Məhkəmə qərarları › İş №2(105)-3842/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3842/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3842/2021 27.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyətinin Cavabdeh qarşı müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Qobustan Rayon Məhkəməsinin 23 sentyabr 2021-cu il tarixli qətnaməsi ilə (hakim M.Q.Quliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh 04 dekabr 2014-cü il tarixli 0162/NF/14 saylı kredit müqaviləsinə əsasən 7343,82 manat əsas, 2077,66 manat faiz və 922 manat dəbbə pulunun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, kredit müqaviləsi üzrə tələb Qobustan şəhəri yeni massiv 4 ünvanında yerləşən Cavabdeh məxsus 0,10 ha torpaq sahəsində olan 1 mərtəbəli, 3 otaqlı, 116.2 kv.m-dən ibarət fərdi yaşayış evi və 225 kv.m sahədən ibarət həyətyanı tikililərə yönəldilməsi, əmlakın dəyərinin 44.000 manat müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi, evdə yaşayanların evdən çıxarılması və evin məcburi boşaldılması, Cavabdeh 100 manat ekspertiza xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ləğv prosesində olan İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 04 dekabr 2014-cü il tarixli 0162/NF/14 saylı kredit müqaviləsinə əsasən 7805,68 manat əsas borc, 21178,95 manat faiz borcu, 4612,23 manat dəbbə pulu olmaqla, cəmi 33596,86 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə tutulması, kredit müqaviləsi üzrə tələbinin Cavabdeh Qobustan rayonu Qobustan şəhəri, yeni massiv 4 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 116.2 kv.m-dən ibarət fərdi yaşayış evi və 225 kv.m sahədən ibarət həyətyanı tikililərə (MA seriyalı ******* nömrəli **********87710301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 19 fevral 2011-ci il tarixli çıxarışa əsasən) yönəldilməsi, əmlakın açıq hərraca çıxarılaraq 17500 manat qiymətlə açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi, evdə yaşayanların evdən çıxarılması və evin məcburi boşaldılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə əvvəlki "xxxx" Açıq Səhmdar Cəmiyyəti, (hazırkı “Para Bokt ASC” arasında 04 dekabr 2014-cü il tarixli 0162/NF/14 saylı kredit müqaviləsi imzalanmış, müvafiq olaraq 04 dekabr 2014-cü il tarixli 0162/NF/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh 36 ay müddətinə, illik faiz dərəcəsi 6 faiz olmaqla, 9 ay güzəştli müddətlə 10000 manat kredit verilmişdir. 04 dekabr 2014-cü il tarixli 0162/NF/14 saylı kredit müqaviləsinin təminatı kimi 19 avqust 2011-ci il tarixli 193/NF/11 saylı ipoteka müqaviləsinə 04 dekabr 2014-cü il tarixli 1 saylı əlavə müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Əzizov X2 şəhəri yeni massiv 4 ünvanında yerləşən özünə məxsus 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 116.2 kv.mdən ibarət fərdi yaşayış evi və 225 kv.m sahədən ibarət həyətyanı tikililəri (MA seriyalı ******* nömrəli **********877-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 19 fevral 2011-ci il tarixli çıxarışa əsasən) ipoteka ilə yüklü etmişdir. İpoteka (girov) müqaviləsi notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının keçikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0,2 faizi həcmində dəbbə pulu tələb edir, 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulan müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini vaxtında icra etməmişdir. Cavabdehin hazırda İddiaçı BOKT ASC-nə 7805,68 manat əsas borc, 21178,95 manat faiz borcu, 4612,23 manat dəbbə pulu olmaqla, cəmi 33596,86 manat borcu vardır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Bankın ondan tələb etdiyi məbləğ çox şişirdilmiş bir məbləğdir. İpoteka qoyulmuş əmlak isə tək onun deyil, həmin evdə ondan başqa arvadı, oğlu, qızı yaşayırlar. Baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların işlədiyi maliyyə itkisini qarşılamaq. Onun banka olan borcu Fərmanın təsiri altına düşür. Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyun 2019-cu il tarixli 2-1495 2019 saylı qərardadı icra edilmədiyindən və o həmin tarixdən sonra banka dəfələrlə müraciət etməyinə baxmayaraq kreditin restrukturizasiya olunmadığgından rayon məhkəməsinin qətnaməsi ləğv edilməklə yeni qərar qəbul edilməlidir. Qobustan Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2(026)-197/2021 saylı qətnaməsini ləğv etməklə, yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında olan kredit, ipoteka müqaviləsinin olmasına, cavabdeh tərəfindən öhdəliyin təmin edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin işin məhkəmə iclasında araşdırılmış sübutlara tam uyğundur, lakin evdə yaşayanların evdən çıxarılması barədə məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-ti ilə Cavabdeh arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli 0162/NF/14 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh illik 6 faiz olmaqla 9 ay müddətinə 10000 manat kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nizami” filialının 19 avqust 2011-ci il tarixli 193/NF/11 saylı ipoteka (girov) müqaviləsinə 1 saylı əlavədən görünür ki, Qobustan şəhəri yeni massiv 4 ünvanında yerləşən Cavabdeh məxsus 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 116.2 kv.m-dən ibarət fərdi yaşayış evi və 225 kv.m sahədən ibarət həyətyanı tikililərin qiyməti tərəflərin razılığı ilə 17500 manat məbləğində müəyyən edilmişdir. İşdə olan İddiaçı BOKT ASC-nin 23 fevral 2021-ci il tarixli 0162/NF/14 saylı maliyyə arayışında göstərilir ki, Cavabdeh İddiaçı BOKT ASC-nə 7805,68 manat əsas borc, 21178,95 manat faiz borcu, 4612,23 manat dəbbə borcu vardır. İddiaçı BOKT ASC-nin 29 mart 2021-ci il tarixli bildirişindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Qobustan şəhəri yeni massiv 4 ünvanında yerləşən özünə məxsus 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 116.2 kv.m-dən ibarət fərdi yaşayış evi və 225 kv.m sahədən ibarət həyətyanı tikililər Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilməsi 2 nömrəli reyestr kitabının 87 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. 06 iyun 2018-ci il tarixli Daşınmaz əmlakın qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsi tərəfindən verilmiş 002-14/18 saylı rəydən görünür ki, Qobustan şəhəri Yeni massiv 4 ünvanında yerləşən 10 nömrəli fərdi yaşayış evinin 29 may 2018-ci il tarixinə dəyəri 44000.00 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2021-ci il tarixli 9/4373 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli 0162/NF/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh 03 avqust 2021-ci il tarixə (maliyyə arayışı verildiyi tarixə) banka olan borcu ümumilikdə 9421,48 manat müəyyən olunur: 7343,82 manat əsas, 2077,66 manat faiz borcu. Müəyyən olundu ki, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 04 dekabr 2014-cü il tarixli 0162/NF/14 saylı kredit müqaviləsi imzalanmış, müvafiq olaraq 04 dekabr 2014-cü il tarixli 0162/NF/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh 36 ay müddətinə, illik faiz dərəcəsi 6 faiz olmaqla, 9 ay güzəştli müddətlə 10000 manat kredit verilmişdir. 04 dekabr 2014-cü il tarixli 0162/NF/14 saylı kredit müqaviləsinin təminatı kimi 19 avqust 2011ci il tarixli 193/NF/11 saylı ipoteka müqaviləsinə 04 dekabr 2014-cü il tarixli 1 saylı əlavə müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh Qobustan şəhəri yeni massiv 4 ünvanında yerləşən özünə məxsus 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 116.2 kv.m-dən ibarət fərdi yaşayış evi və 225 kv.m sahədən ibarət həyətyanı tikililəri (MA seriyalı ******* nömrəli **********877-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 19 fevral 2011-ci il tarixli çıxarışa əsasən) ipoteka ilə yüklü etmişdir. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəliklərini vaxtında icra etməmişdir. Cavabdehin hazırda İddiaçı BOKT AS-nə 7805,68 manat əsas borc, 2077,66 manat faiz borcu, 4612,23 manat dəbbə pulu borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kreditorun əmlak mənafelərini, götürdüyü kreditin və faizlərin böyük hissəsini banka ödəməli olduğu vəsaitin miqdarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən 0162/NF/14 saylı kredit müqaviləsinə əsasən dəbbə pulunun 4612,23 hesablanması tənasübsüz dərəcədə yüksəkdir, dəbbə pulunun 922 manat müəyyən edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi dəqiq olmalıdır. İddiaçı məhkəməyə müraciət etdikdə evdə yaşayanların evdən çıxarılmasını xahiş etmişdir. Lakin həmin şəxslərin dəqiq kim olduğunu göstərməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi qismən ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin bu iş üzrə 23 sentyabr 2021-ci il tarixli 2(026)- 197/2021 saylı qətnaməsi qismən ləğv edilsin. Cavabdeh 04 dekabr 2014-cü il tarixli 0162/NF/14 saylı kredit müqaviləsinə əsasən 7343,82 manat əsas, 2077,66 manat faiz və 922 manat dəbbə pulunun və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, kredit müqaviləsi üzrə tələb Qobustan şəhəri yeni massiv 4 ünvanında yerləşən Cavabdeh məxsus 0,10 ha torpaq sahəsində olan 1 mərtəbəli, 3 otaqlı, 116.2 kv.m-dən ibarət fərdi yaşayış evi və 225 kv.m sahədən ibarət həyətyanı tikililərə yönəldilsin, əmlakın dəyəri 44.000 manat müəyyən edilsin, həmin əmlak açıq hərracda satılmaqla borcun ödənilməsi yönəldilsin, ev məcburi boşaldılsın, Cavabdeh 100 manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddianın evdə yaşayanlar evdən çıxarılması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar