Məhkəmə qərarları › İş №2(105)-3919/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3919/2021

08.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3919/2021 08.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Elman Məmməd oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" ASC və X1rşı mülkiyyətə olan torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(074)-1052/2021 saylı qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakim N.İsmayılov) İddiaçı cavabdehlər "xxxx" ASC və X1rşı mülkiyyətə olan torpaq sahəsinin boşaldılması tələbi barədə iddiasına dair mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh "xxxx" ASC qərardaddan şikayət vermişdir. Şamaxı Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Şamaxı Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər "xxxx" ASC və X1rşı mülkiyyətə olan torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Mərzəndiyyə kəndində yerləşən mülkiyyətə olan torpaq sahəsinin boşaldılması, qeyriqanuni quraşdırılmış transformatorun sökülərək, torpaq sahəsinin üzərində mülkiyyət hüququnun bərpa olunmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin icraatında olan 2(074)-1052/2021 nömrəli mülki işin aidiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə və Şimal-Qərb RETSİ-nin X1rşı hazırkı tələblə Şamaxı Rayon Məhkəməsinə müraciət etməsi tamamilə qanunsuz olmuş və məhkəmə aidyyatı ilə bağlı prosessual normaları pozmuşdur. Belə ki, İddiaçı ərizəsində qeyd etdiyi X3 "xxxx" ASC-nin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərir. Şəbəkənin əmlakı dövlət mülkiyyətindədir və onun üzərində sahiblik, istifadə və sərəncam hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə "xxxx" ASC-nə məxsusdur. Şəbəkə müvafiq qaydada bu əmlaka münasibətdə istifadə hüququnu həyata keçirir. Həmçinin şəbəkə "xxxx" ASC tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində elektrik enerjisinin çatdırılması, satışın və bu fəaliyyətlə əlaqədar müvafiq xidmətləri həyata keçirən struktur vahididir və maliyyə-təsərrüfat balansı "xxxx" ASC-nin balansına aiddir. "xxxx" ASC hüquqi şəxs statusuna malik olan təşkilat kimi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılmışdır, onun hüquqi ünvanı isə ünvan 1hkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh "xxxx" ASC Şamaxı Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qərardad əsassız olduğundan, ləğv edilməlidir. "xxxx" ASC hüquqi şəxs statusuna malik olan təşkilat kimi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılmışdır, onun hüquqi ünvanı isə ünvan 2espublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini mübahisəli torpaq sahəsinin Şamaxı rayonunun inzibati ərazisində yerləşməsi, hazırkı işə müstəsna aidiyyət qaydasına uyğun olaraq Şamaxı rayon Məhkəməsində baxılmalı olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, iddiaçı Şamaxı rayon Mərzəndiyyə kəndində yerləşən mülkiyyətə olan torpaq sahəsinin boşaldılması, qeyri-qanuni quraşdırılmış transformatorun sökülərək, torpaq sahəsinin üzərində mülkiyyət hüququnun bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh "xxxx" ASC ərizə ilə müraciət edərək, cavabdeh "xxxx" ASCnin hüquqi ünvanının Nəsimi rayonunda yerləşdiyini nəzərə alaraq, mülki işin aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir (Mülki Prosessual Məcəllənin 39.1. maddəsi). Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. İddia ərizəsindən görünür ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin boşaldılması, qeyri-qanuni quraşdırılmış transformatorun sökülərək, torpaq sahəsinin üzərində mülkiyyət hüququnun bərpa olunması tələbi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi hazırkı tələb MPM-nin 39-cu maddəsində qeyd edilən bəzi kateqoriyalı işlər üzrə müstəsna aidiyyat qaydaları ilə baxılmalı olan işlərin siyahısına daxildir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi Şamaxı rayon Mərzəndiyyə kəndində yerləşir. Mülki Prosessual Məcəllənin 32.2. maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Mülki Prosessual Məcəllənin 32.4. maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ təsbit edilmişdir. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun 06.10.2012-ci il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli və onunla bağlı 04 noyabr 2021ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh "xxxx" ASC-nin şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli və onunla bağlı 04 noyabr 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar