Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-402/2022 06.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmentinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(060)-5144/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(060)-5144/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 37.213,81 ABŞ dolları əsas, 47.296,43 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 84.810,24 (səksən dörd min səkkiz yüz on ABŞ dolları iyirmi dörd sent) ABŞ dolları (ödəniş günü manata məzənnə ilə) borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 65,80 (altmış beş manat səksən qəpik) manatın İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, 2 saylı evin 32 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 100.000 (bir yüz min) manat müəyyən edilməsi, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 alınaraq İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 çıxarılması, mənzilin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 06 (altı) manatın İddiaçı ASCdən, 94 (doxsan dörd) manatın Cavabdeh1 alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, H/h: AZ66AİİB********************, Kapital Bank ASC-in Nərimanov filialı, Kod: 200093, VÖEN: **********, S.W.İ.F.T. AİİBAZ2X, M/h: AZ37NABZ********************) ödənilməsi qət edilmişdir (hakim Almaz Sülyemanova). Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(060)-5144/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. İŞİNHALLARİ: İddiaçı ASC Cavabdeh1 və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2014-cü il 25 noyabr tarixli kredit müqaviləsi üzrə banka 37.213,81 ABŞ dolları əsas, 47.296,43 ABŞ dolları faiz, 5.714,51 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 90.224,75 ABŞ dolları borcu məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, 2 saylı evin 32 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, 2 saylı evin 32 saylı mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən, 2 saylı evin 32 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bankdan götürülən kreditin ABŞ dolları ilə rəsmiləşməsinə razı olmağı iddiaçı tərəfindən başqa seçim imkanının verilməməsi olmuşdur. Bankdan kredit götürülərkən bankın əməkdaşları müqaviləni milli qanunvericiliyə uyğunlaşdırmadan tərtib etmələri nəticəsində borcunu 2014-cü ildəki 0,78 manat məzənnəsi ilə deyil, devalvasiyadan sonrakı daha yüksək məzənnə ilə ödəməyə məcbur edilmişlər. Nəticə etibarı ilə müqavilə öhdəliklərinə əməl edilə bilməmiş, devalivasiyaya qədər müqavilə üzrə öhdəliklərə uyğun ödəniş edilsə də xx.xx.2015-ci ildən borcu yeni məzənnə ilə ödəyə bilməmişdir. Mərkəzi bank tərəfindən manatın 100 faizdən artıq devalivasiya edilməsi haqqında qərarı müqavilə üzrə öhdəliklərin ödənilməsini qeyrimümkün etmişdir. Bu isə hüquqi dildə “Fors-major” halıdır ki, məhkəmə bu hala qiymət verməmişdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(060)- 5144/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, götürülmüş borcdan 20000 ABŞ dolları məbləğində ödəniş etsə də ödənişlərin çox hissəsi faiz borcuna çıxılmışdır. Bankın tələb etdiyi məbləğ şişirdilmişdir. Həmçinin ekspert rəyində göstərilmiş evin likvid dəyəri ilə razı deyil. Evi 5 otaqlıdır, əla təmirlidir. Odur ki, qeyd edilən halların araşdırılması üçün ekspertiza təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, ekspert rəyləri ilə cavabdehlərin dəlilləri təkzib edilir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(060)- 5144/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehlərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan müəyyən edilir ki, ondan tələb edilən borc məbləğini mübahisələndirir. Həmçinin işə baxılarkən ərizə ilə məhkəməyə müraciət edərək ipoeka predmetinin likvid dəyərini mübahisələndirmişlər. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərdən tutulan borc məbləği və ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi hissəsində müzakirə edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 noyabr 2014-cü il tarixli, 24-G-1-0-842-14 saylı kredit müqaviləsindən görünür ki, kreditor borcalana 60 ay müddətinə illik 25 faiz ödənilməsi şərti ilə 40.700 ABŞ dolları məbləğində kredit verməyi, borcalan həmin kreditdən məqsədli istifadə etməyi və müəyyən olunmuş müddətdə kredit və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 25 noyabr 2014-cü il tarixli, 24-G-1-0-842-14 saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli Əlavədən görünür ki, kreditin bağlanma müddəti 84 ay, xx.xx.2021-ci il tarix müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 37.213,81 ABŞ dolları əsas, 47.296,43 ABŞ dolları faiz, 5.714,51 ABŞ dolları cərimə borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edlimişdir. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 25 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsi və xx.xx.2015-ci il tarixli Əlavədən görünür ki, 25 noyabr 2014-cü il tarixli, 24-G-1-0-842-14 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, 2 saylı evin 32 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında MA seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, 2 saylı evin 32 saylı mənzilinə dair ipoteka yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 101 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində, xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. "xxxx" MMC-nin ekspert rəyindən görünür ki, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, 2 saylı evin 32 saylı mənzilinin satış (likvid) dəyəri 100.000 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Birinci instansiya məhkəməsi iş materiallarına və ekspert rəyinə istinad edərək yuxarıda göstərilən formada iddianı qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan iş materiallarına istinadən tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətlərinin yaranması, iddiaçının kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etməsi, lakin cavabdehin kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməməsini, hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənişləri ödəməməsini müəyyən edərək iddianı yuxarıda qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 442, 445, 448.1, 739.1, 739.2, 467-ci və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşaraq qeyd edir ki, məhkəmə tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqavilənin pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə haqlı olaraq Cavabdeh1 ödənişlərini ardıcıl olaraq uzun müddət ödəməməsini müqavilənin əhəmiyyətli pozuntusu kimi qiymətləndirərək Mülki Məcəllənin 421-ci maddəsinin tələbləri baxımından iddiaçının müqavilənin ləğv edilməsi tələbini qanuni saymış və hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv olunmalıdır. Bundan əlavə məhkəmə kollegiyası müqavilə üzrə Cavabdeh1 37.213,81 ABŞ dolları əsas, 47.296,43 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 84.810,24 (səksən dörd min səkkiz yüz on ABŞ dolları iyirmi dörd sent) ABŞ dolları məbləğində borcun tutulması barədə gəldiyi nəticədə də haqlı olmuşdur. Çünki iddiaçı ilə cavabdeh Ş,Ağayevin arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müqavilə üzrə Cavabdeh1 37.213,81 ABŞ dolları əsas, 47.296,43 ABŞ dolları faiz borcu olması da iş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışı (i.v.7) ilə təsdiqini tapır. Həmçinin cavabdehdən tələb edilən məbləğ mübahisələndirildiyindən iş üzrə ekspertiza təyin edilmiş, ekspert rəyi iş materiallarına əlavə edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2022-ci il tarixli, 9/2289 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixinə Cavabdeh1 əsas borc üzrə 37212,53 ABŞ dolları, faiz borcu üzrə 47297,74 ABŞ dolları, cəmi 84510,27 ABŞ dolları təşkil edir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4902 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixinə əsas borc üzrə 37.213,81 ABŞ dolları, faiz borcu üzrə 47.297,74 ABŞ dolları faiz borcu vardır. Bununla da iddia tələbində tələb edilən məbləğidə cavabdehin borcu olması ekspert rəyi ilə də təsdiq edilir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının dəbbə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış kredit razılaşmasının 9-cu bəndinə görə gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün gecikdirilmiş məbləğin bu müqavilənin 1.14-cü maddəsində nəzərdə tutulmuş miqdarda banka dəbbə pulu ödəməlidir. Müqavilənin 1.14-cü maddəsinə göprə gecikdirilmiş borc yaranan halda tətbiq olunan sanksiyalar- hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36%. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə də məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından görünür ki, iddiaçı təşkilat cavabdehdən əsas borca görə 5714,51 ABŞ dolları cərimə borcu tələb etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, əsas borca görə 5714,51 ABŞ dolları cərimə borcunun müəyyən edilməsi ağlabatandır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın likvid dəyərinin 100000 manat müəyyən edilməsi barədə gəldiyi nəticə də əsaslı olmuşdur. Belə ki, işə birinci instansiya məhkəməsində baxılan zaman əmlak qiymətləndirilmiş və "xxxx" MMC-nin ekspert rəyinə əsasən Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, 2 saylı evin 32 saylı mənzilinin satış (likvid) dəyəri 100.000 manat müəyyən edilmişdir. Qeyd edilən məbləğ mübahisələndirilmiş və iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 01 saylı qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Məhkəmə kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2(105)-922/2022 saylı qərardadı ilə ipoteka predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “B+Ş AUDİT” Konsaltinq MMC-nin xx.xx.2022-ci il tarixli, A-02/20 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, 2 saylı evin 32 saylı mənzilinin hazırki vəziyyətdə orta bazar dəyəri 90000 manat, likvid dəyəri 82000 manat müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə keçirilmiş ekspertizanın rəyinə münasibətdə bildirir ki, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən mənzilin dəyərinin 100000 manat olduğu halda, 2022-ci ildə keçirilmiş qiymətləndirmə zamanı mənzilin dəyərinin 82000 manat olması ağlabatan hesab edilə bilməz və bu səbəbdən mənzilin likvid dəyərinin 100000 manat müəyyən edilməsi daha məqsədəmüvafiqdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehlərdən tutulan borcun məbləği və ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi barədə gəldiyi nəticə və tətbiq etdiyi qanunvericilik normaları işin hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(060)- 5144/2021 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(060)-5144/2021 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın Apellyasiya şikayəti təmin olunmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi 400 (200+200) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-402/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-402/2022
06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver