Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3757/2021 15.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Cavabdeh və cavabdehin nümayəndəsi: X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X4 və üçüncü şəxs X2 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması və maddi ziyan tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakim E.T.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh, X4 və üçüncü şəxs X2 qarşı «torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması və maddi ziyan» tələbi barədə mülki iş üzrə Cavabdeh mülki işin ərazi aidiyyatı üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilməsi barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh, X4 və üçüncü şəxs X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonunun X9 Fondunda saxlanılan torpaqlardan ona ayrılan 5,5 ha torpaq sahəsinin şimal tərəfdən 1,0 ha hissəsindən çıxarılması, zəbt edilmiş sahənin boşaldılması, ona vurulan zərərə görə cavabdehdən 56000 manat məbləğində zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə daxil olan ərizədə o, 2(012)-2701/2021 saylı mülki işin baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, AR ƏMDK Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə 25 avqust 2021-ci il tarixli məktubundan görünür ki, elektron kadastr məlumat bazasına əsasən 5,5 ha torpaq sahəsi Qaradağ rayonu Qızıldaş qəsəbəsinin inzibati ərazi dairəsinin hüdudları daxilində yerləşir və həmin torpaq sahəsi üzərində heç bir hüquq müəyyənedici sənəd alınmamışdır. Eyni zamanda bildirir ki, 2(012)-2701/2021 saylı 11 iyun 2021-ci il icra vərəqinə əsasən İddiaçı ayrılmış 5,5 ha torpaq sahəsinin koordinatların müəyyən edilməsindən ötrü Abşeron İcra Şöbəsinin İcra Məmuru tərəfindən mütəxəssis dəvət edilmişdir. Əraziyə baxış zamanı mütəxəssis tərəfindən iddiaçının torpaq sahəsinin koordinatları yerdə müəyyən etmək mümkün olmamışdır (texniki kadastr sənədlərinin olmamasına görə). Bu fakt 9 iyul 2021-ci tarixli Abşeron rayon İcra Şöbəsinin aktlı ilə də təsdiq olunur. Belə ki, iddiaçının torpaq sahəsi üzrə hüquqları dövlət torpaq kadastrında qeydiyyata alınmamış və daşınmaz əmlakın dövlət reyestr çıxarışı yoxdur. Odur ki, iddiaçinın torpaq sahəsinə dair hər hansı hüquqa malik deyildir. İddiaçının torpaq sahəsinə hüquqlarının olması müəyyən edildikdən sonra iddiaçının mübahisəli torpaq sahəsi ilə əlaqədar tələb irəli sürməklə səlahiyyətli olubolmamasına münasibət bildirməlidir. İddiaçi ilə Abşeron rayonu İcra Hakimiyyəti arasında 14 fevral 2013-ci ildə bağlanan torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin 6-ci bəndində müqavilənin qüvvəyə minməsi, həmin müqavilənin etibarlı olması torpaq sahəsinin dövlət qeydiyyatına alındığdan sonra yarandığı birmənalı göstərilmişdir. Qeyd edilən müqavilənin şərtləri pozulduğuna görə hazırda heç bir hüquqi qüvvəsi yoxdur. İddiaçinın torpaq sahəsinə dair hüquqlarının qeydə alınması və torpaq sahəsinin qanuni əsaslarla verilməsi müəyyən edilmədiyindən iş materiallarındakı sənədlərlə iddiaçını mübahisəli torpaq sahəsinə hüququ olan şəxs hesab etmək olmaz. Belə vəziyyətdə isə mövcud olmayan hüquqların pozulmasından və müdafiəsindən mübahisə oluna bilməz. Torpaq Qanunvericiliyinin Məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmənin Pleniumıın 14 fevral 2003ciı il tarixli 2 saylı qararının 6-cı bəndinə qeyd edilmişdir ki, Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq, torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq, dövlət torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat vermir. Azərbaycan Respublikası "Torpaq icarəsi Haqqında" qanunun 12-ci maddəsinə görə torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır ki, hazır ki iş üzrə iddiaçı icarəyə götürdüyü 5,5 ha torpaq sahəsinə dövlət qeydiyyatı yoxdur. Həmin qanunun 29-ci maddəsinə əsasən torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsız hesab edilir. Eyni zamanda "Dövlət torpaq kadastr torpaqların monitorinqi və yerquluşu haqqında" Azərbaycan Respublikası Qanununu 6-ci maddəsinə əsasən Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin qanun 7-ci maddəsinə görə dövlət kadastrının məlumatları dövlət torpaq reyestrində qeydiyyata alınır. Həmin qanun 19-cu maddəsində qeyd edilmişdir ki, təsdiq edilmiş yerquruluşu layihələri yerə (naturaya) keçirilir, dövlət torpaq kadastrında qeydiyyata alınır, sənədləşdirilir və hüquqi qüvvəyə malik olur. Həmçinin qanun 23-cü maddəsinə görə dövlət torpaq kadastr haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. AR Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadə və ya icarəyə verilməsi barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, sürəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Göründüyü kimi mübahisə edilən əraziyə dair iddiaçının heç bir hüquq müəyyən edici sənədi mövcud deyil, həmin mübahisəli torpaq sahəsi Qaradağ rayonu Qızıldaş qəsəbəsinin inzibati ərazisində yerləşir. AR MPM-nin 31-ci maddəsinə əsasən aidiyyət qaydalarına pozulmasına yol verilmir. İddia torpaq sahəsinin olduğu yerin məhkəməsində baxılmalıdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh şikayəti onunla əsaslandırmışdır ki, onun tərəfindən aidiyyət məsələsi ilə bağlı ərizəsi təmin edilməmişdir. Qərardadda göstərilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi Abşeron rayonu ərazisində yerləşir və həmin ərazisinin Qaradağ rayonu ərazisində yerləşməsi barədə mötəbər sübut təqdim edilməmiş və iddiaçının həmin əraziyə dövlət çıxarışı mövcuddur. Məhkəmə bunları nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(012)-2701/2021 saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh və Cavabdeh nümayəndəsi Samir Qəhrəmanov nümayəndəsi olduğu cavabdehin adından şikayətin dəlillərini müdafiə etdi, öz adından şikayəti qəbul etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı və üçüncü şəxs V.Ş.Əmrahlı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə qərardad dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının 04.02.2013-cü il tarixli 108 saylı sərəncamından görünür ki, Abşeron rayonunun X9 Fondunda saxlanılmış torpaqlardan mişar daşı istehsal etmək məqsədilə 5,5 ha torpaq sahəsinin 15 il müddətinə icarə qaydasında İddiaçı ayrılması qərara alınmış və sonuncuya Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsi ilə bağlı yerquruluşu planından çıxarış verilmişdir. Hazırkı işdən görünür ki, iddia tələbi daşınmaz əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia olduğu üçün MPM-in 39.1-ci maddəsinin təsiri altına düşür. Bu səbəbdən İddiaçı haqlı olaraq iddia ərizəsini torpaq sahəsinin olduğu yerə uyğun olaraq Abşeron Rayon Məhkəməsinə vermişdir. Cavabdeh 2(012)-2701/2021 saylı mülki işin baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilməsi üçün AR ƏMDK Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə Abşeron rayon icra və probasiya şöbəsinə ünvanladığı 25 avqust 2021-ci il tarixli məktubuna əlavə edilmiş arayışa istinad etmiş, lakin həmin arayış nəzərdən keçirilərkən İddiaçı ayrılmış torpaq sahəsi deyil, başqa bir torpaq sahəsinin Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin ərazi hüdudları daxilində yerləşməsi göstərilmişdir. Mübahisəli torpaq sahəsinin Qaradağ rayonu ərazisində yerləşməsi ilə bağlı məhkəmədə hər hansı bir mötəbər sübut müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuş və mülki işə müstəsna aidiyyət qaydasında Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Ona görə də, məhkəmə kollegiyası qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 09 sentyabr 2021-ci il tarixli, 2(012)- 2701/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3757/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3757/2021
15.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziyanın ödənilməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver