Məhkəmə qərarları › İş №2(105)-3630/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3630/2021

30.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3630/2021 30.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, Cavabdeh2 vəkili X18, nümayəndəsi və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13 cəlb edilməklə) evə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(012)-3860/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(012)-3860/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı X6 azyaşlı övladı 05 yanvar 2018-ci il təvəllüdlü X17 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı ünvan 1 ünvanında yerləşən özbaşına tikiliyə köçürülməsi qət edilmişdir.(hakim C.Səfiyeva). Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayət verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşağı, 05 yanvar 2018-ci il tarixdə anadan olmuş X17 ilə birlikdə Cavabdeh1 yaşadığı ünvan 1 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdeh qismində mülki işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 30 mart 2017-ci il tarixdə nikah akt qeydi rəsmiləşdirilməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 05 yanvar 2018-ci il tarixdə X17 adlı uşaqları anadan olmuşdur. 30 mart 2017-ci il tarixində iddiaçı Cavabdeh1la ailə quran vaxtdan onun yaşadığı ünvan 1 ünvanında yerləşən evinə gəlin köçmüş və Cavabdeh1 ilə birlikdə orada yaşamışdır. Evləndikdən sonra ilk illər münasibətləri normal olsa da, zaman ötdükcə aralarında tez-tez anlaşılmazlıq və sözsöhbətlər baş vermişdir. Bu da münasibətlərinin daha da ağır vəziyyətə düşməsinə və kəskinləşməsinə səbəb olmuşdur. Cavabdeh1 2018-ci ilin noyabr ayında iddiaçını və yanına gələn iddiaçının anasını evdən qovmuşdur. Bu səbəbdən də iddiaçı ünvan 2 ünvanında yerləşən atasının kirayədə qaldığı evə qayıtmışdır. İddiaçının və azyaşlı uşağının hüquqları kobudcasına pozulur. Bu səbəbdən də iddiaçı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı qeyd olunan ünvanda uzun müddət yaşamış, iddiaçıya məxsus cehiz və digər əşyalar da hazırda ordadır. Lakin, bu günə kimi cavabdeh iddiaçını həmin yaşayış sahəsindən istifadə hüququ ola-ola, həmin evə girişini əngəlləyirlər. Mübahisəli evin özbaşına tikili statusuna malik olmasına baxmayaraq, iddiaçı həmin evə gəlin köçərək uzun müddət orada yaşamış, Cavabdeh1la birgə təsərrüfat aparmış, ən əsası azyaşlı uşağın göstərilən ünvanda qeydiyyatda olmasının və yaşamasının, Cavabdeh1 ata kimi övladının üzərində hüquq və vəzifələrə malik olması nəzərə alınaraq iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da insan hüquq və azadlıqdarına, uşaqların hüquqlarına həddindən artıq əhəmiyyət verirlər. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və Cavabdeh1 tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Tərəflər mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşamış iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi qanun qarşısında bərabərlik prinsipinin pozulmasına, Cavabdeh1 münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan halda iddiaçının da Cavabdeh1la bərabər həmin evdə yaşaması təmin edilərək həmin evə köçürülməsi qanuni və ədalətlidir. Ona görə də iddiaçı Cavabdeh1 yaşadığı ünvan 1 ünvanında yerləşən evə köçürülməlidir. Yaşadıqları evin heç bir rəsmi sənədi olmamışdır. İddiaçı və Cavabdeh1 eyni hüquqla həmin evdə yaşamışlar. Lakin, Abşeron rayon Masazır kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda bildirilir ki, iddiaçının da yaşadığı evin sənədləri qaynanası Cavabdeh2 adınadır. Hansı sənədlə yaşadıqları evin iddiaçının qaynanası Cavabdeh2 adına olması arayışdan məlum olmur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və işdə olan sübutlara doğru qiymət verməmiş, düzgün maddi hüquq normalarına istinad etməmiş və bununla da əsassız qətnamə qəbul etmişdir. Onun mülkiyyətində olan, 0.03 ha torpaq sahəsi üzərindəki fərdi yaşayış evi Masazır kəndi Aşıq Alı, küçəsi ev 49 ünvanında yerləşir. Hazırda 0.03 ha torpaq sahəsi üzərində tikilmiş 199 m2 sahəsi olan fərdi yaşayış evi dövlət reysteri xidmətində qeydiyyatdan keçib, onun mülkiyyətindədir.Məhkəmə gedişi dövrü evin qeydiyyat sənədləri 4 saylı ərazi idarəsinin icraatında olmuş, məhkəməyə bu barədə məlumat versə də nəzərə alınmamışdır. Məhkəmə Mülki Məcəllənin 180.1-ci maddəsinə istinad edib, öz maraq dairəsinə uyğun qanunsuz qərar çıxarmış, bu da onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Eyni zamanda evə köçürülmə ilə bağlı iddia həll edilərkən 3 hal da düzgün aydınlaşdırmamış, çünki iddiaçı yaşadığı yerdən məhrum edilməmiş, 2018ci ilin noyabr ayında kirayə mənzilə köçmüş, 1 ay sonra isə atası evinə getmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətində olması barədə qeydiyyat vəsiqəsinin, evin sənədlərinin reyestr xidmətinin icraatında olması barədə arayış təqdim etsə də məhkəmə maddi hüquq normalarını pozaraq, qanunsuz qərar qəbul etmişdir. Hazırda iddiaçının köçürüləcəyi fərdi yaşayış evi mülkiyyətindədir. Mülkiyyət hüququsubyektin ona mənsub əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Ona görə də Abşeron Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(012) 3860/2021 saylı qətnaməsi ləğv edilməlidir. Apelyasiya baxışı zamanı Cavabdeh2 vəkili X18, nümayəndəsi və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verib, şikayətin təmin edilməsini xahiş etdilər. Sərdar Məmmədov əlavə etdi ki, iddiaçı bir müddət onlarla yaşadıqdan sonra əri ilə birlikdə kirayə mənzil tutub orada yaşamağa başlamışar. Onların ailə münasibətləri həmin vaxt pozulub. İddiaçı burnunda kosmetik əməliyyat etdirmək istədiyi üçün əri ilə aralarında narazılıq yaranıb. İddiaçı özü yaşadığı ünvanı tərk edərək atası evinə getmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddiası ilə eyni məzmunlu izahat verib şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. Əlavə etdi ki, o, kirayədə yaşadığı mənzili özbaşına tərk etməyib, əri onu döyərək evdən qovub. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən 0.03 ha torpaq sahəsi 30.10.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Yenə işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən dövlət torpaq kadastrı kitabında 30 oktyabr 2019-cu il tarixdə 19874 nömrə ilə uçota alınmış A seriyalı 438821 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Abşeron rayonu Masazır Bələdiyyəsinin 29.12.2006-cı il tarixli, 05 nömrəli qərarı ilə Abşeron rayonu, Masazır kəndi ərazisində yaşayış məntəqələri torpaqlarına aid 0.03 ha torpaq sahəsi Cavabdeh2 satılmış və onun adına planı və ölçüsü tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və 0.03 ha torpaq sahəsi 10.09.2021-ci il tarixdə 16210 26443 qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Mülki işin materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 25 noyabr 2020-ci il tarixli 2(008)-2304/2020 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 X8 qarşı nikahın pozulması tələbinə dair ilk iddia ərizəsi təmin edilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X9 Cavabdeh1 qarşı uşağın himayəyə verilməsi və aliment tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh1 ilə X14 arasında 30.03.2017-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozularkən 05.01.2018-ci il tarixdə anadan olmuş X10 anası X6 yanında saxlanılması, X10 18 yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat, uşaq 3 yaşına çatanadək hər ay 50 manat məbləğində, ümumilikdə hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh1 tutularaq X8 ödənilməsi, aliment tutulmasının 11 avqust 2020-ci il tarixdən hesablanması, ilk iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Yenə işə əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(008)-4080/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 iddiası əsasında İddiaçı məxsus əmlakın iddiaçıya məxsus evdən çıxarılması qət edilmişdir. Mülki işin materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10 dekabr 2020-ci il tarixli 458 nömrəli məktubdan görünür ki, Cavabdeh1 və atası X15 haqqında Abşeron RİHB-nın Masazır kənd İƏD-si üzrə nümayəndəliyində dəqiq məlumatlar qeydə alınmadığından, nümayəndə heyəti yerində baxış keçirərək müəyyən etmişdir ki, yuxarıda adları çəkilən vətəndaşlar ünvan 1 ünvanında qeydiyyatsız yaşayırlar, bildirdiklərinə görə həmin evin sənədləri vətəndaş Cavabdeh2 adınadır və onlarla birlikdə həmin ünvanda 2017-ci ilin mart ayından 2018-ci ilin oktyabr ayınadək X14 adlı şəxs gəlin qismində yaşamış, müəyyən səbəblərdən evi tərk edərək getmişdir. İşdə olan Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısının cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 03.12.2018-ci il tarixli qərarından məlum olur ki, İddiaçı əri Cavabdeh1 tərəfindən döyülməsi barədə ərizəsi əsasında araşdırma aparılmış və cinayət işinin başlanılması rədd edilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(012)-3860/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia ərizəsi təmin olunmamalıdır. Məhkəmə iddianı təmin edərkən ilk növbədə Mülki Məcəllənin 180.1 və 180.2-ci maddələrinə istinad edərək ona əsaslanmışdır ki, iddiaçının köçmək istədiyi ev özbaşına tiklidir. İddiaçı fərdi yaşayış evinə gəlin köçərkən həmin yaşayış sahəsi bu və ya digər formada iddiaçının, habelə onun ailə üzvlərinin adına dövlət qeydiyyatından keçməmiş, bununla da, tərəflərin mübahisəli ünvandan bərabər surətdə istifadə hüquqları mövcud olmuşdur. Bu nəticəyə gələrkən məhkəmə tərəflər arasındakı hüquq münasibətlərinin 01 oktyabr 2009-cu il tarixdən əvvəl yarandığından hazırkı mübahisəyə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin normalarını tətbiq etmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə aşağıda qeyd edilən əsaslara görə razılaşmaq olmaz. İş materiallarından görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə mübahisəli yaşayış evinin altında yerləşən 0,06 ha torpaq sahəsi X4 və onun ailə üzvləri X3, eləcə də, iddiaçı və üçüncü şəxslərin mülkiyyətinə verilmişdir. Mübahisəli yaşayış evi isə Gövhər Hüseynovanın 21 noyabr 1972-ci il tarixdə ölmüş əri Həmdulla Hüseynova məxsus olmuş, miras onun tərəfindən faktiki qəbul edilsə də, öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən 06 aprel 2010-cu il tarixdə ölmüşdür. Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən ümumi sahəsi 137,4 kv.metr olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evindəki payına, eləcə də, sonuncunun və mərhum Gövhər Hüseynovanın 0,06 ha torpaq sahəsindəki paylarına münasibətdə Babək Hüseynovun vərəsəlik hüququ təsbit edilmiş, habelə bu torpaq sahəsi 1/5 hissədə Aysel Hüseynovanın (Əkbərovanın), Bədirxanım Hüseynovanın, Həmdulla Hüseynovun, 2/5 hissədə isə üzərindəki ümumi sahəsi 137,4 kv.metr olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə münasibətdə tam mülkiyyət hüququ olmaqla, 17 yanvar 2012ci il tarixdə Babək Hüseynovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra, 23 avqust 2018-ci il tarixdə Babək Hüseynovun ölməsi ilə Bədirxanım Hüseynovanın, Aysel Əkbərovanın və Həmdulla Hüseynovun mərhumdan miras qalmış əmlaka, o cümlədən Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən ümumi sahəsi 137,4 kv.m olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə və ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin mərhuma məxsus 2/5 hissəsinə vərəsəlik hüquqları təsbit edilmiş, habelə Aysel Əkbərova və Həmdulla Hüseynov öz paylarını anaları Bədirxanım Hüseynovaya bağışlamış, bununla da, 19 sentyabr 2019-cu il tarixdə miras əmlak üzərində vərəsələrin hüquqları qeydə alınmışdır. Buna qədər, yəni mübahisəli fərdi yaşayış evi 17 yanvar 2012-ci il tarixdə əvvəlcə iddiaçı Bədirxanım Hüseynovanın mərhum əri Babək Hüseynovun adına qeydə alınana kimi sonuncuların oğlu Həmdulla Hüseynov 20 may 2009-cu il tarixdə cavabdeh Aygül Nəzərova ilə nikahlarını rəsmiləşdirməklə evlənmiş, 12 iyun 2009-cu il tarixdə isə keçirilmiş toy mərasimindən sonra sonuncu mübahisəli evə gəlin köçərək cehiz əşyalarını orada yerləşdirmişdir. Bundan sonra, tərəflər uzun müddət mübahisəli evdə yaşamış, lakin Siyəzən Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə X16 Nəzərova arasında nikah pozulduqdan sonra sonuncu ilə iddiaçı tərəf arasında mübahisə yaranmışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl qeyd edilməlidir ki, Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən 19 saylı fərdi yaşayış evi statusuna görə xüsusi mülkiyyətdə olan evdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında müəyyən edilmişdir ki, 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Eyni mövqe «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarında da əks etdirilmişdir. Həmin qərara görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşdən görünür ki, mübahisə tərəfləri arasında hüquq münasibətləri 12 iyun 2009-cu il tarixdə (cavabdeh A.Nəzərova mübahisəli evə gəlin gələrkən) yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında olan hazırkı mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsilə tənzimlənməlidir. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarında müəyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. İşin faktiki hallarından görünür ki, cavabdeh A.Nəzərova mübahisəli evə gəlin gələrkən (12 iyun 2009-cu il) mübahisəli ev mərhum Həmdulla Hüseynovun mirası kimi onun vərəsələri olan arvadı Gövhər Hüseynova və oğlu Babək Hüseynov tərəfindən faktiki qəbul edilmişdir, başqa sözlə, bu miras əmlak qəbul edildiyi andan onların mülkiyyətində olmuşdur. Bu halı Siyəzən rayon Dövlət Notariat Kontoru tərəfindən 07 dekabr 2011-ci il tarixdə reyestrdə 2V-173 və 2V-174 nömrələrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr təsdiq edir. A.Nəzərovanın isə mübahisəli evdən istifadə hüququnun əmələ gəlməsi üçün nə Gövhər Hüseynova ilə, nə də Babək Hüseynovla, ondan sonra isə hazırki iddiaçı ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşması yoxdur. Ümumiyyətlə, cavabdehin ailə üzvü kimi mübahisəli evə yaşamaq üçün gəldikdən sonra həmin evə istifadə hüququnun tanınması ilə bağlı hər hansı hərəkətinin olması barədə iş materiallarında sübut yoxdur. İşin tədqiq olunan faktiki hallarından görünür ki, A.Nəzərova qanunvericiliklə müəyyən edilmiş mənzildən istifadə hüququnun gerçəkləşdirlməsi ilə bağlı hazırki vaxtadək heç bir cəhd etməmişdir. Mübahisəli evə qeydiyyata alınması üçün A.Nəzərovanın evin hazırkı mülkiyyətçisi B.Hüseynovaya müraciət etməsini yuxarıda qeyd edilən yazılı razılaşma kimi qəbul etmək olmaz. Belə ki, yaşayış sahəsinə qeydiyyata düşmə ilə yaşayış sahəsindən istifadə hüququnun yaranması tamamilə başqa institutlardır və fərqli normalarla tənzimlənir. Bu hallara məcmu halda qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, A.Nəzərovanın mübahisəli yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanunsuzdur. İş materiallarından görünür ki, Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən ümumi sahəsi 137,4 kv.metr olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinin hazırkı mülkiyyətçisi B.G.Hüseynovadır və onun mülkiyyət hüququ dövlət reyestrində qeydə alınarkən həmin evə dair cavabdehin rəsmi reyestrdə qeydə alınmış heç bir hüququ olmamış, başqa sözlə ev onun mülkiyyətinə digər şəxslərin hüquqları ilə yüklənməmiş şəkildə keçmişdir. Hazırda o, məhkəməyə müraciət edərək, cavabdehə məxsus cehiz əşyalarının, o cümlədən qonaq otağında qalmış qorkanın, kamodun, yataq otağındakı taxtın və yataq ləvazimatlarının, habelə yorğan-döşəyin bu evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. AR Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Yenə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. İşin tədqiq olunan hallarından göründüyü kimi iddiaçı özünə məxsus əmlaka maneəsiz sahiblik edə bilmədiyi kimi, ondan sərbəst istifadə də edə bilmir. Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçıya məxsus əmlakdan istifadə edir. Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İstinad olunan maddi hüquq normalarından da göründüyü kimi mülkiyyət hüququ hər bir mülkiyyətçiyə münasibətdə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Cavabdehə məxsus əmlakların mübahisəli evdə qalması isə həmin evin mülkiyyətçisi olan B.G.Hüseynovanın hüquqlarının pozulması mənasına gəlir və buna görə də onun iddiası təmin edilməlidir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, cavabdehin özünün də izahatında bildirdiyi kimi o, artıq yaşayış yerini dəyişib, yaşamaq üçün Bakı şəhərinə köçmüş, daimi iş yeri var, azyaşlı oğlu da Bakı şəhərində yerləşən məktəbdə təhsilini davam etdirir. Başqa sözlə, digər səbəblərlə yanaşı, cavabdehə məxsus əşyaların iddiaçının evində qalmasına zərurət qalmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda cavabdehin mübahisəli evdə 2009-cu ildən yaşaması faktından, yəni hüquqdan sui-istifadə etməsi qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bu hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və hazırkı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(059)-70/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddiaçı tərəfindən iddia ərizəsi və apelyasiya şikayətinin verilməsi ödənilmiş dövlət rüsumları cavabdehdən alınaraq ona verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(059)-70/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin olunsun. Cavabdeh X12 məxsus cehiz əşyaları, o cümlədən qonaq otağında qalmış qorka, kamod, yataq otağındakı taxt və yataq ləvazimatları, habelə yorğan-döşək iddiaçı X1 məxsus Siyəzən şəhərinin B.Dəmirov küçəsindəki 19 saylı fərdi yaşayış evindən çıxarılsın. İddiaçı X2 tərəfindən iddia ərizəsi və apelyasiya şikayətinin verilməsi ödənilmiş cəmi 20,80 manat dövlət rüsumu cavabdeh X7 alınaraq ona verilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar