Məhkəmə qərarları › İş №2(105)-369/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-369/2022

10.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-369/2022 10.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X12 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı heç bir dövlətin vətəndaşlığına mənsub olmama və Azərbaycan Respublikasında daimi yaşama faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli qətnaməsindən maraqlı tərəfin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) ərizənin təmin edilməsi, 21.12.1959-cu ildə Ukrayna Respublikasının Çerkassı Vilayətinin Zveniqorodka rayonunda doğulmuş X4 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə 1982-ci ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən olunması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 21.12.1959-cu ildə Ukrayna Respublikasının Çerkassı Vilayətinin Zveniqorodka rayonunda doğulmuş, həyat yoldaşı X4 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə 1982-ci dən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, həyat yoldaşı K.B.Qəfərova 21.12.1959-cu il tarixdə Ukrayna Respublikasının Çerkassı Vilayətinin Zveniqorodka rayonunda doğulmuş və Ukrayna Respublikasının vətəndaşı olmuşdur. O, Ukrayna respublikasında yaşayarkən K.Qəfərova ilə tanış olaraq 23.08.1980-ci ildə Ukrayna Respublikasının Çerkassı Vilayətinin Vatutino şəhəri X1 Qeydiyyatı şöbəsində 106 saylı akt qeydi tərtib edilməklə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 21.11.1981-ci il təvəllüdlü X7, 06.05.1983-cü il təvəllüdlü X8 və 25.09.1985-ci il təvəllüdlü X13 doğulmuşdur. K.Qəfərova ilə ailə qurduqdan sonra ilk övladları Ukrayna Respublikasında doğulmuş və onlar 1982-ci ilə qədər orada yaşamışlar. 1982-ci ildə həyat yoldaşı və uşaqları ilə birlikdə köçüb Azərbaycan Respublikasına gəlmiş və 2016-cı ilə qədər Cəlilabad rayonunda yaşamışlar. Digər 2 uşaqları Cəlilabad rayonunda doğulmuşdur. 2016-cı ildə hazırda qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanına köçmüş və hazırki vaxta qədər həmin ünvanda yaşayırlar. Həyat yoldaşı K.B.Qəfərova əvvəllər Ukrayna Sovet Sosialist Respublikalar İttifaqının vətəndaşı olduğuna görə yoldaşına Ukrayna Respublikasının Çerkassı vilayəti Vatutino şəhər icra komitəsinin Daxili işlər şöbəsi tərəfindən 11.09.1980-ci il tarixli, İV-CP seriyalı, 712873 saylı pasport verilmişdir. Sonradan həmin pasport öz qüvvəsini itirmiş, lakin həyat yoldaşı Azərbaycan Respublikasının vətəndaşlığını almadığından yoldaşına Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd verilməmişdir. Buna görə hazırda həyat yoldaşının şəxsiyyətini təsdiq edən sənəd yoxdur. Hazırda həyat yoldaşı K.B.Qəfərova Azərbaycan Respublikası vətəndaşı deyil. Bu faktı ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair 03.07.2020-ci il tarixli, ******* saylı arayışı təsdiq edir. Belə ki, həmin arayışdan göründüyü kimi, 21.12.1959-cu il təvəllüdlü K.B.Qəfərovanın 241935/m nömrəli, 29.06.2020-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Həyat yoldaşı K.B.Qəfərova hazırda heç bir dövlətin vətəndaşı deyil. Həyat yoldaşı K.B.Qəfərova 1982-ci ildən daimi olaraq Azərbaycan Respublikasında yaşayır. 27.07.2020-ci il tarixdə həyat yoldaşı K.Qəfərovanın Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə elektron qaydada müraciət edilmişdir. 06.08.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən həmin müraciətə elektron qaydada cavab verilmişdir. Həmin cavabda K.Qəfərovanın 1982-ci il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra yoldaşının Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməli olduğu qeyd edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Maraqlı tərəfin nümayəndəsi C.Q.Rəhimov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Birinci instansiya məhkəməsi işə baxarkən heç bir dövlətin vətəndaşı olmaması faktının müəyyən edilməsi hissəsini tam aydınlaşdırmadan iş üzrə qətnamə qəbul etmişdir. Halbuki, sözügedən şəxs Ukrayna SSRİ-də doğulmuşdur (qeyd olunan ölkənin vətəndaşlığı haqqında qanununa əsasən doğum faktına görə şəxs həmin ölkənin vədəndaşı sayılır). Məhkəmə şəxsin Ukrayna Respublikasının vətəndaşlığına mənsub olub-olmamasını müəyyən etməmişdir. DMX tərəfindən şəxsin Ukrayna vətəndaşlığına mənsubiyyətinin müəyyən olunması ilə bağlı Ukraynanın müvafiq orqanına müraciət etməsinin vacibliyi barədə məhkəmə iclasında qeyd edilsə də, məhkəmə bu hala ümumiyyətlə münasibət bildirməmişdir. Abşeron Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(012)-382/2021 saylı qətnaməsinin ləğv edilməsini və əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ərizəçi və maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ərizəni təmin edərkən, ərizəçinin heç bir dövlətin vətəndaşı olmamasının işdə olan sənədlərlə sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Çerkassı vilayəti, Vatutino şəhər icra komitəsinin Daxili işlər şöbəsi tərəfindən verilmiş verilmiş İV-SP № 712873 saylı Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportundan görünür ki, X6 21 dekabr 1959-cu ildə Çerkassı vilayəti, Zveniqorodka rayonu, Zveniqorodka şəhərində doğulmuşdur. Milliyəti ukranyalıdır. İşdə olan Ukrayna Respublikasının Çerkassı Vilayətinin Vatutino şəhəri X1 Qeydiyyatı şöbəsi tərəfindən verilmiş 698493 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə K.B.Zubarova nikah bağlamışlar və bu nikah 106 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Qəfərova soyadı verilmişdir. Bu nikahdan K.Ərizəçi 21.11.1981-ci ildə, 06 may 1983-cü ildə Təranə adlı və 25 sentyabr 1985-ci ildə Hüseyn adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı 4 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 10.08.2020-ci il tarixli, 3526 №-li ayarışdan görünür ki, K.B.Qəfərova həqiqətən Xırdalan şəhəri, “Quşçuluq” massivi, Ə.Cavad küçəsi, ev 16 A ünvanında qeydiyyatsız yaşayır. İşə əlavə olan Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02.10.2016cı il tarixli, 36/59 №-li arayışdan görünür ki, Ərizəçi 1982-ci ildən 2016-cı ilə kimi ailə üzvləri- X6, X7, X8, X9 və X13 ilə birlikdə Cəlilabad şəhərində yaşamışlar. İşdə olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı 4 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 30.09.2020-ci il tarixli, 4855 №-li arayışdan görünür ki, Ərizəçi həqiqətən 2016-cı ildən etibarən Xırdalan şəhəri, “Quşçuluq” massivi, Ə.Cavad küçəsi, ev 16 A ünvanında ailə üzvləri-K.B.Qəfərova (qeydiyyatsız), H.Ərizəçi, G.V.Qəfərova, A.H.Qəfərova və S.H.Qəfərov ilə birlikdə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* saylı, 03 iyul 2020-ci il tarixli arayışından görünür ki, 21 dekabr 1959-cu il təvəllüdlü K.B,Qəfərovanın “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Ukranyanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Ukraynanın Çerkassı vilayətində DMXİnin yaşayış yeri üzrə qeydiyyat barədə informasiyanın uçotu və monitorinqi şöbəsinin məlumata əsasən 21.12.1959 il təvəllüdlü, Çerkassı vilayəti, Zveniqorodka şəhərində anadan olmuş X11, Çerkassı vilayətinin Vatutino şəhər icraiyyə komitəsinin daxili işlər şöbəsi tərəfindən 11.09.1980 il tarixdə verilmiş, 1974 nömrəli, İY-CP seriyalı, 712873 nömrəli keçmiş SSRİ vətəndaşının pasportu üzrə 16.10.1980 il tarixdən Çerkassı vilayəti, Vatutino şəhəri. Kirov küçəsi, 3, mənzil 69 ünvanında qeydiyyata alınmış hesab edilir. Ukraynanın Çerkassı vilayətində DMXİ-nin mövcüd uçotlarına əsasən O.B.Qafarova İkrayna vətəndaşının pasportu və xaricə səfər üçün Ukrayna vətəndaşının pasportu ilə sənədləşdirilməyib. Ukrayna vətəndaşlığına mənsubiyyətin müəyyən edilməsi məsələsi ilə bağlı Ukraynanın Çerkassı vilayətində DMXİ-nə müraciət etməyib. Həm DMX-nin, həm də XİX-nin. Ukraynanın diplomatik nümayəndəliklərinin və konsulluq idarələrinin vətəndaşlıq məsələlərinin həll edilməsinə dair səlahiyyətləri Ukraynanın “Ukrayna vətəndaşlığı haqqında"' Qanununun 24 və 25 maddələri ilə müəyyənləşdirilib. Xüsusilə, bu, Ukrayna vətəndaşlığına mənsubiyyətin müəyyən edilməsinə dair səlahiyyətlərə aiddir. Buna görə də DMX vətəndaşlıq məsələlərinin həll edilməsi zamanı yalnız öz səlahiyyətləri çərçivəsində hərəkət edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.10-cu maddəsinə əsasən məhkəmə, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı Ərizəçi arvadı X5 adından ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmadığı müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Maraqlı şəxsin nümayəndəsi X3 apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(012)-382/2021 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı heç bir dövlətin vətəndaşlığına mənsub olmama və Azərbaycan Respublikasında daimi yaşama faktının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar