Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3660/2021 01.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı əmək stajının mövcud olması faktının müəyyən olunması tələbinə dair iş üzrə Zəngilan Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Zəngilan Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qərardadı ilə (hakim G.K.İmanova) Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “əmək stajının (sosial sığorta stajının) mövcud olması faktının müəyyən olunması” tələbinə dair ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İŞİN H A L L A R İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “əmək stajının (sosial sığorta stajının) mövcud olması faktının müəyyən olunması” tələbinə dair ərizə ilə Zəngilan rayon məhkəməsinə müraciət edərək, onun 17.02.1977-ci il tarixdən 27.05.1996-cı il tarixədək Azərbaycan Dəmir yolu və 9 saylı X2 yol mantyoru işləməsinin müəyyən etməklə əmək münasibətlərində olma faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsasladırmışdır ki, o, 05.06.1965-ci il tarixdə Zəngilan rayonunun Alıbəyli kəndində anadan olmuşdur. O, 17.02.1977-ci il tarixdən 27.05.1996-ci il tarixədək Azərbaycan Dövlət Dəmir yolu 9 saylı X2 yol mantyoru işləmişdir. Onun bu barədə əmək kitabçası olsa da, arxiv çıxmadığı üçün ona bu barədə imtina etmişlər və faktın təsdiq olunmasını bildirmişlər. O, bu barədə İnzibati məhkəməyə də müraciət etsə də, ona orada bildirmişlər ki, faktın təsdiq olunması üçün Zəngilan Məhkəməsinə müraciət etməlidir. Gələcəkdə pensiyaya çıxmaq üçün stajının bərpa olunmasını istəyir. O, orada işləyərkən onunla bir çox insanlar işləmişdir. Ona görə onunla işləyənlər onun 17.02.1977ci il tarixdən 27.05.1996-cbi il tarixədək Azərbaycan Dövlət Dəmir yolu 9 saylı X2 yol mantyoru işləməsini şahid qismində də təsdiq edə bilərlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Ərizəçi verdiyi şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə onunla pensiya təyin edən təşkilat arasında hüquqla bağlı mübahisə olmasını əsas gətirərək ərizəni baxılmamış saxlamışdır. O, pensiyaya çıxmaq üçün stajının bərpa olunmasını istəyir. Ərizəçi və maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Məhkəmə mülki işin materiallarını nəzərdən keçirəndə müəyyən olmuşdur ki, ərizəçi tərəfindən təqdim olunmuş əmək kitabçasının sürətindən və Azərbaycan Dövlət Dəmir Yolu 9 saylı X3 NK№84 saylı 10.10.2018-ci il tarixli güzəştli arayışından göründüyü kimi, Ərizəçi 217.02.1977-ci ildən 27.05.1996-cı ilədək Azərbaycan Dövlət Dəmir Yolu 9 saylı X2 yol montyoru peşəsində işləmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ümumi məhkəmələr tərəfindən baxılan işlərin məhkəmə aidiyyatı məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 25-ci maddəsi ilə tənzimlənir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10cu maddəsinə istinad edərək məsələnin hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə ərizə baxılmamış saxlanılması barədə qərara gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmənin istinad etdiyi normanın təsiri altına düşməsi məhkəmə araşdırma prosesindən sonra aydınlıq gətirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Ərizəçi şikayəti təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin iş üzrə 05 avqust 2021-ci il tarixli 2(034)-491/2021 saylı qərardadı ləğv edilsin. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı əmək stajının mövcud olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3660/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3660/2021
01.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver