Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3680/2021 13.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdehlər: Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddianın təmin edilməsi, İddiaçı azyaşlı uşaqları - 29 mart 2010-cu il təvəllüdlü X5, 18 may 2011-ci il təvəllüdlü X6 və 22 yanvar 2014-cü il təvəllüdlü X7 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Həzi Aslanov küçəsi, döngə 1, 7 saylı evə köçürülməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10 (on) manat məbləğində dövlət rüsumuna görə pulun tutulub İddiaçı verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Saray qəsəbəsi, Həzi Aslanov küçəsi, 7 saylı fərdi evə övladları 29.03.2010-cu il təvəllüdlü X5, 18.05.2011-ci il təvəllüdlü X6 və 22.01.2014-cü il təvəllüdlü X7 ilə birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 onun həyat yoldaşıdır. Onlar 2009-cu ildə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan 3 (üç) övladları - 29.03.2010-cu il təvəllüdlü X5, 18.05.2011-ci il təvəllüdlü X6 və 22.01.2014-cü il təvəllüdlü X7 anadan olmuşdur. O, Abşeron rayonu, Saray qəsəbəsi, Həzi Aslanov küçəsi, 7 saylı fərdi yaşayış evində 14.07.2009-cu ildən yaşayır. Hazırda ona məxsus əmlaklar da həmin mənzildədir. Cavabdeh2 qərəzli olaraq onu uşaqları ilə birlikdə həmin ünvana buraxmır. O, hazırda valideynlərinin yanına müvəqqəti olaraq sığınmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Mübahisəli ev Abşeron rayonu Saray qəsəbəsi, H.Aslanov küçəsi, dongə 1, 7 saylı ev tam mülkiyyət hüququ ilə ona məxsusdur. İddiaçı həmin evə gəlin gəlmişdir. Tərəflər arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və azyaşlı övladları iddiaçının himayəsinə verilmişdir. Hazırda münasibətlər tamamilə pozulmuşdur. Mübahisəli ev 1987-ci ildən öz şəxsi vəsaiti hesabına tikilmişdir. Lakin üzürlü səbəbdən evin çıxarışın 2014-cü ildə almışdır. İddiaçının həmin mənzilin tikintisində heç bir maddi mənəvi dəstəyi olmamışdır. Məhkəmə işin hüquqi hallarını tam araşdırmadan belə bir qətnamə qət etmişdir. Abşeron Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(012)-3699/21 saylı qətnaməsini ləğv edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini qəbul etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, iddiaçının mübahisəli mənzildə qanunla müəyyən edilmiş qaydada yaşamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Z.Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ona görə məhkəmə kollegiyası hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normalarının birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh2la 2009-cu ildə rəsmi qaydada nikaha daxıl olmuşlar, birə nikahdan 29 mart 2010-cu il təvəllüdlü X5, 18 may 2011-ci il təvəllüdlü X6 və 22 yanvar 2014-cü il təvəllüdlü X7 anadan olmuşlar. İşdə olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24.05.2021-ci il tarixli, 1704 saylı arayışdan görünür ki, Cavabdeh2 Saray qəsəbəsi, Həzi Aslanov küçəsindəki 7 №-li evdə yaşayır. İşə əlavə olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24.05.2021-ci il tarixli, 1705 saylı arayışdan görünür ki, İddiaçı Saray qəsəbəsi, Həzi Aslanov küçəsindəki 7 №-li evdə qeydiyyatsız yaşayır. Birinci instansiya məhkəməsi iddiaçının evə köçürülməsini onunla izah etmişdir ki, iddiaçı evə gəlin köçdüyü zaman mübahisəli evin üzərində cavabdehin mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandıgı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uygun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təstiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla barabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən yalnız mülkiyyətçinin razılıgı ilə yol verilir. Həmin şaxsləri yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Evin hüquqi rejimi ilə bağlı qeyd olunmalıdır ki, həmin evin inşa olunmasına müvafiq icazənin təqdim olunmamasına baxmayaraq, evin yerləşdiyi torpaq sahəsi Xırdalan meşə meliorasiya stansiyasının idarə və həmkarlar komitəsinin 14 aprel 1987-ci il tarixli 06 saylı qərarına əsasən Z.Ş.Aslanovaya 0.06 hektar olmaqla fərdi yaşayış evi tikmək üçün torpaq ayrılmışdır. Həmin torpaqda 1987-ci ildən başlayaraq Cavabdeh1 fərdi yaşayış evi tikmişdir. Həmçinin, tərəflərin izahatlarından görünür ki, iddiaçı oraya köçürülənədək ev mövcud olmuşdur. İşin bu halı, evin Cavabdeh1 gözlənilən mülkiyyət hüququnun olmasına dəlalət edir ki, bu da baxılan mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları baxımışdan yanaşılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış 23.07.2021-ci il tarixli, **********26 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK-in yanında DƏDRX-ti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və fərdi yaşayış evi 06.03.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 86 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olan DƏDRX-nin 4 saylı Əİ tərəfindən əldə edilən sənədlərdən müəyyən edilir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14 yanvar 2014 cü il tarixli Qərarına əsasən Z.S.X4 Meliorasiya Stansiyası tərəfindən 14 aprel 1987-ci il tarixdə ev tikintisi üçün ayrılan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzrəində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi 4 saylı Əİ-nin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsassızdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 02 avqust 2021-ci il tarixli 2(012)-3699/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3680/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3680/2021
13.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver