Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3947/2021 13.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qaytarılması, hasarın sökülməsi tələbinə dair iş üzrə Qusar Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Qusar Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakim A.Y.Vəliyev) Cavabdeh tərəfindən Qusar Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(029)-92/2021 saylı qətnaməsindən verilən apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. İŞİN H A L L A R İ: Qusar Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(029)-92/2021 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 X1 Minhac Tahirbəy oğluna qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qaytarılması, hasarın sökülməsi tələbinə dair iddiası, qərarın etibarsız hesab edilməsi tələbinə dair əlavə iddiasının təmin edilməsi, Qusar bələdiyyəsinin 25 iyul 2008-ci il tarixli 43/4-13 saylı qərarının etibarsız hesab edilməsi; Cavabdeh Qusar şəhərində X6 Təsərrüfatı İdarəsinin balansında olmaqla Qusar meşəçiliyinin inzibati binasının yanında yerləşən 1242.0 kv.metr torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin alınaraq həmin idarənin qanuni sahibliyinə və istifadəsinə verilməsi; Qusar şəhərində X6 Təsərrüfatı İdarəsinin balansında olmaqla Qusar meşəçiliyinin inzibati binasının yanında yerləşən 1242.0 kv.metr torpaq sahəsində Cavabdeh tərəfindən inşa olunmuş hasarın həmin şəxsin öz hesabına sökülməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində qətnamənin hansı hissədə mübahisələndirilməsi, konkret əsaslar, faktlar göstərilməmişdir. Apellyasiya şikayətində qətnamədən niyə narazı qaldığını dəqiq bildirmişdir. 1947-ci ildə hazırkı koordinatları müəyyən edən cihazlar olmamış və sərhədlər yalnız qonşu sahələrin müəyyən edilməsi ilə qeyd edilmişdir. Ekspert rəyi mötəbər sübut hesab edilə bilməzdi. Lakin məhkəmə bu hala heç bir qiymət verməmiş və təkrar ekspertiza barədə vəsatətini təmin etməmişdir. Qusar Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(029)-92/2021 saylı qərardadının ləğv edilməsi haqda yeni qərardad çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, istinad olunan konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar dəqiq və konkret şəkildə göstərilməmişdir. Bundan başqa, apellyasiya şikayəti “Azərbaycan Respublikasının Mülki Prosessual maddəsi ilə Azərbaycan Respublikasının MPM-nə əlavə edilmiş “Əlavə 2” ilə müəyyən olunmuş apellyasiya şikayətinin formasına əməl olunmamış, şikayət həmin formada göstərilən tələblərə uyğun tərtib edilməmiş-yəni şikayəti verən fiziki şəxsin şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN), elektron poçt ünvanı, mobil telefon nömrəsi (Formanın 1-ci bəndi); maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair şikayəti verən şəxsin mövqeyi (dəlilləri) (Formanın 6 və 7-ci bəndləri) və s. göstərilməmişdir. Bununla da, apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-nin 361-ci maddəsinin tələbləri pozulmaqla məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 361.1, 361.1.2-361.1.6-cı maddələrinə əsasən apellyasiya şikayətində bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 363.1, 363.1.1 və 363.1.1-1-ci maddələrinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən Qusar Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(029)-92/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-nin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən, MPM ilə müəyyən edilmiş (MPM-nə Əlavə 2) formaya uyğun tərtib edilmədiyindən həmin şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzdür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin iş üzrə 20 oktyabr 2021-ci il tarixli 2(029)-92/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3947/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3947/2021
13.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver