Məhkəmə qərarları › İş №2(105)-356/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-356/2023

31.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-356/2023 31.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil2, Maraqlı şəxs nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi "xxxx" kiçik müəssisəsinin 05 mart 1992-ci il tarixdə X4 tərəfindən təsis edilmiş və Maraqlı şəxs Başçısının 10 mart 1992-ci il tarixli, 132 nömrəli sərəncamı ilə qeydiyyata alınmış nizamnaməsinə malik olduğu faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(034)- 230/2022 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Zəngilan Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(034)-230/2022 nömrəli qətnaməsi ilə ərizə təmin edilməmişdir. (hakim G.İmanova) Qətnamədən Ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, ərizənin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ Ərizəçi «hüquqi şəxsin nizamnaməsinin qeydinin müəyyən edilməsi barədə» ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" kiçik müəssisəsinin 05 mart 1992-ci il tarixdə X4 tərəfindən təsis edilmiş və Maraqlı şəxs Başçısının 10 mart 1992-ci il tarixli, 132 nömrəli sərəncamı ilə qeydiyyata alınmış nizamnaməsinə malik olduğu faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum Behbud Ələkbərli ərizəçinin əridir. Mərhum 27 avqust 1949-cu il tarixdə Azərbaycan Respublikası Zəngilan rayonunda anadan olmuş, 10 iyul 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X10 və ətraf rayonları erməni silahli qüvvələri tərəfindən işğal edilənə kimi Zəngilan rayonunda yaşamışlar. İşğaldan sonra isə məcburi köçkün kimi ünvan 1 ünvanda məskunlaşmışlar və həyat yoldaşı X4 vəfat etdiyi günədək həmin ünvanda yaşamışdır. Zəngilan rayonunda yaşadıqları zamanlarda yoldaşı tərəfindən 05 mart 1992-ci il tarixdə "xxxx" Kiçik Müəssisəsi təsis edilmiş və nizamnaməsi təsdiq edilmişdir. Həmin müəssisə Maraqlı şəxs Başçısının sərəncamı əsasında 10 mart 1992-ci il tarixdə, 132 nömrə ilə qeydə alınmışdır. Kiçik müəssisə nizamnaməsi, möhürü, bankda hesablaşma hesabı və sərbəst balansa malik hüquqi şəxs olmuşdur. Mərhum həyat yoldaşı X4 təsis etdiyi müəssisənin direktoru olmuşdur. "xxxx" Kiçik Müəssisəsi təsis edildiyi zaman Maraqlı şəxs Başçısının xx.xx.1992-ci il tarixli, 132 nömrəli sərəncamı əsasında Zəngilan rayonu A.Məhərrəmov adına kolxozun Beştəli kəndi ərazisində yerləşən mərmərləşmiş əhəng daşı və Bünyadov adına kolxozun Dərəgülatan kəndinin üst hissəsində 33,6 hektar torpaq sahəsində yerləşən mişar daşı yataqlarından istifadə edilməsinə icazə verilmişdir. Həmin yataqların yerləşdiyi torpaq sahələri "xxxx" KM-yə 1992-ci ilin mart ayında yerində təhvil-təslim edilmiş və müddətsiz istifadəsinə verilmişdir. Zəngilan rayonu işğal edilənə kimi müəssisənin istifadəsində olmuşdur. Müəssisənin həmin ərazidə texnikaları işləmiş və 30 yaxın işçisi olmuşdur. Zəngilan rayonu işğal edilən zaman hamı kimi onların da bütün əmlakları, bir sıra sənədləri orada qalmışdır. "xxxx" Kiçik Müəssisəsinin nizamnaməsinin qeydiyyata alınması və ona yataqların istifadəsinə icazəyə dair Zəngilan RİHB-nın sərəncamı, möhürü onlarda, nizamnaməsi və digər aidiyyəti sənədlər isə orada qalmışlar. Həmçinin Zəngilan rayonun arxivi işğal altında qaldığından, sənədlərin arxivdən əldə edilməsi də mümkün olmamışdır. Zəngilan rayonu işğaldan azad ediləndən sonra da sənədin əldə edilməsi üçün müraciətləri müsbət həllini tapmamışdır. Belə ki, müəssisənin qeydə alınmış nizamnaməsinin və qeydiyyatla bağlı digər qeydlərin əldə edilməsi üçün Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Milli Arxiv idarəsinə sorğularının müsbət həlli mümkün olmamışdır. Son olaraq aldıqları cavaba görə «Dağlıq Qarabağ və ətraf rayonları erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi və uzun müddət işğal altında qalması səbəbindən sözü gedən inzibati ərazi vahidləri (o cümlədən Zəngilan rayonu) çərçivəsində dövlət mühafiəzəsində olan arxiv sənədləri barəsində hər hansı məlumat yoxdur. O, mərhum həyat yoldaşı X3 qanun üzrə vərəsəsidir, ondan qalmış miras əmlakları faktiki qəbul etmiş, bir qismini də rəsmiləşdirmişdir. Lakin ondan miras qalmış "xxxx" Kiçik Müəssisəsinin nizamnaməsinin yuxarıda qeyd etdiyi məlum səbəblər üzündən əldə etməsi mümkün olmadığından, vərəsəlik üzrə adına rəsmiləşdirə bilməmişdir. Bu səbəbdən də, müəssisənin nizamnaməsinin qeydiyyatı ilə bağlı faktın müəyyən edilməsi məsələsinin məhkəmə qaydasında həll edilməsinin vacibliyi ortaya çıxmışdır. Əllərində olan nüsxələr var. Bu sənəddən göründüyü kimi köhnə kiril əlifbası ilə yazılmışdır. Kolxoz Zəngilanda yerləşir. Kolxozun nə vaxta qədər fəaliyyətinin dayanması barədə məlumatları yoxdur. Kiçik müəsssisə sadəcə olaraq kolxozun nəzdində formalaşmışdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Ərizənin məzmunu ilə analoji məzmun daşıyan apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə iş üzrə lazımi qaydada araşdırma aparmamış, ərizə əsaslı və qanuni olduğu halda ərizəni təmin etməmişdir. Məhkəmə qətnaməsində "xxxx" kiçik müəssisəsinin təsisçisinin ərizəçinin mərhum həyat yoldaşı X3 olmaması qənaətinə gəlmişdir. Halbuki, birinci instansiya məhkəməsində Maraqlı şəxs nümayəndəsi X5 öz izahatında bildirmişdir ki, "xxxx" kiçik müəssəsini nizamanaməsini, təsis protokolunu, onun bütün sənədləşməsini o, aparmış və yazmışdır. Müəsissə təsis olunanda kolxozun sədri olmuş Niftullayevin idarə heyətin iştirakı ilə yaradılmışdır. Kolxozun səlahiyyəti o vaxtı ümumi iclasa daxil idi. Amma burda idarə heyəti iştirak etmiş, bundan sonra da 8 aydan çox fəaliyyət göstərmişdir. Amma onu təsis edən X4 olmuşdur. Təsis protoklunda bu ikisinin adları da var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində həmin şirkətin rəhbərinin Behbud və Ələkbər olduğunu bildirmişdir. Ələkbərli Behbud kiçik müəssisəyə rəhbərlik etmiş, mühasib olduğu üçün ondan tapşırıqlar almışdır. Bundan başqa qeyd edilən dövrdə müəssisələrin yaradılması, onun təsisçisi və s. ilə bağlı konkret normalar olmadığından (hansı ki, “Müəssisələr haqqında” Qanun 01 iyul 1994-cü ildə qəbul edilmişdir) qeyd edilən kiçik müəssisənin yaradılması kolxoz nəzdində olmuş, lakin həmin kiçik müəssisə mərhum Behbud Ələkbərli tərəfindən təsis edilmiş və onun tərəfindən müəssisəyə faktiki rəhbərlik edilmişdir. Bütün bu faktlar, şahid ifadələri təqdim edilən sübutlar ərizəsinin əsaslı və qanuni olmasını sübut edir. Lakin məhkəmə bu kimi vacib əhəmiyyətli hallara düzgün hüquqi qiymət verə bilməmiş, işə tətbiq edilməli maddi hüquq normalarını tətbiq etməmiş, ciddi əsaslandırma etmədən ərizəni rədd etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi. Əlavə etdi ki, məlum olduğu kimi qeyd olunan "xxxx" Kiçik müəssisəsi təsis edilən zaman özəl sahibkarlıq bir o qədər inkişaf etməmişdi. Bununla belə qeyd olunan müəssisə hüquqi şəxsin bütün zəruri atributlarına malikdir. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etdiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbyacan Respublikası Zəngilan rayonu İcra Hakimiyyəti başçısının 10 mart 1992-ci il tarixli, 132 №-ci sərəncamından görünür ki, S.Vurğun adına kolxozun nəzdində yaradılmış "xxxx" Kiçik Müəssisəsinin nizamnaməsi qeydə alınmışdır. Yenə iş materiallarında olan Zəngilan rayon XSC-nin sədri tərəfindən təsdiqlənmiş aktdan görünür ki, (aktı imza edənlər: S.İbarahimov-Zəngilan rayon XDC-nin sədr müavini komissiyasının sədri, D.Həsənova-Rayon icra hakimiyyətinin baş memarı, K.Nuriyev-Aqrokombinatın yer quruluşçusu, M.Qurbanov –Ekoloqiya idarəsinin rəhbəri, İ.İsmayılov-SES-in baş həkimi, T.Qəhrəmanov-yangından mühafizə müfəttişi, S.Kərimov-Rayon icra hakimiyyəti başçısının Gilətağ ərazi üzrə nümayəndəsi, C.Xudiyarov- T,Bunyadov adına kolxoxun idarə heyətinin sədri, B.Ələkbərli «Tək ağac» kiçik müəssəsinin direktoru) mişar daşı və kərpic istehsalı üçün «Tək ağac» kiçik müəssisəsinə sahə ayrılması ilə bağlı T.Bünyadov adına kolxozun ərazisinə baxış keçirilmiş və Dərə Gilətağ kəndinin üst hissəsindəki kənd təsərrüfatına yararsız torpaq sahəsindən 33.6 hektar torpağın həmin məqsəd üçün ayrılması məqsədəmüvafiq hesab edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli, 4/2223№-ci məktubundan aydın olur ki, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan Silahlı Qüvvələri tərəfindən vaxtilə işğal edilməsi və uzun müddət işğal altında qalması səbəbindən sözügedən inzibati ərazi vahidləri (o cümlədən Zəngilan rayonu) çərçivəsində dövlət mühafizəsində olan arxiv sənədləri barədə hər hansı məlumat yoxdur. Yenə mülki işdə olan Azərbaycan Respublikası Maraqlı şəxs Başçısı Aparatının 902 nömrəli, xx.xx.2021-ci l tarxli məktubunda qeyd olunur ki, məlum Qarabağ olayları ilə bağlı Zəngilan rayonu 1993-cü ilin oktyabın 29-ca erməni quldur dəstələri tərəfindən qanunsuz olaraq zəbt olunmuş, torpaqlara olunan təzavüz nəticəsində rayonun mərkəzi arxivi işğal zonasında qalmış, buna görə də "xxxx" kiçik müsəssisəsinə aid təsis sənədlərinin təqdim olunması imkanları xaricindədir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublarından görünür ki, dövlət reyestrində "xxxx" Kiçik Müəssisəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2020-ci ildə ürəyin aterosklerotik xəstəliyindən Bakı şəhərində vəfat etmişdir. Yenə də iş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X3 qanun üzrə vərəsəsi X6r. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(034)-230/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 27 avqust 1949-cu il tarixdə Zəngilan rayonunda anadan olmuş, 10 iyul 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X4 ərizəçinin əridir. Behbud Ələkbərli öldükdən sonra ərizəçi Şükufə Ələkbərli mərhumdan qalan bütün miras əmlakı qəbul etmiş və hazırda mərhum X3 qanun üzrə vərəsəsidir. Hazırkı ərizəsində ərizəçi, "xxxx" Kiçik müəssisəsinin 05 mart 1992-ci il tarixdə X4 tərəfindən təsis edildiyi və Maraqlı şəxs Başçısının 10 mart 1992-ci il tarixli, 132 nömrəli sərəncamı ilə qeydiyyata alınmış nizamnaməsinə malik olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddianı təmin etməmiş, narazı qalan ərizəçi apellyasiya şikayəti vermişdir. İş üzrə birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə ilə razılaşan apellyasiya kollegiyası mübahisə ilə bağlı aşağıdakıları bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yenə həmin Məcəllənin 310.1-ci maddəsinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.. İş materiallarında olan Maraqlı şəxs Başçısının 10 mart 1992-ci il tarixli, 132 nömrəli sərəncamından görünür ki, S.Vurğun adına kolxozun ümumi iclası 05 mart 1992-ci il tarixdə kolxozun nəzdində əhalinin xalq istehlakı mallarına olan tələbatını ödəmək məqsədi ilə "xxxx" Kiçik müəssisəsini yaratmış və müəssisənin nizamnaməsini təsdiq etmişdir. Göründüyü kimi "xxxx" kiçik müəssisəsinin təsisçisi ərizəçinin mərhum həyat yoldaşı X4 olmamışdır. "xxxx" Kiçik müəssisəsi S.Vurğun adına kolxozun nəzdində həmin kolxoz tərəfindən yaradılmışdır. Yalnız müəssisənin rəhbəri, yəni direktoru ərizəçinin mərhum əri X4 təyin edilmişdir. Başqa sözlə, həmin müəssisə mərhum X1 miras qalmış əmlak kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ərizədə qeyd olunan fakt, yəni 05 mart 1992-ci il tarixdə təsis edilən "xxxx" Kiçik müəssisəsinin təsisçisinin X4 olması faktı məhkəmə araşdırması zamanı təstiqini tapmadığından həmin faktın müəyyən edilməsi barədə ərizə təmin edilə bilməz və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, ərizəçi Şükufə Ələkbərli ərizəsinin əsasına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(034)-230/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar