Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3499/2021 19.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı X1 iştirakı ilə, iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə məcburi köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6123/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərardadından iddiaçı X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə məcburi köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 9cu mikrorayon ünvanında yerləşən, 7/25 saylı evin, 11-ci mənzilinə məcburi köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6123/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərardadı ilə iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə məcburi köçürülmə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6123/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərardadını ləğv edərək işə mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6123/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X2 şikayətini onunla əsaslandırdı ki, hazırki iş üzrə cavabdehlərə qarşı mənzilə köçürülmə barədə hər hansı iddia tələbi olmamışdır. Daha əvvəlki tələb isə hazırki iş üzrə cavabdehlər qarşı deyil, başqa cavadbehlərə qarşı olmuşdur. Bu səbəbdən də birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı deyildir. Odur ki, şikayətin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6123/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavadbehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə müəyyən etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrilərinə qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzilə köçürülmə tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinə iddia ilə müraciət etmiş və məhkəmənin 12.03.2021-ci il tarixli, 2(060)- 303/2021 saylı qətnaməsi ilə onun iddia tələbi rədd edilmişdir. Bu qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1925/2021 saylı, 12.07.2021-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmişdir. Bu səbəbdən də iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə MPMnin 259.0.4-cü maddəsinə istinad edərək gəldiyi nəticəni əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən - eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, hazırki iddia tələbi ümumi məhkəmələrdə baxılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırki iddia tələbi Cavabdeh1 və Cavabdeh2 qarşı yönəlmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2(060)- 303/2021 saylı qətnaməsindən isə görünür ki, həmin iş üzrə İddiaçı cavabdehlər X3, X4, X5, X6 və X7 qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərin ünvan 2 ünvanında yerləşən 11 saylı mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edlməsi və həmin mənzildən istfiadə qaydasının üməyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-303/2021 saylı mülki iş üzrə cavabdehlər X3, X4, X5, X6 və X7 olmuş, hazırki işdə isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göstərilməklə iddia tələbləri fərqli şəxslərə qarşı qaldırılmışdır. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş olması əsası ilə hazırki iş üzrə ərizənin baxılmamış saxlanılması barədə gəldiyi nəticəni əsaslı hesab etmir. Bu səbəbindən birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən Azərbaycan Respublikası MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Qanunvericilik fiziki və hüquqi şəxslərin hər hansı bir mənafe və maraqlarının müdafiəsini deyil, yalnız qanundan və digər normativ-hüquqi aktlardan irəli gələn, yəni qanunla qorunan mənafe və maraqlarını müdafiəsini nəzərdə tutub. Qeyd edilməlidir ki, məhkəmə mübahisəni həll edərkən iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək və mübahisənin tez bir zamanda həll edilməsi üçün birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Ona görə də, şikayət təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6123/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6123/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərardadı ləğv edilsin. iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə məcburi köçürülmə tələbinə dair iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3499/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3499/2021
19.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver