Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3701/2021 29.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X18, Ərizəçi nümayəndəsi X26, Maraqlı şəxs2 nümayəndəsi və vəkili X19 iştirakı ilə Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(027)-1634/2020 saylı qətnaməsindən Maraqlı şəxs2 verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(027)-1634/2020 saylı qətnaməsi ilə (hakim R.T.Həsənov) Ərizəçi maraqlı şəxs Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı «mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilib, X5 qalmış mirasın X9 düşən hissəsinin qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməyinin səbəbi üzrlü sayılaraq uzadılmış, X4 miras qalmış JN 181A KOD 30316018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən X9 düşən hissəsinə ölümündən sonra onun tərəfindən qəbul etməsi faktı müəyyən müəyyən edilmiş və qətnamənin miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi və qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqlarının qeydə alınması üçün əsas hesab edilmişdir. Maraqlı şəxs2 qız apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(027)-1634/2020 saylı qətnaməsinin ləğv edilib, ərizənin təmin olunmamasını xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, babası X5 qalmış mirasın atası X9 düşən hissəsinin qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməyinin səbəbi üzrlü sayılaraq uzadılması, babası X5 miras qalmış JN 181A KOD 30316018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən atası X9 düşən hissəsinə ölümündən sonra onun tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X13 18 oktyabr 1973-cü il tarixdə ünvan 1ində, anası X26 04 sentyabr 1978-cu il tarixdə Xaçmaz rayonu Arzu kəndində anadan olmuşdur. X13 və X23 nikahlarını 23 noyabr 2001-ci il tarixdə rəsmiləşdirmişlər. Onların nikahından Ərizəçi xx xxx 2002-ci il tarixdə anadan olmuşdur. Anası atası ilə ailə quraraq babası və nənəsinə məxsus Quba rayonu Zərdabi qəsəbəsində olan JN 181A KOD 30316018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən babasına məxsus fərdi yaşayış evində yaşamış və orada doğulmuşdur. Sonradan valideynlərinin nikahları pozulduğu üçün o anası ilə birlikdə Xaçmaz rayonu Arzu kəndinə qayıtmış, atası isə həmin evdə yaşamışdır. X30 02 iyul 2014cü ildə vəfat etmişdir. Babasının vəfatından sonra atası nənəsilə evdə yaşamış və torpaq sahəsini birgə idarə edərək, babasından qalmış mirası qəbul etmişlər. X36 10 avqust 2018-ci il tarixdə vəfat etmişdir. Onun vəfatında sonra ondan miras qalmış əmlakın qəbul edilməsi üçün yeganə vərəsə kimi notariat kontoruna ərizə vermiş və faktiki olaraq mirası qəbul etmişdir. X32 29 iyun 2020-ci il tarixdə vəfat etmiş, nənəsindən X36ə düşən pay həcmində mirasın qəbul edilməsi üçün Notariat Kontoruna ərizə vermiş və ərizəsi qəbul edilmişdir. X1 vəfatından sonra qalan miras əmlakı atası və nənəsi idarə edərək faktiki olaraq qəbul etdiyindən, atasından qalmış miras əmlakı qəbul etdiyindən, nənəsindən qalmış miras əmlakın qəbul edilməsi üçün notariat kontoruna ərizə verdiyindən dolayısı ilə babasından qalmış miras əmlakı da qəbul etmişdir. Lakin babasından qalmış miras əmlakın atası X9 düşən hissəsindən ibarət miras əmlaka payı vərəsəlik yolu qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət etsə də, oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında məktub verilmiş və məhkəməyə müraciət etməyin məqsədə müvafiq olduğu qeyd edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Maraqlı şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 30 sentyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ərizənin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs2 nümayəndəsi və vəkili X27 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Ərizəçi nümayəndəsi X26 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada maraqlı şəxs Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materialları araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilib, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(027)- 1634/2020 saylı qətnaməsi ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materialları ilə nüəyyən olur ki, Quba Rayon Məhkəməsinin 02 mart 2009cu il tarixli, 2(027)-224/09 saylı qətnaməsi ilə X13 və X23 arasında Quba rayon VVADQ şöbəsində bağlanmış 23.11.2001-ci il tarixli, 328 nömrəli nikah qeydi pozulmuş, birgə nikahdan doğulmuş Ərizəçi anası X11 yanında saxlanılmış, xx.xx.2002-ci il təvəllüdlü Ərizəçi yetkinlik yaşına çatana kimi saxlanması üçün X6 hər ay sabit pul məbləğində olmaqla 30 manat aliment tutularaq X14 verilməsi qət edilmişdir. Quba regional “Asan xidmət” mərkəzində notariat ofisinin 07 avqust 2020-ci il tarixli, 839 nömrəli məktubundan görünür ki, 10.08.2018-ci il tarixdə vəfat etmiş X2 olduğu müddətdə mirasın faktiki qəbulu, ona sahiblik etməsi barədə sübutlar təqdim edilmədiyindən onun vərəsəsi Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Quba rayon qeydiyyat şöbəsinin 29.07.2020-ci il tarixli, 05/Q-449 saylı məktubundan görünür ki, X15 02.07.2014-cü ildə və X24 29.06.2020-ci ildə ünvan 1ində vəfat etmişlər. X20 və X7 doğum haqqında akt qeydləri barədə elektron informasiya sistemində məlumatlar aşkar edilməmişdir. Quba regional “ASAN xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş **********545 nömrəli ərizədən görünür ki, 29.06.2020-ci nənəsi ünvan 1i ünvanında yaşayan X24 vəfat etmiş, miras qalmış əmlak ünvan 1ində yerləşən torpaq sahəsində ibarətdir. Quba rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 05.06.2020-ci il tarixli arayışdan görünür ki, X13 18.10.1973-cü il tarixdə Quba rayonu, Zərdabi kəndində anadan olmuşdur. X3, anası X21r. Quba regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 099883 nömrəli, 07.08.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 10.08.2018-ci il tarixdə Quba rayonunda ölmüşdür. 18 iyun 2002-ci il tarixdə Quba rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ 250644 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.2002-ci il tarixdə anadan olmuş, atası X13, anası X16r. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 17.06.2020-ci il tarixli məktubundan görünür ki, X8 adına Quba rayonu Zərdabi qəsəbəsində 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş JN-400 KOD ********* saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı” X7 adına Zərdabi qəsəbəsində fərdi yaşayış evi və ümumbirgə JN-181A KOD 30316018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” qeydə alınmışdır. X10 və X22 0,78 ha torpaq sahəsinə JN-3908 KOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı” verilmiş, lakin həmin torpaq sahəsi 15 mart 2002-ci il tarixdə 4ə/18 nömrəli alqı-satqı müqaviləsinə əsasən Quba notariat kontorunda X17 adına özgəninkiləşdirilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-181A KOD 30316018 saylı şəhadətnamədən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 fevral 1999-cu il tarixli, 115 saylı qərarı ilə ünvan 1ində X15, X24, X12 fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mübahisə predmeti maraqlı şəxsin mübahisələndirdiyi X4 miras qalmış JN 181A KOD 30316018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən 0,06 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən X9 düşən hissəsinə ölümündən sonra ərizəçi tərəfindən qəbul etməsi faktının müəyyən edilməsindən ibarətdir. İşə xüsusi icraat qaydasında baxılmış və maraqlı şəxs birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hüququn tətbiq edilməsində səhvə yol verildiyini mübahisələndirmişdir. Hüquq haqqında mübahisəyə yalnız iddia icraatının qaydaları çərçivəsində baxılması mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi ilə bağlı tərəflər arasında mübahisə mövcud olması məhkəmə prosesində açıq-aşkar göründüyü halda, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq işə xüsusi icraat qaydasında baxmış və ərizənin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 259.0.10 və 306.4-cü maddələrinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 384.0.5-cİ maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalı və maraqlı şəxslərə ümumi əsaslarla (iddia icraatı qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.2.1- 402.2.5-ci maddələrinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 365, 384.0.5, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Maraqlı şəxs2 apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(027)-1634/2020 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı şəxs Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3701/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3701/2021
29.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver