Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-368/2023 17.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, e-2(060)-4484/2022 nömrəli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, e-2(060)-4484/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim A.Behbduova) Həmin qətnamədən İddiaçı İB apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, e-2(060)-4484/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı İB Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixli, 1394 saylı“ Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus mənzilini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Sumqayıt QİS-i tərəfindən **********00620 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 İTRON DİAFRAQMA markalı, 1602AZ **********40 nömrəli qaz sayğacı quraşdırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərini pozaraq, təbii qazı talamışdır. Belə ki, Sumqayıt şəhəri, Tağıyev qəs., Hacıbəyov küç., 1 nömrəli evin, 62 saylı mənzilinə iddiaçının əməkdaşları tərəfindən baxış keçirilmiş və mənzil sahibi tərəfindən təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Birliyin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda yerində ******* saylı xx.xx.2019-cu il, ******* saylı xx.xx.2020-ci il, ******* saylı xx.xx.2020-ci il, ******* saylı xx.xx.2021-ci il, ******* saylı xx.xx.2021-ci il, ******* saylı xx.xx.2021-ci il, ******* saylı xx.xx.2021-ci il, ******* saylı xx.xx.2021-ci il, ******* saylı xx.xx.2022-ci il, ******* saylı xx.xx.2022-ci il, ******* saylı xx.xx.2022-ci il, ******* saylı xx.xx.2020-ci il, ******* saylı xx.xx.2022-ci il və ******* saylı xx.xx.2022-ci il tarixli aktlar tərtib edilmiş və aktlarda qeyd olunan nöqsan “sayğacdan kənar xətt aşkarlandı” qeyd olunmuşdur. Abonentin mənzilinə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısı tutularaq akt tərtib edilmişdir. Dövlətə vurduğu ziyan müəyyən edilmiş və xx.xx.2019-cu il tarixli aktla qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi 140.4 manat, xx.xx.2020-ci il tarixli aktla qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 08 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 12 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi 195.84 manat, xx.xx.2020-ci il tarixli aktla qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 08 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 38 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 38 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi 145.92 manat, xx.xx.2021-ci il tarixli aktla qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 08m /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 35 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 35 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi 134.4 manat, xx.xx.2021-ci il tarixli aktla qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 08 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi 115.2 manat, xx.xx.2021-ci il tarixli aktla qaz işlədicilərindən PQ3ün maksimal saatlıq qaz sərfi 08 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 35 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 35 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi 134.4 manat, xx.xx.2021-ci il tarixli aktla qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 08 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi 230.4 manat, xx.xx.2021-ci il tarixli aktla qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 08 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 32 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 32 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi 122.8 manat, xx.xx.2022-ci il tarixli aktla qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 08 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi 115.2 manat və xx.xx.2022-ci il tarixli aktla qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 08 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 33 gün, İran sobası maksimal saatlıq qaz sərfi 0.8 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 33 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi 126.7 manat, xx.xx.2022-ci il tarixli aktla qaz işlədicilərindən PQ3ün maksimal saatlıq qaz sərfi 08 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, İran sobası maksimal saatlıq qaz sərfi 0.8 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi 115.2 manat borc hesablanmışdır. Dövlət təşkilatı kimi İddiaçı məqsədi səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, İddiaçı təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 4154.01 manat borcun, 61.54 manat dövlət rüsumunun, ümumilikdə cəmi 4215.55 manat pulun tutularaq Birliyin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı İB-nin nümayəndəsi X5 məhkəməyə iddia ərizəsinə düzəliş edilməsi haqqında ərizə ilə müraciət edərək bidirmişdir ki, iddia ərizəsində texniki səhv edilərək ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli və ******* saylı, xx.xx.2022-ci il tarixli aktların nömrəsi təkrar yazılmışdır. Lakin sonradan müəyyən edilmiş ******* saylı, xx.xx.2016-cı il tarixli, 01034016 saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli və ******* saylı, xx.xx.2019-cu il tarixli aktların nömrəsinə düzəliş olunması zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İş üzrə İddiaçı İB apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda tərtib edərək onunla əsaslandırmışdır ki, məhkəmə mübahisəni hər tərəfli araşdırmamışdır. Məhkəmə tərəfindən təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 25 mart 2003-cü il tarixli 3N-li qərarının 22-ci bəndində bildirilir ki, məhkəmələr dövlət müəssisələrinin hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərin təmin edilməsi ilə bağlı tələbin dövlət əmlakı hesabına ödənilməsi barədə qərar qəbul edərək dövlət əmlakının süni sürətdə müflisləşdirməklə əsassız olaraq özgəninkiləşdirilməsinə yol verməsinlər. Hazırkı iş üzrə cavabdeh qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir və sayğacdan kənar qeyri-qanuni xətt qoşaraq təbii qazdan qanunsuz istifadə etmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına və sayğacdan kənar qeyri-qanuni xətt qoşaraq təbii qazdan qanunsuz istifadəyə nail olunmasında cavabdehdən başqa heç kim maraqlı ola bilməz. Məhkəmə iddianı təmin etməmiş və qətnaməsini onunla əsaslandırmışdır ki, qaz sayğacına qanunsuz qoşulmaqda onun məsuliyyət daşımadığını və təqsirsiz olduğunu bildirmışdir. Vəfat etmiş şəxsdən borcun tələb edilməsi mümkün olmadığından, cavabdeh qəsdən məhkəməyə qoşulmuş kənar xəttin ona deyil, vəfat etmiş qardaşına aid olduğunu bildirmişdir. Məhkəmə hansı maddi hüquq normalarına istinad etdiyini qətnamədə açıqlamamış və təqdim edilmiş sübutların dəlillərinə düzgün qiymət verməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Ramin Abdullayev şikayətin dəlillərini müdafiə etdi, əlavə olaraq bildirdi ki, abonent kodu ünvana görə verilir, hazırkı iş üzrə cavabdehin qardaşı Hüseyn Hüseynovun sağlığında qanunsuz qoşulma hallarını təstiq edən bir neçə akt tərtib olunmuşdur. Məhkəmə bu halları nəzərə almamış, yalnız cavabdehin formal izahatına uyğun qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, məhkəmıə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı İB-nin 1394 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın altı-satqısı müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh ilə Sumqayıt şəhəri QİS-in rəisi Elxan Hüseynov arasında xx.xx.2020-ci il tarixində müqavilə imzalanmışdır. Yenə iş materiallarına əlavə edilmiş İddiaçı İB-nin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı xx.xx.2016-cı il tarixli aktdan görünür ki, həmin akt sayğacdankənar rezin boru aşkar edildiyi üçün istehlakçı Hüseynov Süleymanın adına tərtib edilmişdir. Mülki işə əlavə edilmiş İddiaçı İB-nin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2020-ci il tarixli aktdan görünür ki, həmin akt sayğacdankənar rezin boru aşkar edildiyi üçün istehlakçı Hüseynov Hüseynin adına tərtib edilmişdir. Yenə də mülki işə əlavə edilmiş İddiaçı İB-nin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 01034016 saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli aktlar sayğacdankənar rezin boru aşkar edildiyi üçün istehlakçı Hüseynov Hüseynin adına tərtib edilmişdir. Yenə də iş materiallarına əlavə edilmiş AZ İİ seriyalı, 073821 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2020-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir. Birinci instansiya məhkəməsində iclasında iştirak edən şahid X3 izahatında bildirmişdir ki, xidmət rəisidir, 2018-ci ildən həmin ərazi üzrə xidmət göstərir. ünvan 2 ünvanına akt tərtib edilmişdir. Həmin ünvanda cavabdehin qardaşı Hüseynov Hüseyn yaşamışdır. Onlar bir həyətdə yaşayırlar, evin bir darvazası var. Həmin ünvanda abonent kimi Hüseynov Hüseyn qeydə alındığına görə aktın tərtibi zamanı da onun adı yazılır. "xxxx" MMC tərəfindən mütəmadi olaraq ərazi üzrə yoxlamalar həyata keçirilir. Qanunsuz qoşulma halı aşkar olunan zaman onlara məlumat verilir. Sənədləşmə onlar tərəfindən həyata keçirilir. Davudun adına 4-5 ay olar ki, yeni sayğac vardır. Yeni qazlaşma "Azəriqaz Layihə İnşaat” MMC tərəfindən aparılır. Ünvanda qanunsuz qoşulmanın Davud tərəfindən edilməsi ilə bağlı məlumatları yoxdur. Hər dəfə akt tərtib olunduqdan sonra qanunsuz qoşulan xətt kəsilmişdir. Yenə məhkəmə iclasında iştirak edən şahid X9 izahatında bildirmişdir ki, aktların tərtibatında iştirak etmiş və imza etmişdir. Həmin ünvanda cavabdehin Hüseyn və Əli adlı qardaşları yaşayırdı. Hüseyn vəfat etmiş, Əli isə 2022-ci ilin iyun ayında həbs edilmişdir. Cavabdeh həmin həyətdə ayrı evdə yaşayırdı. Bu il qaz xətti çəkdirmişdir. Əvvəl isə dediyinə görə işıqdan istifadə edirdi. Davudun ünvanına quraşdırılmış sayğac üzrə ödənişlər vaxtında həyata keçirilir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, e-2(060)-4484/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış 1394 nömrəli, xx.xx.2020-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın altı-satqısı müqaviləsi əsasında İddiaçı İB Cavabdeh məxsus mənzili təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB tərəfindən **********00620 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 İTRON DİAFRAQMA markalı, 1602AZ **********40 nömrəli qaz sayğacı quraşdırılmışdır. Birliyin əməkdaşları tərəfindən mübahisəli ünvanda müxtəlif vaxtlarda baxış keçirilmiş və qaz sayğacına qanunsuz qoşulma halları aşkar edildiyindən yuxarıda qeyd olunan aktlar tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır. Hazırda İddiaçı İB məhkəməyə müraciət edərək, Cavabdeh itirilmiş qazın bərpası üçün 4154.01 manat borcun, 61.54 manat dövlət rüsumunun, ümumilikdə cəmi 4215.55 manat pulun tutularaq Birliyin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, və 4.9-cu maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə tamamilə razılaşır və hesab edir ki, iddia təmin edilməməlidir. Əvvəla, hazırkı iş üzrə tərəflər arasında qazın alqı-satqısı haqqında müqavilə xx.xx.2020-ci il tarixdə bağlanmışdır. İş materiallarında olan, iddiaçı tərəfindən tərtib edilmiş qaz sayğacına qanunsuz qoşulma barədə aktların əksəriyyəti müqavilədə qeyd olunan tarixdən daha əvvəlki tarixlərə aiddir. Bundan başqa həmin aktlar hazırkı iş üzrə Cavabdeh barəsində deyil, cavabdehin hazırda vəfat etmiş qardaşı Hüseyn Hüseynov barəsində tərtib edilmişdir. Həmçinin cavabdeh birinci instansiya məhkəməsində izahatında bildirmişdir ki, mübahiəli ərazidə iki fərdi yaşayış evi vardır. İddiaçının əməkdaşlarının baxış keçirdikləri, akt tərtib etdikləri fərdi yaşayış evi onun yaşadığı fərdi yaşayış evi deyil, o həmin həyətdə başqa evdə yaşayır. Onun qaz sayğacı ayrıdır. Tərtib olunan aktlardan xəbərsizdir. Aktlar onun iştirakı olmadan tərtib edilmişdir. Cavabdehin verdiyi bu izahat məhkəmədə şahid qismində ifadə verən və mübahisəli aktın tərtib edilməsində iştirak edən iddiaçının əməkdaşları tərəfindən təstiq edilmişdir. Sadalanan hallara məcmu halında qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməlidir. Abonentin borcunun olması barədə İddiaçı İB məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən borcun cavabdehin təqsiri səbəbindən yaranması sübut edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apellyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, e-2(060)-4484/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119-cu maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, e- 2(060)-4484/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-368/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-368/2023
17.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver