Məhkəmə qərarları › İş №2(105)-3937/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3937/2021

13.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3937/2021 13.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(012)-604/2016 saylı qərardadından iddiaçı "X2 Azərbaycan" QSC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(012)-604/2016 saylı qərardadı ilə (hakim S.M.Quliyeva) iddiaçı "X2 Azərbaycan" QSC-nin Cavabdeh qarşı fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 aprel 2016-cı il tarixli, 2(012)-604/2016 saylı qətnaməsinə düzəliş edilməsinə dair ərizəsi təmin edilməmişdir. İddiaçı "X2 Azərbaycan" QSC şikayət verib, Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(012)-604/2016 saylı qərardadının ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(012)-604/2016 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı “X2 Azərbaycan” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ ilə “X2 Azərbaycan” QSC-yə məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 255 kv.metr olan 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X2 Azərbaycan” QSC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək RX seriyalı, ******* saylı 23 noyabr 2015-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş çıxarışa əsasən mülkiyyət hüququ ilə “X2 Azərbaycan” QSC-yə məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Məhəllə ünvaında yerləşən 0,05 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 255 kv.metr olan 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin məcburi boşaldılması və mülkiyyətçi “X2” QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 07 aprel 2016-cı il tarixli, 2(012)-604/2016 saylı qətnaməsi ilə iddia təmin edilib, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən “X2 Azərbaycan” QSC-yə məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 255 kv.metr olan 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin Cavabdeh tərəfindən boşaldılması və mülkiyyətçi “X2” QSC-yə təhvil verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyul 2018-ci il tarixli, 2(105)- 29/2018 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin 07 aprel 2016-cı il tarixli, 2(012)-604/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı “X2 Azərbaycan” QSC məhkəməyə ərizə verməklə RX seriyalı, ******* saylı 23.11.2015 -ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş Çıxarışa əsasən mülkiyyət hüququ ilə “X2 Azərbayacan” QSC -yə məxsus olan, Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən, 0.05 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 255.0 kv.m olan 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evindən Cavabdeh çıxarılması, fərdi yaşayış evinin məcburi boşaldılması və mülkiyyətçi “X2 Azərbaycan” QSC-yə təhvil verilməsi kimi düzəliş olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı “X2 Azərbaycan” QSC verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 22 oktyabr 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı "xxxx" QSC Cavabdehyev oğluna qarşı qeydiyyatdan çıxarılma və fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək RX seriyalı, ******* saylı 23.11.2015 -ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş Çıxarışa əsasən mülkiyyət hüququ ilə “X2 Azərbayacan” QSC -yə məxsus olan, Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən, 0.05 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 255.0 kv.m olan 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evindən Cavabdeh çıxarılması, fərdi yaşayış evinin məcburi boşaldılması və mülkiyyətçi “X2 Azərbaycan” QSC -yə təhvil verilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarda qeyd olunaları hakim qətnamənin, giriş, təsviri, əsaslandırıcı hissələrində təsdiq etsə də qətnamənin nəticə hissində, tələbkarın tələbindən fərqli olaraq aşağıda qeyd edilmiş kimi qətnamənin yekun hissəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin RX seriyalı ******* saylı Çıxarışa əsasən “X2 Azərbaycan” QSC -yə məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi,Yeni Məhəllə ünvanında yerləşən 05 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 255 kv.metr olan 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi Cavabdeh tərəfindən boşaldılması və mülkiyyətçi “X2 Azərbaycan ”QSC -yə təhvil verilməsi qət edilmişdir. Yuxarda qeyd olunan məqamlardan bir daha görünür ki, hakim tələbkar iddiaçı "xxxx" QSC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsəsən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni nəzərə alsa da amma texniki səhv olaraq qətnamənin nəticə hissəsini yalnış qeyd edib. Göründüyü kimi, tələbkarın əsaslı mövqeyi texniki səhv səbəbindən, qətnamənin nəticə hissəsində öz əksinin tapmayıb. Qətnamədən cavabdehlər tərəfindən şikayət verilmişdir, qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra qətnamə icra olunması üçün Abşeron rayon İcra şöbəsinə göndərilmişdir. Lakin Azərbaycan Respublikasının adından çıxarılmış qətnaməni Abşeron rayon icra şöbəsi tərəfindən icra edilməsi mümkün olmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və Abşeron Rayon Məhkəməsinin 07 aprel 2016-cı il tarixli, 2(012)-604/2016 saylı qətnaməsinə düzəliş olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Abşeron Rayon Məhkəməsinin 07 aprel 2016-cı il tarixli, 2(012)-604/2016 saylı qətnaməsi ilə iddia təmin edilib, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən “X2 Azərbaycan” QSC-yə məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 255 kv.metr olan 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin Cavabdeh tərəfindən boşaldılması və mülkiyyətçi “X2” QSC-yə təhvil verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyul 2018-ci il tarixli, 2(105)- 29/2018 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmi və Abşeron Rayon Məhkəməsinin 07 aprel 2016-cı il tarixli, 2(012)-604/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “X2 Azərbaycan” QSC məhkəməyə ərizə verməklə RX seriyalı, ******* saylı 23.11.2015 -ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş çıxarışa əsasən mülkiyyət hüququ ilə “X2 Azərbaycan” QSC -yə məxsus olan, Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllə ünvanında yerləşən, 0.05 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 255 kv.m olan 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evindən Cavabdeh çıxarılması, fərdi yaşayış evinin məcburi boşaldılması və mülkiyyətçi “X2 Azərbaycan” QSC-yə təhvil verilməsi kimi düzəliş olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və işdə iştirak edən şəxslərin ərizəsi üzrə, məhkəmə aktında buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Birinci instansiya məhkəməsi ərizəni təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, iddiaçı “X2” QSC tərəfindən verilmiş ərizə qətnaməyə düzəliş edilməsinə əsas olan hallara aid olmadığından təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlillərinin heç bir əsası olmayıb, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı “X2 Azərbaycan” QSC tərəfindən verilmi şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(012)-604/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar