Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3619/2021 06.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X13 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi: X9 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X5 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və M.H.İbrahimova tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 və cavabdehlərin yetkinlik yaşına çatmayan övladı 04.09.2005-ci il təvəllüdlü X4 Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, 1/42 saylı evin, 4 saylı mənzilinə- yeni qaydalarla Sumqayıt şəhəri, Sverdlov küçəsi 41, M1, m4-ə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X6 qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, M.H.İbrahimova və cavabdehlərin yetkinlik yaşına çatmayan övladı 04.09.2005-ci il təvəllüdlü X4 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, 1/42 saylı evin, 4 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, 1/42 saylı evin, 4 saylı mənzili xüsusi mülkiyyət hüquqi ilə ona məxsusdur. Cavabdehlər keçmiş ev sahibinin ailə üzvləridir. Onlar ona məxsus mənzildə qeydiyyatda olsalar da, bu günə kimi ona məxsus mənzildən qeydiyyatdan çıxmamışlar. Qeyd edir ki, cavabdehlərin yetkinlik yaşına çatmayan övladı 04.09.2005-ci il təvəllüdlü X10 da ona məxsus mənzildə qeydiyyatdadır. Cavabdehlərin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır, bu isə, öz növbəsində onun mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər M.H.İbrahimova, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə maddi hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Mübahisəli mənzilin sahibi anası Cavabdeh1 olmuşdur. Sonra mənzil qardaşı X8 bağışlamışdır. N.Quliyevin maddi problemləri oldugu üçün borc sahibi olan X11 N.Quliyevi mənzilə dair alqı-satqı müqaviləsi bağlatmağa məcbur etmişdir. Qardaşları onun razılığı olmadan mənzilə dair S.Bağışova ilə müqavilə bağlayıb, bu zaman onların razılıqları olmayıb və ev sonuncunun mülkiyyətinə keçmişdir. Bundan istifadə edən S.Bağışova məhkəməyə iddia ərizəsi verərək onları mənzildən qeydiyyatdan çıxarılmaqlarını xahiş edib və Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən onların mənzilə olan istifadə hüquqlarını itirilmiş hesab etmişlər. Bu qətnamədən apellyasiya şikayəti vermişlər və Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyun 2018-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə onların mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddiası rədd edilmiş və bununla da mənzilə olan hüquqları yenidən bərpa edilmişdir. Qardaşları N.Quliyev S.Bağışovaya borcunu qaytarmaq üçün sələmə pul götürmüş, borc tələb edən zaman, Nurəddinin xahişi işə S.Bağışova sələm sahibinin arvadı İddiaçı ilə onların razılığı olmadan alqı-satqı etmişdir. İddiaçı yenidən onları mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia qaldırmışdır. Onlar ev satıldıqda razılıq verməmişlər. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə olan 18 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçı və nümayəndəsi E.E.Quliyev apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadılar, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə cavabdehlər M.H.İbrahimova, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olduğu mənzildən könüllü şəkildə hüquqlarının itirilməməsinə razı olmadığına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 və qeyrisinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ona görə məhkəmə kollegiyası hazırkı mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normalarının birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilməsini düzgün hesab edir. Belə ki, iş materiallarında olan 18.11.2017-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, S.H.Bağışova Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, 1/42 saylı evin, 4 saylı mənzilini İddiaçı satmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, 1/42 saylı evin, 4 saylı mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan ******* nömrəli, 07.07.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, M.H.İbrahimova və cavabdehlərin yetkinlik yaşına çatmayan övladı 04.09.2005-ci il təvəllüdlü X10 Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, 1/42 saylı evin, 4 saylı mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2858/2018 nömrəli, 23.10.2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş X7 Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, 1/42 saylı evin, 4 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilmiş, N.H.Quliyev, Cavabdeh1, M.M.Əmrahova Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, 1/42 saylı evin, 4 saylı mənzilindən çıxarılmış və qarşılıqlı iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 12.06.2019-cu il tarixli, 2(105)-1318/2019 nömrəli qətnaməsi ilə qarşılıqlı iddia üzrə iddiaçılar Z.B.Hümbətovanın, M.M.Əmrahovanın, Cavabdeh2 və S.Ə.İbrahimovun apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2858/2018 nömrəli, 23.10.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddia qismən təmin edilərək, ilk iddia üzrə cavabdeh N.H.Quliyevin Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, 1/42 saylı evin, 4 saylı mənzilindən- yeni qaydalarla Sumqayıt şəhəri, Sverdlov küçəsi 41, M1, m4-dən istifadə hüququ itirilmiş hesab edilmişdir. İlkin iddia qalan hissədə və qarşılıqlı iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.12.2019-cu il tarixli, 2(102)- 7985/2019 nömrəli qərarı ilə ilkin iddia üzrə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, ilkin iddia üzrə cavabdeh N.H.Quliyevin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 12.06.2019-cu il tarixli, 2(105)-1213/2020 nömrəli qətnaməsi ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1318/2019 nömrəli, 06.03.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti mənzildən çıxarılmaya dair hissədə təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2858/2018 nömrəli, 23.10.2018-ci il tarixli qətnaməsi N.H.Quliyev, Cavabdeh1, M.M.Əmrahovanın Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, 1/42 saylı evin, 4 saylı mənzilindən çıxarılması hissəsində qarşılıqlı iddia üzrə iddiaçılar Z.B.Hümbətovanın, M.M.Əmrahovanın, M.H.İbrahimovanın, Cavabdeh2 və S.Ə.İbrahimov tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3924/2020 saylı, 19.08.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 06.03.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, İddiaçı Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, 1/42 saylı evin, 4 saylı mənzilini rəsmi alqı-satqı müqaviləsi əsasında əldə etmiş, buna baxmayaraq, cavabdehlər həmin mənzildə rəsmi olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Məhkəmə kollegiyası cavabdehlərin ev alqı-satqı zamanı onların razılıgın almaması barədə gətirdiyi dəlilə qiymət verərək, hesab edir ki, həmin dəlil qəbul edilə bilməz. Belə ki, həmin alqı-satqı müqaviləsi məhkəmə qətnamələri ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 18 avqust 2021-ci il tarixli 2(060)-5613/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3619/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3619/2021
06.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver