Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3983/2021 20.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(067)-2813/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(067)-2813/2021 saylı qərardadı ilə (hakim A.B.Sadıqov) İddiaçı Cavabdeh qarşı pul məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilib, iddiaçıya müvafiq icra və probasiya şöbəsinə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçı şikayət verib, Xaçmaz Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(067)-2813/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(067)-2813/2021 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bank of Baku ASC-nin 24.07.2017-ci il tarixli 36 ay müddətinə bağlanmış könüllü zaminlik müqaviləsi əsasında Xaçmaz Rayon Məhkəməsinin 2(067)-5336/2017 saylı, 29.12.2017-ci il tarixli qətnaməsi ilə zamindən (ondan) tutulmuş 4771,56 manat kredit ümumi borc puldan əsassız hesablanmış 1560 manat məbləğində borc pulun hissə-hissə geri qaytarılmış hissəsinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 04 noyabr 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli, 2(067)-5336/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilib, İddiaçı 4771,56 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli, 8(067)-110/2018 saylı qərardadı ilə İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli, 2(067)- 5336/2017 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilib, Xaçmaz Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli, 2(067)-5336/2017 saylı qətnaməsi ilə tutulması müəyyən edilmiş məbləğin İddiaçı hər ay 100 manat olmaqla hissə-hissə icra edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə icraata xitam verilməsi barədə nəticəyə gəldikdə hesab etmişdir ki, İddiaçı sözügedən qətnamə üzrə ödəməli olduğu pul məbləğinin silinməsi (azaldılması) ilə bağlı müvafiq icra və probasiya şöbəsinə müraciət etmədən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin təsiri altına düşməklə məhkəmədə baxılmalı olmaması əsası ilə iddia ərizəsi üzrə icraata xitam verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, şikayət əsassız hesab edilib təmin edilməməlidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400, 402-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(067)-2813/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3983/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3983/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver