Məhkəmə qərarları › İş №2(105)-3397/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3397/2021

05.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3397/2021 05.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1ya, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 oğlu, Cavabdeh8, Cavabdeh9, ƏmirCavabdeh4 və X2 qarşı əqdin etibarsız sayılması və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(031)-1059/2017-001 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli qətnaməsi ilə (hakim Teymur Qurbanov) iddia təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı arasında Torpağın mülkiyət hüququna dair JN: 136 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 23283.6 kv.m torpaq sahəsinin, X3 ilə İddiaçı arasında Torpağın mülkiyət hüququna dair JN: 132 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 27164.00 kv.m pay torpaq sahəsinin, Cavabdeh2 ilə İddiaçı arasında Torpağın mülkiyət hüququna dair JN: 0073 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 31277.92 kv.m pay torpaq sahəsinin, Cavabdeh3 ilə İddiaçı arasında Torpağın mülkiyət hüququna dair JN: 0058 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 4010.05 kv.m pay torpaq sahəsinin, Cavabdeh7 ilə İddiaçı arasında Torpağın mülkiyət hüququna dair JN: 0034 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 12030.00 kv.m pay torpaq sahəsinin, Cavabdeh8 ilə İddiaçı arasında Torpağın mülkiyət hüququna dair JN: 0048 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 20050.00 kv.m pay torpaq sahəsinin, Cavabdeh9 ilə İddiaçı arasında Torpağın mülkiyət hüququna dair JN: 0020 kod 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 1273.47 kv.m pay torpaq sahəsinin, Əmirəhmədov Səfərəli Babaşah oğlu ilə İddiaçı arasında Torpağın mülkiyət hüququna dair JN: 0021 kod 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 6366.82 kv.m pay torpaq sahəsinin, Cavabdeh6 ilə İddiaçı arasında Torpağın mülkiyət hüququna dair JN: 239 kod 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 12777.00 kv.m pay torpaq sahəsinin. Cavabdeh4 ilə İddiaçı arasında Torpağın mülkiyət hüququna dair JN: 116 kod 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 8914.00 kv.m pay torpaq sahəsinin, Cavabdeh5 ilə İddiaçı arasında Torpağın mülkiyət hüququna dair JN: 242 kod 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 9937.00 kv.m pay torpaq sahəsinin alınmasına dair bağlanmış əqdlərin etibarlı hesab edilməsi, həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermişdir. Şabran Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli qərardadı ilə (hakim Ç.İsgəndərov) Maraqlı şəxs tərəfindən Şabran rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli, 2(031)-1059/2017 saylı qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətinin əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır. Maraqlı şəxs qərardaddan şikayət vermişdir. Şabran Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh1 ilə onun arasında Torpağın mülkiyət hüququna dair JN: 136 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 23283.6 kvm torpaq sahəsinin, X3 ilə onun arasında Torpağın mülkiyət hüququna dair JN: 132 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 27164,00 kvm pay torpaq sahəsinin, Cavabdeh2 ilə onun arasında Torpağın mülkiyət hüququna dair JN: 0073 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 31277.92 kvm pay torpaq sahəsinin, Cavabdeh3 ilə onun arasında Torpağın mülkiyət hüququna dair JN: 0058 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 4010.05 kvm pay torpaq sahəsinin, Cavabdeh7 ilə onun arasında Torpağın mülkiyət hüququna dair JN: 0034 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 12030.00 kvm pay torpaq sahəsinin, Cavabdeh8 ilə onun arasında Torpağın mülkiyət hüququna dair JN: 0048 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 20050.00 kvm pay torpaq sahəsinin. Cavabdeh9 ilə onun arasında Torpağın mülkiyət hüququna dair JN: 0020 kod 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 1273.47 kvm pay torpaq sahəsinin, Əmirəhmədov Səfərəli Babaşah oğlu ilə onun arasında Torpağın mülkiyət hüququna dair JN: 0021 kod 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 6366.82 kvm pay torpaq sahəsinin, Cavabdeh6 ilə onun arasında Torpağın mülkiyət hüququna dair JN: 239 kod 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 12777.00 kvm pay torpaq sahəsinin, Cavabdeh4 ilə onun arasında Torpağın mülkiyət hüququna dair JN: 116 kod 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 8914.00 kvm pay torpaq sahəsinin, Cavabdeh5 ilə onun arasında Torpağın mülkiyət hüququna dair JN: 242 kod 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 9937.00 kvm pay torpaq sahəsinin alınmasına dair bağlanmış- əqdin etibarlı hesab edilməsi və həmin torpaq sahələrinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Maraqlı şəxs Şabran Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qətnaməni 14 iyun 2021-ci il tarixdə almış və müddəti ötürmədən apellyasiya şikayəti vermişdir, lakin texniki səhvə yol verdiyi üçün apelyasiya şikayəti geri qaytarılmışdır. Dövlət rüsumunun ödənilməsi barədə qəbz onun adından ödənilmişdir. Bundan sonra o, mövcud texniki səhvi aradan qaldıraraq yenidən məhkəməyə müraciət etmişdir və prosessual müddəti ötürməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Maraqlı şəxs şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən digər tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və Maraqlı şəxs izahatını dinləyib, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli və onunla bağlı 30 avqust 2021-ci il tarixli qərardadları ləğv edilməli, apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün mülki iş Şabran Rayon Məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi prosessual müddətin bərpası barədə vəsatətə hər hansı sübut və sənədlərin əlavə edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, Maraqlı şəxs ərizə ilə müraciət edərək, Şabran Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli qətnaməsinin surətinin ona verilməsini xahiş etmiş, 14 iyun 2021-ci il tarixdə qəbzə imza etməklə qətnamənin surətini almış, 12 iyul 2021-ci il tarixdə X6 adından apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsi müddət ötürüldüyü üçün apellyasiya şikayətini geri qaytarmış, Maraqlı şəxs vəsatət təqdim edərək, apellyasiya şikayətinin səhvən X4 adının yazıldığını, lakin apellyasiya şikayətini özünün verdiyini bildirərək, müddətin bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5. maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Mülki Prosessual Məcəllənin 135.1. maddəsinə əsasən bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər (Mülki Prosessual Məcəllənin 135.2. maddəsi). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (Mülki Prosessual Məcəllənin 135.3. maddəsi). Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. (Mülki Prosessual Məcəllənin 357.1. maddəsi) Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. (Mülki Prosessual Məcəllənin 357.2. maddəsi) Qanunun mənasına görə birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan işdə iştirak edən şəxslər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilərlər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən məhkəmə aktıonların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Göründüyü kimi qanunvericilik birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş aktlarından şikayət verə bilən şəxslərin dairəsi konkret olaraq müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən Maraqlı şəxs tərəfindən şikayət verilsə də, lakin məhkəmə onun işdə hansı prosessual statusa malik olmasını aydınlaşdırmamış və qəbul edilmiş məhkəmə aktının onun hansı hüquq və mənafelərinə toxunmasını müzakirə etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli və onunla bağlı 30 avqust 2021-ci il tarixli qərardadları ləğv edilməli, cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Şabran Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli və onunla bağlı 30 avqust 2021-ci il tarixli qərardadları ləğv edilsin. Apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Şabran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar