Məhkəmə qərarları › İş №2(105)-343/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-343/2024

05.03.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-343/2024 05.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehna qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı) X20 Süleymanovanın sədrliyi və məruzəsi, X22 Məmmədov və X2 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Cavabehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Hüseynov Cabı̇ r Seyran oğlunun Cavabdehna qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(060)-5712/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun direktoru Oqtay Niftəliyev tərəfindən “intizam tənbehi” haqqında 17 iyul 2023-cü il tarixli, 14-2-3-1/3-1|-267/2023 saylı əmrin o, İddiaçı münasibətdə olan hissəsinin ləğv olunaraq işə bərpa olunmağı və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərikimya “İstehsalat Birliyinin “EtilenPolietilen" zavodunun direktoru Oqtay Niftəliyev tərəfindən “intizam tənbehi” haqqında verilmiş 17 iyul 2023-cü il tarixli, 14-2-3-1/3-1|-267/2023 saylı əmrə əsasən, Əmək Məcəlləsi və Texniki Təhlükəsizlik qaydalarını pozduqlarına görə 4 saylı qaz həmin sahənin böyük mexaniki X10 və növbə rəisi X17 ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Həmin əmrin o - X11 münasibətdə olan hissəsiniqanunsuz və ədalətsiz hesab edir. O, İddiaçı 8-9 iyun 2023-cü il tarixlərində Azərikimya “İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun direktoru Oqtay Niftəliyevin göstərişinə əsasən SOCAR TTSİ-TƏLİM, Tədris və Sertifikatlaşdırma İdarəsinə təlimdən keçməyi məqsədi ilə göndərilmişdir. Təlimdə olduğu müddət ərzində bütün vəzifə səlahiyyətlərinin icra olunması 4 saylı qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavini X15 həvalə edilmişdir. Həmin şəxs ona müvəqqəti olaraq həvalə olunmuş səlahiyyətlərdən suiistifadə edərək onun tərəfindən imzalanan “Yüksək təhlükəli (soyuq) işlərin aparılmasına tapşırıq-icazə verilməsi barədə” sənəddə saxtalaşdırma aparmışdır. Belə ki, qeyd olunan icazə sənədində iş yeri olaraq “ İ park tutumları”, işin məzmunu olaraq isə “tutumların əlaqə xətlərinin, klapanlarının, qaynaq tikişlərinin dedeskopiyası” göstərildiyi halda müavini X21 iş yeri olaraq “Vİ park tutumları”, işin məzmunu olaraq isə “tutumların klapanlarının çıxarılmasına hazırlıq” şəklində həmin sənədə qanunsuz olaraq əlavələr etmiş, icazəninmüddətini isə xx.xx.2023-cü il tarixinə qədər uzadaraq bu faktı öz imzası ilə təsdiq etmişdir. Qeyd olunan əlavələrin olunması təlimdə olduğu müddətdə baş verdiyi üçün bu barədə məlumatı olmamışdır. İcazə sənədinə X21 tərəfindən düzəlişlərin sonradan əlavə olunduğu həmin sənəddən aydın şəkildə hiss olunur. Buna baxmayaraq, belə bir saxtakarlığın olunduğu baş vermiş hadisənin səbəb və şəraitini araşdırma məqsədi ilə yaradılmış komissiya tərəfindən müəyyən olunmamış, bunun nəticəsində heç bir qanuni əsas olmadan Əmək Məcəlləsi və Texniki Təhlükəsizlik qaydalarını pozma əsası ilə digər şəxslərlə yanaşı, o da işdən azad olunmuşdur. xx.xx.2023-cü il tarixində, 15:30 radələrində 4 saylı qaz məhsullarının qəbulu və buraxılması sahəsinin böyük mexaniki X10 ona yaxınlaşaraq Vİ parkda yerləşən E-31 mövqeli tutumdan qoruyucu klapanların çıxarılması üçün iş yerinin hazırlanmasına göstəriş verməyini xahiş etmişdir. Xahişinə cavab olaraq bu işin hələlik görülməməli olduğunu ona bildirmişdir. Növbəti (qəzanın baş verdiyi) gün 8:00 radələrində həmin sahənin böyük mexaniki operator otağına gedərkən yenidən ona yaxınlaşaraq onun tərəfindən tutumun təmirə verilməsinə razılıq verilmədiyini bildirmişdir. Oxşar cavab alaraq geri qayıtmışdır. O 8:30 radələrində selektor müşavirəsində olarkən Qarayev Ağamusa operatorunun yanında həmin sahənin rəis müavini X15 yaxınlaşaraq Vİ parkda yerləşən E-31 mövqeli tutumdan qoruyucu klapanların çıxarılmasına sahə rəisinin razılıq vermədiyini bildirmiş, rəis müavini isə ona bu məsələni özünün həll edəcəyini bildirmişdir. Daha sonra o, növbə rəisi X12 E-31 mövqeli tutumun təmirə hazırlanması barədə göstəriş vermişdir. Kamilov Yusif öz növbəsində rəis müavinin göstərişinə əməl edərək bəhs olunan tutumun giriş-çıxış xətlərini bağlamış, tutumu təzyiqdən azad edərək təmirə hazırlamışdır. Bu barədə ona heç bir məlumat verilməmişdir. Saat 10:50-də baş mexanik X5 nəzarəti altında dörd çilingər və onlara rəhbərlik edən şəxs klapanların çıxarılması işinə başlamış, bu zaman tutumun üstündə yerləşən üçgedişli siyirmənin arasında yedəşən polimer materialı alışaraq yanğına səbəb olmuşdur. Yalnız yanğın baş verdikdən sonra bu barədə ona məlumat verilmişdir. Dərhal hadisə yerinə gələrək yanğın söndürülməsində iştirak etmiş və təcili olaraq növbə rəisinə yanğının söndürülməsinə xidmət edən müxtəlif tapşırıqlar vermişdir. Baş vermiş yanğın barədə dərhal rəhbərliyə və eyni zamanda FHN əməkdaşlarına məlumat verilmişdir. Yanğının söndürülməsinə nail olmaq üçün o və Qarayev Ağamusa tutumun üstünə çıxmaqla arakəsmə qoyaraq yanğını nəzarət altına ala bilmişlər. Növbə rəisi X13 verdiyi izahatında X5 rəis müavininə sahə rəisinin hazırlıq işlərinin görülməsi üçün razılıq verməməsini bildirdiyini, rəis müavini isə ona cavab olaraq problemli məsələnin olmadığını, müvafiq göstərişi özünün verəcəyini və bundan sonra sahə rəisindən razılıq almadan E-31 mövqeli tutumun təmirə hazırlanması barədə ona göstəriş verməsini və müvafiq göstəriş əsasında əməli icra etdiyini bildirmişdir. Eyni zamanda izahatı ilə onun tərəfindən yanğının söndürülməsi üçün mümkün ola biləcək hər növ tədbiri gördüyünü də təsdiq etmişdir.

3. Cavabdeh “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.

4. Etiraz onunla əsaslandırılmışdır ki, 13 iyun 2023-cü il tarixində saat 10:50 radələrində “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun “Qaz məhsullarının qəbulu və buraxılması” sahəsində yerləşən (V=600 kub metr, D=10500 mm) E-3/1 tutumunda təmir işləri aparılarkən sahə rəisi İddiaçı işinə məsuliyyətsiz yanaşması, əmək müqaviləsi üzrə vəzifə öhdəliklərini layiqincə yerinə yetirməməsi, sahədə aparılan təmir işlərinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına uyğun aparılmasına zəif nəzarət etməsi, vəzifə təlimatına əməl etməməsi nəticəsində yanğın hadisəsi baş vermişdir. Sahə işçiləri tərəfindən dərhal yanğın söndürmə vasitələrindən istifadə olunmuş, tutumun üzərindəki su çiləyicilər, eləcə yanğınsöndürən lafet lülələri işə salınmış və paralel olaraq Fövqəlhadə Hallar Nazirliyinə məlumat verilmişdir. Yanğın 19:30 radələrində tam söndürülmüşdür. Zavod rəhbərliyi qeyd olunanları nəzərə alaraq 4 saylı qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilməsi üçün 14-2-3-1/3-6-846/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla zavod Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmişdir. “Etilen-Polietilen” zavodun Həmkarlar İttifaqı Komitəsinin Heyyəti iclasının xx.xx.2023-cü il tarixli protokolu ilə “Etilen-Polietilen” zavodun müraciətinə iddiaçının iştirakı ilə baxılmış və İddiaçı Azərbaycan Respublikası ƏMnin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilmişdir. “Etilen-Polietilen” zavodunun xx.xx.2023-cü il tarixli, 14-2-3- 1/3-1İ-267/2023 nömrəli əmr ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir.

5. 17 iyul 2023-cü il tarixli, 14-2-3-1/3-1i-267/2023 nömrəli intizam tənbehi haqqında əmrdən görünür ki, ƏM və TT qaydalarını pozduqlarına görə 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəisi İddiaçı (tab.1370155), həmin sahənin böyük mexaniki X10 (tab.1372287) və növbə rəisi X17 (tab.1370382) ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixindən Azərbaycan Respbulikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi, əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə icra etmədiklərinə görə Baş mühəndisin SƏTƏMM və KH üzrə müavini-şöbə rəisi X16 (tab.1372570), Baş texnoloq-şöbə rəisi X18 (tab.1370159) və “Etilen” istehsalatının rəisi X1 (tab.1370056) Azərbaycan Respublikası ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilsin və nəzərlərinə çatdırılmalıdır ki, bir daha belə hallara yol verərlərsə barələrində daha ciddi intizam tənbehi tədbirinin görüləcəyi əmr edilmişdir.

6. 21 avqust 2023-cü il tarixli MŞS/MT030/2023-01670 №-li “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, SOCAR “Azərkimya” X9polietilen zavodunun ünvanına bildiriş məktubu göndərilmiş, tərəflə telefon əlaqəsi yaradılmış, lakin tərəf İMS-də iştirak etməkdən imtina etmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair xərci ödəmişdir.

7. 0037539 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 17 iyul 2023-cü il tarixli, 14-2-3-1/3-1i-267/2023 nömrəli intizam tənbehi haqqında əmrə əsasən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (ƏM və TT qaydalarını pozduğuna görə) əmək müqaviləsi ləğv edilmişdir.

8. SOCAR “Azərkimya” X9-polietilen zavodunun 25 fevral 2020-ci il tarixli başqa işə keçirmə haqqında məlumatından görünür ki, İddiaçı şəxsi ərizəsi əsasında xx.xx.2020ci il tarixdə böyük “Etilen-Polietilen” zavodunun Etilen istehsalatının Piroliz sahəsində böyük texnoloq vəzifəsindən “Etilen-Polietilen” zavodunun X19 məhsullarının qəbulu və buraxılması sahəsində sahə rəisi vəzifəsinə keçirilmişdir.

9. Etilen-polietilen zavodu Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin 114 nömrəli, xx.xx.2023-cü il tarixli iclas protokolundan görünür ki, rəhbərliyin 04 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəisi İddiaçı, həmin sahənin böyük mexaniki X10 və növbə rəisi X7 işdən azad olunmaları barədə müraciəti nəzərə alınaraq razılıq verilməsi, 04 saylı sahənin rəis müavini X14 xəstəlik səbəbindən iclasda iştirak etməməsi nəzərə alınaraq onun barəsində müvafiq qərarın qəbulu işə çıxdıqdan sonra baxılması qərara alınmışdır.

10. X19 məhsullarının qəbulu və buraxılması sahəsinin rəisinin vəzifə təlimatından görünür ki, sahə rəisi aşağıdakılara görə məsuliyyət daşıyır: Vəzifə standartı və digər normativ sənədlər ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; Əməyin təhlükəsizliyi normalarına əməl etməl; İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; Sahə üçün müəyyən olunmuş nomenklatura üzrə istehsalat planlarını yerinə yetirmək; Sahənin texnoloji qurğularında və texnoloji reqlament, texnoloji rejim normaları, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi təlimatlarına, həmçinin digər işçi təlimatlarına riayət etmək. Sahənin bütün avadanlıqlarının fasiləsiz və qəzasız istismarını həyata keçirmək. Xammal və reagentlərin sərfi, hazır məhsulların itkisi normalarına, ətraf mühitə atılan tullantıların miqdarına nəzarət etmək. Sahəyə təhkim olunmuş əsas fondların, avadanlığın və digər vəsaitlərin saxlanılmasına və yararsız avadanlığın və digər materialların silinməsinə görə. Zavodun müvafiq bölmələrinə ilkin hesabatın vaxtında çatdırılmasına və onun düzgünlüyünə görə. Sahədə əmək mühafizəsinin, texniki təhlükəsizliyin, yanğın təhlükəsizliyinin, istehsalat sanitariyasının, Mülki Müdafiənin norma və qaydalarına, həmçinin təmizliyə riayət olunmasına görə. Sahədə texnoloji sənədlərin, işçi təlimatlarının və xidmətedici heyətin bilavasitə iş yerlərində istifadəsi üçün yanğın təhlükəsizliyi və texniki təhlükəsizlik təlimatlarının olmasına görə. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə - Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə, “Azərkimya” İB-nin daxili intizam qaydalarına riayət etməməsinə görə məsuliyyət daşıyır.

11. xx.xx.2023-cü il tarixli, 14-2-3-1/3-1İ-267/2023 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, “Azərkimya” İstehsalat Birliyinin “Etilenpolietilen” zavodu/Etilen İstehsalatı/Qaz məhsullarının qəbulu və buraxılması sahəsi” bölməsində “sahə rəisi” vəzifəsində işləyən İddiaçı Seyran oğlu ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, AR ƏM-nin 70. “ç” – işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilməsi əmr edilmiş, işçinin xx.xx.2010-cu il tarixindən xx.xx.2023-cü il tarixə qədər istifadə edilməmiş 23.65 məzuniyyət gününün son haqq -hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə -departmentinə həvalə edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

12. Sumqayıt Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(060)- 5712/2023 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbinin təmin edilməsi, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə X4 Etilen-Polietilen zavodunun direktoru Oqtay Niftəliyevin 17 iyul 2023-cü il tarixli, 14-2-3-1/3-1i-267/2023 saylı əmrinin İddiaçı aid hissədə ləğv edilməsi, İddiaçı X4 Etilen-Polietilen zavoduna əvvəlki iş yerində 4 saylı qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəisi vəzifəsinə bərpa edilməsi, X4 Etilen- Polietilen zavodu tərəfindən məcburi işburaxma müddəti üzrə 17 iyul 2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndi, 71-ci maddəsinin İ və İİ hissələri, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsi, 84-cü maddəsinin 1-ci hissəsi, 300-cü maddəsinin 1-ci bəndi, 187.2, 83.2, 71.2, 74-cü madələri, Avropa İnsan hüquqları Konvensiyacsnın 14-cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

14. Sumqayıt Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(060)- 5712/2023 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 13 iyun 2023-cü il tarixində 50 saat 10 radələrində “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun “Qaz məhsullarının qəbulu və buraxılması” sahəsində yerləşən (V =600 m3, D=10500 mm) E- 3/1 tutumunda təmir işləri aparılarkən sahə rəisi İddiaçı işinə məsuliyyətsiz yanaşması, əmək müqaviləsi üzrə vəzifə öhdəliklərini layiqincə yerinə yetirməməsi, sahədə aparılan təmir işlərinin Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına uyğun aparılmasına zəif nəzarət etməsi, vəzifə təlimatına düzgün əməl etməməsi nəticəsində yanğın hadisəsi baş vermişdir. Sahə işçiləri tərəfindən dərhal yanğın söndürmə vasitələrindən istifadə olunmuş, tutumun üzərindəki su çiləyicilər, eləcə də yanğın söndürən lafet lülələri işə salınmış və paralel olaraq Fövqəladə Hallar Nazirliyinə məlumat verilmişdir. Yanğın 1930 radələrində tam söndürülmüşdür. Zavod rəhbərliyi qeyd olunanları nəzərə alaraq 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilməsi üçün 14-2-3-1/3-6-846/2023 nömrəli, xx.xx.2023cü il tarixli məktubla zavod Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmişdir. “Etilen- Polietilen” zavodunun Həmkarlar İttifaqı Komitəsinin Heyyəti iclasının xx.xx.2023-cü il tarixli protokulu ilə “Etilen-Polietilen” zavodun müraciətinə iddiaçının iştirakı ilə baxılmış və İddiaçı Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilmişdir. “Etilen-Polietilen” zavodunun xx.xx.2023-cü il tarixli, 14-2-3- 1/3-1İ-267/2023 nömrəli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. “Etilen-Polietilen” zavodunun “Qaz məhsullarının qəbulu və buraxılması” sahəsinin rəisinin vəzifə təlimatına əsasən, NÖC və Avasitələrinə, elektrik və mexaniki avadanlıqlarına, ehtiyat hissələrinə və təmir xidmətinə olan ehtiyacların qarşılanmasının təşkilinə nəzarət edir; Avadanlıqların təmirə hazırlanmasını, həmçinin təmir işlərinin keyfiyyətinə və müddətinə nəzarət olunmasını təşkil edir, avadanlıq və qurğuların düzgün və təhlükəsiz istismarına rəhbərlik edir, avadanlıq və qurğuların vaxtında sınaqlarının aparılmasına; Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət edir, istehsalat risklərinin qiymətləndirilməsi və önləyici tədbirlərin görülməsini, təhlükəsizliyinin təmin edilməsi məqsədilə daim monitorinqlərin aparılması çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər planının hazırlanmasının təşkili və rəhbərlik edir; İstehsalatda işçilərin sağlamlığının mühafizəsinin təşkilinə rəhbərlik edir, Peşə xəstəlikləri və istehsalat zədələnmələrinin azaldılması üçün tədbirlərin görülməsinə, işçilərin dövrü tibbi müayinədə iştirakının təşkilinə, bədbəxt hadisələr zamanı "İstehsalat zədələnməsi" sənədinin hazırlanmasına nəzarət edir, xüsusi geyim və fərdi mühafizə vasitələrinin, mal-material ehtiyatlarının daim izlənməsi və vaxtında tələbnamələrin hazırlanması üçün müvafiq tapşırıqlarını verir, hazırlanmış mal-material, xüsusi geyim və fərdi mühafizə vasitələrinə olan tələbnamələrin məqsədəuyğunluğunun yoxlanılması və təmin edilməsini həyata keçirir və digər öhdəlikləri vardır. Həmin vəzifə təlimatının 7-ci bəndinə əsasən, Sahə rəisi aşağıdakılara görə məsuliyyət daşıyır: Vəzifə standartı və digər normativ sənədlər ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; Əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; Sahədə əməyin mühafizəsinin, texniki təhlükəsizliyin, yanğın təhlükəsizliyinin, istehsalat sanitariyasının, Mülki Müdafiənin norma və qaydalarına, həmçinin təmizliyə riayət olunmasına görə və digər məsuliyyətlər. Hüquqi müəyyənlik prinsipi mövcud hüquqi vəziyyət aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Məhkəmələr qəbul etdikləri qərarlarla həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirməli, ziddiyyətli məqamları aradan qaldırmalıdır. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.2 və 187.3-cü maddələrinin tələblərini pozmuşdur. Belə ki, işəgötürənin iddiaçı tərəfindən yolverilmiş pozuntusunun hansı tarixdən aşkar etdiyini müəyyən etmədən, araşdırmadan, qətnamədə də heç bir sübuta istinad etmədən öz mülahizəsinə əsasən hadisənin törədilmə tarixindən hesablamışdır. Halbuki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsində açıq-aşkar qeyd edilmişdir ki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. 13 iyun 2023-cü il tarixində saat 10:50 radələrində yanğın hadisəsi baş vermiş, hadisədən sonra araşdırma aparılmış və araşdırma nəticəsində (izahat alınması, sənədlərin toplanması və s.) pozuntuya yol vermiş işçi müəyyən olunmuş, işçinin öz vəsifə səlahiyyətlərinə laqeyid yanaşması səbəbindən baş verdiyi müəyyən edildikdən sonra inzibati tənbeh tətbiq edilmişdir ki, bu halda da müddət hadisənin baş verdiyi tarixdən deyil, qanunvericiliyə uyğun olaraq işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən hesablanmışdır. Təsadüfü deyil ki, digər müddət məsələlərindən fərqli olaraq, əmək qanunvericiliyi intizam tənbehi verilməsi ilə bağlı müddət məsələsini məhz işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən hesablanmasına dair, ümumilikdə isə törədildiyi gündən altı ay müddətinə intizam tənbehi verilə biləcəyinə dair göstəriş müəyyən etmişdir. İş materiallarından da görünür ki, iddiaçının işinə məsuliyyətsiz yanaşması, əmək müqaviləsi üzrə vəzifə öhdəliklərini layiqincə yerinə yetirməməsi, sahədə aparılan təmir işlərinin Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına uyğun aparılmasına zəif nəzarət etməsi, vəzifə təlimatına əməl etməməsi nəticəsində yanğın hadisəsi baş vermiş və yanğın 13 iyun 2023-cü il tarixində saat 10:50 radələrindən 19:30 radələrinədək davam etməsi nəticəsində işəgötürənə hüquqları pozulmuş, işəgötürənin mənafeyinə, həmçinin dövlət əmlakına 48956.75 manat maddi ziyan dəymişdir. Hadisə birbaşa olaraq iddiaçının nəzarət etməli olduğu sahədə, yəni “Qaz məhsullarının qəbulu və buraxılması” sahəsində və onun məsuliyyət dairəsində baş vermişdir. İddiaçı “Qaz məhsullarının qəbulu və buraxılması” sahəsinin rəisidir. Məhkəmə qəbul etdiyi qətnaməsində göstərir ki, işəgötürən tərəfindən birbaşa 70-ci maddənin “ç” bəndi ilə intizam tənbehinin verilməsi ədalətli və qanuni hesab edilə bilməz. Lakin bu hal düzgün əsaslandırılmamış və belə qənaətə gəlinmişdir ki, digər intizam tənbehi verildikdən sonra 70 “ç” maddəsi ilə tənbeh verilməli idi. ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən “İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:” hüququ təsbit edilmişdir. Həmin maddədə göstərilmir ki, işəgötürən mütləq şəkildə digər intizam tənbehləri verdikdən sonra 70-ci maddənin “ç” bəndini tətbiq edə bilər. İşəgötürən törədilmiş xətanın ağırlığını, onun törədə biləcəyi ağır nəticələri, işin ahənginin pozulmasını və s. halları nəzərə alaraq, 70-ci maddənin “ç” bəndini tətbiq etmişdir. İşçi ƏM-nin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, həm də, 72-ci maddədə sadalanan “təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması”(ç bəndi) və “əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi hallarına yol verməklə əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Nəticə olaraq, məhkəmənin digər formal mülahizələrə əsaslanaraq əmri ləğv etməsi əsassız hesab edilir. Məhkəmənin qətnamədə istinad etdiyi 71-ci maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hal baş vermişdir. Belə ki, 13 iyun 2023-cü il tarixində saat 10:50 radələrində baş vermiş yanğın həmin gün saat 19:30 radələrində söndürülmüş və 8-saat davam edən yanğın hadisəsi ilə əlaqədar istehsalat prosesləri dayanmış, qüvvələr yanğının söndürülməsinə kömək məqsədilə cəlb edilmiş və istehsalata/müəssisəyə ziyan dəymişdir. Beləliklə, 71-ci maddədə göstərilmiş, işçi tərəfindən qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi halı baş vermişdir ki, bu hal da əmək müqaviləsinin ləğvi üçün əsas yaradır. Məhkəmə Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarına istinadən işçini daha zəif tərəf kimi təqdim etməklə, onun yol verdiyi pozuntunu zəif tərəfin kölgəsi altına almış, lakin digər tərəfdən, bu kimi halların dövlət müəssisə kimi dövlət mənafeyinə ziyan vuran hallar hesab edilməsinə və bu kimi xırda hesab edilən pozuntuların çox hallarda böyük bədbəxt hadisələrə, işçilərin həyat və sağlamlığına ciddi ziyan vurulmasına, xeyli sayda insanın çalışdığı müəssisənin fəaliyyətinin dayanmasına və ya uzun müddət fəaliyyətsiz qalmasına diqqət etməmişdir. Məhkəmənin qətnaməsində istinad etdiyi hər üç hal qeyd edilmiş hadisə üzrə mövcud olsa da, məhkəmə sanki bu halları olmaması kimi qiymətləndirərək düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, 1. əmək funksiyası səhlənkarlıqla, etinasızlıqla yerinə yetirilməyib, 2. işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulub, 3. mülkiyyətçinin, işəgötürənin mənafeyinə hər hansı formada ziyan dəyib. Məhkəmə qətnamədə qeyd etmişdir ki, “işəgötürən ƏM-nin 187-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş normaya əməl etməyərək işçiyə intizam tənbeh tədbirini pozuntunun aşkar edildiyi vaxtdan 1 ay 4 gün sonra tətbiq etmişdir. Nəticə etibarilə işəgötürənin həmin normanı pozaraq əmək qanunvericiliyində nəzərdə tutulmuş birbaşa ən ciddi tənbeh növünü, yəni əmək müqaviləsinin, ƏM-nin 70-ci maddəsinin «ç» bəndini tətbiq etməsi ədalətli və qanuni hesab edilə bilməz. Bundan əlavə məhkəmə hesab etmişdir ki, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. Bu baxımdan məhkəmə qeyd edir ki, ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə nəzərdə tutulmuş intizam tənbehinin tətbiq edilməsi o halda mümkündür ki, mübahisələndirilən əmrdə sadalanan hallar əmək və icra intizamının normal ahəngini pozulmuş olsun və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin hazırkı mübahisəli məsələ ilə bağlı qeyd olunan hallar mülki işdə müəyyən olunmur. Nəticə etibarilə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.” Məhkəmənin bu qeydindən belə anlaşılır ki, məhkəmə işə obyektiv yanaşmamış, işi hərtərəfli, tam aydınlaşdırmadan iddia ərizəsini təmin etmək üçün iş hallarını təhrif etmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, “iddiaçının bildirdiyi və cavabdehin nümayəndəsinin mübahisə etmədiyi hal ondan ibarətdir ki, sahə rəisinin müavini vəzifəsində (iddiaçının müavini) işləyən şəxsin iddiaçının göstərişi olmadan işlərin görülməsini tapşırıq vermək olmuşdur. Bu hal cavabdehin nümayəndəsinin bildirdiyinə əsasən həmin şəxsin saxtakarlıq etməsi müəyyən edilmiş, yəni etiraf etmişdir. Lakin inzibati qaydada qiymət verilməmişdir.” Bildirir ki, məhkəmə araşdırması zamanı iddiaçı bildirmişdir ki, onun müavini tərəfindən saxtakarlıq etməsini bilmiş, lakin bu barədə rəhbərliyə və ya digər şəxsə heç bir məlumat verməmişdir. Göründüyü kimi, iddiaçı saxtakarlıqdan xəbəri olmuş və bu barədə heç kimə məlumat verməməklə saxtakarlıqla razılaşmağa dair öz iradəsini ifadə etmişdir. Həmçinin, sahə rəisinin müavini vəzifəsində saxtakarlıq etməsi əməlinə işəgötürən hüquqi qiymət vermək işəgötürənə aiddir. Onun məsuliyyətə cəlb edilib-edilməməsi barədə məhkəmə cavabdehdən heç bir sübut tələb etməmişdir. Həmçinin sahə rəisinin müavinin əməlinə işəgötürən tərəfindən qiymət verilibverilməməsinin iddiaçının iddia ərizəsinin təmin edilməsi üçün əsas sayıla bilməz. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, “X4 Etilen-Polietilen zavodunun direktoru Oqtay Niftəliyevin 17 iyul 2023-cü il tarixli, 14-2-3-1/3-1i-267/2023 saylı əmrində müəssisənin möhürünə rast gəlinmir”. Bildirir ki, 17 iyul 2023-cü il tarixli, 14-2-3-1/3-1i-267/2023 saylı əmr əmək qanunvericiliyinin tam tələblərinə uyğun tərtib edilmiş, həmçinin şirkətin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2013-cü il tarixdən 159 saylı xx.xx.2013-cü il tarixli əmr ilə ARDNŞ-də vahid elektron sənəd dövriyyəsi sistemi tətbiq edilir. Məhkəmə iclası zamanı təqdim edilmiş sənədlər SOCAR-ın daxili sistemindən çıxarılaraq məhkəməyə təqdim edilmiş surətdir. Həmin sənədlərin yuxarısında da müvafiq qeyd vardır. Həmçinin kompyuterdən əmrin və digər sənədlərin surəti çıxarıldıqda imza və möhür görsənməməsi texniki səbəblərdir. Məhkəmə zəruri hesab etsə idi, həmin sənədlərin əslini tələb edə bilərdi. Beləliklə, 71-ci maddədə göstərilmiş, işçi tərəfindən qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi halı baş vermişdir ki, bu hal da əmək müqaviləsinin ləğvi üçün əsas yaradır.

16. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsilə məhkəməyə daxil olmuş “Azərkimya” X9-Polietilen Zavodu Ərazisində xx.xx.2023-cü il tarixində yanğının baş verməsi ilə nəticələnmiş qəzanın səbəblərinin texniki təhqiqatı haqqında aktdan görünür ki: - Azərkimya İB və “Etilen-polietilen” zavod tərəfindən FHN-nin Yanğından mühafizə xidmətinə yanğın baş verən zamandan təxminən 30 dəqiqə sonra zəng olunmuşdur. - Araşdırma zamanı müəyyən olunmuşdur ki, sahədə mövcud olan 5 ədəd kamera işlək vəziyyətdə olmamış və komissiyanın fəaliyyəti zamanı bir çox uyğunsuzluqların və qeyri-müəyyənliklərin aydınlaşdırılmasında çətinliklər yaratmışdır. - Baş vermiş hadisə kütləvi informasiyavasitələrində və sosial şəbəkələrdə geniş yayınlanmış və SOCAR və Azərkimya İB-nin işgüzar nüfuzuna zuyan dəymişdir.

17. Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun direktoru Oqtay Niftəliyev tərəfindən 17 iyul 2023-cü il tarixli, 14-2-3-1/3-1/- 267/2023 saylı sözügedən hadisənin təkrarlanmaması və müəyyən olunmuş pozuntu hallarının baş verməsində təqsiri olan şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi məqsədi ilə “intizam tənbehi” haqqında əmr tərtib edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

19. Etiraz onunla əsaslandırılmışdır ki, “Azərikimya” İstehsalat Birliyinin “Etilen- Polietilen” zavodunun direktoru Oqtay Niftəliyev tərəfindən “intizam tənbehi” haqqında verilmiş 17 iyul 2023-cü il tarixli, 14-2-3-1/3-1- 267/2023 saylı əmrə əsasən, Əmək Məcəlləsi və Texniki Təhlükəsizlik qaydalarını pozduqlarına görə 4 saylı Qaz həmin sahənin böyük mexaniki X10 və növbə rəisi X17 ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləvğ edilmişdir. Həmin əmrin ona münasibətdə olan hissəsini qanunsuz və ədalətsiz hesab edir. O, 8-9 iyun 2023-cü il tarixlərində Azərikimya “İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun direktoru Oqtay Niftəliyevin göstərişinə əsasən SOCAR TTSİ-Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinə təlimdən keçməyi məqsədi ilə göndərilmişdir. Təlimdə olduğu müddət ərzində bütün vəzifə səlahiyyətlərinin icra olunması 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavini X15 həvalə edilmişdir. Həmin şəxs ona müvəqqəti olaraq həvalə olunmuş səlahiyyətlərdən suiistifadə edərək tərəfindən imzalanan “Yüksək təhlükəli (soyuq) işlərin aparılmasına tapşırıq-icazə verilməsi barədə” sənəddə saxtalaşdırma aparmışdır. Belə ki, qeyd olunan icazə sənədində iş yeri olaraq “İ park tutumları”, işin məzmunu olaraq isə “tutumların əlaqə xətlərinin, klapanlarının, qaynaq tikişlərinin dedeskopiyası” göstərildiyi halda müavini X21 iş yeri olaraq “Vİ park tutumları”, işin məzmunu olaraq isə “tutumların klapanlarının çıxarılmasına hazırlıq” şəklində həmin sənədə qanunsuz olaraq əlavələr etmiş, icazənin müddətini isə xx.xx.2023-cü il tarixinə qədər uzadaraq bu faktı öz imzası ilə təsdiq etmişdir. Qeyd olunan əlavələrin olunması təlimdə olduğu müddətdə baş verdiyi üçün bu barədə məlumatı olmamışdır. İcazə sənədinə X21 tərəfindən düzəlişlərin sonradan əlavə olunduğu həmin sənəddən aydın şəkildə hiss olunur. Buna baxmayaraq, belə bir saxtakarlığın olunduğu baş vermiş hadisənin səbəb və şəraitini araşdırma məqsədi ilə yaradılmış komissiya tərəfindən müəyyən olunmamış, bunun nəticəsində heç bir qanuni əsas olmadan Əmək Məcəlləsi və Texniki Təhlükəsizlik qaydalarını pozma əsası ilə digər şəxslərlə yanaşı, o da işdən azad olunmuşdur. xx.xx.2023-cü il tarixində, 15:30 radələrində 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin böyük mexaniki X10 ona yaxınlaşaraq Vİ parkda yerləşən E-31 mövqeli tutumdan qoruyucu klapanların çıxarılması üçün iş yerinin hazırlanmasına göstəriş verməyini xahiş etmişdir. Xahişinə cavab olaraq bu işin hələlik görülməməli olduğunu ona bildirmişdir. Növbəti (qəzanın baş verdiyi) gün 8:00 radələrində həmin sahənin böyük mexaniki operator otağına gedərkən yenidən ona yaxınlaşaraq tərəfindən tutumun təmirə verilməsinə razılıq verilmədiyini bildirmişdir. Oxşar cavab alaraq geri qayıtmışdır. O, 8:30 radələrində selektor müşavirəsində olarkən Qarayev Ağamusa operatorunun yanında həmin sahənin rəis müavini X15 yaxınlaşaraq Vİ parkda yerləşən E-31 mövqeli tutumdan qoruyucu klapanların çıxarılmasına sahə rəisinin razılıq vermədiyini bildirmiş, rəis müavini isə ona bu məsələni özünün həll edəcəyini bildirmişdir. Daha sonra o, növbə rəisi X12 E-31 mövqeli tutumun təmirə hazırlanması barədə göstəriş vermişdir. Kamilov Yusif öz növbəsində rəis müavinin göstərişinə əməl edərək bəhs olunan tutumun giriş-çıxış xətlərini bağlamış, tutumu təzyiqdən azad edərək təmirə hazırlamışdır. Bu barədə ona heç bir məlumat verilməmişdir. Saat 10:50-də baş mexanik X5 nəzarəti altında dörd çilingər və onlara rəhbərlik edən şəxs klapanların çıxarılması işinə başlamış, bu zaman tutumun üstündə yerləşən üçgedişli siyirmənin arasında yerləşən polimer materialı alışaraq yanğına səbəb olmuşdur. Yalnız yanğın baş verdikdən sonra bu barədə ona məlumat verilmişdir. Dərhal hadisə yerinə gələrək yanğın söndürülməsində iştirak etmiş və təcili olaraq növbə rəisinə yanğının söndürülməsinə xidmət edən müxtəlif tapşırıqlar vermişdir. Baş vermiş yanğın barədə dərhal rəhbərliyə və eyni zamanda FHN əməkdaşlarına məlumat verilmişdir. Yanğının söndürülməsinə nail olmaq üçün o və Qarayev Ağamusa tutumun üstünə çıxmaqla arakəsmə qoyaraq yanğını nəzarət altına ala bilmişdir. Növbə rəisi X13 verdiyi izahatında X5 rəis müavininə sahə rəisinin hazırlıq işlərinin görülməsi üçün razılıq verməməsini bildirdiyini, rəis müavini isə ona cavab olaraq problemli məsələnin olmadığını, müvafiq göstərişi özünün verəcəyini və bundan sonra sahə rəisindən razılıq almadan E-31 mövqeli tutumun təmirə hazırlanması barədə ona göstəriş verməsini və müvafiq göstəriş əsasında əməli icra etdiyini bildirmişdir. Eyni zamanda izahatı ilə tərəfindən yanğının söndürülməsi üçün mümkün ola biləcək hər növ tədbiri gördüyünü də təsdiq etmişdir. Bu zamanda üç uşaq saxlamaq işsiz biri üçün nə qədər çətindirsə, xəstə uşağın maddi və mənəvi baxımdan çətinliyi daha da ağırdır. Böyük oğlunun səhhətində çox ciddi problemləri vardır. Uşağının dərmanları hədsiz dərəcədə bahadır, müalicə almasa daha ciddi fəsadlar olacaq. Ciddi müalicə alması üçün işləyib pul qazanmalıdır. 18 illik iş stajı olmasına baxmayaraq, Oqtay Niftəliyevin qərəzli göstərişi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə haqsız yerə onu işdən azad etmişdir. Buna görə də, onu heç yerdə işə götürmürlər, artıq həyatından bezib. Məsələ ilə bağlı ətraflı şəkildə sübut və faktlarını etiraz qoşmasına əlavə etmişdir. X6 Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinə əsasən, təhlükə potensiallı obyektlərdə işlərin aparılması, habelə qəza və hadisə şəraitində fəaliyyət qaydalarını müəyyənləşdirən, texnikinormativ sənədlərin tələblərinə əməl etmək; təhlükə potensiallı obyektdə baş verən qəza və hadisə zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada işi dayandırmaq, qəza və ya hadisə barədə dərhal rəhbərliyə, yaxud digər vəzifəli şəxsə məlumat vermək təhlükə potensiallı obyektdə işləyənlərin vəzifələrinə aiddir. 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığın araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Əməyin mühafizəsi qaydalarının pozulması faktını təsdiq etmək üçün müəssisədə araşdırma aparılmalıdır. İşçini yalnız o zaman işdən azad etmək olar ki, komissiya və ya əməyin mühafizəsini təşkil edən əməkdaş işçinin günahı olduğunu təsdiqləsin. Lakin işin faktiki hallarından da göründüyü kimi araşdırma aparılması məqsədi ilə yaradılmış komissiya bu barədə heç bir göstərişinin olmadığına və mövcud göstərişinin saxtalaşdırılaraq ona qarşı istifadə edilməsinə baxmayaraq baş vermiş hadisədə onu da təqsirli hesab etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi 216-cı maddəsində əməyin mühafizəsi üzrə işçilərin vəzifələrinə əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigeynası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək; əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək; əməyin mühafizəsi qaydalarının bütün pozuntularını haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək; müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq; əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyyələrinə əməl etmək aid edilir. Hansı ki, işçi tərəfindən yuxarıda sadalanan vəzifələrin hər-hansı birinin üzürsüz səbəblərdən pozulması intizam xətası kimi qiymətləndirilir. Dəfələrlə xəbərdarlıq etməyinə və tutumlarda hazırlq işlərinin görülməsinə razılıq vermədiyini ifadə etməyinə baxmayaraq göstərişlərinə riayət edilməmiş, nəticədə qeyd olunan yanğın hadisəsi baş vermişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 310-cu maddəsinə əsasən, istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Yuxarıda göstərilən halları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayit Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-5712/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

20. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, sahə rəisinin müavininin vəzifə təlimatına əsasən sahə rəisini əvəz etdikdə ərazidə işlərin görülməsi ilə bağlı tapşırıq vermək səlahiyyəti vardır, lakin sahə rəisi işdə olarkən belə bir tapşırığı mütləq qaydada sahə rəisi ilə razılaşdırmalıdır. Əks halda sahə rəisinin müavini vəzifə təlimatını pozmuş olur. Araşdırma zamanı bu fakt, yəni müavinin sahə rəisinin məlumatı olmadan hadisə baş verən ərazidə işlərin görülməsi ilə bağlı tapşırıq verməsi öz təsdiqini tapmışdır.

21. Cavabdehin vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

22. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh nümayəndəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Maddə 71. (İ və İİ hissə) Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

25. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 68. a) Əmək müqavilələrinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsidir. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 71. (3-cü hissə) İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 84. (1-ci hissə) Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Maddə 296. (2-ci hissə) Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3-cü hissə Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 300. 1) Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

28. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının təfsirində yanlışlığa yol versə də tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, 13 iyun 2023-cü il tarixində saat 10:50 radələrində X4 Etilen-Polietilen zavodunun “Qaz məhsullarının qəbulu və buraxılması” sahəsində yerləşən E-3/1 tutumunda yanğın hadisəsi baş vermişdir. Hadisə nəticəsində “Etilen-Polietilen” zavodunun xx.xx.2023-cü il tarixli, 14-2-3-1/3-1İ-267/2023 nömrəli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Əmrlə razılaşmayan işçi İddiaçı araşdırılan iddia ilə məhkəməyə müraciət etmişdir.

30. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə X4 Etilen-Polietilen zavodunun direktoru Oqtay Niftəliyevin 17 iyul 2023-cü il tarixli, 14-2-3-1/3-1i-267/2023 saylı əmrinin İddiaçı aid hissədə ləğv edilməsi, İddiaçı X4 Etilen-Polietilen zavoduna əvvəlki iş yerində 4 saylı qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəisi vəzifəsinə bərpa edilməsi, X4 Etilen- Polietilen zavodu tərəfindən məcburi işburaxma müddəti üzrə 17 iyul 2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir.

31. Məhkəmə mövqeyini onunlarla əsaslandırmışdır ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin faktiki və hüquqi əsası yoxdur.

32. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadicəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquqbərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.

33. Məhkəmə göstərmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar AR ƏM-nin 70-ci maddəsinin yalnız «ç» bəndində nəzərdə tutulan əsasa aiddir. Bu zaman qanunvericilik işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün aşağıdakı şərtləri müəyyən etmişdir: -işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir; - işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır; -işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Əgər göstərilən şərtlərə əhəmiyyət vermədən əmək müqaviləsi ləğv edilərsə, bu zaman əmək müqaviləsinin ləğv edilməsi hüquqauyğun olmayacaqdır.

34. Məhkəmə həmçinin qeyd etmişdir ki, əgər işçinin öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirilməsi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamışsavə ya işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin(onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişsə, həmin işçi ilə əmək müqaviləsinin AR ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi yolverilməzdir. Həmçinin 71.3-cü maddəsinə əsasənişəgötürən üçün bu Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsini ləğv edərkən belə bir şərt müəyyən edilmişdir ki, o, hər bir halda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Yəni əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar rəsmiləşdirilməli və bu, işəgötürən tərəfindən tərtib edilən rəsmi sənədlərdə öz əksini tapmalıdır.

35. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının bildirdiyi və cavabdehin nümayəndəsinin mübahisə etmədiyi hal ondan ibarətdir ki, sahə rəisinin müavini vəzifəsində (iddiaçının müavini) işləyən şəxsin iddiaçının göstərişi olmadan işlərin görülməsini tapşırıq vermək olmuşdur. Bu hal cavabdehin nümayəndəsi tərəfindən etiraf etmişdir.

36. Qeyd olunan hal üzrə kollegiya araşdırması zamanı da sahə rəisinin (iddiaçı) müavini Sabir Qənbərovun cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş izahatı ilə müəyyən edildi ki, sonuncu sahə rəisinin məlumatı olmadan hadisə baş verən ərazidə işlərin görülməsi ilə bağlı tapşırıq vermişdir. Cavabdehin nümayəndəsi bu hala aydınlıq gətirərək bildirdi ki, sahə rəisinin müavinin vəzifə təlimatına əsasən belə bir göstəriş verməyə sahə rəisini əvəz etdikdə səlahiyyəti vardır, lakin sahə rəisi işdə olarkən belə bir tapşırığı mütləq qaydada sahə rəisi ilə razılaşdırmalıdır. Əks halda sahə rəisinin müavini vəzifə təlimatını pozmuş olur. Araşdırma zamanı bu fakt, yəni müavinin sahə rəisinin məlumatı olmadan tapşırıq verməsi öz təsdiqini tapmışdır.

37. Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

38. Kollegiya hesab edir ki, işin müəyyən edilmiş faktiki halları bu qənaətə gəlməyə əsas verir ki, mübahisələndirilən əmr qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuş, iddiaçının barəsində tətbiq edilən tənbeh tədbiri onun əməlinə mütənasib olmamışdır. Belə ki, göründüyü kimi vəzifə təlimatına əsasən təhkim olduğu sahə üzrə ümumi nəzarətin həyata keçirilməsinə sahə rəisi (iddiaçı) məsuliyyət daşısa da, konkret fakt üzrə – məlum hadiəsinin baş verməsinə səbəb olan halların yaranmasında birbaşa əlaqəsi olmamış, sahə rəisinin müavininin vəzifə təlimatını pozaraq sahə rəisinin məlumatı olmadan verdiyi tapşırıq əsasında görülmüş işlər nəticəsində hadisə baş vermişdir.

39. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən əmrin qanuniliyinə hüquqi qiymət verilərək birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün qərar qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin nəticə etibarı ilə düzgün olan qətnaməsinin əğv edilməsi üçün əsas ola bilməz.

40. Bu qeyd olunanlarla yanaşı kollegiya iş üzrə mübahisələndirilən aşağıdakı hallara da aydınlıq gətirilməsini zəruri hesab edir:

41. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

42. X4 Etilen-Polietilen zavodunun direktoru Oqtay Niftəliyevin 17 iyul 2023-cü il tarixli, 14-2-3-1/3-1i-267/2023 saylı əmrindən görünür ki, 13 iyun 2023-cü il tarixində saat 10:50 radələrində X4 Etilen-Polietilen zavodunun “Qaz məhsullarının qəbulu və buraxılması” sahəsində yerləşən E-3/1 tutumunda yanğın hadisəsi baş vermişdir. X4 Etilen-Polietilen zavodunun direktoru Oqtay Niftəliyevin 14-2-3-1/3-1i-267/2023 saylı əmri 17 iyul 2023-cü il tarixdə verilmişdir.

43. İş materialları ilə müəyyən edilir ki, X4 Etilen-Polietilen zavodu ərazisində xx.xx.2023-cü il tarixdə yanğının baş verməsi ilə nəticələnmiş qəzanın səbəblərinin texniki təhqiqatı aparılmış və təhqiqatının nəticəsi olaraq 10 iyul 2023-cü il tarixli AKT qəbul edilmişdir.

44. Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 187.2-ci maddəsinin məzmunundan göründüyü kimi intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Araşdırılan mübahisə üzrə işin faktiki hallarına istinad edərək kollegiya hesab edir ki, işçi tərəfindən əmək intizamının pozulduğunun aşkar edildiyi an araşdırma nəticəsində müvafiq aktın tərtib edildiyi 10 iyul 2023-cü tarix qəbul edilməlidir. Kollegiyanın qənaətincə işçinin əmək intizamını pozması məhz araşırmanın nəticəsi olaraq müəyyən edilməli olduğu haldır. Odur ki, qeyd olunan aktın qəbul edildiyi tarixdən bir ay müddətində işəgötürənin müvafiq intizam tənbehi tədbiri tətbiq etmək hüququ yaranmışdır.

45. Digər mübahisəli məqam mübahisələndirilən əmrin qanunvericiliyin tələbinə uyğun tərtib edilməsi ilə bağlıdır ki, həmin hala da məhkəmə kollegiyası tərəfindən aydınlıq gətirilmiş, əmrin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinə müvafiq qaydada tərtib edildiyi müəyyən edilmişdir.

46. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətində mübahisələndirilən və kollegiya tərəfindən yuxarıda aydınlıq gətirilən hallar formal əsaslar olmaqla nəticə etibarı ilə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli əsas deyildir.

47. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisə düzgün həll edilmişdir. Odur ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(060)-5712/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(060)-5712/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar