Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-398/2021 16.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə, Şabran Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(031)-165/2020 saylı qərardadından Cavabdeh verdiyi şikayət üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Şabran Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(031)-165/2020 saylı qərardadı ilə (hakim İ.A.Məmmədov) İddiaçı Cavabdeh qarşı evə köçürmə tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-165/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti prossesual müddət üzürsüz səbəbdən buraxıldığı üçün geri qaytarılmışdır. Cavabdeh şikayət verərək qərardadın ləğv edillməsini, buraxılmış müddəti üzürlü hesab edərək qətnamədən apelyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(031)-165/2020 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övлadı ilə birlikdə Cavabdeh məxsus Şabran rayonu, Vələsli kəndindəki evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-165/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı evə köçürmə tələbinə dair iddiası təmin edilib, İddiaçı övladı X2 ilə birlikdə gəlin köçüb yaşadığı, hazırda Cavabdeh yaşadığı Şabran rayonu, Vələsli kəndində yerləşən evə köçürülməсi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-165/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsi xx xxxxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, apelyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apelyasiya şikayətini geri qaytararkən iş materiallarında olan sənədlərə istinad edərək göstərmişdir ki, Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-165/2020 saylı qətnaməsinin surəti Cavabdeh tərəfindən rəsmi qaydada xx xxxx 2020-ci il tarixdə qəbul edilmiş, lakin apelyasiya şikayəti qanunla tərəfindən müəyyən edilmiş 1 aylıq müddətdə deyil, xx xxxxxxxx 2020-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. . Cavabdeh, Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-165/2020 saylı qətnaməsinin surətinin rəsmi qaydada ona verilmədiyinə istinad etmiş və birinci instansiya məhkəməsi tərəfindən bununla bağlı heç bir tədbir görülməmişdir. Ona görə də, məhkəmə kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə məhkəmə-xətşunaslıq ekspertizası təyin edilmiş və iş materialının 34-cü vərəqəsində olan poçt göndərişinin xəbərnaməsində olan imzanın Cavabdeh məxsus olub-olmaması halı dəqiqləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 4/1128 saylı rəyi ilə müəyyən olunmuşdur ki, iş materiallarının 34cü vərəqində olan xx xxxx 2020-ci il tarixli poçt göndərişinin verilməsi haqqında xəbərnamənin arxa hissəsində “Şəxsən verildi” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)- 165/2020 saylı qətnaməsinin surəti birinci instansiya məhkəməsi tərəfindən cavabdehə rəsmi qaydada verilməməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən qətnamədən apelyasiya şikayətinin verilməsi üçün nəzərədə tutulmuş prosessual müddət buraxılmamış hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. X4 Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə xx.xx.2002ci il tarixli qərarında şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunmasını “artıq formalizm” kimi qiymətləndirmişdir. Həmin qərarda qeyd edilmişdir ki, şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunması ərizəçinin daxili müdafiə vasitələrini tükətməyə xidmət edir, Qanunda nəzərdə tutulmuş müəyyən formallıqlar avtomatik tətbiq olunmamalı, mütləq xarakter daşımamalıdır və hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən Cavabdeh verdiyi şikayətin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamədən apelyasiya şikayətinin verilməsi müddətini bərpa etməkdən imtina etdikdə işdə olan sənədlərə və prosessual hüquq normalarına düzgün istinad etməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qanuni və əsaslı olduğu üçün təmin edilməli, Şabran Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(031)-165/2020 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli, 2(031)-165/2020 saylı qərardadı ləğv edilməli, Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)- 165/2020 saylı qətnaməsindən Cavabdeh apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmiş hesab edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə mühasibatlıq ekspertizalarının rəyinin alınması üçün nəzərdə tutulmuş ümumilikdə 124 manat manat ekspertiza xərci Cavabdeh tutularaq məhkəmə ekspertizası mərkəzinin müvafiq hesabına keçirilməlidir. Həmin Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398- 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh verdiyi şikayət təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(031)-165/2020 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli, 2(031)-165/2020 saylı qərardadı ləğv edilsin. Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-165/2020 saylı qətnaməsindən Cavabdeh apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmiş hesab edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 124 (yüz iyirmi dörd) manat pul Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-398/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-398/2021
16.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver