Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-35/2024 22.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı qeyri-yaşayış sahəsinin sahibinə təhvil verilməsi, iddiaçı Maraqlı şəxs Cavabdehnə qarşı öhdəliklərin icrasının həvalə edilməsi, mülkiyyətə maneənin aradan qaldırılması tələblərinə dair mülki iş üzrə (Açar sözlər: öhdəliyin icrası, qeyri-yaşayış sahəsinin təhvil verilməsi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X30 (sədrlik edən və məruzəçi), X31 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, İddiaçı (həmçinin hüquq və vəzifələrinə toxunan şəxs) Maraqlı şəxs və onun nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinin sahibinə təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)- 1312/2020 nömrəli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən və İddiaçı Maraqlı şəxs Cavabdeh MMC-yə qarşı öhdəliklərin icrasının həvalə edilməsi, mülkiyyətə maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-4031/2021 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ № 146401 seriyalı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X19 xx.xx.2021-ci il tarixdə asfiksiya səbəbindən Bakı şəhərində vəfat etmişdir.
2. xx.xx.2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X7 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Maraqlı şəxsdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - "xxxx" MMC tərəfindən xx.xx.2016-cı il tarixdə X11 verilmiş 044 nömrəli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən yaşayış binasında 5-ci blok, 12-ci mərtəbəsindəki ümumi sahəsi 120,69 kv.metr olan 3 otaqlı 329 nömrəli mənzildəki kooperativ paydan ibarətdir.
3. Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 69 nömrəli arayışdan görünür ki, X7 vəfat etməsi ilə əlaqədar vərəsəsinin ərizəsi əsasında xx.xx.2021-ci il tarixində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Maraqlı şəxs mərhum X7 yeganə vərəsəsi kimi tanınmışdır.
4. xx.xx.2016-cı il tarixli X27 qəbzinin surətindən görünür ki, X19 "xxxx" MMC-nin hesabına qeyri-yaşayış sahəsi üçün tam ödəniş etmişdir.
5. X19 ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2016-cı il tarixli Mənzil Tikintisi haqqında müqavilənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən həmin Cəmiyyət Abşeron rayon İH Başçısının xx.xx.2014-cü il tarixli, 147 saylı sərəncamı ilə inşa etdiyi ünvan 2 ünvanı İV-V blok 2-ci mərtəbəsində yerləşən izolə olunmuş qeyri-yaşayış sahəsini X11 təhvil verməyi, X19 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyriyaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndində qeyriyaşayış sahəsi 956 kv.metr göstərilmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən, qeyriyaşayış sahəsinin ümumi dəyəri tam ödənilmişdir.
6. xx.xx.2017-ci il tarixli X27 qəbzinin surətindən görünür ki, X19 "xxxx" MMC-nin hesabına 780 kv.m qeyri-yaşayış sahəsi üçün ilkin ödənişi tam ödəmişdir.
7. X19 ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2017-ci il tarixli Qeyri-Yaşayış Tikintisi haqqında müqavilənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən həmin Cəmiyyət Abşeron rayon İH Başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 2 ünvanı A və B blok 2-ci mərtəbəni bir pay kimi X11 təhvil verməyi, X19 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndində qeyri-yaşayış sahəsi 780 kv.metr, əlavə 176 kv.metr lift və pilləkən yeri göstərilmişdir.
8. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 147 saylı Sərəncamının surətindən görünür ki, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən 6 girişli, zirzəmili, 16 mərtəbəli yaşayış binalarının tikintisinə icazə "xxxx" MMC-yə verilmişdir.
9. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı Sərəncamının surətindən görünür ki, Abşeron RİH Başçısının 147 saylı, xx.xx.2014-cü il tarixli "xxxx" MMC-yə Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsi barəsindəki sərəncamına uyğun olaraq Xırdalan şəhəri, H.Əliyev prospekti ilə M.Hüseynzadə küçəsinin kəsişməsində tikintisinə icazə verilmiş 6 girişli, zirzəmili, 16 mərtəbəli yaşayış binalarından ibarət kompleksin A və B bloklarının tikintisinə icazə "xxxx" MMC-yə verilmişdir.
10. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 16 saylı Sərəncamının surətindən görünür ki, Abşeron RİH Başçısının 147 saylı, xx.xx.2014-cü il tarixli "xxxx" MMC-yə Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsi barəsindəki sərəncamına uyğun olaraq Xırdalan şəhəri, H.Əliyev prospekti ilə M.Hüseynzadə küçəsinin kəsişməsində tikintisinə icazə verilmiş 6 girişli zirzəmili 16 mərtəbəli yaşayış binalarından ibarət kompleksin B və C bloklarının tikintisinə icazə Cavabdeh MMC-yə verilmişdir.
11. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 493/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər X11 və X15 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ik iddia ərizəsi rədd edilmiş, iddiaçı X7 cavabdeh "xxxx" MMC-yə qarşı cavabdehin üzərinə müqavilə bağlanması vəzifəsinin qoyulması tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd olunmuşdur.
12. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-4560/2019 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 493/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-1698/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X11 qarşı iddia ərizəsinin “25 yanvar 2017-ci il tarixli kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməsi, əmlakın sahibliyə qaytarılması“ hissəsində iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, mərhum X19 tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin və mənzilin dəyəri tam olaraq cavabdehə ödənilmiş, iddiaçı tərəfindən mübahisəli sahə ilə bağlı öhdəlik tam yerinə yetirilmişdir. Cavabdeh tərəf qeyd edilən müqavilələri mübahisələndirsə də müqavilələrin etibarsızlığı barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə mübahisəli qeyri-yaşayış sahələrinə dair tərəflər arasında bağlanan müqavilələrin etibarsızlığı ilə bağlı cavabdehin iddia tələbləri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(004)493/2019 saylı qətnaməsi ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-4560/2019 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-493/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya baxışı zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli 2(105)-103/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin sahibinə təhvil verilməsi” tələbinə dair 2(105)-103/2023 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Maraqlı şəxs Cavabdeh MMC-yə qarşı “öhdəliklərin icrasının həvalə edilməsi, mülkiyyətə maneənin aradan qaldırılması” tələbinə dair 2(105)-411/2023 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilərək həmin işlərə bir icraatda 2(105)- 103/2023 nömrə ilə baxılması qərara alınmışdır.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 mart 2023-cü il tarixli 2(105)-103/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı qeyriyaşayış sahəsinin sahibinə təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-1312/2020 nömrəli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən və iddiaçı Maraqlı şəxs Cavabdeh MMC-yə qarşı öhdəliklərin icrasının həvalə edilməsi, mülkiyyətə maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(012)-4031/2021 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə birləşdirilmiş icraat, iddiaçı X8 cavabdeh “FAM-88» MMC-yə qarşı qeyri-yaşayış sahəsinin sahibinə təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli 2(105)- 1608/2022 nömrəli qətnaməsindən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan 2(102)-1888/2023 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması qərara alınmışdır.
16. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-3220/2020 nömrəli qətnaməsi ilə X8 Cavabdeh MMC-yə qarşı iddiası təmin edilərək, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Abşeron rayonu Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 334 kv.m. təşkil edən qeyriyaşayış sahəsinin Cavabdeh MMC tərəfindən Araz Abduləzimova təhvil verilməsi qət olunmuşdur.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2022-ci il tarixli 2(105)-1608/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-3220/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Məmmədova Lətifə (sədrlik edən və məruzəçi), Quliyev Telman və Tağızadə Gülnarə).
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2023cü il tarixli 2(102)-1888/2023 nömrəli qərarı ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasını 2(105)-1608/2022 nömrəli 21 fevral 2023cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır (hakimlər X16 (məruzəçi), X20 və X21).
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qərardadı əsasında əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının B blokunun 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 572.9 kv.m olduğu müəyyən edilir. Həmçinin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının A blokunun, eləcə də 4-cü və 5-ci bloklarının 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələri təqdim olunmadığından, həmin blokların faktiki sahələrini müəyyən etmək mümkün olmadı. İnşa edilən yaşayış binasının B blokun 2-ci mərtəbəsində yerləşən lift və pilləkən yerinin faktiki ümumi sahəsi 29.3 kv.m təşkil etdiyi müəyyən olunur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, eksöert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qərardadı əsasında əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən A və B saylı (faktiki olaraq 4-cü və 5-ci blokunun) yaşayış binasının 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1042.6 kv.m təşkil etdiyi müəyyən edilir. Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının A blokunun (faktiki olaraq 4-cü blokunun) 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin fakitki ümumi sahəsi 469.7 kv.m təşkil etdiyi müəyyən edilir. Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının B blokunun (faktiki olaraq 5-ci blokunun) 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 572.9 kv.m, o cümlədən layihə üzrə qeyri-yaşayış sahəsi 469.7 kv.m və layihədən kənar inşa olunmuş tikilinin ümumi sahəsi 103.2 kv.m təşkil etdiyi müəyyən edilir. Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının layihə üzrə A bloku, faktiki istifadədə olan 4-cü blokla və layihə üzrə B bloku faktiki istifadədə olan 5-ci blokla bütövlükdə üst-üstə düşür və eynilik təşkil etdiyi müəyyən olunur. Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının A blokun 2-ci mərtəbəsində yerləşən lift və pilləkən yerinin faktiki ümumi sahəsi 29.3 kv.m təşkil etdiyi müəyyən olunur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X12 təhvil verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci mərtəbəsində sahəsi 334 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair sxem olmadığından, həmin 334 kv.m qeyri-yaşayış sahəsinin faktiki A və ya B blokunda yerləşibyerləşməməsini mnüəyyən etmək mümkün olmadı. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətindən aydın olur ki, "xxxx" MMC xx.xx.2014-cü ildə qeydiyyata alınmış, nizamnamə kapitalındakı 100 faiz payı X12 məxsusdur, qanuni təmsilçisi X13r.
22. "xxxx" MMC (icraçı) ilə X22 (payçı) arasında bağlanılmış xx.xx.2014-cü il tarixli MMC-nin tikilməkdə olan binasında qeyri-yaşayış sahəsi almaq haqqında müqavilədən görünür ki, müəssisə payçıya ünvan 4 ünvanında inşa edilən yaşayış binasının 2-ci mərtəməsində 335 kv.metr qeyri-yaşayış sahəsinin verilməsi, payçı isə həmin qeyriyaşayış sahəsini qəbul etməyə və həmin sahənin təyin edilmiş dəyərini vaxtında ödəməyə zəmanət verir.
23. Direktor A.Abduləzimov tərəfindən imzalanmış, "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, İddiaçı 14 aprel 2014-cü ildə ünvan 2 ünvanda 5 blokun 2 mərtəbəsində yerləşən, "xxxx" MMC-dən ümumi sahəsi 335 kv.metr olan qeyri-yaşayış sahəsini almış və 335000 manat məbləğində pul ödəmişdir. “Şirkətə borcu yoxdur” (əlyazma ilə qeyd olunmuşdur).
Birinci instansiya məhkəməsində icraat
24. İddiaçı Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinin sahibinə təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin üzərinə 05 sentyabr 2019-cu il tarixli, 010 nömrəli müqavilə üzrə öhdəliyi olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının B bloku üzrə 2-ci mərtəbəsində sahəsi 264 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MMC arasında bağlanmış 04 aprel 2016-cı il tarixli müqaviləyə əsasən iddiaçı həmin cəmiyyətin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının B bloku üzrə 2-ci mərtəbəsində sahəsi 334 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini dəyərini tam ödəməklə əldə etmiş, bununla bağlı ona müvafiq maliyyə arayışı verilmişdir. Daha sonra "xxxx" MMC adını Cavabdeh MMC-yə dəyişmişdir. İddiaçının cavabdehə yazdığı 06 iyul 2019-cu il tarixli ərizəyə əsasən həmin qeyri-yaşayış sahəsinin 70 kv.metr hissəsi 009 nömrəli 04 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən Məmmədov Telman Namazəli oğlunun adına rəsmiləşdirilib və bu barədə ona müqavilə, maliyyə arayışı verilmişdir. Bundan sonra, tərəflərin bağladığı müqavilə cavabdeh tərəfindən yenilənərək həmin ünvandakı 264 kv.metr qeyri-yaşayış sahəsi iddiaçının adına rəsmiləşdirilmiş, bununla bağlı maliyyə arayışı verilmişdir. Daha sonra, cavabdeh müqavilənin şərtlərini pozmuş, bina tikilib başa çatdıqdan sonra həmin qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməmiş, müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdehə bununla bağlı pretenziya məktubu göndərilsə də, o, hər dəfə müxtəlif bəhanələrlə həmin qeyri-yaşayış sahəsini iddiaçıya verməkdən boyun qaçırmışdır. Bununla da məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
26. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-1312/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 05 sentyabr 2019-cu il tarixli, 010 nömrəli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 264 kv.metr təşkil edən qeyriyaşayış sahəsinin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva).
27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 442, 448.1, 448.2, 568.1, 568.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.
28. İddiaçı Maraqlı şəxs iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı il tarixdə "xxxx" MMC ilə X19 arasında bağlanılmış və xx.xx.2017-ci il tarixdə "xxxx" MMC ilə X19 arasında bağlanılmış (yenilənmiş) müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin - Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok, İİ (üst) mərtəbəni 1 pay kimi, ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yeri olmaqla, cəmi 956 kv.m. qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi və mülkiyyətə yaranan maneənin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
29. İddiaçı tələbini belə əsaslandırmışdır ki, X19 iddiaçının atasıdır. xx.xx.2016-cı il tarixdə "xxxx" MMC ilə X19 arasında bağlanılmış mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, "xxxx" MMC Abşeron Rayon İH başçısının xx.xx.2014-cü il tarixli, 147 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında İV- V blok, İİ mərtəbə Qeyri-yaşayış sahəsi izolə olunmuş bir pay kimi X11 verməyi öz öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsi 956 kv.m-dir, X19 qeyri-yaşayış sahəsi üçün tam ödəniş etmişdir. xx.xx.2017-ci il tarixdə "xxxx" MMC ilə X19 arasında bağlanılmış qeyri-yaşayış tikintisi haqqında müqavilənin surətindən görünür ki, "xxxx" MMC Abşeron Rayon İH başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok, İİ (üst) mərtəbəni bir pay kimi X11 verməyi öz öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yeri təşkil edir. X19 780+176 kv.m üçün ilkin ödəniş tam ödənilmişdir. Atası ilə "xxxx" MMC ilə arasında müqavilənin bağlanması belə olmuşdur ki, şirkətin təsisçisinin və adının dəyişdirilməsi səbəbindən "xxxx" MMC (təsisçi X9) ilə xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilənin eyni məzmunda təkrarı xx.xx.2017-ci il tarixli müqavilə ilə yenilənmişdir. Sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adını Cavabdehnə dəyişmişdir. Bundan sonra, Cavabdeh ilə iddiaçının atası arasında müqavilənin etibarsızlığı ilə bağlı çoxsaylı məhkəmə çəkişmələri olmuş, iddialar təmin edilməmişdir. X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Atasının yeganə vərəsəsi kimi iddiaçı tanınmışdır. Bu yaxınlarda qeyri-yaşayış sahəsinə baxış keçirərkən iddiaçıya məlum olmuşdur ki, onlara məxsus obyektdə təmir-tikinti işləri aparılır. "xxxx" MMC tərəfindən obyekt özbaşına şəkildə arakəsmələrlə hissələrə bölünür. Baxmayaraq ki, obyektin dəyəri tam ödənilib, ona pay hüququ əldə edilib, iddiaçıya həmin obyektdən istifadədə maneələr yaradılır. Dəfələrlə, cavabdehə müraciət etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Bu isə nə müqavilə şərtlərinə, nə də mülki qanunvericiliyin tələblərinə cavab vermir. Cavabdehin qeyd edilən hərəkətləri, müqavilə şərtlərini pozması iddiaçının maraqlarına toxunur, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
30. İddiaçı iddia ərizəsinə əlavə verərək, xx.xx.2016-cı il tarixdə "xxxx" MMC ilə X19 arasında bağlanılmış 044 saylı, xx.xx.2016-cı il tarixdə "xxxx" MMC ilə X19 arasında bağlanılmış və xx.xx.2017-ci il "xxxx" MMC ilə X19 arasında bağlanılmış (yenilənmiş) müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin - Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı 5-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 120,69 kv.metr olan 329 nömrəli mənzilin və Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok, İİ (üst) mərtəbəni 1 pay kimi, ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yeri olmaqla, cəmi 956 kv.m. qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi və mülkiyyətə yaranan maneənin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Abşeron Rayon Məhkəməsinin 2(012)-4031/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2016-cı il tarixdə "xxxx" MMC ilə X19 arasında bağlanılmış və xx.xx.2017-ci il "xxxx" MMC ilə X19 arasında bağlanılmış (yenilənmiş) müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsi - Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok, İİ (üst) mərtəbəni 1 pay kimi, ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yeri olmaqla, cəmi 956 kv.m. qeyri-yaşayış sahəsinin və ünvan 2 ünvanı V blok 12-ci mərtəbəsində yerləşən 329 nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzilinin iddiaçıya təhvil verilməsi və mülkiyyətə yaranan maneənin aradan qaldırılması vəzifəsi cavabdehin üzərinə qoyulmuş, Cavabdehndən 20 manat dövlət rüsumunun tutulub iddiaçı Maraqlı şəxs ödənilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva).
32. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 399.1, 421.1, 442.1, 152.5, 152.6, 152.7, 157.2-ci maddələri ilə əsaslandırmışdır.
Abşeron Rayon Məhkəməsinin 2(012)-4031/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
33. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-471/2022 nömrəli 15 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-4031/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlanılmışdır (hakimlər Məmmədova Lətifə (sədrlik edən və məruzəçi), Quliyev Telman və Tağızadə Gülnarə).
Abşeron Rayon Məhkəməsinin 2(012)-4031/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə kassasiya instansiyası məhkəməsindəki icraat
35. Cavabdeh (vəkil X23) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 3971/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-471/2022 nömrəli 15 mart 2022-ci il tarixli qətnaməsi qismən – qeyri-yaşayış sahəsinə aid hissədə ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmişdir (hakimlər Zaur Əliyev (sədrlik edən və məruzəçi), Abiddin Hüseynov və Əhməd Nurməmmədov).
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli 2(102)-3971/2022 nömrəli qərarında göstərilmişdir ki, “Elektron məhkəmə” informasiya sistemində imzalanmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-3220/2020 nömrəli qətnaməsi ilə, X8 Cavabdeh MMC-yə qarşı iddiası təmin edilərək, xx.xx.2016-cı il tarixli, əsasən Abşeron rayonu Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 334 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin MMC tərəfindən Araz Abduləzimova; Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-1312/2020 nömrəli qətnaməsi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı iddiası təmin edilərək, xx.xx.2019-cu il tarixli 010 nömrəli müqaviləyə əsasən Abşeron rayonu Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 264 kv.m. təşkil edən qeyriyaşayış sahəsinin MMC tərəfindən İddiaçı təhvil verilməsi qət olunmuşdur. Qeyd olunan məhkəmə aktlarının və şəxslərin adlarının apellyasiya şikayətində göstərilməklə, qətnamənin onların maraqlarına toxunduğu xüsusi şəkildə vurğulansa da, apellyasiya instansiyası məhkəməsi bu xüsusat üzrə lazımi araşdırma aparmamış, bu barədə sübutların təqdim olunmasını, zəruri olduqda X8 və İddiaçı işə cəlb edilmələrini və iddiaya münasibətlərinin öyrənilməsini tərəflərlə müzakirə etməmiş, sözügedən məhkəmə aktlarındakı sahələrlə hazırkı işdə iddiaçıya təhvil verilməsi qət olunmuş sahələrin üst-üstə düşüb düşməməsini aydınlaşdırmadan sözügedən dəlilə qiymət verməyə çalışmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri
38. Qətnamə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-1312/2020 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələblərinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
39. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X1 Məhəmməd Müzəffər oğlunun atasıdır. xx.xx.2016-cı il tarixdə "xxxx" MMC ilə X19 arasında bağlanılmış mənzil tikintisi haqqında müqavilə ilə "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında İV-V blok, İİ mərtəbə qeyri-yaşayış sahəsi izolə olunmuş bir pay kimi X11 verməyi öz öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsi 956 kv.m-dir, X19 qeyri yaşayış sahəsi üçün tam ödəniş etmişdir. xx.xx.2017-ci il tarixdə "xxxx" MMC ilə X19 arasında qeyri-yaşayış tikintisi haqqında müqavilə bağlanmış, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok, İİ (üst) mərtəbəni bir pay kimi X11 verməyi öz öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yeri təşkil etmiş, X19 tərəfindən 780+176 kv.m üçün ilkin ödəniş tam ödənilmişdir. X19 ilə "xxxx" MMC aralarında yenidən müqavilənin bağlanması səbəbi belə olmuşdur ki, şirkətin təsisçisinin və adının dəyişdirilməsi səbəbindən "xxxx" MMC (təsisçi X9) ilə xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilənin eyni məzmunda təkrarı xx.xx.2017-ci il tarixli müqavilə ilə yenilənmişdir. Sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adını Cavabdehnə dəyişmişdir. Bundan sonra Cavabdeh X11 qarşı müqavilənin etibarsızlığı ilə bağlı çoxsaylı məhkəmə iddiaları qaldırmış, "xxxx" MMC bağlanmış müqavilələri mübahisələndirmiş, lakin heç bir iddia təmin edilməmişdir. X19 xx.xx.2021-ci ii tarixdə vəfat etmişdir. Maraqlı şəxs X10 yeganə vərəsəsi kimi tanınmış və ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Bu yaxınlarda qeyriyaşayış sahəsinə baxış keçirərkən məlum olmuşdur ki, Maraqlı şəxs məxsus obyektdə təmir-tikinti işləri aparılır, "xxxx" adı altında obyektə reklam lövhələri yerləşdirib, obyekti əşyalarla təchiz etməyə başlayıb. "xxxx" MMC-nin obyektdən çıxarılması barədə Abşeron Rayon Məhkəməsində iddia qaldırılmış, həmin iş üzrə məhkəmə prosesində hazırki qətnamənin mövcudluğu müəyyən olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-1312/2020 saylı qətnaməsi ilə 05 sentyabr 2019-cu il tarixli, 010 nömrəli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 264 kv.metr təşkil edən qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi qət edilmiş, təhvil verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi Maraqlı şəxs məxsus 956 kv.m (780+176 kv.m) qeyri-yaşayış sahəsinin bir hissəsini - 264 kv.metr hissəsini təşkil edir (digər hissəsi də eyni məhkəmənin başqa bir qətnaməsi ilə digər şəxsə verilmişdir).
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2018-ci il tarixədək qüvvədə olan 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər kimi təsbit edilmişdir.
41. Birinci instansiya məhkəməsi Maraqlı şəxs məxsus qeyri-yaşayış sahəsini hazırki iş üzrə iddiaçıya təhvil verməklə, ondan əvvəl bağlanmış və mötəbərliyi məhkəmə qətnamələri ilə təsdiq edilmiş digər bir müqavilənin icrasına maneə yaratmışdır. Birinci instansiya məhkəmə çəkişmə prinsipinə riayət etmədən, Maraqlı şəxs prosesə cəlb etmədən qanunsuz qətnamə çıxararaq, onun hüquq va vəzifələrinə dair məsələni onun hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişdir.
42. Birinci instansiya məhkəməsi lazımi diqqətlilik göstərməyərək, əslində tərəflər arasında olmayan mübahisəni həll etmişdir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh tərəf heç bir "müqavimət" göstərmədən iddianı qəbul etmişdir. Əgər tərəflər arasında mübahisə yox idisə və ya əmlak cavabdeh tərəfindən mübahisəsiz qaydada iddiçıya təhvil veriləcəkdisə, bu zaman süni məhkəmə mübahisəsinin qaldırılması nəyə xidmət edir? Təbii ki, burada məqsəd Cavabdeh qanunsuz əməllərinə, yəni özgəsinə məxsus olduğunu bildiyi halda əmlakın ikinci dəfə başqasına satılmasına məhkəmə qaydasında, gələcəkdə preyudisial kəsb edəcək "qanuni don" geyindirmək olmuşdur. Heç təsadüfi deyildir ki, qətnamə çıxarıldıqdan az sonra əmlak yenidə özgəninkiləşdirilmişdir.
43. Cavabdeh Abşeron Rayon Məhkəməsinin 2(012)-4031/2021 nömrəli xx.xx.2021ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
44. Cavabdeh MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz qətnaməsinin 3-cü vərəqinin 6-cı abzasında göstərib ki, məhkəmə iş üzrə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd edir ki, mərhum X19 tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin və mənzilin dəyəri tam olaraq cavabdehə ödənilmişdir. İddiaçı tərəfindən mübahisəli sahə ilə bağlı öhdəlik tam yerinə yetirilmişdir, cavabdeh tərəf qeyd edilən müqavilələri mübahisələndirsə də müqavilələrin etibarsızlığı barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir, əksinə mübahisəli qeyri-yaşayış sahələrinə dair tərəflər arasında bağlanılan müqavilələrin etibarsızlığı ilə bağlı cavabdehin iddia tələbləri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-493/2019 qətnaməsi ilə təmin edilməmişdir, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-4560/2019 saylı qətnaməsinin surətindən görünür apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 493/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, həmin qətnamə hazırda qüvvədədir, mübahisəli mənzil sahəsi ilə də yenə iş materiallarından göründüyü kimi cavabdehin etirazı formal xarakter daşıyır. Birinci instansiya məhkəməsi nəzərə almayıb ki, Cavabdeh X11 qarşı “əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh X19 arasında bağlanmış 25 yanvar 2017-ci il tarixli müqavilənin və həmin tarixli kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Abşeron Rayon Məhkəməsinin 2(012)- 1698/2020 saylı, 19 Mart 2020-ci il tarixli qətnamə və qərardadından verilmiş şikayətlər üzrə işə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Sumqayıt Apellyasiya Məhkəməsinin 02 İyun 2020-ci il tarixli qərardadı ilə Cavabdeh MMC-nin şikayəti təmin olunaraq Abşeron Rayon Məhkəməsinin 2(012)-1698/2020 saylı, 19 Mart 2020-ci il tarixli qərardadı ləğv edilərək Cavabdeh MMC-nin X11 qarşı “əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyinə qaytarılması” tələbinə dair mülki iş sonrakı prossesual hərəkətlərinin edilməsi üçün Abşeron Rayon Məhkəməsinə qaytarılıb. Abşeron Rayon Məhkəməsinin 2(012)-1698/2020 saylı, 30 Sentyabr 2020-ci il tarixli qərardadı ilə Cavabdeh X11 qarşı iddia ərizəsinin 25 yanvar 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia icraatına xitam verilməsini qərara alınıb. Abşeron Rayon Məhkəməsinin 2(012)-1698/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinin cavabdeh X11 qarşı iddia ərizəsinin 25 yanvar 2017-ci il tarixli kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməsi, əmlakın sahibliyinə qaytarılması” hissəsində iddia tələbinin təmin edilməsi qət edilmişdir. Həmin qərardad və qətnamədən şikayət və apellyasiya şikayətləri verilib və Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Həmin iş üzrə yekun məhkəmə qərarı qəbul edilməyib. Buna görə də məhkəmə hazırkı işin icraatını dayandırılmalı idi. Lakin məhkəmə bunu etməyib. Hazırki iş üzrə məhkəmə Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 493/2019 saylı qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-4560/2019 saylı qətnaməsinə istinad edərək iddianın təmin edilməsi nəticətəsinə gəlib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-493/2019 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh MMC-nin cavabdehlər X11 və X15 qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair” ilk iddia ərizəsi, iddiaçı X14 Cavabdeh MMC-yə qarşı “cavabdehin üzərinə müqavilə bağlanması vəzifəsinin qoyulması tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd olunub və Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-4560/2019 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Lakin Abşeron Rayon Məhkəməsi nəzərə almayıb ki, Yasamal Rayon Məhkəməsində baxılan 2(004)-493/2019 saylı iş üzrə mərhum X7 Cavabdeh MMCyə qarşı iddia tələbi təmin olunmayıb. Məhkəmə həmin qətnamə üzrə Cavabdeh MMC-yə münasibətə gəldikdə isə nəzərə almayıb ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsində iş üzrə tələb başqa olub və buna görə də Cavabdeh MMC X11 qarşı “əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyinə qaytarılması” tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə hesab edib ki, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən qeyriyaşayış sahəsinin və mənzilin dəyəri X19 tərəfindən tam ödənilib, onun tərəfindən öhdəlik tam yerinə yetirilib. Lakin məhkəmə nəzərə almayıb ki, mərhum X19 qeyd edilən qeyriyaşayış sahəsi və mənzillə bağlı Cavabdeh MMC-nə pul ödəməyib. Ümumiyyətlə Cavabdeh MMC ilə aralarında müqavilələr mövcud deyil. Məhkəmə nəzərə almayıb ki, X7 qeyri-yaşayış sahəsi və mənzillə bağlı pul ödəməməsi barədə yetəri qədər sübutlar var. Hətta bunu şahidlər də təsdiq edə bilər. Əslində məhkəmə həmin sübutları hərtərəfli və dəqiq araşdırmaqla və onlarla qiymət verməklə müəyyən edə bilərdi ki, hazırkı iddiaçının mərhum atası tərəfindən pul ödənilməyib. Belə olan halda X7 adına yazılmış xx.xx.2016-cı və xx.xx.2017-ci il tarixli kassa mədaxil orderi qəbzləri etibarsızdır, buna görə də mənzil və qeyri-yaşayış sahəsi üzrə müqavilələrin də özü-özlüyündə etibarsızlığı müəyyən edilir. Müqavilələrin etibarsız olması digər sübutlarla da müəyyən edilir. Belə ki, işdən də görünür ki, X7 adına xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli müqavilələr yazılır. xx.xx.2016-cı il tarixli müqavilədən də görünür ki, müqavilənin "xxxx" MMC-nin təsisçisi X9 imzalayıb. X4 təsisçi kimi həmin müqaviləni Cəmiyyətin adından imza etmək səlahiyyəti olmayıb. Həmin vaxt Cəmiyyətin qanuni təmsilçisi (direktoru) X22 olub. Belə olan halda xx.xx.2016-cı il tarixli müqavilə də özü-özlüyündə saxtadır və ona görə də etibarsızdır. xx.xx.2017-ci il tarixli müqavilədən də görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinin ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və piləkən təşkil edir, yəni cəmi 956 kv. metrdir. Lakin məhkəmə nəzərə almayıb ki, həmin bloklar üzrə göstərilən sahə mövcud deyil. İki blok üzrə qeyri-yaşayış sahəsinin ümumi sahəsi 668 kv.metrdir. Məhkəmə nəzərə almayıb ki, həmin müqavilənin etibarsızlığı sahəyə görə də müəyyən edilir. Bundan başqa hazırki işə baxan Abşeron Rayon Məhkəməsi nəzərə almayıb ki, elə öz icraatında olan mübahisəli sahə ilə bağlı 2(012)-1312/2020 saylı mülki iş üzrə xx.xx.2020-ci il tarixli qətnamə qəbul edərək İddiaçı iddiasını təmin edərək 05 sentyabr 2019-cu il tarixli, 010 saylı müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4 blok, 2-ci mərtəbəsində sahəsi 264 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin Cavabdeh MMC-tərəfindən İddiaçı verilməsini qət edib. Həmin qətnamə qanuni qüvvəsini alıb və Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra edilərək mübahisəli qeyriyaşayış sahəsi Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilib. Bu barədə 12 Avqust 2021-ci il tarixli akt tərtib olunub. Hazırda həmin sahə İddiaçı tərəfindən istifadə olunur. Bundan başqa hazırki işə baxan məhkəmə nəzərə almayıb ki, elə öz icraatında olan mübahisəli sahə ilə digər 2(012)-3220/2020 saylı mülki iş üzrə 30 Sentyabr 2020-ci il tarixli qətnamə qəbul edilərək iddiaçı X8 iddiası təmin edilərək 04 aprel 2016-cı il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4 və 2-ci mərtəbəsində sahəsi 334 kv.metr təşkil edən qeyriyaşayış sahəsinin Cavabdeh MMC tərəfindən X12 verilməsi qət edilmişdir. Məhkəmə nəzərə almayıb ki, "xxxx" MMC və "xxxx" başqa şirkətlərdir. Qeyd olunan qanuni qüvvəsini alan qətnamələr üzrə hazırda qəbul edilmiş məhkəmə qətnaməsi İddiaçı və Abduləzimov Əzim oğlunun maraqlarına toxunur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4031/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
45. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
46. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Bağırov X24 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-1312/2020 nömrəli qətnaməsini dəyişdirilmədən saxlanmasını, Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
47. İddiaçı (həmçinin hüquq və vəzifələrinə toxunan şəxs) Maraqlı şəxs və onun nümayəndəsi və vəkili Vəkil3 Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd olunaraq Abşeron Rayon Məhkəməsinin 2(012)-4031/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlanmasını, Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini və Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-1312/2020 nömrəli qətnaməsini ləğv olunmasını xahiş etdilər.
48. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC, üçüncü şəxslər X26, X22, "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respulikası Mülki Məcəlləsi
49. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
50. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
51. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
52. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
53. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
54. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
55. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
56. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
57. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
58. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
59. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
60. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
Mülki Prosessual Məcəllə
61. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
65. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
66. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
67. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
68. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
69. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
70. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
71. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
72. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
73. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
74. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
75. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
76. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-1312/2020 nömrəli qətnaməsi tam mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3971/2022 nömrəli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-4031/2021 nömrəli qətnaməsi yalnız qeyri-yaşayış sahəsinə aid hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-1312/2020 nömrəli qətnaməsi tam həcmdə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-4031/2021 nömrəli qətnaməsini yalnız qeyri-yaşayış sahəsinə aid hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
77. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməli, Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-1312/2020 nömrəli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-4031/2021 nömrəli qətnamələri ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı iddiası təmin olunmamalıdır, Maraqlı şəxs iddiası qismən təmin olunmalıdır.
78. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-3971/2022 nömrəli qərarında göstərilmiş hüquqi mövqeyi nəzərə alınmalıdır.
79. Qanunvericiliyin tələbini, eləcə də kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.
80. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilələr podrat müqavilələrinin ünsürlərini özündə əks etdirir və qanunvericinin tələbinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi və sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
81. İşin mübahisəsiz hallarından görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli Sərəncamına əsasən, Xırdalan şəhəri, H.Əliyev prospekti ilə M.Hüseynzadə küçəsinin kəsişməsində yaşayış binalarının tam tikintisinə icazə "xxxx" MMC-yə verilmiş, sonradan Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli Sərəncamına əsasən, həmin yaşayış binalarından ibarət kompleksin A və B bloklarının tikintisini "xxxx" MMC, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən həmin kompleksin B və C bloklarının tikintisini Cavabdeh MMC həyata keçiriridi. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh MMC eyni hüquqi şəxslərdir (hüquqi şəxsin adı dəyişilib), "xxxx" MMC isə tam ayrı hüquqi şəxsdir.
82. Mülki işin digər hallarından görünür ki, Maraqlı şəxs mərhum X5 ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2016-cı il tarixli müqavilə ilə MMC yuxarıda qeyd olunan binanın 4 və 5-ci blokunun 2-ci mərtəbəsində yerləşən 956 kv.metr qeyri-yaşayış sahəsini təhvil verilməsini öz öhdəsinə götürmüşdür, qeyri-yaşayış sahəsinin ümumi dəyəri tam ödənilmişdir. X2 ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmış, MMC eyni ünvanda yerləşən binanın A və B blokunun 2-ci mərtəbəsində 780 kv.metr qeyriyaşayış sahəsini, əlavə 176 kv.metr lift və pilləkən yerini Müzəffər Məmmədliyə təhvil verilməsini öz öhdəsinə götürmüşdür.
83. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(004)-493/2019 saylı qətnaməsinə əsasən, iddiaçı "xxxx" MMC-nin cavabdeh X11 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd olunmuşdur. Həmçinin Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)- 1698/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X11 qarşı iddia ərizəsinin “25 yanvar 2017-ci il tarixli kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməsi, əmlakın sahibliyə qaytarılması“ hissəsində iddia tələbi təmin edilməmişdir.
84. Digər tərəfdən işin faktiki hallarından görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının B blokunda, 2-ci mərtəbəsində yerləşən 334 kv metr qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən, sonradan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilmiş yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 264 kv.metr təşkil edən qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilmişdir.
85. İddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsində yalnız xx.xx.2016-cı və xx.xx.2019-cu il tarixli müqavilələrinə istinad etsə də, apellyasiya icraatı zamanı ünvan 4 ünvanında inşa edilən yaşayış binasının 2-ci mərtəməsində 335 kv.metr qeyri-yaşayış sahəsinin verilməsinə dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış, direktor X22 tərəfindən imzalanmış və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş xx.xx.2014-cü il tarixli müqaviləni təqdim etmişdir.
86. Məhkəmə kollegiyası ilk növbədə İddiaçı "xxxx" MMC ilə olan xx.xx.2016-cı il tarixli müqaviləyə, Cavabdeh MMC ilə olan xx.xx.2019-cu il tarixli müqaviləyə və "xxxx" MMC ilə olan xx.xx.2014-cü il tarixli müqavilələrin etibarlılığına hüquqi qiymət verməyi zəruri hesab edir.
87. Göründüyü ki, birinci instansiya məhkəməsi mülki işə baxarkən, qətnaməsində yalnız xx.xx.2016-cı il və xx.xx.2019-cu il tarixli müqavilələri göstərmişdir. Kollegiya xx.xx.2016-cı il tarixli müqaviləyə hüquqi qiymət verərək, hesab edir ki, həmin müqavilənin sonuncu səhifəsində payçı İddiaçı aid qrafada şəxsiyyət vəsiqəsinin verilmə tarixi (xx.xx.2017-ci il) müqavilənin tarixindən sonrakı tarixi əhatə etdiyindən, həmin müqavilənin geri tarixlə tərtib olunması qənaətinə gəlməyə imkan verir.
88. Belə olan halda kollegiya hesab edir ki, xx.xx.2016-cı il tarixli müqavilədən irəli gələn hüquq əsasında bağlanmış Cavabdeh MMC ilə olan xx.xx.2019-cu il tarixli müqavilə də etibarlı sayıla bilməz. Kollegiya həmçinin belə nəticəyə gəlir ki, həmin müqavilələrin qanunvericiliyin tələblərinin pozulması ilə geri tarixlə bağlanması və etibarsız olması apellyasiya icraatı zamanı İddiaçı tərəfindən təqdim olunmuş "xxxx" MMC ilə olan xx.xx.2014-cü il tarixli müqavilənin də etibarlığını şübhə altına almağa imkan verir və həmin müqavilənin eyni qaydada geri tarixlə bağlanmasını istisna etmir.
89. Digər tərəfdən kollegiya X7 "xxxx" MMC ilə olan xx.xx.2016-cı il tarixli və "xxxx" MMC ilə olan xx.xx.2017-ci il tarixli müqavilələrə hüquqi qiymət verərək qeyd edir ki, həmin müqavilələrin bağlanmasında qanunvericiliyin qaydaları pozulmamış, müqavilələrin etibarlılığını şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir, əksinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnamələri ilə Cavabdeh X11 qarşı müqavilənin və kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməsinə dair iddia tələbləri rədd olunmaqla, etibarlı sayılmışdır.
90. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
91. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
92. Mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutlmuş formaya riayət edilməsi zəruridir. Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır.
93. X3 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə hüquqi qiymət verərək, hesab edir ki, həmin müqavilə X7 müqavilələrində göstərilən tarixlərdən sonrakı tarixdə bağlandığından, qeyd edilən qeyri-yaşayış sahəsi ilə bağlı müqavilə bağlanarkən, Maraqlı şəxs də iradə ifadəsinin zəruri olduğu halda, onun iştirakı olmadan, qanunvericiliyin tələbləri pozulmaqla bağlanılmışdır.
94. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
95. Həmin Məcəllənin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
96. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair X26 ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə, Müzəffər Məmmədlinin müqavilələri qanunla müəyyən edilmiş qaydada ləğv edilmədən, Azərbaycan Respublikası Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış, eyni zamanda həmin müqavilə M. Məmmədli mübahisəli qeyri-yaşayış sahəsinin satılmasına dair iradəsini ifadə etməmişdir.
97. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr tərəfindən müqavilənin etibarsızlığı barədə mübahisələrə baxılan zaman həmin müqavilələri bağlayan tərəflərin iradə ifadəsinin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır.
98. Məhkəmə kollegiyası izah edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd şərtin mövcudluğu tələb olunur: 1. əqdin subyektiv tərkibinə aid edilən şərt;
2. əqdin məzmununa aid edilən şərt; 3. əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt və 4. əqdin formasına aid edilən şərt. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
99. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir.
100. Göründüyü kimi, əqdin etibarsız hesab edilməsi üçün həmin əqdin qanunvericiliklə müəyyən edilən şərtlərə əməl edilməməklə bağlanması mütləqdir. Beləliklə kollegiya hesab edir ki, X26 ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə həmin şərtlərə cavab vermədiyindən, etibarlı əqd kimi qiymətləndirilə bilməz.
101. Kollegiya həmçinin hesab edir ki, mübahisəni həll edərkən qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-3220/2020 nömrəli qətnaməsi nəzərə alınmalıdır. Həmin qətnamənin məzmununa görə, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Abşeron rayonu Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 334 kv.m. təşkil edən qeyriyaşayış sahəsinin Cavabdeh MMC tərəfindən Araz Abduləzimova təhvil verilməsi qət olunmuşdur.
102. Kollegiya mübahisəli qeyri-yaşayış sahələrinin üst-üstə düşüb-düşməməsini araşdırması üçün ekspertizalar təyin etmiş, əldə olunmuş ekspert rəyləri ilə aşağıdakılar müəyyən olunmuşdur: - Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının layihə üzrə A bloku, faktiki istifadədə olan 4-cü blokla və layihə üzrə B bloku faktiki istifadədə olan 5-ci blokla bütövlükdə üst-üstə düşür və eynilik təşkil etdiyi müəyyən olunur - Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən A və B saylı (faktiki olaraq 4-cü və 5-ci blokunun) yaşayış binasının 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1042.6 kv.m təşkil etdiyi müəyyən edilir - Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının A blokunun (faktiki olaraq 4-cü blokunun) 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin fakitki ümumi sahəsi 469.7 kv.m təşkil etdiyi müəyyən edilir. - Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının B blokunun (faktiki olaraq 5-ci blokunun) 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 572.9 kv.m, o cümlədən layihə üzrə qeyri-yaşayış sahəsi 469.7 kv.m və layihədən kənar inşa olunmuş tikilinin ümumi sahəsi 103.2 kv.m təşkil etdiyi müəyyən edilir - Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının A blokun 2-ci mərtəbəsində yerləşən lift və pilləkən yerinin faktiki ümumi sahəsi 29.3 kv.m təşkil etdiyi müəyyən olunur, inşa edilən yaşayış binasının B blokun 2-ci mərtəbəsində yerləşən lift və pilləkən yerinin faktiki ümumi sahəsi 29.3 kv.m təşkil etdiyi müəyyən olunur - Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X12 təhvil verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci mərtəbəsində sahəsi 334 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair sxem olmadığından, həmin 334 kv.m qeyri-yaşayış sahəsinin faktiki A və ya B blokunda yerləşib-yerləşməməsini mnüəyyən etmək mümkün olmadı.
103. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olduğundan, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmadığından, bütün digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Beləliklə, digər sübut növləri kimi ekspertin rəyinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud deyildir. Bu isə o deməkdir ki, məhkəmə hər bir halda ekspertin rəyini məhkəmə prosesi zamanı tədqiq etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir.
104. Göründüyü kimi, hazırkı mülki iş üzrə mübahisəli qeyri-yaşayış sahəsi Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilmiş yaşayış binasının 4 və 5-ci (A və B) blokların 2-ci mərtəbəsində yerləşir. Həmin qeyri-yaşayış obyektinin layihə üzrə sahəsi hər blokda 469,7 kv.metr, cəmi 939,4 kv.metr təşkil edir.
105. Kollegiya qanuni qüvvəyə minmiş qətnamə ilə Araz Abduləzimova ayrılmış 334 kv.metr qeyri-yaşayış sahəni nəzərə alaraq, hesab edir ki, Maraqlı şəxs iddiası qismən təmin edilməli, A(4) blokundan 135,7 kv.metr (469,7-334=135,7), B(5) blokundan 469,7 kv.metr qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən Maraqlı şəxs təhvil verilməlidir. Kollegiya lift və pilləkən sahələri ilə bağlı qeyd edir ki, həmin sahələr ümumi istifadədə olan sahələr olduğundan, həmin sahələrə dair müqavilənin şərti özü-özlüyündə əhəmiyyətsiz olduğundan, bu hissədə Maraqlı şəxs iddiası təmin oluna bilməz.
106. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.
107. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.
108. Qeyd olunan Məcəllənin 35.3-cü maddəsinə əsasən, çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir.
109. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməli, Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-1312/2020 nömrəli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-4031/2021 nömrəli qətnamələri ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı iddiası təmin olunmamalıdır, Maraqlı şəxs iddiası qismən - Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilmiş yaşayış binasının A(4) blokunun 2-ci mərtəbəsində olan 135,7 kv.metr qeyri-yaşayış sahəsinin, B(5) blokunun 2-ci mərtəbəsində olan 469,7 kv.metr qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən Maraqlı şəxs təhvil verilməsi və maneənin aradan qaldırılması hissəsində təmin olunmalıdır.
110. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul vəsaiti İddiaçı, 100 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutulmalıdır.
111. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-1312/2020 nömrəli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-4031/2021 nömrəli qətnamələri ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı “Cavabdeh MMC-nin üzərinə 05 sentyabr 2019-cu il tarixli, 010 nömrəli müqavilə üzrə öhdəliyi olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının B bloku üzrə 2-ci mərtəbəsində sahəsi 264 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin qoyulması barədə” iddiası təmin olunmasın. Maraqlı şəxs iddiası qismən təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilmiş yaşayış binasının A(4) blokunun 2-ci mərtəbəsində yerləşən 135,7 kv.metr qeyri-yaşayış sahəsi, B(5) blokunun 2-ci mərtəbəsində yerləşən 469,7 kv.metr qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən Maraqlı şəxs təhvil verilsin və maneələr aradan qaldırılsın. Maraqlı şəxs iddiası qalan qeyri-yaşayış sahəsinə aid hissədə təmin olunmasın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat İddiaçı, 100 (bir yüz) manat Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X6, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.