Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-394/2021 02.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1388/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1388/2020 saylı qətnaməsi ilə iddia təmin edilməməmişdir (hakim Rahim Həsənov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1388/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Cavabdeh məxsus ünvan 3 saylı ünvanına köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, cavabdeh atasıdır. Həmin mənzildə pasport qeydiyyatındadır. Cavabdehlə də hər zaman münasibətləri yaxşı olmuşdur. Son dövrlər nikahı pozulduğu üçün həmin evdə yaşamağa başlamışdır. Nikahının pozulması qonşular arasında dedi-qoduya səbəb olduğu üçün qonşuların təsiri ilə cavabdehlə arasındakı münasibətlər pisləşmiş, cavabdeh onu həmin evdə qeydiyyatda olmasına baxmayaraq mübahisəli mənzildən qovmuşdur. Artıq 7 aya yaxındır ki, cavabdeh onu evdən qovub və indiyədək onu evə buraxmır. Bununla yanaşı, qeyd edir ki, o, uşaqlıqdan həmin evdə böyüyüb boya-başa çatmış, son dövrlərə qədər ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamış, mənzilə dair bütün hüquq və vəzifələri həyata keçirmişdir. Bildirir ki, məhkəmə öz qətnaməsində göstərmişdir ki, iddiaçı boşandıqdan sonra mübahisəli evə qayıtması, ora daimi olaraq köçməsi və mübahisəli evin daimi sakini kimi yaşamasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Lakin o, 2006-2019-cu illərdə ünvan 1 ünvanında yaşamışdır. Bunu Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi arayış təsdiq edir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1388/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, iddiaçı boşandıqdan sonra onun evində bir il yaşamış, gəlin köçdüyü evdən kompensasiya alıb, ailə üzvü olaraq özünü yaxşı aparmamış, iddiaçı öz razılığı ilə evi tərk edərək Bakı şəhərinə işləməyə gedib, aralarında olan ailə münasibətləri tamamilə pozulub. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1388/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının, cavabdeh və onun nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş iddiaçının anası X2 və qardaşı X1 qeyd etmişlər ki, iddiaçı 2005-ci ildə gəlin köçmüş, bir il sonra rəsmi qaydada boşanmışdır. Boşandıqdan sonra mübahisəli evə köçməmişdir. İddiaçının mübahisəli evə köçürüləcəyi təqdirdə qarşısı alınmayacaq faciələrə səbəb olacağı və bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişlər. İş materiallarında olan Quba RPŞ-nin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək döyülməsi barədə məlumat vermişdir. Həmin qərara əsasən, X1, Cavabdeh, Məmmədov Tofiq Möhübbət oğlu və X3 barəsində cinayət işinin başlanılmasının rədd edilməsi, Hüseyn Fərzəliyevin Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə, İddiaçı barəsində isə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X7 adında övladı vardır. İş materiallarında olan evin qeydiyyat vərəqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.1986-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış və evə dair 1986-ci ildə qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Birinci instansiya məhkəməsi mübahisə predmetini təşkil edən yaşayış evinin mülkiyyətçisi Cavabdeh olması, İddiaçı həmin evdə böyüyüb boya-başa çatması, ərə gedərək ər evində yaşaması, ailəli olduğu müddətdə bir oğlan övladı dünyaya gəlməsi, bir müddət sonra rəsmi qaydada boşanaraq gəlin köçdüyü evə məhkəməyə qaydasında köçürülmək istəsə də, iddiası kompenssasiya ilə əvəz edilməsini, boşandıqdan sonra mübahisəli evə daimi köçməməsi, mübahisəli evin daimi sakini olmaması, mübahisəli evdə pasport qeydiyyatında olsa belə, hal-hazırda Bakı şəhərində işləyərək orada yaşaması, beləliklə, iddiaçı boşandıqdan sonra mübahisəli evə qayıtması, ora daimi olaraq köməsi və mübahisəli evin daimi sakini kimi yaşamasını təsdiq edən heç bir sübut təqdim edilməməsi əsası ilə iddianı təmin etməmiş, gəldiyi nəticəni də xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60, 87-ci, yeni Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki,iş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzil 1986-cı ildən qeydiyyat vəsiqəsinə əsasən iddiaçının atasına məxsudur, iddiaçı həmin tarixdən qeyd edilən mənzildə yaşamış, 2005-ci ildə ailə quraraq yaşayış evini tərk etmiş, 1 il sonra ailəsindən ayrılaraq mübahisəli yaşayış evinə qayıtmışdır. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki gündə də mübahisəli mənzildə qeydiyyatdadır. İddiaçının mübahisəli yaşayış evinə qayıtması iş materiallarında olan Quba RPŞnin xx.xx.2020-ci il tarixli qərarı ilə də təsdiqini tapır. Belə ki, qeyd edilən qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək döyülməsi barədə məlumat vermişdir. Həmin qərara əsasən, X1, Cavabdeh, Məmmədov Tofiq Möhübbət oğlu və X3 barəsində cinayət işinin başlanılmasının rədd edilməsi, Hüseyn Fərzəliyevin Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə, İddiaçı barəsində isə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Qeyd edilən qərardan görünür ki, iddiaçının qardaşı X4 oğlu ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birgə atası və bacısı Xəyalə ilə bir evdə yaşayır. Bacısı Xəyalə iki dəfə ailəli olmuş, hal-hazırda boşanıb onlarla birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə bacısı Xəyaləni Toyota markalı avtomobildən düşəndə görmüş, həmin şəxsin kim olması barədə Xəyalədən soruşduqda bacısı onun üstünə qışqıraraq bu məsələyə onun və atasının qarışmamalarını tələb etmiş, onunla münaqişə yaratmışdır. Atası Xəyaləyə əl vurmamışdır, özü isə həmin an əsəbi olduğundan onu döyüb-döyməməsi yadına gəlmir. İzahatı alınmış Cavabdeh analoji izahat verərək H.Fərzəliyevin zaiahtını təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı mübahisəli evdə yaşadığı müddətdə cavabdeh və digər ailə üzvləri tərəfindən döyülməsi barədə polisə müraiət etmiş, iddiaçının qeyd edlən mənzildə yaşamasını polis şöbəsində cavabdeh və oğlu Hüseyn Fərzəliuyev verdikləri izahatlarında təsdiq etmişlər. Bundan başqa iş materiallarından müəyyən edilir ki, iddiaçının övladı hazırki gündə cavabdehə məxsus mənzildə yaşayır. Göründüyü kimi, iddiaçının ailəsindən ayrıldıqdan sonra mübahisəli evə geri dönməsi, həmin evdə yaşaması iş materialları ilə təsdiqini tapır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında hüquq münasibətləri 2000ci ildən əvvəl yarandığından, hazırki mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də onun ailə üzvləri hesab edilə bilərlər. İcarədarın ailə üzvləri onun arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Göründüyü kimi, iddiaçı mübahisəli evdə hazırki gündə də qeydiyyatdadır, eləcə də 2005-ci ildə ailə qurub mübahisəli evi tərk etsə də, 1 il sonra mübahisəli evə geri qayıtmışdır İddiaçının övladı da hazırki gündə də mübahisəli mənzildə yaşayır. Bununla da iddiaçının mübahisəli evdə qeydiyyatda olmaqla yanaşı oraya geri qayıdaraq yaşaması iş materiallarında olan Quba RPŞ-nin xx.xx.2020-ci il tarixli qərarınakı qeyd edilmiş cavabdeh və oğlu Hüseyn Fərzəliyevin izahatı ilə təsdiq edilir. Bundan başqa məhkəmə kollegiyası iddiaçının mübahisəli mənzili tərk edərək uzun müddət başqa yerlərdə yaşaması barədə cavabdehin dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçının uzun müddət başqa mənzildə yaşaması əsası ilə cavabdeh iddiaçıya qarşı mənzilə olan istifadə-qeydiyyat hüququnun itirilməsi barədə məhkəmədə iddia qaldırmamış, bununla da iddiaçının mübahisəli mənzildə qeydiyyat hüququnun saxlanılmasına razı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli mənzilə istfiadə-qeydiyyat hüququ itirilmədiyindən, hazırki gündə də iddiaçının qeydiyyatda olduğu ünvana geri qayıdaraq yaşaması təsdiq edildiyindən iddiaçının mübahisəli mənzilə köçməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1388/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı Cavabdeh məxsus ünvan 3 saylı ünvanına köçürülməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1388/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh məxsus ünvan 3 saylı ünvanına köçürülsün. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-394/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-394/2021
02.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver