Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-371/2021 05.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili: X3 iştirakları ilə, İddiaçı Cavabdeh və 3-cü şəxs Şamaxı şəhər Bələdiyyəsinə qarşı tikilinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddianın təmin edilməsi, İddiaçı məxsus Şamaxı şəhəri, Cəfər Cabbarlı küçəsində 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 159,6 kv.m yaşayış, 10.6 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evində yerləşən 10 m uzunluğunda tövlənin cavabdeh tərəfindən boşaldılması və İddiaçı təhvil verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı tikilinin boşaldılaraq, təhvil verilməsinə dair iddia qaldıraraq, ona məxsus olan iki otaqdan ibarət tövlənin cavabdeh tərəfindən qanunsuz olaraq istifadəsində saxladığı bir otağının boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbin dəqiqləşməsinə dair məhkəməyə ərizə təqdim edərək, ona məxsus olan tövlənin cavabdeh tərəfindən qanunsuz olaraq istifadəsində saxladığı bir otağın ona təhvil verilməsinə dair qətnamə çıxarılmaını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda xüsusi mülkiyyətində evi var. Cavabdeh onun qardaşıdır. Qonşuluqda yaşayır. Hələ atasının sağlığında həyətinin aşagı hissəsində iki otaqdan ibarət bir dam tikmiş, heyvan saxlamaq üçün istifadə etmiş, sonradan heyvan qara saxlaya bilməmişdir. Bir neçə il əvvəl qardaşı xahiş etmişdir ki, damın bir hissəsini versin ona heyvan saxlamaq istəyir. Özü tövlə tikəndən sonra və ya nə vaxt ona lazım olsa onda tövləni tam boşaldaraq təhvil verəcək. Qardaşı olduğu üçün aralarında belə söhbətin yaranmayacagını ümüd edib cavabdehlə razılaşmışdır. Təmənnasız cavabdeh üçün nəfər eləmiş, bunu özü də, ailəsi, uşaqları da bilir. Tövlənin bir hissəsini müvəqqəti olaraq cavabdehin istifadəsinə vermişdir. Ata evində qardaşı oturur. Həmin həyətdə olan çardagın bütün qaynaq işlərini təmənnasız görmüşdür. Köməkləşib cavabdehin həyətində 30 m uzunluqda tövlə tikmişdir. Son vaxtlara kimi özü demişdir ki, nə vaxt istəyərsə tövləni ona təhvil verə bilər. Ona məxsus olan bir otaqdan ibarət tövlənin cavabdeh tərəfindən qanunsuz olaraq istifadəsində saxladığı bir otağın ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Hazırkı iş üzrə mübahisələndirilən 10 metr uzunluğunda olan tövlənin iddiaçıya məxsus olubolmadığı məhkəmə tərəfindən araşdırılmamış, həmin tövlənin iddiaçı ilə onun arasında hər hansı əqdin ola bilməsinin mümkünlüyü verilməmişdir. Mübahisələndirilən tövlə iddiaçıya məxsus torpaq sahəsinin koordinatları daxilində yerləşmir və həmin tövlənin iddiaçının mülkiyyətində olmasını təstiq edən hər hansı bir müəyyənedici sübut mövcud deyildir. Tövlə ona məxsus torpaq sazəsində yerləşir və onun faktiki istifadəsindədir. Bu hal Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən veriləcək mütəxəssis rəyi ilə müəyyənləşdirilməli olduğu halda, məhkəmə bu rəyin alınması üçün hər hansı tədbir görməmişdir. 3-cü şəxs kimi Şamaxı Rayon Bələdiyyəsinin nümayəndəsi verdiyi izahatında da göstərmişdir ki, mübahisəli sahə Bələdiyyədə zəbt olunmuş sahə kimi gedir. Mübahisə olunan tövlə qanunsuz tikili olmaqla, ona məxsus torpaq sahəsinin koordinatları daxilində yerləşir və iddiaçıya heç bir aidiyyatı yoxdur. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(074)-560/2020 il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh İddiaçı, nümayəndəsi və vəkili S.R.Əliyeva apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, şikayətə uyğun izahat verdilər və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə 3-cü şəxsin nümayəndəsi Şamaxı Bələdiyyəsi məhkəməyə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olduğu torpaqda olan tövlənin qanunsuz istifadəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ona görə məhkəmə kollegiyası hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normalarının birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilməsini düzgün hesab edir. İş materiallarında olan Şamaxı Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, həqiqətən ünvan 2 ünvanda yerləşən torpaq sahəsi üzərində tikintialtı sahəsi 100 kv.m ölçüdə 2 hissədən ibarət olmaqla vahid tikinti mövcuddur. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH № ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı şəhəri, Cəfər Cabarlı küçəsində mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 159.6 kv.m yaşayış, 10.6 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 161 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şamaxı Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə mübahisəli əraziyə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisəli tikili Şamaxı şəhəri, C.Cabbarlı küçəsi 3 ünvanındakı iddiaçının fərdi yaşayış evinin həyətinin sonunda sol istiqamətində yerləşir. Həmin tikiliyə daxil olmaq üçün həyətdən qapı mövcuddur, orada avtomobil saxlanılması üçün şərait var. Eyni zamanda da, həmin sahənin orta hissəsində çuxur var. Bundan əlavə tikilinin tavanı, sol və sağ divarları, düzünə istiqamətdə isə daha bir qapısı var. Həmin qapı dəmirdən olmaqla -gediş-gəliş yoluna açılır. Həmin gediş-gəliş yolu tərəfdən mübahisəli tikiliyə baxan zaman müəyyən olunur ki, mübahisəli tikili vahid tikili olmaqla divarları çay daşından hörülüb. Dam örtüyü vahiddir. Həmin tikilinin gediş-gəliş yolu istiqamətində daha bir qapısı var. Bu qapıdan içəri girən zaman mübahisəli tikilinin ikinci hissəsinin mövcud olduğu müəyyən olunur. Bu sahə hər iki tərəfdən arakəsmə ilə hörülmüşdür və mal-qara saxlanılması üçün tövlə kimi istifadə olunur. Bundan başqa cavabdehin istifadə etdiyi tikilinin bu hissəsinə gediş-gəliş yolu tərəfdən daxil omaq üçün qapı tərəfdən sağa istiqamətdə davam olaraq cavabdehə aid başqa bir daşdan hörülmüş tikili vardır. Həmin tikilinin altında başqa bir qapı vardır. Bu qapı cavabdehə aid başqa bir mal-qara saxlanılması üçün tövlə kimi istifadə olunan tikili olduğu görünür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 10/3778 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X5 Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli **********5 saylı mütəxəssis rəyinə əsasən, mübahisəlndirilən iki otaqdan ibarət tövlə tikilisinin İddiaçı və Cavabdeh məxsus olan həyətyanı torpaq sahələrindən kənarda inşa edildiyi və onlara məxsus həyətyanı torpaq sahələrində yerləşmədiyi müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən «Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıgı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Məhkəmə kollegiyası ekspertiza rəyini nəzərə alıb, hesab edir ki, mübahisə olunan tikili İddiaçı mülkiyyətində deyil, ona məxsus olan torpaqda inşa edilməmişdir, odur ki, belə bir tələb irəli sürməklə haqlı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsassızdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(074)-560/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh və 3-cü şəxs Şamaxı şəhər Bələdiyyəsinə qarşı tikilinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul X1 alınaraq SAP (XİİS) hesabı X2 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-371/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-371/2021
05.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver