Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3743/2021 15.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı1, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X4 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakim İ.Ə.Xəlilov) iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X4 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(067)-797/2021 saylı qərardadı ilə eyni tərəflər arasında eyni predmet barəsində işin icraatına xitam verilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 verdiyi şikayəti onunla əsaslandırmışlar ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İddia ərizəsinin qəbul edilməsindən imtina edilməsini əsası kimi Xaçmaz Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(067)-797/2021 saylı qərardadı ilə eyni tərəflər arasında eyni predmet barəsində işin icraatına xitam verilməsi göstərilmişdir. Həmin qərardadda göstərilən nöqsanlar aradan qaldırıldığı üçün, yenidən məhkəməyə müraciət etməlidir. Lakin məhkəmə bunları nəzərə almamışdır. Xaçmaz Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçı1 şikayətin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh şikayəti qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəflərin izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edir. Xaçmaz Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(067)-797/2021 saylı qərardadı ilə eyni tərəflər arasında eyni predmet barəsində işin icraatına xitam verilməsi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin qərardad məhkəmənin hazırlıq iclası üçün qəbul edilmiş və iş üzrə hazırlıq icraatına xitam verilmişdir. Həm də Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı olmadığı üçün, hazırlıq iclasına xitam verilmiş və həmin qərardaddla onlara notariat kontoruna müraciət etməyi və imtina alınandan sonra yenidən məhkəməyə müraciət etmək izah olunmuşdur. İş materialları ilə müəyyən edilir ki, qərardadda göstərilən nöqsan aradan qaldırılmış və iddiaçılar yenidən məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 24 sentyabr 2021-ci il tarixli 2(067)-2677/2021 saylı qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X4 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3743/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3743/2021
15.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver