Məhkəmə qərarları › İş №2(105)-408/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-408/2021

18.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-408/2021 18.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili X3, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, onun vəkili X5 iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(067)-3399/2018 saylı qətnaməsindən ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(067)-3399/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar İbrahimov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma barədə ilk iddiası təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 iki yetkinlik yaşına çatmamış və bir azyaşlı uşağı ilə birlikdə mülkiyyət hüququ üzrə İddiaçı məxsus Xaçmaz rayonu, Yalama kəndində 0,07 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış evindən çıxarılmaları, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı torpaq sahəsi üzərində görülmüş abadlıq və təmir işlərinə görə pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmiş, cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-117/2020 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 birgə verdiyi apelyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(067)-3399/2018 saylı qətnaməsi qismən, qarşılıqlı iddia tələbi hissəsində ləğv edilmiş, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı torpaq sahəsi üzərində görülmüş abadlıq və təmir işlərinə görə pul tələbi barədə qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı 7852 manat maddi ziya məbləğinin tutularaq Cavabdeh1 və Cavabdeh2 verilməsi qət edilmiş, qətnamə- ”Cavabdeh1 və Cavabdeh2 iki yetkinlik yaşına çatmamış və bir azyaşlı uşağı ilə birlikdə mülkiyyət hüququ üzrə İddiaçı məxsus Xaçmaz rayonu, Yalama kəndində 0,07 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış evindən çıxarılsın” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(102)-3451/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi-qarşılıqlı iddia tələbinin təmin olunan hissəsinə münasibətdə ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 iki yetkinlik yaşına çatmamış və bir azyaşlı uşağı ilə birlikdə mülkiyyət hüququ üzrə ona məxsus Xaçmaz rayonu, Yalama kəndində 0,07 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı torpaq sahəsi üzərində görülmüş abadlıq və təmir işlərinə görə pul tələbi barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək ilk iddianın təmin edilməməsi və İddiaçı 22000 manat pulun alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin tamamilə ləğv edilərək qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ilə qarşılıqlı razılığa gəldiklərindən qarşılıqlı iddia tələbindən imtina etdiklərini bildirərək, qarşılıqlı iddiadan imtinanın qəbul edilərək qarşılıqlı iddiaya dair hissədə iş üzrə icraata xitam verilməsini xahiş etdilər. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında Cavabdeh1 və Cavabdeh2 ilə qarşılıqlı razılığa gəldiklərindən qarşılıqlı iddiadan imtinanın qəbul edilərək qarşılıqlı iddiaya dair hissədə iş üzrə icraata xitam verilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddiadan imtinaları qəbul edilməli, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(067)-3399/2018 saylı qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilməli və mülki işin icraatına qarşılıqlı iddiaya dair hissədə xitam verilməlidir. Belə ki, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ilə qarşılıqlı razılığa gəldiklərindən qarşılıqlı iddia tələbindən imtina etdiklərini bildirərək, qarşılıqlı iddiadan imtinanın qəbul edilərək qarşılıqlı iddiaya dair hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır və ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən edilir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiadan imtina etmə bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə görə bu Məcəllənin 20-ci fəslində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddiadan imtinaları qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də qarşılıqlı iddiadan imtina qəbul olunmalı, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(067)-3399/2018 saylı qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilməli və mülki işin icraatına qarşılıqlı iddiaya aid hissədə xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 365, 370 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddiadan imtinaları qəbul edilsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(067)- 3399/2018 saylı qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilsin. Mülki işin icraatına Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı torpaq sahəsi üzərində görülmüş abadlıq və təmir işlərinə görə pul tələbi barədə qarşılıqlı iddiasına aid hissədə xitam verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar