Məhkəmə qərarları › İş №2(105)-374/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-374/2024

11.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-374/2024 11.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü, əmlaklar üzərində payların müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X29 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X17, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 İddiaçı Cavabdeh qarşı əmlak bölgüsü, əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(060)-330/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, respublika ərazisində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən halhazırda Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən 0.0418 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində 05 iyul 2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh tam mülkiyyət hüququ qeydiyyata alınmışdır.

2. RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284 C-də yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsaslnda Cavabdeh adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikasj Daxili İşlər Nazirliyi Baş X40 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, DİN Baş X40 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə ünvan 2 ünvanda qeydiyyatda olan xx.xx.1974-cü il təvəllüdlü Ağayev llqar Gülbala oğlunun adında xx.xx.2019-cu il tarixdən «CHEVROLET CRUZE» markalı 99-TZ227 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır.

4. «CHEVROLET CRUZE» markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair komputer çıxarışından görünür ki, avtomobilin sahibi Cavabdehdur. Həmin avtomobilə dair xx.xx.2019-cu il tarixdən xx.xx.2027-ci il tarixədək İddiaçı adına etibarnamə verilmişdir.

5. Saray–H MTK–nın 37 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu ildə Saray MTK-ya məxsus Cavabdeh 73 saylı binda 39 saylı 65.kv və 38 saylı 67 kv mənzilləri müqavilə ilə almışdır. Bina 73, mənzil 39, kv 65 dəyəri 39000 AZN, xx.xx.2022-ci il tarixinə qədər ödənilən məbləğ 32740 AZN, MTK-ya borcu 6260 AZN təşkil edir. Bina 73, mənzil 38, kv 67 dəyəri 40200 AZN, xx.xx.2022-ci il tarixinə qədər ödənilən məbləğ 33460 AZN, MTK-ya borcu 6740 AZN təşkil edir.

6. xx.xx.2013-cü il tarixli Bağışlama müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ağayev Gülbala Rza oğlu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixində verilmiş 14/3299 nömrəli arayışa və xx.xx.2013cü il tarixli qeydiyyat nömrəsi **********, RX ******* olan çıxarışa əsasən Sumqayıt şəhər, 21-ci mikrorayon-da yerləşən 0.0865 ha torpaq sahəsindən 0.0418 ha hissəsini Cavabdeh bağışlamışdır.

7. xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, X5 İlqar Gülbala oğluna xx.xx.2022-ci il tarixinədək qaytarmaq çərti ilə 50.000 manat məbləğində borc pul vermişdir.

8. "xxxx" MMC tərəfindən verilmiş 0113-1 nömrəli hesabatdan görünür ki, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən torpaq sahəsinin qiyməti (bazar dəyəri) 96000 manat dəyərində müəyyən edilmişdir.

9. "xxxx" MMC tərəfindən verilmiş 0113-1 nömrəli hesabatdan görünür ki, Sumqayıt şəhər, 21-ci mikrorayon, 284C ünvanında yerləşən fərdi yaşayış evinin qiyməti (bazar dəyəri) 298000 manat dəyərində müəyyən edilmişdir.

10. Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, mənzil 39 xüsusi mülkiyyət hüququ əsasında X14 adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

11. İşdə olan çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, mənzil 38 xüsusi mülkiyyət hüququ əsasında X14 adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

12. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli, B-041-AAE-20 nömrəli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi Cavabdeh ilə bağlanmışdır. Sözügedən müqavilə üzrə xx.xx.2023-cü il tarixinə ödənilən məbləğ 63865 manat, qalıq borc isə 8544 manat təşkil edir. Sözügedən nəqliyyat vasitəsi hal-hazırda Cavabdeh istifadəsindədir.

13. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3101/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı Ağayeva (Xudaverdiyeva) Gülnarə Azad qızı ilə Cavabdeh arasında Sumqayıt şəhəri nikah evində xx.xx.1998-ci il tarixində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 424 № ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X9 İddiaçı yanında qalması, Cavabdeh 12 aprel 2022-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir.

14. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli, B-041-AAE-20 nömrəli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi Cavabdeh ilə bağlanmışdır. Daha sonra Cavabdeh tərəfindən müqavilə üzrə ödənişlərin həyata keçirilə bilməməsi səbəbindən müqavilə üzrə Alıcı dəyişdirilmiş və X20 ilə yeni müqavilə bağlanmışdır. Lakin sözügedən nəqliyyat vasitəsi hal-hazırda etibarnamə ilə Cavabdehl oğlunun qanuni istifadəsindədir.

15. İşdə olan çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, mənzil 38 xüsusi mülkiyyət hüququ əsasında X10 adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

16. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X4 Azər Şirbala oğlundan Abşeron rayonu, Sarayqəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, 38 saylı mənzili 40000 manata almışdır.

17. "xxxx" MTK üzvlərinin ümumi iclasının 162 nömrəli protokolundan çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, 38 saylı mənzilin payçısının X23 olması təsdiq edilmişdir.

18. İşdə olan çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, mənzil 39 xüsusi mülkiyyət hüququ əsasında X6 adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

19. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 Azər Şirbala oğlundan Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, 39 saylı mənzili 35000 manata almışdır. İşdə olan "xxxx" MTK üzvlərinin ümumi iclasının 163 nömrəli protokolundan çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, 39 saylı mənzilin payçısının X23 olması təsdiq edilmişdir.

20. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/23-568 nömrəli 11 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər, 21-ci mikrorayon, 284C ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixə olan bazar dəyəri 240000 (iki yüz qırx min) manat, likvid dəyəri 192000 (bir yüz doxsan iki min) məbləğində qiymətləndirilmişdir.

21. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli, B-041-AAE-20 nömrəli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən aşağıda qeyd olunan ödənişlər həyata keçirilmişdir: Avtomobilə görə ilkin ödəniş - 20 065 AZN; Avtomobilin kasko, icbari sığorta və DYP ödənişi - 3505 AZN; Ödənilən aylıq ödəniş - 31 900 AZN (27 Apel 2022-ci il tarix daxil olmaqla); Ödənilən aylıq ödəniş - 18 900 AZN (22 İyun 2022 - 20 Sentyabr 2023-cü il tarixlərində). Kredit müddəti ərzində ödənilən aylıq ödənişin cəmi - 50 800 AZN; Qalıq borc - 1 544 AZN (11 Oktyabr 2023).

22. Birinci instansiya məhkəməsinin icraatı zamanı şahid qismində dindirilmiş; X36 oğlu ifadəsində bildirdi ki, tərəflərin hər ikisini tanıyır. İlqar qardaşı, Gülnarə isə onun yoldaşıdır. Atasına məxsus torpaq sahəsi olub. O, həmin torpağı qardaşına verərək həmin torpaqda ev tikib yaşamasını bildirib. Əlavə olaraq qardaşı da 3 sot torpaq alıb və ev tikib yaşamağa başlayıblar. Bildirir ki, İlqarın maddi vəziyyəti yaxşı deyildi. Ona görə atası rəhmətə gedəndən sonra Sumqayıt şəhəri, məhəllə 45-də olan ev satılıb və əldə olunan vəsait hesabına hazırkı mübahisəli mənzilin tikintisi zamanı yaranan təmir borcu ödənilib. Qalan pulla isə Gülnarəyə Chevrolet markalı maşın alınıb. Bildirir ki, ustaların pulunu həmişə atası verib. Orada işləyən ustalardan Rəşadı və Cavidi tanıyır. Rəşad baş usta kimi işləyib. İlqarın ustalara pul verməsindən xəbəri yoxdur. Gülnarənin atası Azad isə hərdən bir oraya gəlib. Qeyd edir ki, mübahisəli evin tikintisinə 2013-cü ildə başlanılıb. 2016-cı ildən sonra isə təmir işləri qurtarıb və tərəflər 2017-ci ildə həmin evə köçüb yaşamağa başlayıblar. Evin tikintisinə dəqiq nə qədər məbləğ xərcləndiyini deyə bilməz. Çünki təmir qiymətləri dəyişmişdir.

23. X27 ifadəsində bildirdi ki, o, iddiaçını tanımır. Cavabdehi tanıyır, 2013-cü ilin yanvarında onun Corat qəsəbəsində yerləşən evində usta kimi işləyib, daş beton işlərini o, həll etmişdir. Həmin evi İlqar tikdirirdi, evin tikintisinə isə atası nəzarət edirdi, həmçinin onların pul məsələsinə də atası baxırdı. Onların haqqlarını cavabdehin atası Gülbala verirdi. Həmin vaxt orada onlar 3 usta birlikdə işləyirdilər. Evin tikintisi ilə Gülbaladan başqa heç kim maraqlanmırdı. Onun hazırda şahid kimi iştirak etməsini ona Rəşad demişdi. Rəşad özü onların başçısı idi. Evin tikintisi bir il yarımdan da çox çəkmişdi. Əslində ona pulu usta yoldaşı Azər verirdi. Azərə isə Gülbala verirdi. Onu da qeyd edir ki, o, İlqarın qardaşı Fuadı da tanıyır. Belə ki, o Sumqayıtda məşhur həkimdir. Bundan başqa Fuad da tikinti gedən zaman arada gəlib gedirdi.

24. X7 ifadəsində bildirmişdir ki, tərəflərin hər ikisini tanıyır. İddiaçı onun qızıdır. Fərdi yaşayış evi İlqar və Gülnarəyə məxsusdur. Evin bünövrəsi 2014-cü ildə qoyulub. 2017-ci ildə tərəflər yaşamaq üçün həmin evə köçüblər. Tərəflərin hər ikisi işləyib və birgə vəsaitləri hesabına evi tikiblər. Həmin ev tikilənə kimi tərəflər kirayədə və İlqarın atasıgilin evində yaşayırdılar. Bildirir ki, tərəflərin evinə gediş gəlişi olduğu üçün evin tikintisinə o nəzarət edirdi. Mübahisəli mənzil tərəflərin maddi imkanları olmadığı üçün 3 il ərzində tikilib. Hər iki tərəf evin tikilməsi üçün pul qoyurdu. İlqarın valideynləri evin tikilməsi üçün heç bir maddi köməklik göstərməyib. Evin tikilməsində iştirak edən ustalardan ancaq Rəşadı tanıyır, digərlərini isə tanımır.

25. X22 ifadəsində bildirmişdir ki, İddiaçı bacısı qızıdır. Fərdi yaşayış evini tərəflər 2014-cü ildə tikməyə başlayıblar. Tərəflərin hər ikisi işləyib və birlikdə evi tikirdilər. Qeyd edir ki, evin tikilməsi xeyli vaxt aparmışdı. Lakin evin hazır olduğu və tərəflərin evə köçdüyü ili xatırlamır. Tərəflər əvvəl Sumqayıt şəhəri, məhəllə 45-də yaşayırdılar. Bu ev hazır olduğu zaman həmin evi satdılar. Onu da qeyd edir ki, tikintipulunu demək olar ki, özləri qoyublar, lakin Gülnarənin də atası onlara kömək edirdi. Bildirir ki, Gülnarənin atası onlara həmişə maddi dəstək olub. İlqarın atasının isə evin tikilməsinə maddi vəsaiti qoyubqoymamasından xəbəri yoxdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

26. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan iddianın artırılması tələbləri ilə məhkəməyə müraciət edərək,

- "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 39 saylı (56.7 kv.m) mənzilə dair X23 ilə X12 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sözügedən mənzilə dair X6 adına rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi,həmin mənzil üzərində İddiaçı ½ hissədə pay hüququnun tanınması; -"xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 saylı (63 kv.m) mənzilə dair X23 ilə X21 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sözügedən mənzilə dair X10 adına rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi, həmin mənzil üzərində İddiaçı ½ hissədə pay hüququnun tanınması; - Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən 0.0418 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış sahəsinin dəyərinə müqabil – 150.000 (bir yüz əlli min) manat həcmində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi; - “CHEVROLET CRUZE” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində İddiaçı ½ hissədə mülkiyyət hüququnun tanınması; - “CHANGAN GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün ödənilmiş 63.865 manat pul vəsaitinin birgə nikah dövründə ödənilmiş hissəsinə müqabil – 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.1998-ci il tarixindən birgə nikahdadırlar. xx.xx.2019-cu ildə Cavabdeh "xxxx" MTK-ya məxsus 73 saylı binada 39 saylı 65 kv.m və 38 saylı 67 kv.m mənzilləri müqavilə ilə almışdır. DİN Baş X40 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə isə, xx.xx.2019-cu il tarixdən “CHEVROLET CRUZE” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehin adına qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin elektron bazasında toplanmış məlumatlara, arxiv materiallarına əsasən hal-hazırda Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən 0.0418 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququ 05 iyul 2013-cü il tarixdə qeydiyyata alınmış və ona eyni tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Tərəflər arasında ailə münasibətləri pozulduğundan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

28. Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(060)-330/2023 nömrəli qətnaməsi ( hakim G.Tanrıverdiyeva) ilə iddia qismən təmin edilmiş; - Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən fərdi yaşayış evinin dəyərinin yarısı – 120.000 (bir yüz iyirmi min) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi; - “CHANGAN GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün birgə nikah dövründə ödənilmiş pul vəsaitinin yarısı – 25.000 (iyirmi beş min) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi; - birgə nikah dövründə əldə olunmuş, “CHEVROLET CRUZE” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində bərabər olmaqla ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh payları müəyyən edilməsi, Cavabdeh 75 (yetmiş beş) manat ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia qalan hissələrdə təmin edilməmişdir.

29. Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(060)-330/2023 nömrəli əlavə qətnaməsi (hakim G.Tanrıverdiyeva) ilə Cavabdeh 182.5 (bir yüz səksən iki manat, əlli qəpik) ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

30. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdehin atası - Ağayev Gülbala Rza oğlu Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0.0865 ha torpaq sahəsindən 0.0418 ha hissəsini Cavabdeh bağışlamış, həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daha sonra tərəflər birgə nikah dövründə Sumqayıt şəhəri, 21-ci mikrorayon-da yerləşən 0.0865 ha torpaq sahəsi üzərində fərdi yaşayış evini tikmiş və orada yaşamağa başlamışdırlar. Həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Hazırda iddiaçı həmin yaşayış sahəsinin bazar dəyərinin yarısının (150000 manat) cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər mübahisəli mənzilin birgə nikah dövründə tikilməsini mübahisələndirmirlər. Lakin cavabdeh tərəf mübahisəli mənzilin tərəflərin birgə vəsaiti hesabına deyil, cavabdehin atası Ağayev Gülbala Rza oğlunun maddi vəsaiti hesabına tikildiyini iddia edir. Məhkəmə hesab edib ki, hazırki iş üzrə iddiaçı tərəf mübahisəli fərdi yaşayış evinin birgə nikah dövründə tərəflərin birgə gəlirləri hesabına tikildiyini sübuta yetirə bilmişdir. Cavabdeh tərəf bu halı təkzib etmək üçün məhkəməyə yalnız iki şahid ifadəsi təqdim etmişdir. Həmin şahidlərdən biri cavabdehin qardaşı olmaqla onun yaxın qohumudur. Onun isə hazırkı halda mübahisəli evin məhz qardaşının deyil, atasının vəsaiti hesabına tikildiyini bildirməsi normal haldır. Digər şahid ifadəsinə gəldikdə isə məhkəmə qeyd edib ki, mübahisəli evdə usta işləyən şəxsin ifadələri ziddiyyətli olmaqla yalnız onun ifadəsi tərəflərin birgə nikah dövründə tikdirdiyi evin onların birgə vəsaiti hesabına tikilmədiyini təsdiq edən əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul edilə bilməz.

31. Məhkəmə Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən fərdi yaşayış evinin orta bazar dəyərinin (240000 manat) yarısı – 120.000 (bir yüz iyirmi min) manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlib.

32. Məhkəmə hesab edib ki, iddia tələbi “CHEVROLET CRUZE” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində İddiaçı ½ hissədə mülkiyyət hüququnun tanınması hissəsində də əsaslı olduğundan təmin edilməlidir. Tərəflər, “CHEVROLET CRUZE” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onların birgə nikahları dövründə əldə edildiyini mübahisələndirmirlər. İş materiallarından da görünür ki, mübahisəli maşın xx.xx.2019-cu il tarixdən Cavabdeh adınadır. Bu səbəbdən məhkəmə hesab edib ki, “CHEVROLET CRUZE” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə İddiaçı ilə Cavabdeh payları bərabər (1/2) müəyyən edilməlidir.

33. Məhkəmə göstərib ki, iddia tələbi “CHANGAN GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün ödənilmiş 63.865 manat pul vəsaitinin birgə nikah dövründə ödənilmiş hissəsinə müqabil – 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mübahisəli nəqliyyat vasitəsi tərəflərin birgə nikah dövründə xx.xx.2020-ci il tarixli, B-041-AAE-20 nömrəli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında Cavabdeh tərəfindən alınmışdır. Həmin avtomobilin alqı-satqı müqaviləsi üzrə birgə nikah dövründə ümumilikdə 55470 manat (20065 manat - ilkin ödəniş + 3505 manat - DYP, sığorta ödənişləri + 31900 manat - xx.xx.2022-ci il tarixədək aylıq ödənişlərin cəmi) ödəniş edilmişdir. ("xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən) İddiaçı ilə cavabdehin münasibətləri 2021-ci ilin dekabr ayının sonlarından pozulmuş, iddiaçı xx.xx.2022-ci il tarixdə nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh hazırki hissədə iddia tələbinə etirazını “CHANGAN GS75” markalı, 99- PT737 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh tərəfindən lizinq müqaviləsi əsasında əldə edildiyini, cavabdehin lizinq ödənişlərini edə bilməməsi əsası ilə avtomobilin hazırda başqa şəxsin adına qeydə alınması, beləliklə cavabdehin həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququnun yaranmaması və lizinq ödənişlərinin itməsi ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin həmin hissədə iddia tələbinə etirazı ilə razılaşmamış və qeyd edib ki, cavabdeh tərəf mübahisəli avtomobilin lizinq müqaviləsi əsasında əldə edildiyini bildirsə də, məhkəməyə bununla bağlı hər hansı sübut (lizinq müqaviləsinin surətini) təqdim olunmamışdır. Əksinə "xxxx" MMC-nin iş materiallarında olan bir neçə məktubunun məzmunundan görünür ki, “CHANGAN GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, B- 041-AAE-20 nömrəli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Məhkəmə hesab edib ki, sözügedən avtomobilə görə tərəflərin birgə təsərrüfat apardığı dövrdə edilmiş ödənişlərin 50000 manat hissəsində tərəflərin arasında bölünməsi ədalətli və ağlabatandır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli, “CHANGAN GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün ödənilmiş pul vəsaitinin (50000 manat) ½ hissəsi – 25.000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

34. İddia tələbinin "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərə dair hissəsində iddianı təmin etməyən məhkəmə qeyd edib ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, 38 və 39 saylı mənzillər tərəflərin birgə nikah dövründə - 2019-cu il tarixində alınmışdır. Daha sonra həmin mənzillər xüsusi mülkiyyət hüququ əsasında X14 adına qeydiyyata alınmışdır. Azər Verdiyev xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələri ilə 38 saylı mənzili X15, 39 saylı mənzili isə X2. 38 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında A.Cavadovanının adına, 39 saylı mənzil isə xüsusi mülkiyyət hüququ əsasında S.İsmayılovanının adına qeydə alınmışdır. Hazırda iddiaçı həmin müqavilələrin etibarsız hesab edilməsini, X10 və X6 adına verilmiş çıxarışların ləğv edilməsini xahiş edib. Hazırki işin materiallarından isə görünür ki, birgə nikah dövründə əldə edilmiş mənzillər iddiaçının razılığı olmadan X14 adına qeydiyyata alınmışdır. Həmin mənzillər sonradan X23 tərəfindən üçüncü şəxslərə (X15 və X8) satılmışdır. İddiaçı isə onun razılığı olmadan birgə nikah dövründə əldə edilmiş mənzillərin X14 adına qeydə alınmasının etibarsızlığı barədə iddia qaldırmamış, mənzillərin A.Verdiyev tərəfindən X15 və X1 dair əqdlərin etibarsızlığı barədə tələb irəli sürmüşdür. İddiaçı həmin şəxslərin çox güman ki bacı olmaqla vicdansız sahib olduqlarını bildirsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Nəticədə məhkəmə yuxarıda qeyd olunan formada qətnamə qəbul etmişdir.

35. Birinci instansiya məhkəməsi öz mövqeyini, Konstitusiyanın 34-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 213, 223.3, 225.1, 337, 747, 748-ci maddələrinə, Ailə Məcəlləsinin 31, 32, 33, 36, 37-ci madələrinin müvafiq bəndlərinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

36. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan iddiaçı və cavabdeh apellyasiya şikayəti vermişlər.

37. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticəni qismən əsassız hesab edir. Belə ki, iddia tələbinin təmin edilməyən hissəsində qətnamə ləğv edilməli və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qəbul etdiyi qətnamə ilə birgə nikah dövründə əldə edilmiş sözügedən mənzillərə dair alqı-satqı müqavilərinin etibarsızlığını tanımayaraq dolayısı ilə uydurma əqdlər vasitəsilə həmin daşınmaz əmlakların özgəninkiləşdirilməsinə göz yummuş və bununla da iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlaklara olan pay hüququnun həyata keçirilməsinə əngəl yaratmışdır. Bununla da iddiaçının ən mühüm konstitusion hüququ olan mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Mübahisəli mənzillərə dair hər hansı alqı-satqı müqaviləsinin müvcudluğundan söhbət gedə bilməz. Belə ki, iradəvi akt olan əqdin mövcudluğu üçün psixoloji amillərlə bağlı olan daxili iradə, yəni tərəfin buna arzu və istəyi, eləcə də onun elan edilməsi və bildirilməsi ilə bağlı olaraq ifadə edilməsi zəruridir. Demək ki, subyektiv və obyektiv elementlərdən birinin qüsurlu olması əqdin heç bir hüquqi nəticə yaratmamasına səbəb olacaqdır. Cavabdeh evi öncə X14 adına qeydiyyatdan keçirməsi, daha sonra uydurma alqı-satqı müqaviləsi bağlayaraq həmin mənzillərin A.Verdiyev vasitəsilə X15 və X8 özgəninkiləşdirməsində məqsəd birgə nikah dövründə əldə edilmiş həmin əmlaklar üzərində İddiaçı mövcud olan pay hüququnun tanınmasına maneə yaradılması olmuşdur. Beləliklə görünüş üçün bağlanmış bu müqavilələrin sadəcə hüquqi nəticəsinə görə etibarlı sayılması da qeyri-mümkündür. Məhkəmədə mənzillərin alqı-satqı prosesində cavabdehin etibarnamə əsasında bilavasitə alqı-satqıda iştirak etməsi, eləcə də Azər Verdiyevin ümumiyyətlə mənzillərin ünvanını belə dəqiq bilməməsi halı təsdiq olunsa da qərar qəbul edərkən bunların heç biri nəzərə alınmamışdır. Belə ki, mülkiyyətində olan mənzili cavabdeh başqa şəxsin adına qeydiyyatdan keçirir, daha sonra həmin şəxs əmlakı özgəninkiləşdirdiyi zaman cavabdeh etibarnamə üzrə nümayəndə kimi alqı-satqıda iştirak edir. Bu hal cavabdehin həmin əmlaka qarşı marağının olması sualını qarşıya qoyur. Ən əsas məsələ isə əgər alqı-satqı müqavilələri etibarlı idisə və mənzillər müqaviləyə əsasən həqiqətən də həmin üçüncü şəxslərin mülkiyyətinə keçmişdirsə, X21 və X12 bu müqavilələrin etibarsızlığına dair iddia üzrə üçüncü şəxs qismində cəlb edildikləri halda məhkəmə icraatının heç bir mərhələsində səbəb göstərmədən iştirak etməmişlər. Çünki, iddia tələbinin onlar üçün heç bir əhəmiyyəti yoxdur, həmin müqavilələr sadəcə görünüş üçün bağlanmış uydurma əqdlərdir. Məhkəmə isə belə mühüm bir faktı gözardı etmişdir. Məhkəmə qətnaməsində qeyd olunur ki, iddiaçı ilk öncə mənzillərin X14 adına qeydə alınmasını mübahisələndirməli idi. Bu tamamilə absurddur. Ona görə ki, alqı-satqı müqavilələrinin etibarsızlığı mənzillərin X14 adına olan qeydiyyatın etibarsızlığının tanınmasından asılı deyildir. Tam əksinə sonrakı əqdin etibarsızlığının tanınması həmin əqdin predmetinə dair elə əvvəlki əqdlərin də etibarsızlığını ehtiva edir. Digər tərəfdən iddiaçının Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında 0.0418 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış sahəsinin dəyərinə müqabil – 150.000 (bir yüz əlli min) manat həcmində pul vəsaitinin ödənilməsi tələbinə münasibətdə evin dəyərini müəyyən edərkən məhkəmə sadəcə təqdim olunmuş qiymətləndiricinin rəyini əsas götürmüşdür. Həmin rəyi təqdim olunmuş digər sübutlarla birlikdə qiymətləndirməmiş və əlavə heç bir araşdırma da aparmadan sadəcə rəylə kifayətlənmişdir. Bu isə iddiaçının haqlı tələbinə dair düzgün və ədalətli məhkəmə qərarının çıxarılması üçün yetərli deyildir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

38. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin təmin olunmasına dair hissədə qətnaməni tamamilə qanunsuz və əsassız hesab edir. Məhkəmə Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən fərdi yaşayış evinin dəyərinin yarısı – 120.000 (bir yüz iyirmi min) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsinə dair hissədə məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı tərəf öz iddia tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilməmişdir. Lakin buna baxmayaraq məhkəmə iddia tələbini həmin hissədə təmin etmişdir. İddiaçı tərəf həmin hissədə iddia tələbinə dair iki şahid dəvət etmiş və həmin şahidlər iş üzrə hər hansı bir halı təsdiq edə bilməmişlər, ümumi formal sözlərlə fikirlərini bildirmişlər. Məhkəmə isə qətnamədə bu hissədə iddiaçının iddiasını sübut etdiyini qeyd etmiş, lakin sübutun nədən ibarət olması, hansı formada sübutedilməyə dair hər hansı şərh verilməmişdir. Mübahisəli fərdi yaşayış evinin nikah dövründə inşası onun tərəflərin birgə əmlakı kimi qəbul edilməsi anlamına gələ bilməz. İddiaçı əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmasını məhkəmədə sübuta yetirməlidir. Lakin işdən görünür ki, iddiaçı tərəf bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Əksinə cavabdeh tərəf öz etirazının əsası kimi bunu şahidlərin vasitəsilə sübuta yetirmişdir. Lakin məhkəmə həmin şahdlərin ifadələrinə tənqidi yanaşmışdır. “CHEVROLET CRUZE” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində İddiaçı ½ hissədə mülkiyyət hüququnun tanınması barədə məhkəmənin mövqeyini əsassızdır. Belə ki, avtomobil cavabdehin adına olsa da, həmin avtomobil birgə vəsait hesabına alınmayıb. Məhkəmə iclasında şahid qismində iştirak edən X36 oğlu ifadəsində bildirmişdir ki, tərəflərin hər ikisini tanıyır. İlqar qardaşı, Gülnarə isə onun yoldaşıdır. Bildirmişdir ki, İlqarın maddi vəziyyəti, yaxşı deyildi. Ona görə atası rəhmətə gedəndən sonra Sumqayıt şəhəri, məhəllə 45-də olan ev satılıb və əldə olunan vəsait hesabına hazırkı mübahisəli mənzilin tikintisi zamanı yaranan təmir borcu ödənilib. Qalan pulla isə iddiaçıya maşın alınıb. Yəni mübahisəli avtonəqliyyat vasitəsi birgə vəsait hesabına alınmayıb. Ona görə də iddia tələbi həmin hissədə də rədd olunmalıdır. Məhkəmə hesab edib ki, iddia tələbi “CHANGAN GS75” markalı nəqliyyat vasitəsi üçün ödənilmiş 63.865 manat pul vəsaitin birgə nikah dövründə ödənilmiş hissəsinə müqabil – 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bu hissədə də məhkəmənin mövqeyi əsassızdır. Çünki, “CHANGAN GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi lizinqdə olan maşındır. Müqavilə əvvəl cavabdehin adına olmuş və sonradan cavabdehin ərizəsi əsasında digər bir şəxsin adına keçirilmişdir. Belə ki, cavabdeh ödənişləri ödəmək iqtidarında olmamışdır. Həmin avtomobil lizinq müqaviləsinə əsasən cavabdehin istifadəsində olmuş, daha sonra isə digər şəxsin istifadəsinə verilmişdir. Həmin avtomobilin mülkiyyətçisi isə lizinq şirkətidir. Ona görə də həmin avtomobil birgə mülkiyyət sayıla bilməz və həmin avtomobilə dair ödənilmiş pul vəsaiti bölünə bilməz. Qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə iddia tələbinin təmin olunmasına dair hissələrdə ləğv olunmalı və iddia tələbi tamamilə rədd olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

40. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaçı tərəfin apellyasiya şikayətini müdafiə etdi, cavabdehin apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, tərəflər birgə nikahda olduqları dövrdə bir sıra əmlaklar əldə etmişlər. Onlar arasında ailə münasibətləri pozulduğundan cavabdeh həmin əmlakların tərəflər arasında bölgüsünün həyata keçməməsi üçün həmin əmlakların bəzilərini görünüş üçün üçüncü şəxslərin adına rəsmiləşdirmişdir. Belə ki, birgə nikah zamanı əldə edilmiş "xxxx" MTK-da olan iki mənzil Azər Verdiyevin adına rəsmiləşdirilmişdir. Azər Verdiyev həm iddiaçının həm də cavabdehin həkim iş yoldaşı olmuşdur. Bundan sonra həmin mənzillər uyğun olaraq üçüncü şəxslər X21 və X6 adına rəsmiləşdirilmişdir. Həmin şəxslər isə bacıdırlar və cavabdehin həmkəndliləridir. Mübahisəli mənzillərin alqı-satqısını özündə ehtiva edən bütün proseslər məhz cavabdehin məqsədli planı nəticəsində baş tutmuşdur. İddia tələbində "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 39 saylı (56.7 kv.m) və 38 saylı (63 kv.m) mənzillərə dair uyğun olaraq X23 ilə X12 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin mənzilə dair X6 adına rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışın və X23 ilə X21 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sözügedən mənzilə dair X10 adına rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi həmin mənzil üzərində İddiaçı ½ hissədə pay hüququnun tanınması xahiş edilmişdir. Bu tələb özlüyündə mübahisəli mənzillərə dair X14 adına əldə edilmiş Çıxarışların etibarsızlığını da ehtiva edir. Göstərilənlərə əsasən nümayəndə sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

41. Məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X21, X23 və X8 vaxtında və lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

42. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 hər dəfə məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, növbəti məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

43. Azərbaycan Respublikası Konstitusiyası; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;

Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

45. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinin tələbinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvadın kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətidir. 34.2.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olmasından və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 33.1-ci maddəyə əsasən ər-arvadın ümumi birgə əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36-cı maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

47. Apellyasiya şikayətlərindən görünür ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(060)-330/2023 nömrəli qətnaməsini iddianın təmin edilməyən hissəsini, Cavabdeh isə əksinə, iddianın təmin olunan hissələrini mübahisələndirmişdir.

48. Ona görə də kollegiya apellyasiaya şikayətlərinin dəlillərini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş üzrə təqdim olunmuş sənədlərlə əlaqəli şəkildə araşdıraraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan “Saray-H MTK-da yerləşən mənzillərə münasibətdə” ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilməlidir.

50. İddia tələbindən göründüyü kimi tələb bir neçə hissədən ibarət olmaqla, birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi, əmlak üzərində payların müəyyən edilməsi barədədir.

51. Öyrənilən işdən görünür ki, iddiaçı məhkəmə araşdırması zamanı tələbini bir neçə dəfə dəyişdirmişdir (dəqiqləşdirmişdir). Bütün tələblərin mahiyyətinə və ifadə tərzinə nəzər saldıqda görünür ki, iddiaçı tərəf həm torpağın üzərində inşa edilmiş evin dəyərinin, həm “Changan GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilmiş pulun yarısını, həmçinin “Chevrolit Cruze” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 (63 kv.m) və 39 (56.7 kv.m) nömrəli mənzillər üzərində ½ payının müəyyən edilməsini və əlaqəli olaraq həmin mənzillərlə bağlı bütün növ sənədləşmələrin (alqı-satqı müqavilələrinin, çıxarışların, qeydiyyatların və s.) etibarsızlığını (ləğvini) tələb etmişdir.

52. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparmazdan əvvəl kollegiya tam hüquqlu və səlahiyyətli məhkəmə kimi iddia tələbinin bir daha aydınlaşdırılmasına zərurət görmüşdür.

53. Kollegiya əlavə vaxt itkisinin qarşını almaq, həmçinin prosessual qənaət prinsipi baxımından belə qənaətə gəlir ki, iddiaçının mənzillər üzərində payının müəyyən olunmasını tələb etməsi, bu mənzillər üzərində aparılmış bütün növ sənədləşmənin etibarsızlığını və sonda payının müəyyən olunmasını ehtiva edir. (iddiaçı sonuncu dəqiqləşdirmədən əvvəl də Azər Verdiyevin adına aparılmış bütün rəsmiləşdirmənin (müqavilələrin və çıxarışın) etibarsızlığını tələb etmişdir.

54. Məhkəmə kollegiyası hüquqi müəyyənlik prinsipi baxımından mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutaraq iddiaçı ilə cavabdeh arasında olmuş münasibətə, mübahisəli əmlaklara dair tərəflərin birgə əmlak rejiminin yaranıbyaranmamasına xüsusi diqqət yetirmişdir.

55. Apellyasiya şikayətləri üzrə araşdırma aparan kollegiya qeyd edir ki, hazırkı mübahisənin obyektiv, tam və hərtərəfli həlli üçün ilk olaraq aşağıda sadalanan halların aydınlaşdırılmasına zərurət var. -İddiaçı ilə cavabdeh birgə nikahda olumuşdurmu; -Mübahisəli əmlaklar birgə nikah dövrünə təsadüf edirmi; -Sözügedən əmlaka dair tərəflərin birgə əmlak rejimi yaranmışdırmı;

56. Araşdırılan işin mübahisəsiz hallarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh xx.xx.1998-ci ildə nikaha daxil olmuş, 2022-ci ildə tərəflər arasında bağlanmış nikah rəsmi qaydada pozulmuşdur.

57. Nikah rəsmi qaydada pozulduqdan sonra tərəfələr arasında əmlak mübahisələri başlamış və qarşılıqlı razılıq olmadığından iddiaçı yuxarıda göstərilən tələblərlə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd edilən əmlakların birgə nikah dövründə əldə edilmiş əmlaklar olması baxımından, onların tərəflər arasında bölgüsü, habelə payların müəyyən edilməsini xahiş etmişdir.

58. İlk olaraq cavabdeh tərəfin vermiş olduğu apellyasiya şikayətinin dəlilləri üzrə ardıcıl qaydada araşdırma aparan kollegiya bildirir ki, hazırkı iş üzrə cavabdehin atası - Ağayev Gülbala Rza oğlu Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0.0865 ha torpaq sahəsindən 0.0418 ha hissəsini Cavabdeh bağışlamış və bundan sonra sonuncunun adına xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquq müəyyənedici sənəd verilmişdir.

59. Daha sonra tərəflər birgə nikah dövründə həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evini tikərək orada yaşamağa başlamışlar. Sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Mübahisəli mənzilin birgə nikah dövründə tikilməsi işin mübahisəsiz halıdır. Lakin cavabdeh tərəf mübahisəli mənzilin tərəflərin birgə vəsaiti hesabına deyil, cavabdehin atası Ağayev Gülbala Rza oğlunun maddi vəsaiti hesabına tikildiyini iddia edir. Cavabdehin bu barədə iddiası əsaslı dəlillərlə öz təsdiqini tapmamışdır. Kollegiya bu hissədə, yəni mübahisəli evin məhz tərəflərin birgə vəsaiti hesabına inşa edilməsi barədə mövqe ilə razılaşır və evin dəyəri kimi birinci instansiya məhkəməsinin istinad etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/23-568 nömrəli, 11 sentyabr 2023-cü il tarixli rəyini kollegiya mötəbər sübut kimi qəbul edir. Çünki hər iki tərəf həmin rəyi fərqli dəlillərlə mübahisələndirsə də, öz etirazlarına dair əsaslı dəlil məhkəməyə təqdim etməmişlər.

60. Kollegiyanın qənaətinə görə iddiaçı tərəf mübahisəli fərdi yaşayış evinin birgə nikah dövründə tərəflərin birgə gəlirləri hesabına tikildiyini sübuta yetirə bilmişdir. Cavabdeh tərəf bu halı təkzib etmək üçün məhkəməyə yalnız iki şahid ifadəsi təqdim etmişdir ki, bunlardan biri cavabdehin qardaşıdır. Onun isə hazırkı mübahisə halında mübahisəli evin qardaşının deyil, məhz atasının vəsaiti hesabına tikildiyini bildirməsi normal haldır. Digər şahid ifadəsinə gəldikdə isə məhkəmə qeyd edib ki, mübahisəli evdə usta işləyən şəxsin ifadələri ziddiyyətli olmaqla yalnız onun ifadəsi tərəflərin birgə nikah dövründə tikdirdiyi evin onların birgə vəsaiti hesabına tikilmədiyini təsdiq edən əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul edilə bilməz.

61. “Chevrolet Cruze” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin də tərəflərin birgə nikah dövründə əldə edilməsi işin mübahisə olunmayan halıdır. Bu avtomobillə bağlı işin mübahisələndirilən halı tərəflərin birgə vəsaiti hesabına deyil, cavabdehin şəxsi vəsaiti hesabına əldə olunması ilə bağlıdır. Belə ki, cavabdeh tərəf israrlı şəkildə qeyd edir ki, sözügedən avtomobil onun adına olmaqla yanaşı, öz vəsaiti hesabına əldə olunmuşdur. Həmin vaxt onun maddi imkanı yaxşı olmadığından, atası rəhmətə gedəndən sonra Sumqayıt şəhəri məhəllə 45 ünvanda olan evi satıb, əldə olunan vəsait hesabına evi təmir etdirib, qalan pula da mübahisələndirilən avtomobili almışdır. Yəni maşın nikah dövrünə təsadüf etsə də, birgə vəsait hesabına əldə olunmayıb. Lakin cavabdeh bu dəlilinin təsdiqi kimi nə birinci, nə də apellyasiya icraatı zamanı hər hansı mötəbər sübutu təqdim etməmiş, bu halla bağlı təqdim edilən sübut yalnız cavabdehin qardaşının ifadəsi olmuşdur.

62. Kollegiya sözügedən avtomobillə bağlı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və bu səbəbdən sözügedən nəqliyyat vasitəsinə İddiaçı ilə Cavabdeh paylarının bərabər (1/2) hissədə müəyyən edilməsi barədə məhkəmənin mövqeyini əsaslı və işin faktiki hallarına uyğun hesab edir.

63. Kollegiya “Changan GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün ödənilmiş 63.865 manat pul vəsaitinin birgə nikah dövründə ödənilmiş hissəsinə müqabil – 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində qətnamənin əsassızlığına dair dəlillərini qəbul etmir. Belə ki, mübahisəli nəqliyyat vasitəsi tərəflərin birgə nikah dövründə xx.xx.2020-ci il tarixli, B-041-AAE-20 nömrəli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında Cavabdeh tərəfindən alınmışdır. Həmin avtomobilin alqı-satqı müqaviləsi üzrə birgə nikah dövründə ümumilikdə 55470 manat (20065 manat - ilkin ödəniş + 3505 manat - DYP, sığorta ödənişləri + 31900 manat - xx.xx.2022-ci il tarixədək aylıq ödənişlərin cəmi) ödəniş edilmişdir. “CHANGAN GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, B-041-AAE-20 nömrəli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Belə olan halda “CHANGAN GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün ödənilmiş pul vəsaitinin ½ hissəsi–25.000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi təmin edilməlidir.

64. Cavabdeh apellyasiya şikayətinin dəlillərində həmin avtomobilin lizinqdə olmasını və birgə mülkiyyət kimi hesab oluna bilməməsini göstərsə də, bu dəlillər iş materialları ilə öz təsdiqini tapmamış, əksinə iş materiallarında olan "xxxx" MMC-nin çoxsaylı məktublarının məzmunundan aydın olur ki, sözügedən avtomobillə bağlı xx.xx.2020-ci il tarixli, B-041- AAE-20 nömrəli alqı-satqı müqaviləsi Cavabdehlə bağlanmış, həmin müqavilə üzrə 63 865 manat ödənilmiş, 8544 manat qalıq borc qalmışdır. Avtomobil hazırda Cavabdeh istifadəsindədir. Məktubun məzmunundan həm də belə qənaətə gəlinir ki, sözügedən müqavilə daha çox kredit və ya nisyə alqı-satqı müqaviləsin uyğun gəlir.

65. Kollegiya iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri üzrə də araşdırma apararaq aşağıdakıları qeyd edir.

66. İddiaçının apellyasiya şikayətinin dəlillərindən görünür ki, sonuncu apellyasiya şikayətində iddianın təmin olunmayan, yəni Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən torpaq sahəsindəki evin dəyərinin düzgün bölünməməsini və MTK-da olan mənzillər üzərində payının müəyyən olunmamasını mübahisələndirmişdir.

67. İddiaçının apellyasiya şikayətinin dəlilinin birinci hissəsinə (Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən torpaq sahəsindəki evin dəyərinin düzgün bölünməməsi) hazırkı qərarın 58-ci bəndində əsaslandırma aparılaraq hüquqi qiymət verildiyindən, kollegiya təkrar olaraq bu dəlillə bağlı yenidən qiymətləndirmə aparılmasına zərurət görmür.

68. Mübahisələndirilən qətnamədən görünür ki, işə baxan məhkəmə iddia tələbini "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərə dair hissədə təmin etməmişdir.

69. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

70. Belə ki, araşdırılan işin faktiki halları ilə müəyyən edilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73-də yerləşən 38 və 39 saylı mənzillər 2019-cu il tarixdə alınmaqla, həmin mənzillərin əldə olunması və mənzillə bağlı ödənişlərin edilməsi məhz tərəflərin birgə nikah dövrünə təsadüf edir.

71. İşdən həmçinin müəyyən edilir ki, həmin mənzillər sonradan Azər Verdiyev adlı şəxsin adına sənədləşdirilməklə, sonuncunun adına xx.xx.2022-ci il tarixli mülkiyyət hüququnu təsdiq edən sənəd verilmişdir.

72. Bundan sonra Azər Verdiyev qısa zaman müddətində, yəni öz adına çıxarış aldıqdan təxminən iki ay keçməmiş, xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələrlə 38 saylı mənzili X15, 39 saylı mənzili isə X2 (İddiaçı tərəf həmin şəxsləri tanıdığını və bacı olmasını bildirir).

73. Mübahisəli mənzillərə dair təqdim olunmuş notariat işi öyrənilərkən müəyyən edilmişdir ki, alqı-satqı zamanı satıcı qismində şəxsən A.Verdiyev deyil, məhz onun vermiş olduğu xx.xx.2022-ci il tarixli etibarnəmə əsasında (etibarnamə A.Verdiyevin adına çıxarış alındıqdan səkkiz gün sonra verilmişdir) Cavabdeh iştirak etmiş, bütün sənədlər onun tərəfindən imzalanmış, hətta mənzillərə görə “ödənilmiş” məbləğlər də notariusun məktubları əsasında Bank tərəfindən Cavabdeh verilmişdir.

74. Kollegiya tərəfindən notarial qaydada rəsmiləşdirilmiş müqavilələrin tarixinə, onların imzalanma və çap vaxtlarına diqqət yetirildikdə müəyyən edilmişdir ki, hər iki müqavilənin tarixi eyni olmaqla (xx.xx.2022-ci il), çap saatları arasındakı fərq də elə də cox deyil, yəni Aygün Cavadovaya satılmış 38 mənzillə bağlı bu vaxt göstəricisi 13:05 olduğu halda, Sevinc İbrahimovaya satılmış 39 saylı mənzildə bu vaxt 13:44-dür (i/m 3-cü cild səh. 77 və 101). Buradan da görünür ki, notariat əməliyyatı eyni gündə və eyni saatlarda aparılmışdır.

75. Bundan əlavə notariat işlərinə diqqət yetirdikdə müəyyən edilir ki, hər iki müqavilənin rəsmiləşdirilməsi zamanı “satıcı” Azər Verdiyevin arvadının adından razılıq ərizələri X28 tərəfindən imzalanmışdır. Buradan da belə qənaətə gəlinir ki, Azər Verdiyev və onun arvadı sözügedən mənzillərin digər şəxslərin adına sənədləşdirilməsində, pulun Cavabdeh verilməsində elə də maraqlı olmamışlar.

76. İddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya mübahisəli mənzillərin əvvəlki və sonuncu mülkiyyətçiləri, yəni Cavabdeh, Azər Verdiyevi, Aygün Cavadova və Sevinc İbrahimovanı dəfələrlə müxtəlif vasitələrlə (bildiriş, “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş, həmçinin məhkəmə iclas katibi tərəfindən zəng edilməklə) məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırmasına baxmayaraq, sonuncular məhkəmə çağırışlarına biganə yanaşmaqla iclaslarda iştirak etməmiş, əksinə məhkəmə iclaslarından yayınmaqla ədalətli məhkəmə araşdırmasına maneçilik törətmişlər.

77. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, mübahisəsigedən mənzilləri sonradan öz adına rəsmiləşdirimiş üçüncü şəxslərin (A.Verdiyev, Aygün Cavadova və Sevinc İbrahimovanın) bu cür biganə davranışları mübahisənin daha ətraflı araşdırılmasına maneə olmaqla yanaşı, həmçinin mübahisənin necə həll olunmasında maraqlı olmadıqlarının bariz göstəricisidir..

78. Araşdırılan işin faktiki halları ilə həmçinin müəyyən edilir ki, mübahisələndirilən mənzillər ilk dəfə Cavabdeh adından çıxarılaraq tərəflərin iş yoldaşı olan Azər Verdiyevin adına rəsmiləşdirilərkən, İddiaçı məlumatsız olmuş, bununla bağlı sonuncunun hər hansı iradə ifadəsi müəyyənləşdirilməmişdir. Bundan sonra mübahisəni daha da dərinləşdirmək və guya “vicdanlı alıcı” statusu əldə etmək məqsədilə həmin mənzillər Aygün Cavadova və Sevinc İbrahimovanın adına rəsmiləşdirilmişdir. Bu proseslər tərəflər arasındakı münasibət pozulduqdan sonra baş vermişdir.

79. Bütün bu göstəricilər isə bir daha onu deməyə əsas verir ki, bağlanmış müqavilələr həqiqəti əks etdirməməklə, formal, əsl həqiqi niyyəti gizlətmək və mövcud vəziyyətdən uzaqlaşmaqla, yayınmağa xidmət edir.

80. Yuxarıda sadalanan hallara istinadən göründüyü kimi əqdlərin bağlanması zamanı Mülki və Ailə Məcəlləsinin 222.3, 337.1., 339.2, 33.3-cü maddələrinin tələbləri pozulmuş, iddiaçının bu sənədləşmənin və əqdlərin bağlanmasına razılığı alınmamış və MTK-da yanlış təsəvvür yaradılaraq mübahisəli mənzillərə dair mövcud müqavilənin A.Verdiyevlə bağlanmasına nail olunmuşdur. Həmin əqdlərin formal tərəfləri olmuş A.Verdiyev, sonradan isə A.Cavadova və S.İbrahimova bundan, yəni tərəflər arasındakı mübahisədən, həmçinin iddiaçının razılığı olmadığı barədə məlumatı olduğu halda sözügedən mənzillərin öz adlarına rəsmiləşdirilməsinə etiraz etməmişlər.

81. Bundan əlavə araşdırılan işdən görünür ki, sözügedən mənzillər A.Verdiyevin adına sənədlşdirilərkən İddiaçı ilə Cavabdeh arasında nikahın pozulmasına dair mübahisə davam edirdi və nikahın pozulmasına dair qəbul edilmiş qətnamə qanuni qüvvəsini almamışdır. Mənzillə bağlı əməliyyatlar isə nikahın pozulması ərəfəsində ardıcıl olaraq qısa zaman müddətlərində aparılmışdır. Azər Verdiyevin isə hər iki tərəfin iş yoldaşı olmaqla, bütün bu proseslərdən məlumatsız olması heç də inandırıcı və ağlabatan görünmür.

82. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərlə bağlı Azər Verdiyevin adına aparılmış bütün sənədləşmələr (MTK ilə onun arasında bağlanmış müqavilələr, MTK-ın adından verilmiş xx.xx.2022-cil tarixli 162 və 163 nömrəli maliyyə arayışları, həmin tarixli və nömrəli protokoldan çıxarışlar), bundan sonra isə Azər Verdiyevlə A.Cavadova və S.İbrahimova arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilməli, sonuncuların adına verilmiş çıxarışlar ləğv edilməlidir.

83. İddia tələbinin payların müəyyən edilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə birgə vəsaitləri hesabına əldə etdiklərindən, Ailə Məcəlləsinin 36.3, 37.1. maddələrinin tələblərinə əsasən paylarına uyğun bölünməli və həmin mənzillər üzərində tərəflərin əmlakdakı payların bərabərliyi prinsipini rəhbər tutaraq hər birinin ½ pay hüququ müəyyən edilməlidir.

84. Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ər-arvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür.

85. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-yəni "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərə dair bağlanmış müqavilələrin etibarsız hesab edilməməsi və payların müəyyən olunmaması” hissələrində ləğv olunmalı, bu hissələr üzrə yeni qətnamə qəbul edilməklə, "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərlə bağlı Azər Verdiyevin adına aparılmış bütün sənədləşmələr (MTK ilə onun arasında bağlanmış müqavilələr, MTK-ın adından verilmiş xx.xx.2022-cil tarixli 162 və 163 nömrəli maliyyə arayışları, həmin tarixli və nömrəli protokoldan çıxarışlar), bundan sonra isə Azər Verdiyevlə A.Cavadova və S.İbrahimova arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilməli, mütənasib olaraq sonuncuların adına verilmiş xx.xx.2022-ci il tarixli, **********6 və **********7 qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli, ********** və ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilməli, həmin mənzillər üzərində ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh payları müəyyən edilməlidir.

86. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(060)-330/2023 nömrəli qətnaməsi qismən-yəni "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərə dair bağlanmış müqavilələrin etibarsız hesab edilməməsi və payların müəyyən olunmaması” hissələrində ləğv olunsun. Həmin hissələr üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilsin. "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərlə bağlı X14 adına aparılmış bütün sənədləşmələr (MTK ilə onun arasında bağlanmış müqavilələr, MTK-ın adından verilmiş xx.xx.2022-cil tarixli 162 və 163 nömrəli maliyyə arayışları, həmin tarixli və nömrəli protokoldan çıxarışlar); X23 ilə X21 və X13 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilsin, mütənasib olaraq sonuncuların adına verilmiş xx.xx.2022-ci il tarixli, **********6 və **********7 qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli, ********** və ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilsin, həmin mənzillər üzərində ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh payları müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar