Məhkəmə qərarları › İş №2(105)-3495/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3495/2021

17.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3495/2021 17.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Bank BTB (Azərbaycan)" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X1 qarşı kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması, mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(060)-776/2020-007 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E. Abdullayev) iddianın qismən təmin edilməsi, iddiaçı "xxxx" ASC-nin Gənclik filialı ilə Cavabdeh arasında bağlanmış 23.07.2015-ci il tarixli, 522/ZBGF saylı kredit müqaviləsinin ləğv edilməsi, 33982,96 manat əsas borc, 941,24 manat faiz borcu olmaqla, ümumilikdə, 34924 (otuz dörd min doqquz yüz iyirmi dörd) manat 20 (iyirmi) qəpik məbləğində pul Cavabdeh tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməsi, tutma Cavabdeh məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 33-də yerləşən 42 nömrəli mənzilə yönəldilməsi və mənzil açıq hərracda satılması, mənzilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh iddiaçıya olan borcunun ödənilməsi, mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iddiaçıya olan borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğ Cavabdeh qaytarılması, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 33-də yerləşən 42 nömrəli mənzilin ilkin satış qiyməti 48750 (qırx səkkiz min yeddi yüz əlli) manat məbləğində müəyyən edilməsi, iddia qalan hissədə təmin edilməməsi, 300 (üç yüz) manat qiymətləndirmə xərci Cavabdeh tutularaq “S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi” Məhdud Məsuliyətli Cəmiyyətinə ödənilməsi, hazırkı qətnamə Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 33-də yerləşən 42 nömrəli mənzilə tutma yönəldildikdən və mənzil satıldıqdan sonra yaşayış sahəsində qeydiyyatda olan şəxslərin yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməklə onların mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas ollması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli məktubuna əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs X4 və digərləri tərəfindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olduğundan, mülki işin Sumqayıt Şəhər Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6. maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs X4 və digərləri tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin icraata qəbul edilməsinə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş apellyasiya icraatından çıxarılaraq, Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 269, 365, 384.0.6-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Apellyasiya şikayətinin icraata götürülməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılaraq, Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs X4 və digərləri tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılmasından ötrü Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar