Məhkəmə qərarları › İş №2(105)-393/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-393/2021

10.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-393/2021 10.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, İddiaçı, Cavabdeh3n direktoru X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1070/2020 saylı qətnaməsindən Cavabdeh3n direktoru Ü.N.Məmmədovun verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1070/2020 saylı qətnaməsi ilə (hakim R.T.Həsənov) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh2 və Cavabdeh3nə qarşı işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilib, İddiaçı Quba şəhər 6 saylı orta məktəbində əvvəlki işinə (ibtidai sinif müəlliməsi) bərpa edilmiş, onun ibtidai siniflə təmin olunması və əmək müqaviləsinin dəyişdirilməsi nəticəsində əmək haqqının azalması səbəbindən yaranmış əmək haqqı fərqinin ona ödənilməsi qət edilmişdir. Cavabdeh3n direktoru Ü.N.Məmmədov apelyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1070/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, 2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Quba Filialının maarif ali peşə istiqaməti üzrə “ibtidai təhsilin pedaqogikası və metodikası” fakültəsini bitirmiş və Dövlət Attestasiya Komissiyasının xx xxx 2009-cu il tarixli qərarı ilə ona qeyd olunan ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. xx xxxxxx 2012-ci il tarixli, 8 saylı əmrlə Cavabdeh3nə UBTR (uşaq birliyi rəhbəri) vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2014-cü il tarixli, 15 saylı əmrlə xx.xx.2014-cü il tarixdən ali təhsilli ibtidai sinif müəllimi olaraq hazırlıq sinifinə müəllim vəzifəsinə təyin olunmuş və həmin vaxtdan 2018/2019 tədris ilinin sonuna kimi ibtidai sinif müəlliməsi vəzifəsində işləmişdir. 2019-cu ilin sentyabr ayının 01-də ona yeni ibtidai siniflə təmin ediləcəyi həm məktəb, həm də Cavabdeh2 rəhbərliyi tərəfindən vəd olunsa da bu günədək ona ibtidai sinif verilməmişdir. Halbuki, əmək müqaviləsində vəzifəsi kimi ibtidai sinif müəlliməsi qeyd olunmuşdur. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi elektron qeydiyyat informasiya sistemində Nxxxxxxx000100 saylı, xx.xx.2014-cü il tarixdə daxil edilmiş məlumatda işəgötürən Cavabdeh2 onun Cavabdeh3ndə əsas iş yeri olmaqla ibtidai sinif müəllimi vəzifəsinə işə götürülməklə müddətsiz əmək müqaviləsinin bağlandığı təsdiq edilmiş və əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2012-ci il, müqavilənin növü müddətsiz olaraq qeyd edilmişdir. xx xxxx 2016-cı il tarixdə MİQ-də iştirak üçün qeydiyyatdan keçmiş və Təhsil Nazirliyində ona ”Siz Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işlədiyiniz üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilməzsiniz” cavabı verilmişdir. xx xxxxxx 2016-cı il tarixdə müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilməsinin yekunlarına əsasən ibtidai sinif müəllimləri arasında ən yüksək ümumi bal 50 (83,33%), ixtisas balı (87,5%) göstəricilərinə nail olmuşdur. 2017-ci ildə işlədiyi məktəbdən çıxmadan könüllü olaraq MİQ-də özünü sınamaq üçün iştirak etmiş, ümumi balı 41,1757 bal, ixtisas üzrə 31 bal toplamış, vakansiya seçimində iştirak etmişdir. 2013-cü ildən hazırki vaxtadək olan dövrdə MİQ-dən kənar işə qəbul olunduğuna görə işdən çıxarılmalı müəllimlərin siyahısında da onun adı qeyd edilməmişdir. DQ balı yüksən olan müəllim kimi məktəbəqədər hazırlıq siniflərindən biri ilk növbədə ona verilməli olduğu halda verilməmiş və onun buna etirazına cavab olaraq 2019-cu ildə siniflə təmin ediləcəyi vəd edilsə də bu günə qədər ona sinif verilməmiş, ona verilməli sinif orta ixtisas təhsilli başqa müəlliməyə verilmişdir. 2019-cu ilin dekabr ayında “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası” ixtisasartırma kursunda iştirak etmiş və orada maksimum göstərici 25 mümkün baldan 24 bal toplamaqla Quba və Qusar rayonu üzrə ən yüksək göstəriciyə nail olmuşdur. Əmək müqaviləsinə dayişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron qeydiyyat informasiya sistemində Nxxxxxxx000100 saylı, xx.xx.2017-ci il tarixdə daxil edilmiş məlumatdan işəgötürən Cavabdeh2 ilə onun yəni, İddiaçı arasında xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsinin qeydiyyata alındığı göstərilmişdir. O, işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsinə heç bir razılıq verməmişdir. Hesab etmişdir ki, əmək müqaviləsinin və əmək funksiyalarını onun razılığı olmadan dəyişdirilməsi əmək qanunvericiliyinin tələblərinə ziddir və qanunvericilik belə dəyişdirilmənin birtərəfli qaydada aparılmasına, əmək funksiyasının azaldılmasına və ya artırılmasına yol vermədiyindən cavabdehin bununla bağlı hərəkətləri qanunsuzdur. Hazırki halda işə götürən onunla bağlanan əmək müqaviləsinə birtərəfli qaydada razılığı olmadan dəyişiklik etməklə qanunvericiliyin tələblərini, həmçinin onun əmək hüququnu pozmuşdur ki, nəticədə əmək haqqı da əsassız olaraq azaldılmışdır. Ona görə də, onun Quba şəhər 6 saylı orta məktəbində əvvəlki işinə (ibtidai sinif müəlliməsi) bərpa edilib, ibtidai siniflə təmin olunması və əmək müqaviləsinin dəyişdirilməsi nəticəsində əmək haqqının azalması səbəbindən yaranmış əmək haqqı fərqinin işəgötürəndən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh3n direktoru Ü.N.Məmmədov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən madi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı məktəbə Təhsil Nazirliyi tərəfindən keçirilən imtahanda iştirak etmədən ondan kənar qaydada (halbuki həmin vaxt məktəblərə yeni müəllimlərin qəbulu yalnız Təhsil Nazirliyi tərəfindən yaradılan imtahan komissiyasından keçməklə mümkün idi) müəllim kimi işə qəbul edilmişdir. Bunu iddiaçının özü iddia ərizəsində bir daha etiraf etmişdir. Bundan sonra yeni tədris ilində birinci sinifə gedən şagirdlərin sayına uyğun siniflər komplekləşdirilmiş, bu zaman ibtidai sinif müəllimlərinə sinif verilən zaman Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalar əsas götürülmüşdür. Həmin qaydalara əsasən digər ibtidai sinif müəllimləri siniflə təmin edildikdən sonra yenə də ibtidai sinif müəlliminə ehtiyac yaranacağı təqdirdə o siniflə təmin olunacaqdır. Həmin vaxt imtahanla qəbul edilmiş bəzi müəllimlər də sinifsiz qalmış, belə olan halda İddiaçı sinif verilməsi mümkün olmamışdır. Bundan başqa qətnamədə qeyd edilənlərin əksinə olaraq ümumi orta təhsil məktəb müəllimlərinin əmək haqqları hər il eyni olmur, onların əmək haqqı yeni tədris ili başlanarkən veriləcək dərs saatlarına uyğun hesablanır. Yəni ümumi orta təhsil məktəb müəllimlərinin əmək haqqlarının hər il eyni olması barədə heç bir yerdə tələb qoyulmamışdır. Ümumi orta təhsil məktəb müəllimləri hər il işəgötürən, yəni məktəb direktoru ilə əmək müqaviləsi bağlayır və ya verildiyi dərs yükünə uyğun ona hesablanmış əmək haqqı barədə əmək müqaviləsinə dəyişiklik edilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən göstərilmiş qaydaların qeydlərində təhsil sənədi dövlət nümunəli olmayan, MİQ-dən kənnar işə qəbul edilmiş və DQ/MQ balı olmayan müəllimlərə veriləcək maksimum dərs yükü 6 saat təşkil etməsi barədə göstərilmişdir. Bundan başqa qətnamədə iddiaçıya məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi göstərilmişdir ki. müəllimlərə əmək haqqı məktəblər tərəfindən deyil, təhsil Nazirliyi tərəfindən yaradımış Regional Təhsil İdarələri tərəfindən təsdiq edilmiş əmək haqqı cədvəllərinə əsasən ödənilir. Ona görə də, birinci instansiya məhkəməməsinin qətnaməsinin ləğv edib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı, nümayəndəsi və vəkili X2 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasından və xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin bildirişindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə müddətsiz əmək müqaviləsi ilə Quba şəhər 6 N-li məktəbdə ibtidai sinif müəlliməsi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2017-ci tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə dəyişiklik edilmişdir. xx.xx.2009-cu il tarixli, 140570 nömrəli diplomun surətindən görünür ki, İsmayılova (Heybətova) Təranə Muradverdi qızı Azərbaycan Müəllimlər İnstitutu Quba filialının İbtidai təhsililin pedaqogikası və metodikası fakültəsini bitirmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etdikdə gəldiyi nəticənin hüquqi əsası kimi göstərmişdir ki, iddiaçı ali təhsilli ibtidai sinif müəllimidir. O, xx xxxxxx 2012-ci il tarixdən 2019-cu ilə kimi Quba şəhəri 6 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışmışdır. Məktəbin ibtidai sinif müəllimi olduğu müddətdə intizam tənbehi almamışdır. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdə dəyişiklik edilmiş, lakin bu barədə işçinin razılığı alınmamış, dəyişikliyin nədən ibarət olduğu müəyyən edilməmişdir. Bu müqavilədən bir müddət sonra o, ibtidai siniflə təmin edilməmiş və hazırda faktiki olaraq onun əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları pozulmuşdur. Əmək müqaviləsinə dəyişiklik edildikdən sonra əmək haqqı 456.67 manat müəyyən edilmişdir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı müqavilədə nəzərdə tutulduğundan az əmək haqqı alır və iddiaçının hazırda 126 manat əmək haqqı aldığı müəyyən edildi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən İddiaçı əvvəlki işinə bərpa edilməsi və siniflə təmin olunması barədə iddianı təmin etdikdə haqlı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı əmək funksiyasının dəyişdirilməsinə əsas olmuş əmr (sərəncam, qərar) ümumiyyətlə mövcud olmadığından və həmin proses qeyri-rəsmi qaydada aparıldığından onun işinin bu formada dəyişdirilməsi əsassız hesab olunmalıdır. Göründüyü kimi iddiaçı əmək müqaviləsi əsasında işə qəbul edilmişdir. Onun ləğvi, etibarsız hesab edilməsi və ya vəzifə funksiyalarının dəyişdirilməsi barədə hər-hansı bir əsaslandırılmış əmr (sərəncam, qərar) mövcud deyildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46.6-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla müəyyən olur ki, İddiaçı Cavabdeh3nə Təhsil Nazirliyi tərəfindən keçirilən imtahanda iştirak etmədən, həmin vaxt məktəblərə yeni müəllimlərin qəbulu yalnız Təhsil Nazirliyi tərəfindən yaradılan imtahan komissiyasından keçməklə mümkün olduğu halda, ondan kənar qaydada müəllim kimi işə qəbul edilmişdir. Yeni tədris ilində birinci sinifə gedən şagirdlərin sayına uyğun siniflər komplekləşdirilmiş, bu zaman ibtidai sinif müəllimlərinə sinif verilən zaman Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalar əsas götürülmüş və bu səbəbdən də İddiaçı sinif verilməsi mümkün olmamışdır. Müəllimlərə əmək haqqının verilməsi isə məktəblər tərəfindən deyil, Regional Təhsil İdarələri tərəfindən təsdiq edilmiş əmək haqqı cədvəllərinə əsasən ödənilir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında heç bir əmək müqaviləsində dəyişiklər baş verməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 292.1-ci maddəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək, işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanıb hesab edir ki, Cavabdeh3n direktoru Ü.N.Məmmədovun verdiyi apelyasiya şikayəti təmin edilib, Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1070/2020 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh2 və Cavabdeh3nə qarşı onun Quba şəhər 6 saylı orta məktəbində əvvəlki işinə (ibtidai sinif müəlliməsi) bərpa edilib, ibtidai siniflə təmin olunması və əmək müqaviləsinin dəyişdirilməsi nəticəsində əmək haqqının azalması səbəbindən yaranmış əmək haqqı fərqinin işəgötürəndən tutulub ona ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3n direktoru Ü.N.Məmmədovun verdiyi apelyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1070/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh2 və Cavabdeh3nə qarşı onun Quba şəhər 6 saylı orta məktəbində əvvəlki işinə (ibtidai sinif müəlliməsi) bərpa edilib, ibtidai siniflə təmin olunması və əmək müqaviləsinin dəyişdirilməsi nəticəsində əmək haqqının azalması səbəbindən yaranmış əmək haqqı fərqinin işəgötürəndən tutulub ona ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar