Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3385/2020 16.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və X2 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, Cavabdeh3 məhkəmə qətnaməsinə izah verilməsi ilə bağlı ərizəsinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-5390/2018 saylı qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(012)-5390/2018, hakim Ş.Nəcəfova) İddiaçı1 Cavabdeh1 və qeyrilərinə qarşı iddiası təmin edilmiş, “xxxx”MTK ilə Cavabdeh3 arasında “xxxx” MTK-ya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə inşa edilən 12 saylı binada yerləşən 2 otaqlı 15 saylı mənzilin alqı-satqısına dair bağlanmış xx xxxxxx 2018 ci il tarixli xxxx-0014 saylı müqavilə, kooperativə həmin mənzillə bağlı üzv qəbul olunmasına dair ümümi yığıncaq qərarları, protokolları və 22 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş xx xxxxxx 2018-ci il tarixli, 7E 635 saylı İddiaçı1 razılıq ərizəsi etibarsız hesab olunmuş, Cavabdeh3 “xxxx” MTK-ya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə inşa edilən 12 saylı binada yerləşən 2 otaqlı, 15 saylı mənzildən çıxarılması və mənzilin boşaldılmaqla İddiaçı1 ½ hissədə paylı mülkiyyətinə (sahibliyinə və istifadəsinə) qaytarılması, İddiaçı1 mənzilə dair pozulmuş mülkiyyət (sahiblik və istifadə) hüquqlarının bərpa olunması və onun azyaşlı övladları ilə həmin mənzilə köçürülməsi, Cavabdeh1 mənzilə görə ödənilmiş 23000 (iyirmi üç min) manat məbləğində pulun tutularaq Cavabdeh3 qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-1981/2019, hakimlər Ş.Abasov, A.Abbasov və T.Məmmədov) Cavabdeh3 apellyasiya şikayəti təmin edilmiş,Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-6414/2019, hakimlər A.İsgəndərov Ə.Əhmədov və Ə.Nurməmmədov) İddiaçı1 kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(105)-394/2019, hakimlər G.Tağızadə, T.Quliyev və E.Rəhimov) Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh3 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə (iş № 2(102)-3163/2020, hakimlər G.Quliyev, İ.Xələfov və Z.Əliyev) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 kassasiya şikayətindən imtinasının qəbul edilməsi və iş üzrə kassasiya icraatına xitam verilməsi qərara alınmışdır. Cavabdeh İslamov X1 rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə izah verilməsi ilə bağlı ərizə vermişdir. Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim Ş.Nəcəfova) qərara alınmışdır. Cavabdeh3 həmin qərardaddan şikayət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Cavabdeh3 tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. (Mülki Prosessual Məcəllənin 357.1. maddəsi) İşə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur (Mülki Prosessual Məcəllənin 230.1. və 230.4. maddələri). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, xx xxxxxx 2005-ci il tarixli qərarının 14-cü bəndinə görə qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxın onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. İşdən görünür ki, cavabdeh İslamov X1 rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, onun bu tələbi təmin edilməmiş, sonuncu bundan narazı qalaraq şikayət vermişdir. Lakin birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayətin MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunu müzakirə etmədən, şikayətin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, qərardaddan verilmiş şikayətin MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğu birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmədən şikayətin apellyasiya instansiya məhkəməsinə göndərilməsi, şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 tərəfindən verilmiş şikayətin MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Səyyad Qafari Hakimlər Telman Quliyev Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-3385/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3385/2020
16.12.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver