Məhkəmə qərarları › İş №2(105)-3543/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3543/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3543/2021 19.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-nin Xaçmaz filialına qarşı zaminliyə xitam verilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 31 avqust 2021ci il tarixli, 2(067)-2390/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nin Xaçmaz filialına qarşı zaminliyə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(067)-2390/2021 saylı qərardadı ilə şikayətin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim İlkin Xəlilov). İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(067)-2390/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin aparılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(067)-2390/2021 saylı qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(067)-2390/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi iş üzrə Cavabdeh ASC-nin rəsmi qeydiyyat ünvanının Bakı şəhəri, Xaqani küçəsi, 45 ünvanı olduğundan işə aidiyyəti üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsində baxılması qənaətinə gəlmiş, gəldiyi nəticəni də AR Mülki Prosessual Məcəlləsinin 35,53-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsində cavabdeh qismində Cavabdeh ASC-nin Xaçmaz filialı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Qanunvericiliyin qeyd edilən normalarının məzmunundan müəyyən olunur ki, hüquqi şəxsin filialı müstəqil qaydada tələbin yönəldiyi cavabdeh ola bilməz. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaya Cavabdeh ASC cavabde verməli oldğunundan və ASC-nin rəsmi qeydiyyat ünvanı görə ünvan 3yon Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası iddiaçının şikayətin dəlillərinə qiymət verərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin geri qaytarılması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(067)-2390/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(067)-2390/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar