Məhkəmə qərarları › İş №2(105)-362/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-362/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-362/2020 23.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və X1 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh, Ağayev Adgözəl Mövlud oğluna və X5 qarşı kredit müqaviləsi üzrə borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması, ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair mülki iş üzrə Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(067)-95/2018 saylı qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddianın qismən təmin edilməsi, Cavabdeh, Tağıyev Adgözəl Mövlud oğlundan və X2 müştərək qaydada 25091,10 ABŞ dolları məbləğində kredit borcu, 6925,14 ABŞ dolları faiz borcu və 20 ABŞ dolları məbləğində cərimə borcu tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqı müştərək qaydada alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, ipoteka qoyulmuş X5 məxsus Xaçmaz şəhəri, Mehmandarov küçəsində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 52 nömrəli fərdi yaşayış evi açıq hərrac yolu ilə satılması və satışdan əldə edilən vəsait hesabına 25091,10 ABŞ dolları məbləğində əsas kredit borcu, 6925,14 ABŞ dolları faiz borcu və 20 ABŞ dolları məbləğində cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin evdə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqının qaytarılmasının təmin edilməsi, ipoteka predmetinin ilkin qiyməti 62.000 manat məbləğində qiymətləndirilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh, Tağıyev Adgözəl Mövlud oğlundan və X2 müştərək qaydada tutulması, iddianın qalan hissəsinin təmin edilməsi, ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pul Cavabdeh, Tağıyev Adgözəl Mövlud oğlundan və X2 alınaraq xidmət göstərən: «X11» MMC, VÖEN **********, hesab AZN AZ30GUNA********************, Bank: GÜNAY BANK ASC VOEN “00028531, Müxbir hesab AZ25NABZ********************, KOD: 505594, SWİFT: İ-UNAAZ22 hesabına keçirilməsi, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Cavabdeh, Tağıyev Adgözəl Mövlud oğlundan və X2 alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab aZ41NABZ01 **********00003944, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir. İddiaçı QSC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh, Tağıyev Adgözəl Mövlud oğlu və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, Tağıyev Adgözəl Mövlud oğlu və X2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 11R000008057 saylı kredit razılaşması üzrə 25388,13 ABŞ dolları məbləğində əsas kredit borju, 7135,44 ABŞ dolları məbləğində faiz borcu və 10504,38 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 43028,95 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, tələbin X5 məxsus Xaçmaz şəhəri, Mehmandarov küçəsində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 52 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və yaşayış evinin açıq hərracdan satılması və cəmi 43028,95 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının hərrac vasitəsilə satışdan əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh, Tağıyev Adgözəl Mövlud oğlu və X2 müştərək qaydada tutulması, Xaçmaz şəhəri, Mehmandarov küçəsində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 52 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X3 həmin evə istifadə hüququnun itirilməsi, evdən çıxarılması, həmin fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2012-c il tarixli, 11L000000877 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 11R000008057 saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdehə 30000 ABŞ dolları manat məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 11R000008057S saylı və xx.xx.2015-ci il tarixli, 11R000008057SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan X6 ilə bank arasında bağlanmış, Xaçmaz rayon 1 saylı Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli, 11M000000138 saylı ipoteka müqaviləsi əsasında cavabdeh Pərvanə Ağayevaya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Xaçmaz şəhəri, Mehmandarov küçəsində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 52 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan ipoteka müqaviləsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən 12 nömrəli reyestr kitabının 153 nömrəli vərəqində qeydiyyata alınmış və MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Xaçmaz şəhəri, Mehmandarov küçəsində 0,04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 52 nömrəli fərdi yaşayış evinin Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Həmçinin kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdehlər Tağıyev Adgözəl Mövlud oğlu və X6 zaminlik müqavilələrinə imza etməklə bank qarşısında öz üzərlərinə yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh ilə birgə məsuliyyət daşımaları və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməli olmaları barədə öhdəlik götürmüşlər. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxxxx 2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 4611,87 ABŞ dolları ödəmiş, onun 25388,13 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz, qaytarmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2017-ci il tarixə 407 gün üçün hesablanmış faiz borcu 7135,44 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilmiş gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx xxxxxx 2017-ci il tarixə 407 gün hesablanmış cərimə 10504,38 ABŞ dolları təşkil edir. Kredit müqaviləsindən irəli gələn öhdəliklər icra olunmadığından ipoteka saxlayan İddiaçı» QSC tərəfindən cavabdeh- ipoteka verən X5 «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq xx xxxxx 2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, xx xxxxx 2017-ci il tarixdə bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx xxx 2017-ci il tarixdə bildiriş qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqı ödəmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı QSC Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qətnamə cərimə məbləğinin qismən təmin edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində əsassızdır. Bu hissədə məhkəmə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamış, aydınlaşdırılmış hallara isə düzgün qiymət verilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə kollegiyasının icrasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehlərin müqavilə üzrə öhdəliyi lazımınca icra etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayətində qətnaməni ipoteka predmetinin ilkin satış qiyməti və borc tələbinin cərimə hissəsində mübahisələndirərək, dəyişdirilməsini və bu hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirilmə aparılmaqla hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinə yönədilmə edilsə də, ipoteka predmetinin ilkin satış qiyməti barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə iddiaçı tərəfindən mübahisələndirilmişdir. Qeyd etmək lazımdır ki, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ilkin satış qiyməti 2 qaydada müəyyənləşdirilə bilər: 1) razılaşma əsasında; 2) qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. İpoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini müəyyənləşdirməyiblər, onlar ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. “Qiymət” anlayışı ilə “ilkin satış qiyməti” anlayışı eyniləşdirilməli deyil, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. O cümlədən nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Bu səbəbdən ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə tərəflərin ədalətli məhkəmə araşdırılmasının təmin edilməsindən ötrü mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizası nəticəsində müstəqil qiymətləndirici (X7 ƏEM/İ 26-265/20 saylı xx xxxx 2020-ci il tarixli ekspert rəyi) ipoteka predmetinin ilkin satış qiyməti barədə rəy vermiş, Xaçmaz şəhəri, Mehmandarov küçəsində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 52 nömrəli fərdi yaşayış evinin bazar dəyərinin 63.000 manat olmasını müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Bu mənada məhkəmə kollegiyası ipoteka predmetinin likvid qiymətinin müəyyən edilməsi məqsədilə tərəflərin ədalətli məhkəmə araşdırılmasının təmin edilməsindən ötrü mülki iş üzrə yenidən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Müstəqil qiymətləndirici “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin A-04/359 saylı xx xxxxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən X5 məxsus Xaçmaz şəhəri, Mehmandarov küçəsində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 52 nömrəli fərdi yaşayış evinin orta bazar qiyməti 55000 manat və likvid dəyərinin 52.000 manat olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan X5 məxsus Xaçmaz şəhəri, Mehmandarov küçəsində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 52 nömrəli fərdi yaşayış evinin likvid dəyərinin 52.000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cərimə məbləğinin tam həcmdə tutulması hissəsinə gəldikdə isə aşağıdakıları qeyd edir. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 10504,38 ABŞ dolları məbləğində cərimə məbləğinin cavabdehlərdən tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi isə cərimə məbləğinin azaldaraq cavabdehlərdən 20 ABŞ dollarının tutulması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1. maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icraının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə öhdəliyi icra edə bilməyən cavabdeh tərəfin maddi vəziyyətinə ağırlaşdırmasını, əsas borcu və ona hesablanmış faizi əldə edə bilməyən iddiaçının məhkəmə qaydasında hüquqları bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehlərin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili əsassız hesab edilməklə birinci instansiya məhkəməsi tərəfindən cərimə pulu məbləği barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ipoteka predmeti olan X5 məxsus Xaçmaz şəhəri, Mehmandarov küçəsində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 52 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bundan əlavə məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab etdiyindən hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat cavabdehlərdən müştərək qaydada alınaraq X7 hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İddiaçı QSC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Xaçmaz şəhəri, Mehmandarov küçəsində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 52 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 52000 (əlli iki min) manat müəyyən edilsin. Cavabdehlər Cavabdeh Mirsəfər oğlu, Tağıyev Adgözəl Mövlud oğlu və X2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat alınaraq X7 hesabına köçürülsün. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar