Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-36/2021 18.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram və Rəhimov Elman Gülbaba ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2ağa oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2ağa oğluna qarşı “torpaq sahəsinin zəbtinin qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1576/2015 saylı, 22 iyun 2015-ci il tarixli qətnaməsindən Cavabdeh2ağa oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1576/2015 saylı, 22 iyun 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən 0,52 ha torpaq sahəsinin 0,049 ha hissəsini və Cavabdeh2ağa oğlunun 0,02 ha hissəsini zəbt etmələri qanunsuz hesab edilmiş, hər iki cavabdehin İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,52 ha torpaq sahəsindən çıxarılmaları qət olunmuşdur (hakim Ə.R.Səmədov). Qətnamədən Cavabdeh2ağa oğlunun nümayəndəsi T.T.Hüseynov apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-1576/2015 saylı, 22 iyun 2015-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)- 239/2016 saylı, 04 may 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh2ağa oğlunun apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-1576/2015 saylı, 22 iyun 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh1 və Cavabdeh2ağa oğluna qarşı torpaq sahəsinin zəbt olunmasının qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılma barədə iddiası rədd olunmuşdur. Qətnamə ilə razılaşmayan İddiaçı ondan kassasiya şikayəti vermişdir. AR Ali Məhkəməsinin MK-nın 11 oktyabr 2016-cı il tarixli, 2(102)-4637/16 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)- 239/2016 saylı, 04 may 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)- 62/2018 saylı, 22 iyun 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-1576/2015 saylı, 22 iyun 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh2ağa oğlunun özünə aid olunması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat pulun Cavabdeh2ağa oğlundan tutulub Dövlət büdcəsinə Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN ********** müxbir hesab AZ41NABZ 013601**********3944, SFİFT BİK CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 23 oktyabr 2018-ci il tarixli, 2(102)-6958/18 saylı qərarı ilə cavabdehin kassasiya şikayətinin qismən təmin olunması, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-62/2018 saylı, 22 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv olunması, işin yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil İddiaçı ərizəsini məhkəməyə təqdim edərək göstərdi ki, tərəflər arasında 17.05.2021-ci il tarixdə saziş imzalandığından hazırki iddia tələbindən imtina edilir. İddiadan imtinanın hüquqi nəticələri ona aydındır. Odur ki, iddiadan imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2ağa oğlu ərizə ilə məhkəməyə müraciət edərək göstərdi ki, iddiaçı ilə aralarında razılıq əldə olunub. İddiaçı hazırda iddiadan imtina edir. Odur ki, iddiadan imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyası verilmiş ərizələri, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını nəzərə alaraq, hesab edir ki, iddiaçının iddiadan imtina etmə barədə ərizəsi təmin edilməli, iddiadan imtina qəbul edilməklə Abşeron Rayon Məhkəməsinin 2(012)-1576/2015 saylı, 22 iyun 2015-ci il qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası mülki-prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçının hüquqi varisi iddia tələbindən imtina etdiyi və onun iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1576/2015 saylı, 22 iyun 2015-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 263-264, 267- 268, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı X1 hüquqi varisi X4 nümayəndəsi və vəkili X2 iddiadan imtinası qəbul edilsin. İddiaçı Rəhimova Pərvanə Əsgər qızının iddiadan imtinası qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1576/2015 saylı, 22 iyun 2015-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2ağa oğluna qarşı “torpaq sahəsinin zəbtinin qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı 150 (100+50) manat pul tutulub Dövlət büdcəsinə Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN ********** müxbir hesab AZ41NABZ 013601**********3944, SFİFT BİK CTREAZ22 hesaba köçürülsün. Qərardaddan, rəsmi alındığı vaxtdan hesablanmaqla, 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Elman Rəhimov Zaur Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-36/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-36/2021
18.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver