Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3424/2021 22.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi ilə, İddiaçı Nərı̇ man oğlunun cavabdeh Osmanov Bəxtı̇ yar Bədəl oğluna qarşı fakt təsdiqi barədə iddia tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 06 fevral 2018-ci il tarixli, 2(067)-263/2018-001 nömrəli qətnaməsindən maraqlı tərəf Azərbaycan Respublı̇ kası Əmlak Məsələlərı̇ Dövlət Komı̇ təsı̇ yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazı̇ İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 06 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) İddiaçı Cavabdeh qarşı fakt təsdiqinə dair iddiasının təmin edilməməsi, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən 20 kv.m. qeyri-yaşayış binasının X1 mülkiyyətində olması faktının müəyyən edilməsi, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən 20 kv.m. qeyri-yaşayış binasının X1 10 fevral 2005-ci il tarixdə İddiaçı satması və sonuncunun mülkiyyətinə keçməsi faktının müəyyən edilməsi qət edilmişdir. Maraqlı tərəf Azərbaycan Respublı̇ kası Əmlak Məsələlərı̇ Dövlət Komı̇ təsı̇ yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazı̇ İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən 20 kv metr olan qeyri-yaşayış binasını mərhum X2 məxsus əmlak olması faktının müəyyən edilməsi, həmin qeyri yaşayış binasının sonuncunun 10 fevral 2005-ci il tarixdə ona satılması faktının müəyyən edilməsi və mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı üzrə həmin əmlaka mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2005-ci ilin fevral ayında ona məlum olmuşdur ki, X3 özünə məxsus Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən 20 kv metr olan qeyri yaşayış binasını satır. O, da öz növbəsində qeyri yaşayış binasına baxmış və bəyənmişdir. Onlar qarşılıqlı olaraq 10000 manat qiymətinə razılaşmışlar. O, razılaşdıqları qiyməti şahidlərin iştirakı ilə 10 fevral 2005-ci il tarixdə X2 və oğlu Cavabdeh yanında vermiş və ona məxsus qeyri yaşayış binasını faktiki olaraq satın almışdır. Satın aldığı əmlakın pulunu tam ödəsə də həmin vaxt əmlakın alqı-satqısını notarial qaydada rəsmişləşdirmək mümkün olmamışdır. Qeyri yaşayış binasının hüquqmüəyyənedici sənədlərində çatışmazlıqlar olduğundan alqı satqının rəsmiləşdirilməsi mümkün olmamışdır. Belə ki, binanın ilkin sənədləri olsa da reyestrdən çıxarış olmamış, Bədəl Osmanov bildirmişdir ki, qeyri yaşayış binasının sənədlərini düzəldəcək və bundan sonra alqı-satqını rəsmiləşdirəcəklər. Bundan sonra 2005-ci ilin fevral ayından qeyri yaşayış binasından istifadə etməyə başlamışdır. 31.03.2008-ci ildə Bədəl Osmanov qəflətən vəfat etmişdir. Onun vəfatından sonra ona məlum olan ailə üzvü olaraq oğlu Cavabdeh qalmışdır. O, Cavabdeh müraciət edərək satın aldığı qeyri yaşayış binasının vərəsəliklə adına keçirərək onun adına rəsmiləşdirilməsini xahiş etmiş, sonuncu sənədləşməni hazırlayacağına vəd vermişdir. Lakin müəyyən səbəblərdən Bədəl Osmanov satın aldığı qeyri yaşayış binasını adına rəsmiləşdirməmişdir. Qeyd olunan səbəblərdən satın aldığı qeyri yaşayış binasının alqı-satqısını öz adına rəsmiləşdirə bilmir. O, 2005-ci ildən hazırkı günədək daimi olaraq satın aldığı qeyri-yaşayış binasına sahiblik edir. Qeyri yaşayış binası faktiki olaraq onun istifadəsində və sahibliyindədir. Lakin qeyri yaşayış binasını heç bir yolla adına rəsmiləşdirə bilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Maraqlı tərəf Azərbaycan Respublı̇ kası Əmlak Məsələlərı̇ Dövlət Komı̇ təsı̇ yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazı̇ İdarəsi Xaçmaz Rayon Məhkəməsinin 06 fevral 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozmaqla qəbul olunmuşdur. Məhkəmə qətnamə çıxararkən mülki iş üzrə dəlillərə və sübutlara düzgün qiymət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, lakin cavabdeh Osmanov Bəxtı̇ yar Bədəl oğlu məhkəmə kollegiyasına ünvanladığı teleqram ünvanlayaraq məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 06 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçının qeyd etdiyi halları sübuta yetirməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan maraqlı tərəf apellyasiya şikayəti verərək bu nəticəni mübahisələndirmişdir. İşdən görünür ki, iddia tələbi faktın təsdiqi barədədir. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını 24 iyun 2005-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin 335.1-ci maddəsi təşkil edir. Qeyd olunmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 24 iyun 2005-ci il tarixli, 949-İİQD saylı qanunla 01 noyabr 2005-ci ildə qüvvədən düşən Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyasının 22 mart 2006-cı il tarixli qərarına görə göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi mübahisəli sahənin iddiaçıya satılmasına dair Cavabdehla iddiaçı arasında Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında göstərilənlərə əməl edilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Məcəllənin 14.3. maddəsi əmlak hüquqlarının yaranmasının xüsusi qaydasını müəyyən edir. Qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Mülki Məcəllənin 146-cı maddəsi bu qaydanı daha da dəqiqləşdirir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (Mülki Məcəllənin 139.1. maddəsi). Qeyd olunmalıdır ki, qeydiyyat tələbinə əməl edilməməsi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun və daşınmaz əmlakla bağlı digər hüquqların mövcudluğunu istisna edir. Göründüyü kimi torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsi ilə bağlı qeydiyyat tələbinə əməl edilməmişdir. Mülki Prosessual Məcəllənin 307.2.6. maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsi mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmədiyindən həmin əmlakın satılması və iddiaçının həmin əmlaklar üzərində sahiblik, istifadə və sərəncamvermə faktı üzrə mülkiyyət hüququ müəyyən edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Maraqlı tərəf Azərbaycan Respublı̇ kası Əmlak Məsələlərı̇ Dövlət Komı̇ təsı̇ yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazı̇ İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 06 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Qeyri-yaşayış binasının X1 mülkiyyətində olması faktının müəyyən edilməsi, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən 20 kv.m. qeyri-yaşayış binasının X1 10 fevral 2005-ci il tarixdə İddiaçı satması və sonuncunun mülkiyyətinə keçməsi faktının müəyyən edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3424/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3424/2021
22.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver