Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-344/2024 05.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şamaxı rayonu Nağaraxana Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 06 saylı qərarın etibarsız hesab olunması, Şamaxı rayon Notariat kontorunun xx.xx.2006-cı il tarixli alqısatqı müqaviləsinin ləğv edilməsi, JN 06 saylı 41011018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktının Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH ******* nömrəli və seriya MH ******* nömrəli çıxarışların etibarsız hesab olunması və torpaq sahəsinin qaytarılması tələbinə dair (Açar sözlər: bələdiyyə qərarının etibarsız hesab edilməsi, mülkiyyətin müdafiəsi) X4 (sədrlik edən və məruzəçi), X8 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi ilə Qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil iştirakı ilə (sonuncu məhkəmə iclasında iştirak etmir) Şamaxı Rayon Məhkəməsinin 13 noyabr 2008-ci il tarixli, 2(074)-263/2008 nömrəli qiyabi qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları: Şamaxı Rayon Məhkəməsinin 13 noyabr 2008-ci il tarixli, 2(074)-263/2008 nömrəli qiyabi qətnaməsində qeyd olunan sübutlar:
1. Nağaraxana bələdiyyəsinin X9 9,0 hektar torpaq sahəsi satılmasına dair 12 may 2005ci il tarixli, 06 saylı iclas protokoluna baxışdan aydın olur ki, həmin protokolu 7 nəfər bələdiyyə üzvündən cəmi 3 nəfəri imzalamışdır.
2. İşə əlavə edilmiş JN : 656 saylı, kod 41011018 Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, X7 9,0 ha sahibkarlıq məqdəsilə torpaq sahəsi verilmişdir.
3. İşə əlavə edilmiş, Seriya MH № ******* nömrəli, **********92 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən çıxarışdan görünür ki, X5 Şamaxı raytonu Nağaraxana kəndində xüsusi mülkiyyətində olan 7,35 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqları 21 iyul 2006-cı il tarixdə qeydiyyata alınmışdır.
4. İşə əlavə edilmiş 28 iyun 2008-ci il tarixli 07 saylı protokolundan görünür ki, Şamaxı rayonu Nağaraxana bələdiyyəsinin 12 may 2005-ci il tarixli, 06 saylı qərarı ilə X7 verilmiş 9,0 hektar torpaq sahəsinin qərarı AR Torpaq məcəlləsinin 16-cı maddəsinin 3-cü bəndi, Torpaq islahatı haqqında AR qanununun 1-ci maddəsi və bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 7.2-ci maddəsinin tələblərinə uyğun olmadığına görə ləğv edilməsi və həmin torpaqların təyinatı üzrə istifadə olunması üçün Nağaraxana bələdiyyəsinə qaytarılması və həmin qərarın ləğvi, bunun nəticəsində əldə edilmiş Dövlət aktının, Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX -dən çıxarış ləğv olunması barədə məhkəməyə müraciət olunması qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Şamaxı rayon Nağaraxana bələdiyyəsi “Bələdiyyənin xx.xx.2005-ci il tarixli, 06 saylı qərarının etibarsız hesab olunması Şamaxı rayon Notariat kontorunun xx.xx.2006cı il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi JN 06 saylı 41011018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktının, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH ******* nömrəli və seriya MH ******* nömrəli çıxarışların etibarsız hesab olunması və torpaq sahəsinin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Nağaraxana bələdiyyəsinin sabiq sədri Ağacan Həsənov təkbaşına qəbul etdiyi 12 may 2005-ci il tarixli qərarla ümumi istifadədə olan bələdiyyənin örüş sahəsindən 09 hektar torpaq sahəsini qohumu X2 məqsədilə istifadə edilməsi üçün satmışdır. Pünhan Məmmədov isə öz növbəsində 2006cı ildə həmin sahədən 1,65 hektar sahəni Maraqlı şəxs satmışdır. Göstərilən şəxslər həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən sənədlər əldə etmişlər. Həmin torpaq sahələrinin satılmasından bələdiyyə üzvlərinin xəbəbləri olmamış və həmçinin həmin sahə kənd əhalisininümumi istifadəsində olan örüş sahəsidir. Ona görədə Nağaraxana bələdiyyəsinin 10 iyun 2005-ci il tarixli qərarı ilə bələdiyyənin 12 may 2005-ci il tarixli qərarı ləğv edilmişdir. Nağaraxana bələdiyyəsinin sabiq sədri Ağacan Həsənovun təkbaşına qəbul etdiyi 12 may 2005-ci il tarixli qərar 7 nəfər bələdiyyə üzvündən yalnız 3 nəfər bələdiyyə üzvü tərəfindən imzalanmışdır. Artıq həmin qərar ləğv edilmişdir. Ona görə də həmin qərar əsasında hazırlanmış mülkiyyət hüquqlarını təsdiq edən sənədlər ləğv edilməlidir.
7. Şamaxı Rayon Məhkəməsinin 13 noyabr 2008-ci il tarixli, 2(074)-263/2008 nömrəli qiyabi qətnaməsi ilə (hakim İsmayıl Abdurəhmanlı) iddia təmin edilmiş, Şamaxı rayonunun Nağaraxana bələdiyyəsinin ümumi istifadədə olan örüş sahəsindən Məmmədov Pünhan Əİiəvəz oğluna 9,0 hektar torpaq sahəsi verilməsi barədə xx.xx.2005-ci il tarixli, 06 saylı qərarı etibarsız hesab olunmuş, Şamaxı rayon Notariat kontorunun xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi, JN 6Ş6 saylı 41011018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktı və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH ******* nömrəli və seriya MH ******* nömrəli çıxarışları ləğv edilərək həmin torpaq sahəsinin Nağaraxana bələdiyyəsinə qaytarılması qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı tam sübuta yetirildi ki, cavabdehlərə torpaq sahələrinə görə verilmiş alqı-satqı müqavilələri və Dövlət aktları AR Torpaq Məcəlləsinin 16 maddəsinin 3-cü bəndinə, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında AR Qanunun 7.2-ci maddəsinə və Mülki Məcəllənin 337.2. və 337.4-cü maddələrinin tələblərinə ziddir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 143-cü maddəsinin 1-ci bəndi, 145-ci maddəsinin 1,2-ci bəndlərinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3-cü bəndi, “Bələdiyyələrin statusu” haqqında qanunun 16-cı maddəsinin 1 və 4-cü bəndinə, “Bələdiyyə torpaqlarının idarəedilməsi” haqqında qanunun 2.4, 7.2, 27.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2, 337.4-cü maddələrinə, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.3, 78.1, 80, 88, 216.və 220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnаmədən maraqlarına toxunan şəxs Maraqlı şəxs аpellyаsiyа şikаyəti vermiş və Şamaxı Rayon Məhkəməsinin 13 noyabr 2008-ci il tarixli, 2(074)-263/2008 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs 2006-cı ildə Şamaxı rayonu Nağaraxana qəsəbəsində yerləşən 1,65 ha torpaq sahəsini X6 almış və torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla ona çıxarış verilmişdir. Lakin 2022-ci ilin sentyabr ayının 19-da ASAN xidmət mərkəzində olarkən sistemdə onun adına hər hansı daşınmaz əmlakın olmadığı bildirilmiş, məsələnin səbəbini öyrəndikdə məlum olmuşdur ki, Şamaxı Rayon Məhkəməsinin 2- 263/2008 saylı, xx.xx.2008-ci il tarixli qiyabi qətnaməsi ilə həmin torpaq sahəsi üzərində olan çıxarış etibarsız hesab edilmişdir. Həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir. Belə ki, qətnamə əsasında torpaq sahəsinə dair bağlanmış müqavilə və həmin müqavilə əsasında ona verilmiş daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsız hesab edilmişdir. Qətnamənin onun hüquq və vəzifələrinə toxunmasına baxmayaraq, o mülki işin baxılmasına cəlb edilməmişdir. Onun iştirakı olmadan işə baxılaraq qətnamə qəbul edilmişdir. Hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin qətnaməsi birmənalı olaraq ləğv edilməli, işin məhkəmə aidiyyəti məsələsi və yeni təqdim ediləcək sübutlar tərəflərin iştirakı ilə bərabərlik və çəkişmə prinsipinə riayət edilməklə məhkəmə iclasında ədalətli araşdırma ilə həll edilməlidir. Bundan əlavə, qətnamədə yalnız iddiaçı bələdiyyənin və üçüncü şəxs DƏDRX-nin Ərazi idarəsinin nümayəndələrinin izahatları göstərilmiş, başqa hər hansı sübuta istinad edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla onun işdə iştirak edən şəxs kimi cəlb edilmədən mülkiyyət hüquqlarının pozulmasına səbəb olan qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə ona məxsus torpaq sahəsinin müqəddəratını həll etmiş və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışı etibarsız hesab etmişdir. Birinci instansiya məhkəməsi yalnız iddiaçının izahatına istinad etmiş, torpaq sahəsinin təyinatı ilə bağlı ekspertiza təyin etməmiş, onun vicdanlı alıcı olmağını məsələsinə hüquqi qiymət verməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil izahat verərək apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, şikayət əsaslıdır. Maraqlı şəxs qanuni əsaslarla alqı-satqı yolu ilə mübahisəli torpaq sahəsini əldə etmiş və torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Lakin 2022-ci ildə mübahisəli torpaq sahəsi ilə əlaqədar digər sənədləşdirmə zamanı “Asan Xidmət”-dən ona adına torpaq sahəsinin olmadığı bildirilmişdir. Məhz bundan sonra araşdırma nəticəsində onun adına torpaq sahəsinə dair qeydə alınmış Çıxarışın Şamaxı Rayon Məhkəməsinin 13 noyabr 2008-ci il tarixli, 2(074)-263/2008 nömrəli qiyabi qətnaməsi əsasında ləğv edildiyi müəyyən edilmişdir. Qiyabi qətnamənin surətindən göründüyü kimi qətnamədə Maraqlı şəxs adına torpaq sahəsinin qeydə alındığı göstərilsə də, onun iştirakı təmin edilməmiş və sonuncu üçün öhdəlik yaratmasına baxmayaraq qiyabi qətnamə Maraqlı şəxs göndərilməmişdir. Bununla da işə baxan məhkəmə Maraqlı şəxs mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Qəbul edilmiş qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələndiyindən apellyasiya qaydasında ləğv edilməlidir.
14. Qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə sonuncu məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin 13 noyabr 2008-ci il tarixli, 2(074)-263/2008 nömrəli qiyabi qətnaməsi ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı Şamaxı rayonu Nağaraxana Bələdiyyəsi, Şamaxı rayonu Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
16. Kollegiya Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası haqqında Qanununun: 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 2.4. Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qətnamə ilə maraqlarına tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 13 noyabr 2008-ci il tarixli, 2(074)-263/2008 nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tələb dörd hissədən ibarət olmaqla - 12 may 2005-ci il tarixli, 06 saylı bələdiyyə qərarının etibarsız hesab edilməsi, xx.xx.2006cı il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, uyğun olaraq əqdin əsasında qeydə alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH ******* nömrəli və seriya MH ******* nömrəli çıxarışların ləğv edilməsindən və torpaq sahəsindən çıxarılma barədədir.
23. Apellyasiya şikayətinin dəlillərinə qiymət verən kollegiya bildirir ki, işin mübahisə edilməyən hallarından görünür ki, hazırkı iş üzrə iddia Şamaxı Rayon Məhkəməsinə 2008ci il tarixdə verilmişdir.
24. Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında fərmanla yerli iqtisad məhkəmələrinin bazasında inzibati-iqtisadi məhkəmələr yaradılmış və 2011-ci ilin yanvar ayının 1-dən "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında " Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli qanunu ilə qəbul edilmiş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi respublika ərazisində qüvvəyə minmişdir.
25. Göründüyü kimi inzibati-iqtisadi məhkəmələr 2011-ci il yanvar ayının 1-dən fəaliyyətə başlamışdır. Hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə 2008-ci ildə verilmiş və həmin iş üzrə qətnamə 13 noyabr 2008-ci ildə qəbul edilmişdir.
26. Bundan başqa qeyd edilməlidir ki, inzibati-iqtisadi məhkəmələri yaradılana qədər qüvvədə olan Mülki Prossesual Məcəllənin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələrdə baxılırdı.
27. Beləliklə iş materiallarından göründüyü kimi birinci insatansiya məhkəməsi zamanında aidiyyət qaydalarına düzgün riayət etməklə işi icraata qəbul etmiş və mahiyyəti üzrə qərar qəbul etmişdir.
28. Kollegiya hər şeydən əvvəl qeyd etməyi məqsədəmüvafiq hesab edir ki, mübahisələndirilən məhkəmə qətnaməsi 2008-ci il tarixdə (qətnamənin qəbul edilmə vaxtından 15 ildən çox vaxt keçmişdir.) qəbul edilmişdir.
29. Yenə işin tədqiq olunan faktiki hallarından o da müəyyən olunur ki, qiyabi qətnamənin aid olduğu mülki işin materialları mühafizə müddətinin keçməsi əsası ilə məhv edilmişdir.
30. Bundan sonra hazırkı apellyator Maraqlı şəxs müraciəti əsasında Şamaxı Rayon Məhkəməsinin 2-263/2008 saylı xx.xx.2008-ci il tarixli qiyabi qətnaməsi ilə 2-263/2008 saylı itirilmiş mülki iş üzrə icraat bərpa edilmişdir.
31. Beləliklə apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə qiyabi qətnamənin ləğvinə yönəlmiş apellyasiya şikayətinin dəlillərinə yalnız apellyatorun vəkilinin izahatına və qətnamədə istinad olunan sübutları əlaqəli şəkildə təhlil etməklə qiymət vermişdir.
32. Qeyd olunan məhkəmə qətnaməsindən və apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki;
33. - Şamaxı rayonu Nağaraxana Bələdiyyəsinin 12 may 2005-ci il tarixli, 06 saylı qərarına əsasən ümumi istifadə olunan torpaq sahəsindən 9 ha torpaq sahəsi X1 məqsədi ilə istifadə edilməsi üçün satılmışdır.
34. - Seriya MH № ******* nömrəli, **********92 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dan çıxarışa əsasən X5 Şamaxı rayonu Nağaraxana kəndində xüsusi mülkiyyətində olan 7,35 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququ 21 iyul 2006-cı il tarixdə qeydiyyata alınmışdır.
35. -X10 ilə Maraqlı şəxs arasında baş tutan xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 1.65 ha torpaq sahəsi sonuncuya satılmış və qeyd olunan torpaq sahəsi üzərində Maraqlı şəxs mülkiyyət hüququ Seriya MH № ******* nömrəli, **********09 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dan çıxarışla qeydə alınmışdır. Həmçinin AN026920 nömrəli torpaq sahəsinin plan və ölçüsü tərtib olunmuşdur.
36. Apellyasiya şikayətinin digər dəlili üzrə araşdırma aparan kollegiya qeyd edir ki, iddia tələbinin əsası ondan ibarət olmuşdur ki, mübahisəsi gedən torpaq sahəsi kənd əhalisinin ümumi istifadəsində olan örüş sahəsi olmuş və onun satılmasından bələdiyyə üzvlərinin xəbəri olmamışdır. Habelə Nağaraxana bələdiyyəsinin X7 9,0 hektar torpaq sahəsi satılmasına dair 12 may 2005-ci il tarixli, 06 saylı iclas protokolu 7 nəfər bələdiyyə üzvündən cəmi 3 nəfəri imzalamışdır. Həmçinin qətnamədə adları qeyd olunan şəxslərşahidlər-bələdiyyənin üzvləri X13, X11, X12 izahatlarında 12 may 2005-ci il tarixdə Nağaraxana bələdiyyəsinin iclasının keçirilmədiyini bildirmişlər.
37. İşin hallarından göründüyü kimi Şamaxı rayonu Nağaraxana bələdiyyəsinin 12 may 2005-ci il tarixli, 06 saylı qərarı ilə X3 9,0 hektar torpaq sahəsi əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqlarına aid olmuşdur. Bu halda heç şübhəsiz həmin torpaq sahəsi bələdiyyə ilə fiziki şəxs arasında alqı-satqı predmeti ola bilməzdi, yaxud bələdiyyə inzibati orqan kimi bu kateqoriyaya adi torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair qərar (inzibati akt) qəbul edə bilməzdi.
38. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya vurğulayır ki, apellyator şikayətində məhkəmə icraatından xəbərsiz olduğunu, habelə məhkəmə iclasları barədə ona hər hansı məlumatın verilmədiyini bildirərək, şikayətinin əsası kimi mübahisəsi gedən 1.65 ha torpaq sahəsini xx.xx.2006-cı il tarixli notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında qanuni şəkildə əldə etdiyini, eləcə də torpaq sahəsinə münasibətdə vicdanlı alıcı olmasına istinad etmişdir.
39. Apellyatorun bu dəlilləri ilə də razılaşmayan kollegiya bildirir ki,əvvəla bu qədər (təxminən 15 il) müddət ərzində sözügedən mübahisələrdən apellyatorun məlumatsız olması heç də inandırıcı və ağlabatan görünmür.
40. Eyni zamanda məhz bu hallar (yəni torpaq sahəsinə dair mülkiyyət hüququ rəsmi reyestrdə qeydə alınmış şəxsdən notarial qaydada alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini əldə etməsi) hazırkı iş üzrə apellyator Maraqlı şəxs mübahisəli torpaq sahəsinə münasibətdə “vicdanlı alıcı” statasunu əldə etməyə imkan vermir.
41. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən həm də onu nəzərə alır ki, 2006-cı ildən torpağın mülkiyyətində olmasını qeyd edən apellyator məqsədli istifadə növü sahibkarlıq olan torpaq sahəsində bu illər ərzində hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olması, keçən müddət ərzində torpaq sahəsinin məhz faktiki olaraq onun istifadəsində olmasını təstiq edən digər sübutları (torpaq sahəsinə dair vergi ödənişləri və s) məhkəməyə təqdim etməmişdir. İşin bu halını kollegiya ona görə qeyd edir ki, məhz bu halların konkret dəlillərlə, təkzibedilməz sübutlarla təsdiq olunmaması keçən müddət ərzində torpaq sahəsinin artıq əvvəlki təyinatına qaytarılmasına və ümumi örüş sahəsi kimi istifadə edilməsinə dəlalət edir ki, bu hal da özlüyündə apellyatorun şikayətini əsassız hesab edir.
42. Apellyasiya kollegiyası işin bütün mürəkkəb xüsusiyyətini (qiyabi qətnamənin qəbulundan uzun müddət keçməsi ilə əlaqədar mülki iş üzrə itirilmiş icraatın təzələnməsi və bunun davamında iş materiallarında natamamlığın mövcudluğu) və ən əsası prosessual qənaət prinspini, habelə mübahisə predmetini təşkil edən torpaq sahəsindən yerli əhalinin örüş kimi ümumi istifadə etməsi faktını nəzərə alaraq və eləcə də mülki dövriyyənin sabitliyini təmin etmək məqsədi ilə hesab edir ki, hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin 13 noyabr 2008-ci il tarixli, 2(074)-263/2008 nömrəli qiyabi qətnaməsi nəticə etibarı ilə əsaslı və işin faktiki hallarına uyğun hesab edilməlidir.
43. Sadalananların yekunu kimi apellyasiya kollegiyası bir daha qeyd edir ki, apellyator tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Bu formada apellyasiya şikayəti təmin edilə bilməz.
44. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qiyabi qətnaməsi iş üzrə əsaslı və qanunidir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 13 noyabr 2008-ci il tarixli, 2(074)-263/2008 nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.