Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3427/2021 05.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Maraqlı şəxsnə və Cavabdehə qarşı “pozulmuş əmək hüquqlarının bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(027)-1378/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Maraqlı şəxsnə və Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdə 2019-2020-ci və 2020-2021-ci dərs illərində əmək müqaviləsinə uyğun işlə təmin edilməməsinin qanunsuz hesab olunması, əmək müqaviləsində göstərilən işə qaytarılması, iş saatının əvvəlki səviyyədə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əməkhaqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehdə 2019-2020-ci və 2020-2021-ci dərs illərində əmək müqaviləsinə uyğun işlə təmin edilməməsinin qanunsuz hesab olunması, əmək müqaviləsində göstərilən işə qaytarılması, iş saatının əvvəlki səviyyədə bərpa edilməsi və əməkhaqqında yaranmış fərqin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(027)-1378/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Cavabdehdə 2019-2020-ci və 2020-2021-ci dərs illərində əmək müqaviləsinə uyğun işlə təmin edilməməsi qanunsuz hesab olunması, onun əmək müqaviləsində göstərilən işə qaytarılması, iş saatlarının əvvəlki səviyyədə bərpa edilməsi, ona əməkhaqqında yaranmış fərqin ödənilməsi qət edilmişdir ( hakim Rahim Həsənov). Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını və apellyasiya şikayətini yoxlayıb hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 361.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti apellyasiya şikayətində agöstərilməlidir:. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Qətnamədən verilmiş apellyasiya şikayətindən görünür ki, şikayət Quba şəhəri 6 saylı tam Orta Məktəbin adından verilmiş, şikayəti X3 tərəfindən imzalanmışdır. Apellyasiya şikayətinə əlavədə isə (AA ******* saylı şəxsiyyət vəsiqəsi) qeyd edilən şəxsin X5 olması müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirinin 11.10.2019-cu il tarixli, K-1548 saylı əmrindən görünür ki, X4 Quba şəhəri, 6 saylı tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi, qeyd edilən məktəbə təyin edilmiş direktorun X4 olması görünsə də, şikayət X3 tərəfindən imzalanmış, şikayətə X2 aid şəxsiyyət vəsiqəsi əlavə edilmişdir. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, şikayəti imzalayan şəxslə şikayətə əlavə edilmiş şəxsiyyət vəsiqəsindəki şəxsin soyadı və ata adı fərqli göstərilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini imzalamış şəxsin onu imzalamağa hüququ olan şəxs olub-olmaması aydın deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1-ci maddəsinə əsasən Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; Həmin Məcəllənin 366.1-ci maddəsinin mənasına görə apellyasiyanın mümkünlüyünün yoxlanılması dedikdə, işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olması, yəni apellyasiya şikayətinin aidiyyəti üzrə apellyasiya instansiyası məhkəməsinə düzgün verilib-verilməməsi, apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilib edilməməsi, apellyasiya şikayətinin müəyyən edilmiş müddət ərzində verilib-verilməməsi daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa,o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(027)-1378/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini imzalayan şəxsin onu imzalamağa hüququ olması aydın olmadığından işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən AR Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq, qətnamənin apellyasiya şikayətini imzalayan şəxsin onu imzalamağa səlahiyyətinin olub-olmamasını araşdırmamış və apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və AR Mülki Prosessual Məcəlləsinin 263,264, 268, 366, 402 və 405.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Quba Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(027)-1378/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-3427/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3427/2021
05.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver