Məhkəmə qərarları › İş №2(105)-3735/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3735/2021

15.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3735/2021 15.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Ərizəçi, onun nümayəndə və vəkili X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Sumqayıt şəhər Qeydiyyat şöbəsi, X14, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8343/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsi, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, mərhum əri X7 01.06.1951-ci ildə Zaqatala şəhərində doğulmasına dair doğumun qeyd edilmə faktının müəyyən olunması, X3, anası isə X2 olmasına dair doğum haqqında akt qeydinin bərpa olunması, X7 - X10 qardaşı, X7 - Maraqlı şəxs3 bacısı, X7 - Qaniyeva (Maliki) Əfsun Bəhmən qızının atası olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8343/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qərardadı ilə ərizə və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Azər İsmayılov). Qərardaddan Ərizəçi şikayət verərək Sumqayıt şəhər Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2(060)-8343/2021 saylı qərardadının ləğv edilərək, mülki iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8343/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi şikayəti müdafiə edərək göstərdi ki, X13 əridir. O, 01.06.1951 -ci ildə Zaqatala şəhərində anadan olmuşdur. X3, anası isə X1r. 04 dekabr 1991-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan 07.08.1992-ci il təvəllüdlü Qaniyeva (Maliki) Əfsun Bəhmən qızı doğulmuşdur. X8 16.11.1993-cü ildə vəfat etmişdir. Ərinə məxsus məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Yeni doğum haqqında şəhadətnamə almaq üçün Sumqayıt şəhər Qeydiyyat şöbəsinə, Zaqatala rayon Qeydiyyat şöbəsinə və Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həmin şöbələrdən ona ünvanlanan cavab məktubunda mərhum ərinin doğum haqqında akt qeydi aşkar olunmamışdır. Hazırda doğum haqqında akt qeydini məhkəmədən kənar bərpa etmək mümkün deyil. Ona görə də ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin işə baxan məhkəmə əsassız olaraq ərizəni geri qaytarmışdır. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. X6, X12 və Qaniyeva (Maliki) Əfsun Bəhmən qızı ərizəçi qismində məhkəməyə müraciət etmək istəmirlər və onları məhkəməyə ərizəçi qismində müraciət etmələrinə məcbur edə bilməz. Həmçinin faktın müəyyən olunması ona nə məqsəd üçün lazım olduğunu ərizədə qeyd etməməyinə gəlincə isə bildirir kı, ərizəsində qeyd etmişdir ki, doğum haqqında şəhadətnamənin olmaması ona bır sıra hüquqlarını realizə etmək üçün ciddi çətinliklər varadır. Yəni bır sıra hüquqlarını realizə etmək üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmçinin qeyd edir kı, mərhum ərinin sənədləri ilə onun bacısı, qardaşı və qızının sənədləri arasında ziddiyyətlər var. Ona görə də onların qohumluq münasibəti də müəyyən olunmalıdır ki, bir sıra hüquqlarını həyata keçirə bilsin. Bütün bunları ərizəsində qeyd etmişdir. Hesab edir ki, hazırkı əsaslarla ərizəsi geri qaytarıla bilməz. Ərizəni Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət etməklə vermişdir. Məhkəmənin işə bu cür yanaşması məhkəməyə müraciət etmək hüququna mane olur və bu açıq-aşkar süründürməçilikdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında ərizəçinin nümayəndə və vəkili X11 şikayəti müdafiə edərək göstərdi ki, ərizə kifayət qədər əsaslandırılıb. Şikayətin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8343/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini və iş üzrə sonrakı prosessual hərəkətlərin həyata keçirilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə maraqlı şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8343/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, məhkəmə X14, Maraqlı şəxs3 və Qaniyeva (Maliki) Əfsun Bəhmən qızı ərizəçi qismində məhkəməyə müraciət etməməsi, həmçinin qeyd edilən faktın müəyyən olunmasının nə məqsəd üçün lazım olduğunun ərizədə qeyd edilməməsini müəyyən edərək ərizəni geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Hazırki ərizədən görünür ki, ərizəçi ərizəsində mərhum əri X7 01.06.1951-ci ildə Zaqatala şəhərində doğulmasına dair doğumun qeyd edilmə faktının müəyyən olunması, X3, anası isə X2 olmasına dair doğum haqqında akt qeydinin bərpa olunması ilə yanaşı, X7 - X10 qardaşı, X7 - Maraqlı şəxs3 bacısı, X7 - Qaniyeva (Maliki) Əfsun Bəhmən qızının atası olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin qeyd etdiyi digər şəxslər, X14, Maraqlı şəxs3 və Qaniyeva (Maliki) Əfsun Bəhmən qızı hazırki ərizədə ərizəçi qismində müraciət etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinin tələbinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Lakin hazırki ərizədə geyd edilən hal aydın göstərilməmişdir. Həmçinin ərizəçi şikayətində qeyd edlən faktın müəyyən edilməsininin bəzi hüquqlarını realizə etməsinə lazım olduğunu bildirsə də, konkret olaraq hansı məqsədlə faktın müəyyən edilməsinə zərurət olduğunu əsaslandırmamış, yalnız ümumi ifadələrlə kifayətlənmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4077/2021 saylı, 16.04.2021-ci il tarixli qərardadından görünür ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsa da, iddiaçı qərardadda qeyd olunan nöqsanları aradan qaldırmadan iddia ərizəsini yenidən eyni qaydada məhkəməyə vermişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bu baxımdan, birinci instansiya məhkəməsinin AR Mülki Prosessual Məcəlləsinin qeyd edilən normalarına istinad edərək qərardadın ləğvindən imtina etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8343/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8343/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar