxxx” MMC-nin “A” kompleksində 1 saylı 6 mərtəbəli yaşayış binasında 3 otaqdan ibarət 31 saylı mənzilin ümumi sahəsinin 86,94 kv.metr müəyyən edilməsi və cavabdeh “xxxxxxxxxxx” MMC-nin hesabına mənzilin dəyəri kimi cəmi 56511 manat pul vəsaitinin ödənilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir.(hakim Ş.Nəcəfova) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2217/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir. Qətnamədəncavabdeh “xxxxxxxxxxx” MMC də apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2217/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, cavabdehlə razılığa gəlinmiş və mübahisə öz həllini tapmışdır. Ona görə də iddiadan imtina edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında cavabdeh “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, mübahisə üzrə razılığa gəlinmiş və barışıq əldə olunmuşdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını, təqdim edilən ərizəni nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-2217/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyasıiddiadan imtina ərizəsini araşdıraraq Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsasların olmamasını, o cümlədən imtinanın işdə iştirak edən digər şəxslərin mənafeyinə zidd olmamasını nəzərə alaraq hesab edir ki, iddiadan imtina barədə ərizə qəbul edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 263-264, 369, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2217/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh “xxxxxxxxxxx” MMC-yə qarşı mənzilin sahəsinin və dəyərinin müəyyən edilməsi, tikintinin norma və qaydalarında nöqsanların olmasına dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və apelyasiya şikayəti verilərkən ödənilən dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qərardaddan rəsmi qaydada təqdim ediləndən 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlikedən: Şəmsəddin Abasov Hakimlər: Zaur Məmmədov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-338/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-338/2020
11.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver