Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-405/2022 07.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Əhmədov Elman Məmməd oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı “Seymur” X3 direktoru X14nun, iddiaçının vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh, Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı “Seymur” X3 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, qanunsuz tikilmiş hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, çıxarışın ləğv edilməsi barədə ilk və Cavabdeh “Seymur” X2rşı “texniki pasportda tikililərin 999 kvadrat metr torpaq sahəsində yerləşməsinə dair qeydin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-25/2017 saylı 19 sentyabr 2017-ci il tarixli qətnaməsindən iddiaçı “Seymur” X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı “Seymur” X8 Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, “Seymur” X4 məxsus olan Xaçmaz rayonu, Xudat şəhəri, ”Nəsimi” adına sovxozun malikanəsində O.Mirzəyev küçəsində yerləşən 999 kvadratmetr torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsində qanunsuz olaraq mişar daşları ilə tikilmiş hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcmini artıraraq, “Seymur” X4 məxsus olan Xaçmaz rayonu, Xudat şəhəri, ”Nəsimi” adına sovxozun malikanəsində O.Mirzəyev küçəsində yerləşən 999 kvadratmetr torpaq sahəsinin 387,3 kv.metrindən cavabdehin çıxarılması, həmin torpaq sahəsində qanunsuz olaraq mişar daşları ilə tikilmiş hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, həmçinin cavabdehə verilmiş 12 dekabr 2015-ci il tarixli RX seriyalı ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Seymur” İKB 09 fevral 2004-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən X11 25.000.000 manat ödəməklə onun xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Xudat şəhəri, “Nəsimi” adına sovxozun mərkəzi malikanəsində O.Mirzəyev küçəsində yerləşən 999,0 kvadrat metr olan torpaq sahəsinin üzərində yerləşən, mişar daşından tikilmiş beş otaqdan ibarət ümumi sahəsi 121,1 kv.metr, əsas ticarət sahəsi 16,1 kv.metrdən olan univermağın sklad (anbar) binasını almışdır. Daha sonra iddiaçı həmin qeyd olunan sahəyə mülkiyyət hüququnu qeydə aldırmaq üçün Xaçmaz rayonu Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etmişdir. Xaçmaz rayon DTAK Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən iddiaçıya 29 mart 2005-ci il tarixli, 86 A reyestr nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. ünvan 1 ünvanda yaşayan Cavabdeh qanunsuz və özbaşına olaraq iddiaçıya məxsus olan torpaq sahəsini zəbt edərək mişar daşları ilə hasarlayaraq orada əlavə tikinti işləri aparmışdır. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyət hüququnu, həmçinin həmin torpaq sahəsi üzərindəki sahiblik və istifadə hüquqlarını tam həyata keçirə bilmir. İddiaçının torpaq sahəsi üzərindəki mülkiyyət hüququ kobud surətdə pozulmuşdur. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək Xaçmaz rayonu Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29 mart 2005-ci il tarixdə cavabdeh “Seymur” X4 məxsus Xudat şəhəri, O.Mirzəyev küçəsində yerləşən tikililərə verilmiş Texniki pasportda tikililərin 999 kvadratmetr torpaq sahəsində yerləşməsinə dair qeydin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onun tərəfindən hər hansı bir şəxsə məxsus olan torpaq sahəsi zəbt edilməmişdir. 09 fevral 2004-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən “Seymur” İKB-nə torpaq sahəsi deyil, tikililər satılmışdır. Lakin müqavilədə tikintinin 999.0 kvadrat metr torpaq sahəsində yerləşdiyi göstərilmişdir. Torpaq sahəsi nəinki alıcı “Seymur” İKB-nin, heç satıcı Həmid Məmmədovun da mülkiyyəti və istifadəsində olmamışdır. Qeyd olunan tikiliyə 999.0 kv.metr torpaq sahəsinin ayrılmasına dair heç bir rəsmi sənəd mövcud deyildir. 999.0 kv.metr torpaq sahəsi qeyd olunan tikililərin mülkiyyətçisi olmuş Həmid Məmmədovun mülkiyyətində olmamışdır. Qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2005-ci il tarixli qətnaməsi ilə aşağıda qeyd olunan hallar müəyyən olunmuşdur: “Nizami adına sovxozun (Xaçmaz rayonunun) Aqrar İslahat Komissiyasının 10 yanvar 1998-ci il tarixli protokolun məzmunundan aydın olur ki, “Rəsul” X10 balansında olan Univermaq-anbar satılmışdır. Lakin protokolun “qərara alır” hissəsində univermaqanbar binasının həyətyanı ərazisi ilə birlikdə H.Məmmədova satılması göstərilmişdir. Göstərilən torpaq sahəsi Bələdiyyənin mülkiyyətində olduğu üçün yalnız onlar tərəfindən satıla və istifadəyə verilə bilər”. Azərbaycan Respublikasında torpaq islahatı keçirilərkən “Torpaq islalahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq buna hüququ olan subyektlərə, əvəzsiz olaraq torpaq sahələri (pay torpaqları) verilmişdir. Pay torpaqları rayon aqrar islahat komissiyalarının qərarlarına əsasən verilmişdir. Mübahisəli torpaq sahəsi H.Məmmədov tərəfindən iddiaçıya satılmış əmlakın mülkiyyətçisi olmuş “Rəsul” X12 məxsus olmamış, Xudat Bələdiyyəsinə məxsus olmuşdur. Buna görə də mübahisəli torpaq sahəsi xüsusi mülkiyyətə verilən (pay torpaqları qaydasında) torpaqlara aid olmamışdır. H.Məmmədovun mülkiyyətinə verilmiş tikililər “Rəsul” X12 məxsus olmuş olsa da, həmin tikililərin yerləşdiyi torpaq sahəsi Xudat Bələdiyyəsinə aiddir. Ona görə də Xaçmaz rayonu Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29 mart 2005-ci il tarixdə cavabdeh «Seymur» X4 məxsus Xudat şəhəri, O.Mirzəyev küçəsində yerləşən tikililərə verilmiş Texniki pasportda tikililərin 999.0 kv.metr torpaq sahəsində yerləşməsinə dair qeydin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli, 2(067)-25/2017 saylı qətnaməsi ilə iddiaçı “Seymur” X3 Cavabdeh qarşı iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, Xaçmaz rayonu Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29 mart 2005-ci il tarixdə cavabdeh “Seymur” X4 məxsus Xudat şəhəri, O.Mirzəyev küçəsində yerləşən tikililərə verilmiş Texniki pasportda tikililərin 999 kvadratmetr torpaq sahəsində yerləşməsinə dair qeydin əsassız hesab edilməsi qət edilmişdir. (hakim Fizuli Mirzəquliyev) İddiaçı “Seymur” X3 direktoru qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 26 fevral 2018-ci il, tarixli, 2(105)-692/2018 saylı qətnaməsi ilə (hakimlər T.O.Quliyev sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və G.F.Tağızadə) apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli, 2(067)-25/2017 saylı qətnaməsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Seymur” X3 direktoru B.İ.Qasımovun verdiyi apellyasiya şikayəti əsasında-“Cavabdeh “Seymur” X2rşı texniki pasportda tikililərin 999.0 kvadrat metr torpaq sahəsində yerləşməsinə dair qeydin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilsin və Xaçmaz rayonu Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29 mart 2005-ci il tarixdə cavabdeh “Seymur” X4 məxsus Xudat şəhəri, O.Mirzəyev küçəsində yerləşən tikililərə verilmiş Texniki pasportda tikililərin 999.0 kvadrat metr torpaq sahəsində yerləşməsinə dair qeyd əsassız hesab edilsin” hissəsində ləğv edilmiş, həmin hissədə eyni tarixli ayrıca qərardadla qarşılıqlı iddia tələbi üzrə icraata xitam verimiş, qətnamə – «iddiaçı “Seymur” X3 Cavabdeh qarşı “Seymur” X4 məxsus olan Xaçmaz rayonu, Xudat şəhəri, ”Nəsimi” adına sovxozun malikanəsi O.Mirzəyev küçəsində yerləşən 999.0 kvadrat metr torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsində qanunsuz olaraq mişar daşları ilə tikilmiş hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, cavabdehə verilmiş 12 dekabr 2015-ci il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi haqqında ilk iddia tələbi təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlanılmışdır. (İİ cild, i.v. 206, 217). Sumqayıt Apelyasiya Məhkəməsinin 26 fevral 2018-ci il, tarixli, 2(105)-692/2018 saylı qarşılıqlı iddia tələbi üzrə icraata xitam verilməsi barədə qərardadından şikayət verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. “Seymur” X3 direktoru qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(102)4775/2018 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 26 fevral 2018-ci il, tarixli, 2(105)-692/2018 saylı qətnaməsi qismən – ilk iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. (İİİ cild, i.v.99) Sumqayıt Apelyasiya Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(105)-3310/2018 saylı qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi, S.A.Qafari və F.Ə.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli, 2(067)-25/2017 saylı qətnaməsi ləğv olunmuş, iddiaçı “Seymur” X3 iddiası təmin edilmiş, Cavabdeh iddiaçı “Seymur” X4 məxsus 999 kvadratmetr torpaq sahəsinin 387 kvadratmetrindən çıxarılması, Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş hasar və tikililərin cavabdehin hesabına sökülərək ərazinin boşaldılması, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 12 dekabr 2015-ci il tarixli, RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh ekspertiza xərci 100.00 (yüz manat) AZN-in tutularaq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Az. MEM, VÖEN **********, AZ 34 CTRE ********************, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SWİİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir. (İİİ cild, i.v.218) Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2019-cu il tarixli, 2(102)2719/2019 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, işin həmin hissədə yenidən apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Aqil Abbasov sədrlik edən və məruzəçi, Şəmsəddin Abbasov və Telman Məmmədov) 07 avqust 2019-cu il tarixli 2(105)-2603/2019 nömrəli qətnaməsi ilə iddiaçı “Seymur” X3 apellyasiya şikayəti təmin edilməyərək, Xaçmaz Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli, 2(067)- 25/2017 saylı qətnaməsi ilk iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı “Seymur” X3 direktoru Bilal Qasımov və vəkili Vəkil2 tərəfindən kassasiya şikayəti verilərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli 2(105)-2603/2019 nömrəli qətnaməsinin qismən-ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli, 2(102)8127/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli 2(105)-2603/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 9 sentyabr 2020-ci il tarixli qərardadı ilə “Seymur” İKB-nin əlavə kassasiya şikayətinin Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmasından imtina olunmuşdur. “Seymur” İKB Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 30 dekabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 05 aprel 2021-ci il tarixli qərarı ilə “Seymur” X3 Cavabdeh qarşı cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması, həmin sahədə qanunsuz olaraq tikilmiş hasarın və digər tikililərin sökülərək ərazinin boşaldılması, cavabdehə verilmiş 12 dekabr 2015-ci il tarixli çıxarışın ləğv edilməsi tələbi və s. barədə mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 dekabr 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə həmin qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 sentyabr 2021-ci il tarixli 13(102)-11(k)/2021 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 dekabr 2019-cu il tarixli 2(102)8127/2019 nömrəli qərarı və onunla bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli 2(105)- 2603/2019 nömrəli qətnaməsi ləğv edilərək iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual normaların pozulması ilə qəbul olunub, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, işin həqiqi halı budur ki, iddiaçı “Seymur” İKB 09 fevral 2004cü il tarixli alğı-satqı müqaviləsinə əsasən X11 25000000 manat ödəməklə onun xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Xudat şəhəri, “Nəsimi” adına sovxozun malikanəsində O.Mirzəyev küçəsində yerləşən 999,0 kv.metr torpaq sahəsinin üzərində yerləşən mişar daşından tikilmiş beş otaqdan ibarət ümumi sahəsi 121,1 kv.metr, əsas ticarət sahəsi 16,1 kv.metrdən olan univermağın sklad binasını almışdır. Daha sonra “Seymur” İKB həmin qeyd olunan sahəyə mülkiyyət hüququnun qeydə aldırması üçün Xaçmaz rayon Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etmiş və Xaçmaz rayon DTAK Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən iddiaçıya 29 mart 2005-ci il tarixli, 86 A reyestr saylı qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. ünvan 2 ünvanda yaşayan Cavabdeh qanunsuz və özbaşına olaraq iddiaçıya məxsus olan torpaq sahəsini zəbt edərək, mişar daşları ilə hasarlayaraq orada əlavə tikinti işləri aparmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyət hüququnu, həmçinin torpaq sahəsi üzərindəki sahiblik və istifadə hüquqlarını tam həyata keçirə bilmir. Cavabdehin bu hərəkətləri nəticəsində iddiaçının torpaq sahəsi üzərindəki mülkiyyət hüququ kobud surətdə pozulmuşdur. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evləri, həyətyanı sahələr, fərdi, kollektiv kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Xaçmaz rayonu, Xudat şəhəri, “Nəsimi” adına sovxozun malikanəsində O.Mirzəyev küçəsində yerləşən 999,0 kvadrat metr olan torpaq sahəsi faktiki olaraq iddiaçıya məxsusdur. Bundan başqa, işə baxan məhkəmə qətnamədə məhkəmə qətnamələrinə istinad edərək göstərmişdir ki, iddiaçıya məxsus olan torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və yalnız bələdiyyə tərəfındən özgəninkiləşdirilə bilər. Bu fikir tamamilə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi 16 fevral 2005-ci il tarixli Bakı Apelyasiya Məhkəməsinin qətnaməsində qeyd edilən torpaq sahəsi ilə hazırda mübahisə edilən torpaq sahəsi arasında təxminən 100 metr məsafə vardır. Mübahisəli torpaq sahəsi Həmid Məmmədova satılmış univermaq anbarın ətrafında yerləşməklə onun faktiki istifadəsində olmuş və onun tərəfindən torpaq sahəsinə görə vergi ödənilmişdir. Bundan başqa, Xacmaz Rayon Xudat Bələdiyyəsinin ayrı-ayrı vaxtlarda verdikləri arayışlarda həmin mübahisəli ərazinin Bələdiyyənin balansında olmaması bildirilmiş və 238 saylı, 09 sentyabr 2013-cü il tarixli və 3 saylı 23 oktyabr 2017 tarixli məktubundan da açıq-aydın görünür ki, “Seymur” İKB-nin texniki pasportunda göstərilən torpaq sahəsi “Seymur” İKB-yə məxsusdur. İşə baxan məhkəmə bütün bunlara əhəmiyyət verməmiş, qətnamədə buna heç bir münasibət bildirməmişdir. Məhkəmə iclası zamanı Xaçmaz rayon Xudat Bələdiyyəsinin işə cəlb edilməsi barədə şifahi vəsatət təmin edilməmişdir. Həmçinin, Xaçmaz rayon X6 Mülkiyyət Hüquqları Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 19 yanvar 2006-cı il tarixli, 01/9 saylı forma-1 arayışında 999 kv.metr torpaq sahəsinin həbs və girovda olmaması bildirilmişdir. Bundan basqa, iddiaçı “Seymur” İKB 999 kv.metr torpaq sahəsinə görə bu günə kimi torpaq vergisi ödəyir. İşə baxan məhkəmə təqdim olunan sənədlərin heç birinə əhəmiyyət verməmiş, qanunsuz və qərəzli qətnamə çıxarmağa üstünlük vermişdir. Bundan əlavə, işə baxan hakim qətnaməsində iş materiallarında olan 23 sentyabr 2016-cı il tarixli, 13527 saylı ekspert rəyinə ümumiyyətlə münasibət bildirməmisdir. Belə ki, iddiaçı “Seymur” İKB məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi barədə 25 dekabr 2015-ci il tarixdə vəsatət vermişdir. Məhkəmə 15 yanvar 2016-cı il tarixində məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi barədə qərardad qəbul etmişdir. Cavabdeh işi uzatmaq məqsədilə və qanunsuz saxta sənədlər hazırlamaq üçün ekspertizanın kecirilməsinin dayandırlmasından apellyasiya sikayəti vermişdir. İddiaçı tərəfindən 25 dekabr 2015-ci il tarixdə vəsatət verilərkən Cavabdeh verilmiş 12 dekabr 2015-ci il tarixli, RX seriyalı ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış yox idi, əgər olsaydı onda ikinci ekspertizanın keçirilməsinə ehtiyac olmazdı. 23 sentyabr 2016-cı il tarixli, 13527 saylı və 07 avqust 2017-ci il tarixli, 19225 saylı ekspert rəyləri ilə sübut olunaraq müəyyən edilmişdir ki, “Seymur” İKB-yə məxsus olan 999 kv.m torpaq sahəsinin 387,3 kv.m hissəsindən cavabdeh istifadə edir. Həmçinin müəyyən olunmuşdur ki, cavabdehin istifadə etdiyi torpaq sahəsi 387,3 kv.m olmaqla “Seymur” İKB-yə məxsus olan 999 kv.m torpaq sahəsinin cənub istiqamətinə düşdüyündən həmin hissəsinin qaytarılması mümkündür. DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən cavabdehə qanunsuz olaraq verilmiş şəhadətnamədə 200 kv.m olan sahədən başqa 187.3 kv.metrdə özbaşına zəbt olunma açıq-aşkar olduğu halda cavabdehə həmin torpaq sahəsinə çıxarış verilə bilməzdi. Əgər hər hansı bir şəxs tərəfindən əlavə bir santimetr zəbt olunarsa və ya sənədləri qaydasında olmazsa, daşınmaz əmlakın dövlət reyestri xidməti ümumiyyətlə çıxarışın verilməsindən imtina edir. Lakin cavabdehə heç bir imtina edilmir, əksinə, qanunsuz olaraq DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindan verilmiş 17 aprel 2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ümumiyyətlə elektron bazada aşkar olunmadığı halda, həmin sənədə əsasən çıxarış verilir. 187.3 kv.metr torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd olmadığı halda, məhkəmə qətnamədə buna heç bir münasibət bildirməmişdir. Cavabdehin evinin pəncərəsinin yanında həyətyanı torpaq sahəsi kimi verilmiş torpaq sahəsi ilə hazırda iddiaçıya məxsus olaraq cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş 387,3 kv.metr torpaq sahəsi arasındakı məsafə təxminən 100 metrdir, cavabdeh orada obyekt tikmişdir. Məhkəmə iclaslarında isə cavabdeh həmin mübahisəli torpaq sahəsində ev tikildiyini bildirmişdir. Buna görə də, torpağa yerində baxış keçirilməli idi. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı “Seymur” X3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və əlavə olaraq bildirdi ki, mübahisə predmeti torpaq sahəsi kimi hazırda istifadədədir. Orada Nəsimi univermağı olmuşdur. X15 satılmışdır. 999 kv.m torpaq sahəsi həmin tikili altındadır. Sahənin texniki pasportu olmuşdur. Pasportda da torpaq sahəsi 999 kv.m qeyd olunmuşdur. Həmin torpaq sahəsi üçün vergi ödənilmişdir. Rəylərdən görünür ki, 387,3 kv.m torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Xudat Bələdiyyəsinin 6 arayışı və izahatları vardır ki, Həmid Məmmədova satılan sahə heç vaxt bələdiyyə mülkiyyətində olmamışdır. Cavabdehin dediyinə baxmayaraq, reyestrdə qeydiyyatı olmamışdır. Cavabdeh orada 2 torpaq sahəsi vardır, yaşayış üçün olan sahə pəncərənin altındadır. O biri sahə ondan aralıdır. Nümayəndə Vəkil2 birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin rədd edilən hissəsində ləğv edilərək, ilk iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı “Seymur” X3 direktoru X14 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin rədd edilən hissəsində ləğv edilərək, ilk iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, iddiaçının tələbi əsassız və qanunsuzdur. 3 yeri olmuşdur. 1995-ci ildə 1 yer almış, 2002-ci ildə Ticarət Mərkəzində 200 kv.metrlik 1 yer almış, 2004-cü ildə də yenidən 200 kv.metrlik 1 yer almışdır. 26 il, 17 il və 15 ildir bu torpaq sahələrindən istifadə etmiş və torpaq pulu vermişdir. Anbar ərazisinin lap əvvəllər nə hasarı, nə də koldan çəpəri olmayıb. Heç oranı istifadə edən də olmayıb. X18 zamanı da Xaçmaz rayonu, Xudat şəhəri “Nəsimi” adlı sovxozun malikanəsinin, yəni binanın texniki pasportu və ya hər hansı başqa bir sənədi olmayıb. Bu binanı 1945-ci ildə Rayon Komitəsi özü tikib və sənədləri də olmayıb. 12.02.1998-ci il tarixli, 8 nömrəli aktda yazılıb ki, bu bina alınıb, başqa heç nə yazılmamışdır. X18 Komissiyası yalnız protokol tərtib etmişdir. Protokolda da torpağın nə qədər olması və sair barədə heç nə yazılmamışdır. Aqrar İslahat Komissiyasına da torpaq satmaq üçün səlahiyyət verilməmişdir. Bu ərazinin də AİK-na heç bir aidiyyatı yoxdur. Onda olan sənədlərdən isə məlum olur ki, Həmid Məmmədova bu torpaq sahəsi satılıb. AİK-nın 10.01.1998-ci il tarixli 1 saylı protokolunda qeyd edilib ki, “Rəsul” X10 balansında olan univermaq-anbarın binası Həmid Məmmədova həyətyanı ərazi ilə birlikdə satılsın. Həmid Məmmədov binanın satılması üçün ərizə ilə müraciət edib və onun tərəfindən yalnız binanın dəyəri ödənilib. Buradan görünür ki, əgər anbarın hansı həcmdə olması aydın olmayan həyətyanı sahəsi olmuş olsa belə o, Həmid Məmmədova satılmışdır. Bunu AİK-nın 62 saylı, 12 may 1998-ci il tarixli arayışı da təsdiq edir. Protokolda göstərilib ki, Qərarın təsdiqi Xaçmaz Rayon AİK-dan xahiş edilsin. Belə ki, o vaxt qüvvədə olan qanunvericiliyə əsasən nə yerli, nə rayon Aqrar İslahat Komissiyasına torpaq sahələrinin satılması ilə əlaqədar hər hansı səlahiyyət verilməmişdir. Bu səbəbdən də həmin protokol təsdiq üçün Xaşmaz rayon AİK-nə təqdim olunmalı idi, hansı ki, olunmamışdır, yəni ki, adı gedən protokol özü təsdiq olunmamış qalmışdır. Torpaq sahəsi Həmid Məmmədovun mülkiyyətində olmadığı üçün onun Seymur İKB ilə bağladığı alqısatqı müqaviləsinə əsasən də, Seymur İKB-yə aid texniki pasportda torpaq sahəsinin ona məxsus olmasına dair qeyd əsassız idi. Həm də 999,0 kv.metr torpaq sahəsinin univermaq-anbar binasına ayrılmasına dair hər hansı ilkin sənəd də mövcud deyildir. Ümumiyyətlə heç univermağın özünə aid də hər hansı sənəd mövcud deyil və önun özbaşına tikili olması, yoxsa həqiqətən qanuni əsaslarla inşa olunması aydın deyil. Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh vəkili Vəkil1 da apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi və bildirdi ki, bu işdə "Seymur "İKB keçmiş "Nəsimi" adına sovxoz malikanəsinin 999,0 kv.m torpaq sahəsində yerləşən univermağın anbar binasını X1 alması və anbar binasının şəxsi mülkiyyət hüququ əsasında "Seymur" İKB-yə məxsus olması və texniki pasportda tikilinin 999,0 kv.m torpaq sahəsində yerləşmiş olmasını göstərərək, Cavabdeh həmin sahənin 387,3 kv.m hissəsini qanunsuz hasarlayıb zəbt etmiş olduğunu və bu səbəbdən də həmin sahədən çıxarılmasını, oradakı tikililərin sökülməsini tələb edir. Lakin "Seymur "İKB”-nin, anbar binasının çıxarışı olmasına əsaslanıb həmin binanın texniki pasporta görə 999,0 kv.m torpaq sahəsində yerləşmiş olmasını əsas tutaraq, 999,0 kv.m sahəyə dair mülkiyyət sənədi əldə etmək məqsədilə ƏMDK-nin 5 saylı Ərazi İdarəsinə qarşı başqa bir iddia- "Əvəzsiz mülkiyyətə verilmə və sahənin özəlləşdirilməsi öhdəliyinin qoyulmasına dair" iddia tələbi irəli sürərək məhkəməyə müraciət edib. Həmin iş isə hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Cavabdeh həmin işdə maraqlı tərəf kimi işə cəlb olunmuşdur. Cavabdeh vəkili kimi qeyd olunan iş üzrə vəsatət vermişdir ki, iddiaçının 999,0 kv.m sahə kimi göstərdiiyi yerin mövcud olub-olmaması, onun ilkin sənədlərinin olub-olmaması, yoxsa həmin rəqəmlərin sonradan əlavə edilmiş rəqəmlər olub-olmaması və bunların aydınlaşdırılması üçün ekspertiza keçirilməsini xahiş etmişdir. Həmin iş üzrə ekspertiza keçirilib müəyyən olunsa ki, qeyd olunan sahənin sənədləri yoxdur, oranın texniki pasportu həqiqi deyil, onda mexaniki olaraq iddiaçının bu icraatda olan iddiası da əsassız və qanunsuz olar. Bu səbəbdən hazırki iş üzrə icraatın dayandırılmasını xahiş edir. Bundan əlavə, iddiaçının Cavabdeh çıxarılmasını tələb etdiyi sahə iddiaçının mülkiyyətində deyildir, oradan heç vaxt istifadə belə etməyib, onun ora sərəncam, sahiblik hüququ yoxdur və mülkiyyətində olmayan sahədən kimsənin çıxarılmasını və ya oradakı hər hansı tikilinin sökülməsini tələb etməsi tamamilə qanunsuzdur. Cavabdeh vəkili Vəkil1 apelyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər DƏDRX-in 5 saylı Ərazi İdarəsi və Xudat Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməmənin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 26 fevral 2018-ci il, tarixli, 2(105)-692/2018 saylı qərardadı ilə Cavabdeh qarşılıqlı iddia tələbi üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan şikayət verilməmiş və qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(102)4775/2018 saylı qərarı ilə də Sumqayıt Apelyasiya Məhkəməsinin 26 fevral 2018-ci il, tarixli, 2(105)-692/2018 saylı qətnaməsi qismən – ilk iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılmışdır. Buna görə də məhkəmə kollegiyası Xaçmaz Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli, 2(067)-25/2017 saylı qətnaməsini yalnız ilk iddianın təmin edilməyən hissəsində müzakirə edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli, 2(067)-25/2017 saylı qətnaməsi ilk iddianın rədd edilmiş hissəsində ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı “Seymur” X3 iddiası təmin edilməli, Cavabdeh iddiaçı “Seymur” X4 məxsus 999 kvadratmetr torpaq sahəsinin 387.3 kvadratmetrindən çıxarılmalı, Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş hasar və tikililər cavabdehin hesabına sökülərək ərazi boşaldılmalı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 12 dekabr 2015-ci il tarixli, RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməlidir. İş materiallarında olan 12 yanvar 2004-cü il tarixli qeydiyyat vəsiqəsinə və qeydiyyat orqanının arayışına əsasən Xaçmaz rayonu, Xudat şəhəri, “Nəsimi” adına sovxozun mərkəzi malikanəsi, O.Mirzəyev küçəsi, 999,0 kv.metr torpaq sahəsində yerləşən, mişar daşından tikilmiş, 5 otaqlı, ümumi sahəsi 121,1 kv.metr, ticarət sahəsi 16,1 kv.metr və üstü şiferdən olan “ünivermağın anbar binası” Həmid Məmmədovun mülkiyyətində olmuş, sonuncu 09 fevral 2004-cü il tarixli notarial qaydada bağlanmış alğı-satqı müqaviləsinə əsasən həmin qeyri-yaşayış binasını 25.000.000 manata iddiaçı təşkilata satmışdır. 29 mart 2005-ci il tarixli qeydiyyat vəsiqəsində qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçı təşkilatın adına qeydə alınmışdır. 29 mart 2005ci il tarixdə qeydiyyat orqanı tərəfindən sözügedən qeyri-yaşayış binasına dair iddiaçı təşkilatın adına yeni texniki pasport çəkilib verilmiş və həmin texniki pasportda da torpaq sahəsinin ölçüsü 999,0 kv.metr göstərilmişdir. İş üzrə keçirilmiş 13527 saylı, 23 sentyabr 2016-cı il tarixli ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 5 saylı Xaçmaz LTl-nin rəisi A.İbadov tərəfindən imzalanmış 30.08.2016-cı il tarixli **********52 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, Cavabdeh verilmiş 17 aprel 2006-cı il tarixli Torpağın Mülkiyyətə Verilməsinə dair JN: 1538A Kod 30202004 saylı Şəhadətnamə elektron məlumat bazasında aşkar olunmadığı üçün həmin torpaq sahələrinin üst-üstə düşməsi barədə fikir söyləmək mümkün deyildir. “Seymur” X4 məxsus 999 kv.m. torpaq sahəsinin 387.3 kv.m. hissəsindən Cavabdeh istifadə etdiyi müəyyən edilmişdir. Cavabdeh istifadə etdiyi torpaq sahəsi 387.3 kv.m. olmaqla “Seymur” X4 məxsus 999 kv.m. torpaq sahəsinin cənub istiqamətinə düşdüyü və həmin hissənin geri qaytarılmasının mümkün olduğu müəyyən edilmişdir. Qeyd edilən ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh verilmiş 17 aprel 2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ümumiyyətlə elektron bazada aşkar olunmamışdır. Yəni şəhadətnamə elektron bazada olmadığı halda həmin sənədə əsasən çıxarış verilmişdir. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, 31 iyul 2002-ci il tarixdə cavabdeh torpaq sahəsi satın almaq üçün Xaçmaz rayonu, Xudat Bələdiyyəsinə müraciət etmiş və bələdiyyənin 08 noyabr 2002-ci il tarixli, 14 saylı protokol-qərarına əsasən ona fərdi ticarət obyektinin tikintisi üçün 200 kv.metr torpaq sahəsinin satılması qərara alınmışdır. Torpaq sahəsinin dəyəri əvvəlcədən bələdiyyənin hesabına ödənilməklə, cavabdehlə Xudat bələdiyyəsi arasında 22 noyabr 2002-ci il tarixdə torpaq sahəsinin alğı-satqısına dair akt tərtib edilmişdir. Bundan sonra Xaçmaz rayon İHB-nın 10 mart 2004-cü il tarixli, 29 saylı sərəncamı ilə cavabdehə Xudat şəhərində bələdiyyədən satın aldığı 200 kv.metr torpaq sahəsində fərdi ticarət obyektinin tikintisinə icazə verilmişdir. Sonradan Azərbaycan Respublikası DT və XK-nin Xaçmaz rayon Şöbəsi tərəfindən torpaq sahəsinə dair müvafiq sənədlər cavabdehə verilmədiyi üçün, o məhkəmədə həmin təşkilata qarşı “pozulmuş hüquqlarının bərpa edilməsi” barədə iddia qaldırmış və Xaçmaz Rayon Məhkəməsinin 18 may 2004-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, Xaçmaz rayonu, Xudat bələdiyyəsi tərəfindən ona satılması qərara alınmış Xaçmaz rayonu, Xudat şəhərində yerləşən, 200 kv.metr torpaq sahəsinin onun mülkiyyətinə verilməsi ilə əlaqədar olaraq müvafiq sənədləri hazırlayıb Xudat bələdiyyəsinə təqdim etmək vəzifəsi Azərbaycan Respublikası DT və XK-nin Xaçmaz rayon Şöbəsinə həvalə edilmişdir. H.X13 tərəfindən Cavabdeh satılacaq torpaq sahəsinin əvvəllər onun mülkiyyətində olduğunu və “Seymur” İKB-yə satdığını göstərərək maraqlarına toxunan şəxs kimi Xaçmaz Rayon Məhkəməsinin 18 may 2004-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək göstərmişdir ki, həmin torpaq sahəsi onun mülkiyyətinə “Nəsimi” adına sovxozun Aqrar İslahat Komissiyasının 10 yanvar 1998-ci il tarixli 1 saylı qərarı ilə verilmiş, 28 sentyabr 1998-ci ildə həmin əmlaka dair qeydiyyat vəsiqəsi almış və qeyri-yaşayış binasının Texniki Pasportunda əmlakın 999 kv.m torpaq sahəsində yerləşdiyi qeyd olunmuşdur. Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2005-ci il tarixli qətnaməsi ilə iş üzrə maraqlı şəxs H.Məmmədovun apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində göstərmişdir ki, “Nəsimi” adına sovxozun Aqrar İslahat Komissiyasının qeyd olunan qərarına əsasən H.Məmmədova “Rəsul” Birgə Təsərrüfatının balansında olan univermaq-anbar həyətyanı ərazisi ilə birlikdə satılmış, mübahisəli torpaq sahəsi H.Məmmədova satılmış univermaq-anbarın altında yerləşməklə onun istifadəsində olmuş və sonuncu torpaq vergisi ödəmişdir. Lakin həmin torpağın bələdiyyənin mülkiyyətində olması və yalnız onun tərəfindən satıla bilməsi əsas gətirilərək apellyasiya şikayəti təmin olunmamışdır. Məhz göstərilən məhkəmə mübahisəsindən sonra Cavabdeh Xaçmaz rayon Xudat Bələdiyyəsinin qərarına əsasən 0,02 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsi barədə 20 aprel 2006-cı il tarixli şəhadətnamə və 12 dekabr 2015-ci il tarixində isə həmin torpaq sahəsinə dair çıxarış almışdır. Müvafiq əmlaka dair 9 fevral 2004-cü il tarixli alğı-satqı müqaviləsi əsasında hüquqlar əldə etmiş “Seymur” İKB mübahisəli torpaq sahəsinin və üzərində olan tikililərin onun xüsusi mülkiyyətində olduğunu əsas gətirərək Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi və s. iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbini rədd etmiş və hesab etmişdir ki, alğısatqı müqaviləsi üzrə iddiaçı təşkilat 999,0 kv.metr torpaq sahəsini deyil, yalnız torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 121,1 kv.metr olan tikilini satın almış və beləliklə də iddiaçı təşkilat mübahisəli torpaq sahəsini cavabdehdən geri tələb etmək üçün müvafiq subyektiv hüquqa malik olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, əvvəla mübahisəli torpaq sahəsi Xaçmaz rayonu, Xudat şəhəri, “Nəsimi” adına sovxozun malikanəsi, O.Mirzəyev küçəsində yerləşən “univermaq anbar binası”nın ərazisi olmaqla əvvəl Həmid Məmmədovun, 09 fevral 2004-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən isə iddiaçı təşkilatın istifadəsində olmuşdur. İşin bu halı iddiaçı təşkilatin 2004-cü ildən bu günədək qeyd olunan torpaq sahəsinə görə torpaq vergisi ödəməsi ilə də təsdiq olunur. Məhkəmə kollegiyası mübahisələndirilən hissədə birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, hər bir şəxs özünün subyektiv hüququnun həyata keçməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiə vasitələrindən istifadə etmək hüququna malikdir. Lakin bu zaman nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq- iddia tələbinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Ona görə də ilk növbədə iddiaçının hazırkı iddianı vermək üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən onun hüququnun bilavasitə pozulub-pozulmaması məsələsi ortaya çıxır. Nəzərə almaq lazımdır ki, yalnız subyektiv hüququn mövcud olması və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin üzərində yerləşən qeyriyaşayış binasının ilkin hüquqi vəziyyətini, statusunu aydınlaşdırmadan, eyni zamanda həmin qeyri-yaşayış binasının əvvəllər Xaçmaz rayonu, “Nəsimi” adına sovxozun mülkiyyətində olmasını, sonradan dövlət əmlakının özəlləşdirilməsi qaydasında Həmid Məmmədovun mülkiyyətinə verilməsini nəzərə almadan, özəlləşdirilmiş qeyri-yaşayış binasının mülkiyyətçisi kimi əvvəl Həmid Məmmədovun, sonradan isə 09 fevral 2004-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçı təşkilatın həmin qeyri-yaşayış binasının yerləşdiyi 999,0 kv.metr torpaq sahəsini ilk növbədə satın almaq hüquqlarının olmasını, sözügedən qeyri-yaşayış binasına mülkiyyət hüququ iddiaçı təşkilata keçərkən torpaq sahəsinə hüquqların da qeyri-yaşayış binasının alğı-satqı müqaviləsinə əsasən əldə edən iddiaçı təşkilata keçməsini nəzəra almadan, sonuncunun mübahisəli torpaq sahəsini cavabdehdən geri tələb etmək üçün müvafiq subyektiv hüquqa malik olmaması barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı mülkiyyət hüququnun, o cümlədən torpağa mülkiyyət hüququnun yaranması əsaslarını və qaydalarını müəyyən edən qanunvericilik normalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququnun və onun ayrı-ayrı elementlərinin yaranması qaydası, eləcə də torpaq münasibətlərinin tənzimlənməsi Konstitusiya, mülki, torpaq və digər qanunvericilik aktları ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsi, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsi və torpaq sahəsi üzərində hüquqlarının müdafiəsi və s. Torpaq Məcəlləsinə uyğun olaraq həyata keçirilir. Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. Torpaq Məcəlləsinin 4-cü maddəsinə görə, torpaq sahəsi dedikdə, dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsi başa düşülür. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində isə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı, vərəsəlik qaydasında keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlər əsasında yaranır. Torpaq Məcəlləsində daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri də müəyyən edilmişdir. Belə ki, bu Məcəllənin 88-ci maddəsinə əsasən, tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr (obyektlər) qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda daşınmaz əmlakla birlikdə onun yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ ilə icarəyə verilir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə, dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Bununla yanaşı qeyd olunmalıdır ki, torpaq islahatının həyata keçirilməsini təmin edən Aqrar İslahat Komissiyasının qərarı və onun əsasında verilən qeydiyyat vəsiqəsi daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi əsaslarından biri kimi çıxış edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən isə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. İş materialları ilə müəyyən olunur ki, “Seymur” İKB-nin vəsatəti əsasında keçirilmiş çoxsaylı ekspertiza və mütəxəssis rəylərində “Seymur” İKB-yə məxsus 999 kv.m torpaq sahəsinin 387.3 kv.m torpaq sahəsindən Cavabdeh istifadə etdiyi, Cavabdeh istifadə etdiyi torpaq sahəsinin “Seymur” İKB-yə məxsus 999 kv.m torpaq sahəsinin cənub istiqamətinə düşdüyü və həmin hissənin geri qaytarılmasının mümkün olduğu, torpağın Cavabdeh mülkiyyətinə verilməsinə dair şəhadətnamənin elektron məlumat bazasında aşkar olunmadığı, həmçinin Xaçmaz rayonunun Xudat şəhərində yerləşən, Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən “Seymur” İKB-yə verilmiş 29 mart 2005-ci il tarixli Texniki Pasportda qeyd edilmiş 999 kv.m torpaq sahəsi ilə Cavabdeh verilmiş 12 dekabr 2015-ci il tarixli çıxarışda göstərilmiş 0,02 ha torpaq sahəsinin üst-üstə düşdüyü qeyd edilmişdir. Həmçinin işə əlavə edilmiş Xaçmaz Rayon Xudat Bələdiyyəsinin müxtəlif tarixli məktublarında “Nəsimi” adına sovxozun Aqrar İslahat Komissiyasının 10 yanvar 1998-ci il tarixli 1 saylı qərarı ilə H.Məmmədova həmin sovxozun mərkəzi malikanəsində yerləşən univermaq-anbar binasının özəlləşdirilərək satıldığı, özəlləşdirilmiş tikintinin Xudat Bələdiyyəsində 2000-ci ildən şəxsi hesabla özəlləşdirilən tikili və altındakı torpaq sahəsi kimi qeydiyyata alındığı, ona torpaq və əmlak vergisi hesablandığı, eləcə də həmin torpaq sahəsinin Xudat Bələdiyyəsinin mülkiyyətində olmadığı vurğulanmışdır. Halbuki, işə əlavə edilmiş və hazırda qüvvədə olan Xudat bələdiyyəsinin 08 noyabr 2002-ci il tarixli, 14 saylı protokol qərarından, qanuni qüvvəyə minmiş Xaçmaz Rayon Məhkəməsinin 18 may 2004-cü il tarixli qətnaməsindən və 12 dekabr 2015-ci il tarixli çıxarışdan görünür ki, yalnız sahəsi 0,02 ha olan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınmışdır və sonuncunun qalan 187,3 kv.metr torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi olmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə - Xaçmaz Rayon Məhkəməsinin 18 may 2004-cü il tarixli qətnaməsinə və Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2005-ci il tarixli qətnaməsinə də istinad edərək cavabdehin mübahisəli ərazidə yerləşən torpaq sahəsini qanuni əsaslarla əldə etməsinə əsaslanmışdır. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Plenumunun hazırki işlə bağlı qərarında ifadə olunmuş məhkəmə qərarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsalanır. Belə ki, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, -“preyudisiallıq qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Beləliklə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarı). Həmçinin Mülki Prosessual Məcəllənin 15.4-cü maddəsinə uyğun olaraq, məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Nəzərə alınmalıdır ki, yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli Qərarı).” Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavadehin iddiaçının istifadəsində olan və ona məxsus olan torpaq sahəsindən istifadə etməsi və həmin torpaq sahəsinin 200 kv.metrinə onun adına reyestrdən çıxarışın verilməsi əsassızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin etməməklə səhv nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı hesab edir. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş üzrə iki dəfə ekspert rəyi alınmış, lakin birinci instansiya məhkəməsi ekspert xərcinin bölünməsini qətnamədə həll etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 220.5-ci maddəsinə görə qətnamənin nəticə hissəsində... məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. Buna görə də 200 manat ekspert xərci Cavabdeh tutularaq dövlət büdcəsinə aşağıdakı hesaba: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X7, KOD 210005 VÖEN ********** müxbir hesab AZ41 NABZ013601**********3944 S.W.İ.F.T. BİK CTREAZ 22 keçirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385, 392, 393, 402 və 405-ci, 406-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı “Seymur” X3 apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli, 2(067)-25/2017 saylı qətnaməsi ilk iddianın rədd edilmiş hissəsində ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “Seymur” X3 iddiası təmin edilsin. Cavabdeh iddiaçı “Seymur” X4 məxsus 999 kvadratmetr torpaq sahəsinin 387.3 kvadratmetrindən çıxarılsın. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş hasar və tikililər cavabdehin hesabına sökülərək ərazi boşaldılsın. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 12 dekabr 2015-ci il tarixli, RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilsin. 200 (iki yüz) manat ekspert xərci Cavabdeh tutularaq dövlət büdcəsinə aşağıdakı hesaba: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X7, KOD 210005 VÖEN ********** müxbir hesab AZ41 NABZ013601**********3944 S.W.İ.F.T. BİK CTREAZ 22 keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-405/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-405/2022
07.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver